Məhkəmə qərarları › İş №2(007)-2952/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2952/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2952/2021 26.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 09.06.2020-ci il, 28.06.2019-cu il və 27.02.2019-cu il və 27.07.2019-cu il tarixli müqavilələrə əsasən, məhsulun qaytarilmasindan sonra qalan borc, İMEİ kodu **********18513 olan Samsung Galaxy A20 markalı telefon və aksesuar, İMEİ kodu **********33695 olan Xiaomi Mi A2 Lite markalı telefon, İMEİ kodu **********29628 olan Samsung Galaxy A10 markalı telefon üçün 1095 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 09.06.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 156 manat (yəni 3 ay x 52 manat + 0 manat ilkin ödəniş) olan məhsulun qaytarilmasindan sonra qalan borc üçün ümumilikdə, 156 manat olmaqla ondan, 156 manat ödəniməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 28.06.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 576 manat (yəni 12 ay x 48 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********18513 olan Samsung Galaxy A20 markalı telefon və aksesuar üçün ümumilikdə 365 manat olmaqla ondan 332 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 33 manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 27.02.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 510 manat (yəni 15 ay x 34 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********33695 olan Xiaomi Mi A2 Lite markalı telefon üçün ümumilikdə 249 manat olmaqla ondan 227 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22 manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 27.07.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 408 manat (yəni 12 ay x 33 manat + 12 manat ilkin ödəniş) olan İMEİ kodu **********29628 olan Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 325 manat olmaqla ondan 296 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 29 manat cərimə pulu borcu yaranmışdır Cavabdehin cəmi ödədiyi məbləğ 639 manat təşkil edir. Qeyd olunanlara əsasən 09.06.2020-ci il tarixli müqavilə üzrə MƏHSULUN qaytarilmasindan sonra qalan borc üçün 156 manat ödənilməmiş hissə, 0 manat cərimə, 28.06.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********18513 olan Samsung Galaxy A20 markalı telefon və aksesuar üçün 332 manat ödənilməmiş hissə, 33 manat cərimə, 27.02.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********33695 olan Xiaomi Mi A2 Lite markalı telefon üçün 227 manat ödənilməmiş hissə, 22 manat cərimə, 27.07.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********29628 olan Samsung Galaxy A10 markalı telefon üçün 296 manat ödənilməmiş hissə, 29 manat cərimə olmaqla, ümumilikdə 1095 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.06.2020-ci il tarixli 20336830 nömrəli razılaşmadan görünür ki, tərəflər 23.03.2019-cu il tarixli, 00578290 nömrəli müqavilə üzrə əldə edilmiş Samsung Led markalı mal müştərinin istəyi ilə "xxxx" MMC tərəfindən 156 manat məbləğində qiymətləndirildi. Bu məbləğ tərəflərin qarşılıqlı razılığı əsasında qeyd edilmiş müqavilə üzrə müştərinin "xxxx" MMC- yə olan ümumi borcundan çıxıldı və açıq qalan borc məbləğinin bu razılaşmanın 2-ci bəndində verilmiş qrafik üzrə ödənməsi müəyyənləşdirildi. İşə əlavə olunmuş 09.06.2020-ci il tarixli 20336830 nömrəli məhsulun qaytarılmasından sonra qalan borc üçün razılaşmanın ödəniş cədvəlindən görünür ki, hər ayın 07-dən gec olmayaraq 3 ay müddətinə 52 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 04.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 09.06.2020-ci il tarixli 20336830 nömrəli məhsulun qaytarılmasından sonra qalan borc müqaviləsi üzrə Cavabdeh 156 manat ödənilməmiş hissə,0 manat cərimə, cəmi 156 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28.06.2019-cu il tarixli 00748128 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********18513 olan Samsung Galaxy A20 markalı telefon və aksesuar verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 28.06.2019-cu il tarixli 00748128 nömrəli ödəniş cədvəlindən görünür ki, hər ayın 31-dən gec olmayaraq 12 ay müddətinə 48 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 04.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 28.06.2019-cu il tarixli 00748128 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdehdan 332 manat ödənilməmiş hissə, 33 manat cərimə, cəmi 365 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27.02.2019-cu il tarixli 00534382 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********33695 olan Xiaomi Mi A2 Lite markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 27.02.2019-cu il tarixli 00534382 nömrəli ödəniş cədvəlindən görünür ki, hər ayın 30-dan gec olmayaraq 15 ay müddətinə 34 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 04.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 27.02.2019-cu il tarixli 00534382 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh 227 manat ödənilməmiş hissə, 22 manat cərimə, cəmi 249 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27.07.2019-cu il tarixli 00809383 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********29628 olan Samsung Galaxy A10 markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 27.07.2019-cu il tarixli 00809383 nömrəli ödəniş cədvəlindən görünür ki, hər ayın 28-dən gec olmayaraq 12 ay müddətinə 33 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 04.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 27.07.2019-cu il tarixli 00809383 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh 296 manat ödənilməmiş hissə, 29 manat cərimə, cəmi 325 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC-nin Cavabdeh ünvanlanmış 14.05.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09.06.2020-ci il, 28.06.2019-cu il və 27.02.2019-cu il və 27.07.2019-cu il tarixli müqavilələrə əsasən, MƏHSULUN QAYTARİLMASİNDAN SONRA QALAN BORC, İMEİ kodu **********18513 olan Samsung Galaxy A20 markalı telefon və aksesuar, İMEİ kodu **********33695 olan Xiaomi Mi A2 Lite markalı telefon, İMEİ kodu **********29628 olan Samsung Galaxy A10 markalı telefon almış, lakin, müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. "xxxx" MMC öhdəliyin yerinə yetirilməsini, əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödənilməsini xahiş edir. Əks təqdirdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş 07.06.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, 09.06.2020-ci il tarixli 20336830 nömrəli razılaşmadan görünür ki, tərəflər 23.03.2019-cu il tarixli, 00578290 nömrəli müqavilə üzrə əldə edilmiş Samsung Led markalı mal müştərinin istəyi ilə "xxxx" MMC tərəfindən 156 manat məbləğində qiymətləndirildi. Bu məbləğ tərəflərin qarşılıqlı razılığı əsasında qeyd edilmiş müqavilə üzrə müştərinin "xxxx" MMC- yə olan ümumi borcundan çıxıldı və açıq qalan borc məbləğinin bu razılaşmanın 2-ci bəndində verilmiş qrafik üzrə ödənməsi müəyyənləşdirildi, cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 09.06.2020-ci il tarixli 20336830 nömrəli məhsulun qaytarılmasından sonra qalan borc üçün razılaşmanın ödəniş cədvəlindən görünür ki, hər ayın 07-dən gec olmayaraq 3 ay müddətinə 52 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. 28.06.2019-cu il tarixli 00748128 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********18513 olan Samsung Galaxy A20 markalı telefon və aksesuar verilmiş, cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 28.06.2019-cu il tarixli 00748128 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 31-dən gec olmayaraq 12 ay müddətinə 48 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında və lazımi qaydada icra etməmişdir. 27.02.2019-cu il tarixli 00534382 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********33695 olan Xiaomi Mi A2 Lite markalı telefon verilmiş, cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 27.02.2019-cu il tarixli 00534382 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 30-dan gec olmayaraq 12 ay müddətinə 34 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında və lazımi qaydada icra etməmişdir. 27.07.2019-cu il tarixli 00809383 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********29628 olan Samsung Galaxy A10 markalı telefon verilmiş, cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 27.07.2019-cu il tarixli 00809383 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 28-dən gec olmayaraq 12 ay müddətinə 33 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Mecellesinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 09.06.2020-ci il tarixli müqavilə üzrə məhsulun qaytarilmasindan sonra qalan borc üçün 156 manat ödənilməmiş hissə, 0 manat cərimə, 28.06.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********18513 olan Samsung Galaxy A20 markalı telefon və aksesuar üçün 332 manat ödənilməmiş hissə, 33 manat cərimə, 27.02.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********33695 olan Xiaomi Mi A2 Lite markalı telefon üçün 227 manat ödənilməmiş hissə, 22 manat cərimə, 27.07.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********29628 olan Samsung Galaxy A10 markalı telefon üçün 296 manat ödənilməmiş hissə, 29 manat cərimə ümumilikdə 1095 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar