Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2973/2022 16.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Cəlilabad rayon 1 saylı Notariat ofisi cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama və alğı-satqı müqavilələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X6 ilə X5 1991-ci ildə ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.1992-ci ildə bacısı İlahə, xx.xx.1994-cü ildə bacısı Ləman, xx.xx.1998-ci ildə isə o doğulmuşdur. Onlar Rusiya Federasiyasının Kemerov vilayətinin Novokuznetsk şəhərində yaşayırmışlar. Bacıları Rusiya Federasiyasının vətəndaşlığını almışlar. Atası orada ticarətlə məşğul olurdu və onlar ilin müəyyən müddətini Rusiyada, müəyyən müddətini isə Bakı şəhərində qalırmışlar. Böyük bacısı İlahə 2009-cu ildə Cavabdeh2 ilə ailə həyatı qurmuş, onların birgə nikahından iki uşaqları var və hazırda Rusiya Federasiyasının Kemerov vilayətinin Novokuznetsk şəhərində qeydiyyatda olmaqla, orada yaşayırlar və onların hər ikisi Rusiya vətəndaşıdır. X6 xx.xx.2013-cü ildə ölmüş, atalarını Cəlilabad rayonunda dəfn etmişlər. X3 isə xx.xx.2020ci ildə ölmüş və onlar analarını Bakı şəhərində Hövsan qəbiristanlığında dəfn etmişlər. X2 adına ünvan 1-də ümumi sahəsi 80,10 kv olan evi vardır. Onun mənzilə anasının adına xx.xx.2019-cu ildə daşınmaz əmlakın reyestr nömrəsi **********09-05101- 093033, qeydiyyat nömrəsi ********** olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən çıxarış verilmiş və həmin çıxarışı ərizəsinə əlavə edir. Valideynləri vəfat etdikdən sonra Bakı şəhərinə gəlmiş və anasının adına olan evdə qalmışdır. 2021-ci ilin axırlarında bacısı İlahənin əri Cavabdeh2 ona demişdir ki, evdən çıxsın, evi satır. O, Elnura bildirmişdir ki, ev onun anasının adınadır, anası vəfat etdiyinə görə onların icazəsi olmadan evlərini sata bilməz. Bununla bağlı aralarında mübahisə olmuş və Cavabdeh2 ona demişdir ki, evin ona və digər bacısına heç bir aidiyyəti yoxdur, evi anası onun arvadı İlahəyə bağışlamışdır. Əvvəl o, buna inanmamışdır və sonra maraqlananda öyrənmişdir ki, bacısı İlahə anası Mətanət öləndən 8 ay sonra, yəni 21 may 2021-ci il tarixdə anasının adına olan evi öz adına keçirərək çıxarış almışdır. Bildirdiyi kimi X5 xx.xx.2020-ci il tarixdə vəlat etmişdir. Sənədlərdən göründüyü kimi X5 xx.xx.2020-ci ildə vəfat etdikdən sonra Rusiya Federasiyasının vətəndaşı olan, Rusiya Federasiyası, Kemerov vilayəti, Novokuznetsk şəhəri, Kurako prospekti 4, mənzil 25-də qeydiyyatda olan və yaşayan bacısı Cavabdeh1 xx.xx.2021-ci il tarixdə, yəni anasının ölümündən 8 ay sonra anasının adına ünvan 1 ünvanda olan daşınmaz əmlakını, xüsusi mülkiyyətində olan yaşayış evini, Cəlilabad rayon Notariat Ofisinin 4ə-362 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi əsasında tərtib edilmiş ********** qeydiyyat nömrə ilə öz adına çıxarış almışdır. Göstərilənlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********58 nömrəli məktubunda öz təsdiqini tapmışdır. Qanunun mənasına görə bağışlama müqaviləsi şəxsin sağ ikən bağladığı müqavilədir və şəxs öldükdən sonra onun adından bağışlama müqaviləsi bağlana bilməz. X21 xx.xx.2020-ci ildə ölmüş və anası öləndən 8 ay sonra, yəni xx.xx.2021-ci ildə ölmüş anasının adından qanunsuz və saxta bağışlama müqaviləsi bağlanmış və nəticədə mərhum anasının xüsusi mülkiyyətində olan evini onların xəbərləri olmadan qanunsuz və əsassız olaraq ələ keçirmişdir. Cavabdeh Rusiya Federasiyasının vətəndaşı olan və orada yaşayan bacısı Cavabdeh1 anası öləndən sonra onun adından bağışlama müqaviləsi əsasında anasının ünvan 1 ünvanda xüsusi mülkiyyətində olan evini öz adına rəsmləşdirməsi əsassız və qanunsuz olduğuna görə həmin müqavilə və müqavilə əsasında Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyat və verilmiş çıxarış ləğv edilməlidir. Rusiya Federasiyasının vətəndaşı olan, Rusiya Federasiyası, Kemerov vilayəti, Novokuznetsk şəhəri, Kurako prospekti 4, mənzil 25-də qeydiyyatda olan və yaşayan bacısı Cavabdeh1 Azərbaycan Respublikası ərazisində qeydiyyatda olub-olmaması barədə sorğu verilmiş və Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS üzrə məlumat şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan göründüyü kimi Cavabdeh1 Azərbaycan Respublikasının ərazisində qeydiyyatda olması barədə məlumat yoxdur. Qanunvericiliyin tələbindən göründüyü kimi Cavabdeh1 Rusiya Federasiyasının vətəndaşı olmaqla, Rusiya Federasiyası, Kemerov vilayəti, Novokuznetsk şəhəri, Kurako prospekti 4, mənzil 25-də qeydiyyatda olmaqla yaşamasına baxmayaraq, iddianın predmeti olan ünvan 1 ünvanda olan yaşayış evi mənzil onun xususi mülkiyyətində olmaqla, Nizami rayonu ərazisində yerləşir. Ona görə də, işin aidiyyəti Nizami Rayon Məhkəməsinə aiddir. Qeyd edilənlərə əsasən X8 Cavabdeh1 adına verdiyi 4e-352 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli Cavabdeh1 adına reyestr nömrəsi **********09, qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, vəkili tərəfindən xx.xx.2022-ci il tarixdə X2 adına başqa nə kimi daşınmaz əmlakın olub-olmaması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verilmiş və həmin idarənin xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli cavab məktubunda göstərilmişdir ki, X8 adına olan Cəlilabad şəhəri, Təbriz küçəsi-104A ünvanda yerləşən 0,015 ha həyətyanı torpaq sahəsi Cəlilabad rayon notariat kontorunun xx.xx.2021-ci il tarixli 4Ə-344 qeydiyyat nömrəli alğısatqı müqaviləsinə əsasən Cavabdeh2 satılmışdır. Həmin torpaq sahəsi Cavabdeh2 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqi qeydiyyata alınmışdır. Göstərdiyi kimi X5 xx.xx.2020-ci ildə vəfat etmiş və anamın vəfatından 8 ay sonra bacısı Cavabdeh1 əri Rusiya Federasiyasının vətəndaşı olan, Rusiya Federasiyası, Kemerov vilayəti, Novokuznetsk şəhəri, Kurako prospekti 4, mənzil 25 də yaşayan Cavabdeh2 qanunsuz olaraq X2 adına olan Cəlilabad şəhəri, Təbriz küçəsi-104A ünvanda yerləşən 0,015 ha həyətyanı torpaq sahəsin Cəlilabad rayon notariat kontorunun xx.xx.2021-ci il tarixli 4Ə-344 qeydiyyat nömrəli alğı-satqı müqaviləsinə əsasən almış və həmin torpaq sahəsi Cavabdeh2 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqi qeydiyyata alınmışdır. Qanunun mənasına görə müqavilə o, cümlədən alğı-satqı müqaviləsi şəxsin sağ ikən bağladığı müqavilədir və şəxs öldükdən sonra onun adından alğı-satqı müqaviləsi bağlana bilməz və bağlanmış müqavilə saxta olmaqla etibarsızdır. X5 xx.xx.2020-ci ildə ölmüş və ölmüş anası ilə bacısı İlahənin əri Cavabdeh2 8 ay sonar, yəni xx.xx.2021-ci ildə qanunsuz və saxta alğı-satqı müqaviləsi əsasında mərhum anasının əmlakını Cavabdeh2 qanunsuz və əsassız olaraq ələ keçirmişdir. Cavabdeh Rusiya Federasiyasının vətəndaşı olan və orada yaşayan Cavabdeh2 anası öləndən sonra ölmüş anası ilə bağlanmış qanunsuz və saxta alğı-satqı müqaviləsi əsasında mərhum anasının ünvan 12nda yerləşən 0,015 ha həyətyanı torpaq sahəsini ələ keçirməsi barədə xx.xx.2021-ci il tarixli 4Ə-344 qeydiyyat nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilə əsasında Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqi qeydiyyata alınmış xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir. Rusiya Federasiyasının vətəndaşı olan, Rusiya Federasiyası, Kemerov vilayəti, Novokuznetsk şəhəri, Kurako prospekti 4, mənzil 25-də yaşayan Cavabdeh2 Azərbaycan Respublikası ərazisində qeydiyyatda olub-olmaması barədə sorğu verilmiş və Azərbaycan Respublikası DİN-ın BPQMİ-nin MAPS üzrə məlumat şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan göründüyü kimi Cavabdeh2 ünvan 9də qeydiyyatadır. Qeyd edilənlərə əsasən Cəlilabad rayon 1 saylı notariat ofisinin 4Ə-352 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi və Cəlilabad rayon notariat kontorunun xx.xx.2021-ci il tarixli 4Ə-344 qeydiyyat nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Cavabdeh1 adına olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və Cavabdeh2n adına olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı anası ilə hazırki mübahisəli mənzildə yaşadığını iddia edir. Əksinə olaraq qeyd edir ki, o mənzil 2014-cü il tarixdə yoldaşı Elnura məxsus olmuşdur. Həmin əmlak daha sonra ərinin adından çıxarılaraq formal olaraq anasının adına verilmişdir. Bildirir ki, iddiaçı əvvəldən burada yaşamamış, Rusiyada yaşamışdır. Evə qanunsuz olaraq sonradan daxil olmuşdur. Bu faktı təqdim etdiyi akt əsasında da sübuta yetirilir. Qonşuların verdiyi aktdan da görünür ki, əvvəldən onlar mənzildə yaşamışlar. Qonşular da təsdiq edir ki, onlar mənzilə son yaxın günlərədək sahiblik etmişlər. Əri Elnur da bu yaxınadək həmin mənzili nəzarət etmiş, mənzili təmir etdirmişdir. O da qeyd edilməlidir ki, mübahisəli əmlakda övladları Əliyeva Aynişan və Əliyev Rza, o və əri bugünədək qeydiyyatdadırlar. İddiaçı isə bu evə bu yaxınlarda Rusiya Federasiyasından gələrək qanunsuz daxil olub, zəbt edərək qeydiyyatsız yaşayır. İddiaçı Rusiyada uzun illərdir ki, yaşayırdı. Bu yaxınlarda mübahisəli vəziyyətin yarandığı vaxtdan sonra Azərbaycana gələrək mənzilə qanunsuz daxil olmuşdur. Elektron məhkəmə sistemi (AZEMİS) vasitəsilə məhkəmə tərəfindən baxılsa aşkar etmək mümkündür ki, iddiaçı hansı tarixdə sərhədi keçmiş və ölkəyə gəlmişdir. Sərhədkeçmənin müəyyənləşməsi faktı onu təsdiq edir ki, anasının öldüyünü qeyd edən iddiaçı anası öldükdən uzun müddət, yəni 1 ildən artıq müddət keçdikdən sonra gəlib, miras əmlak olan mənzilin və torpaq sahəsinin faktiki sahibi kimi çıxış etməmişdir. Əksinə olaraq, əri Elnur bu ev onlara məxsus olduğu üçün daim sahiblik etmiş, orada təmir işləri aparmışdır. Bu faktı qonşular da etiraza əlavə etdiyi akt əsasında sübut edirlər. Mübahisəli əmlak ilk oncə, yəni 2014-cü ildə əri Cavabdeh2 adına olmuşdur. Daha sonra etibarnamə əsasında anasının adına rəsmiləşdirilmişdir. Əgər anasının öldüyünü İddiaçı qeyd edirsə belə vəziyyətdə vərəsəlik haqqında şəhadətnaməni də məhkəməyə təqdim etməlidir ki, iddiaçının bu əmlakı mübahisələndirmək hüququ vardır. Vərəsəlik haqqında şəhadətnamə alınmamış əmlaka dair iddiaçının iddia qaldrmağa da subyektiv hüququ yoxdur. Bu baxımdan iddia rədd edilməlidir. X10 öldüyünü iddiaçı qeyd edirsə buna dair ölüm haqqında şəhadətnaməni də təqdim etməlidir. Belə ki, ölüm Ailə Məcəlləsinə uyğun olaraq ölüm haqqında şəhadətnamə ilə rəsmiləşdirilməlidir. Göründüyü kimi iddiaçı həmin mənzilə dair faktiki olaraq vərəsə olmadığı halda iddia qaldırmışdır. O da qeyd edilməlidir ki, iddiaçı vərəsəlik haqqında şəhadətnamə alınma müddətini də ötürmüşdür. Belə ki, iddiaçı özü də qeyd edir ki, xx.xx.2020-ci il tarixdə anası vəfat etmişdir. Əmlak üzərində vərəslik işinin açılması üçün isə mülki qanunvericilikdə 6 aylıq müddət müəyyən edilir. Göründüyü kimi, iddiaçı bu müddəti də ötürmüşdür. Bu baxımdan onun ev üzərində heç bir hüququ yoxdur. Qeyd edilənlərə əsaslanaraq hesab edir ki, iddiaçının subyektiv hüququ olmadığı halda evə dair iddia qaldırmışdır. Hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməyə subyektiv mənada hüququ yoxdur. Əmlakın sahibi vəfat etdiyindən onun hüquqi statusu da hələ mübahisəlidir. Qeyd edilənlərə əsaslanaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh2 cavabdeh və Cəlilabad rayon 1 saylı Notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, X20 nənəsinə pul göndərmişdir. Nənəsi də həmin pulu Zaminbankın 28 may filialından almışdır. O, pulun alınması ilə bağlı Zaminbankdan çek və ya başqa bir sənəd almaq istəsə də, həmin filial bağlanmış idi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddiaçının dəlillərini müdafiə etdi, əlavə olaraq göstərdi ki, iddiaçının anası mərhum X12 vəfat etdikdən sonra Rusiyada onun adına ölüm haqqında şəhadətnamə verilmiş və bundan 8 ay sonra Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 etibarnamə vermişdir. Həmin etibarnamə əsasında Elnur alğı-satqı müqaviləsi bağlayaraq torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. Əvvəlki məhkəmə iclaslarında qarşı tərəfin vəkili İddiaçı subyektiv hüququnun olmamasını mübahisələndirmiş və anasının ölümündən sonra Cavabdeh2 evə faktiki sahiblik etdiyini bildirmişdir. Lakin müəyyən olunmuşdur ki, Cavabdeh2 ölkəyə mərhum X8 ölümündən 8-9 ay sonra yəni müqaviləni imzalayanda gəlir. Eyni zamanda akt tərtib edilərək 2020-ci ildə evə faktiki sahiblik edən şəxs kimi Cavabdeh1 göstərilmişdir. Ancaq Cavabdeh1 Azərbaycana 2019-cu ilin fevral ayında, həmçinin sonuncu dəfə 2020-ci ilin dekabr ayında, yəni anasının dəfn mərasiminə gəlmişdir. O tarixdən bu vaxta kimi gəlməmişdir. Alğı-satqı müqaviləsini həyata keçirən şəxslər mərhumun qudası, yeznəsi və qızıdır. Bağışlama müqaviləsini isə qızı və yeznəsi bağlamışlar. Bunu bilə-bilə edərək anasının ölməsindən istifadə edib iddiaçını əmlakdan məhrum etmək məqsədləri olmuşdur. Bu ev Elnurun evi olmamışdır. Rusiyadan Elnura pul göndərilmiş və bu evi almışdır. Alğı-satqı müqaviləsi ilə də öz adına keçirmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyib, izahatında göstərdi ki, hər hansı əlavə sübut təqdim etmək fikirləri yoxdur. Əvvəlki məhkəmə iclaslarında evin Cavabdeh2 adına olması ilə bağlı 2014-cü il tarixli çıxarışı təqdim etmişdir. Bu ev ilk dəfə 2014-cü ildə Elnurun adına olmuşdur. Xaricdən Elnura pul verilib, evin alınması faktı təsdiq edilmir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və Cəlilabad rayon 1 saylı Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat bildirməmişlər. Odur ki, məhkəmə, işə həmin şəxslərin və onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********58 saylı məlumatından görünür ki, Cavabdeh1 adına ünvan 6 ünvanına dair xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömərli çıxarış Cəlilabad rayon 1 saylı NO-nun 4ə-352 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi əsasında tərtib edilmişdir; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********77 saylı məlumatından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 37, 31 saylı mənzil xx.xx.2019-cu il tarixdə X8 adına qeydiyyatdan keçmişdir, Cəlilabad rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X17 tərəfindən təsdiq edilmiş 4Ə-352 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. X8 adına olan Cəlilabad şəhəri, Təbriz küçəsi-104A ünvanında yerləşən 0.015 ha həyətyanı torpaq sahəsi Cəlilabad rayon notariat kontorunun xx.xx.2021-ci il tarixli 4Ə-344 qeydiyyat nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmışdır. Həmin torpaq sahəsi Cavabdeh2 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqi qeydiyyata alınmışdır. X8 adına respublika üzrə digər qeydiyyatdan kecmis daşınmaz əmlak aşkar edilməmişdir; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən mənzil xx.xx.2014-cü il tarixdə xüsusi mülkiyyət hüququ üzrə tam payda Cavabdeh2 adına qeydiyyata alınmışdır; - Bakı şəhəri 2 saylı notariat ofisində 12 iyul 2019-cu il tarixdə bağlanaraq reyestrdə 4Ə-108 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 6 ünvanında yerləşən mənzilini arvadının anası olan X9 bağışlamışdır; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən mənzil xx.xx.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ üzrə tam payda X8 adına qeydiyyata alınmışdır; - İİ-ЛО Seriyalı 815676 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə ********************5 nömrə ilə qeyd edilmişdir; - Cəlilabad rayon 1 saylı notariat ofisində 05 may 2021-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-352 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinin surətindən görünür ki, X12 (əvəzində X24) ünvan 6 ünvanında yerləşən mənzilini qızı Cavabdeh1 (əvəzində X25) bağışlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-674-cü naddələrinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələri, həmçinin müqavilənin doğuracağı hüquqi nəticələr notarius tərəfindən tərəflərə izah edilmişdir; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən mənzil xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə tam payda Cavabdeh1 adına qeydiyyata alınmışdır; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 12nında yerləşən, ümumi sahəsi 0,015 ha olan torpaq sahəsi xx.xx.2016-cı il tarixdə xüsusi mülkiyyət hüququ üzrə tam payda X8 adına qeydiyyata alınmışdır; - X4 ilə alıcı Cavabdeh2 arasında 03 may 2021-ci il tarixdə Cəlilabad rayon 1 saylı notariat ofisində bağlanaraq reyestrdə 4Ə-344 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alğı-satqısına dair AN-İ ******* saylı müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 (əvəzinə X25) ünvan 12nında yerləşən, ümumi sahəsi 0,015 ha olan torpaq sahəsini Cavabdeh2 sataraq, onun mülkiyyətinə vermişdir; - 88 saylı MKİS-nin xx.xx.2021-ci il tarixli 230 saylı arayışın surətindən görünür ki, İddiaçı ünvan 8 ünvanında yerləşən mənzildə qeydiyyatsız yaşayır; - K.Vitalin və N.Elxan tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, ünvan 9 ünvanda yerləşən mənzildə qonşuları Cavabdeh1 və onun əri Cavabdeh2 övladları ilə birlikdə sahiblik etmiş və yaşamışlar. Daha sonra bildikləri qədəri ilə Cavabdeh2 Rusiya Federasiyasına köçsə də, Azərbaycana gəldikdə bu mənzilə arvadı Cavabdeh1 ilə birlikdə bu mənzildə qalaraq sahiblik etmişlər. 2020-ci ilin noyabr ayından son vaxtlaradək Cavabdeh1 və Cavabdeh2 mütəmadi olaraq mənzilə nəzarət edərək burada olmadıqları dövrdə həmin əmlaka nızarət edilməsini onlara həvalə etmişlər (“həvalə etmişlər” sözlərinin üzərindən xətt çəkilmişdir). Eyni zamanda mənzildə Cavabdeh1 və Cavabdeh2 tərəfindən mənzilin yaxşılaşdırılması üçün əsaslı təmir işləri də aparılmışdır; - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin xx.xx.2022-ci il tarixli 05/2109 saylı məlumatından görünür ki, Rusiya Federasiyası vətəndaşı, xx.xx.1992-ci il təvəllüdlü llakha Alıeva (pasport № 7********) sonuncu dəfə olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və ünvan 10 ünvanına qeydiyyata alınmışdır. Rusiya Federasiyası vətəndaşı, xx.xx.1984-cü il təvəllüdlü Elnur Alıev (pasport № 7********) sonuncu dəfə olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və ünvan 11i ünvanına qeydiyyata alınmışdır; - Azərbaycan Respublikasınının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2022-ci il tarixli 33/4628 saylı Cavabdeh1 və Cavabdeh2 dövlət sərhdəindən hərəkətləri barədə İAMAS bazasından məlumatlarından görünür ki, Cavabdeh2 xx.xx.2020-ci ildə girişi, xx.xx.2020-ci ildə çıxışı, xx.xx.2021-ci ildə girişi, xx.xx.2021-ci ildə çıxışı, xx.xx.2022-ci ildə girişi, xx.xx.2022-ci ildə çıxışı və Cavabdeh1 xx.xx.2019-cu ildə girişi, xx.xx.2019-cu ildə çıxışı qeydə alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarına əsasən ünvan 6 ünvanında yerləşən mənzil xx.xx.2019-cu il tarixdə və ünvan 12nında yerləşən, ümumi sahəsi 0,015 ha olan torpaq sahəsi xx.xx.2016-cı il tarixdə xüsusi mülkiyyət hüququ üzrə tam payda X8 adına qeydiyyata alınmışlar. Cəlilabad rayon 1 saylı notariat ofisində 05 may 2021-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-352 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinə əsasən X12 (əvəzində X24) ünvan 6 ünvanında yerləşən mənzilini qızı Cavabdeh1 (əvəzində X25) bağışlamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən həmin mənzil xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə tam payda Cavabdeh1 adına qeydiyyata alınmışdır. Həmçinin, X12 ilə alıcı Cavabdeh2 arasında 03 may 2021-ci il tarixdə Cəlilabad rayon 1 saylı notariat ofisində bağlanaraq reyestrdə 4Ə-344 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alğı-satqısına əsasən X1 şəhəri, Təbriz küçəsi 104A ünvanında yerləşən, ümumi sahəsi 0,015 ha olan torpaq sahəsini Cavabdeh2 sataraq, onun mülkiyyətinə vermişdir. Həmin torpaq sahəsi Cavabdeh2 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqi qeydiyyata alınmışdır. Hazırda iddiaçı sözügedən bağışlama və alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və müqavilələr əsasında verilmiş çıxarışların ləğvi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; 673.2.1-ci maddəsinə əsasən hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, MM-də nəzərdə tutulan müqavilə növlərindən biri bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir, hədiyyə alanın əmlakı artır, hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir, hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur, hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. İş materialları ilə müəyyən olunur ki, ünvan 6 ünvanında yerləşən mənzil xx.xx.2019cu il tarixdə xüsusi mülkiyyət hüququ üzrə tam payda X8 adına qeydiyyata alınmışlar. Cəlilabad rayon 1 saylı notariat ofisində 05 may 2021-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-352 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinə əsasən X12 (əvəzində X24) ünvan 6 ünvanında yerləşən mənzilini qızı Cavabdeh1 (əvəzində X25) bağışlamışdır. Bundan sonra həmin mənzil xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə tam payda Cavabdeh1 adına qeydiyyata alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, qeyd edilən əqd bağlanmamışdam əvvəl, yəni xx.xx.2020-ci il tarixdə X12 vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə qeyd edir ki, qanunverici tərəfindən etibarsız əqdlər subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif edilməklə müvafiq maddələrdə qruplaşdırılmışdır. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricə düzgün ifadə olunmasını ehtiva edir. Bu baxımdan, məhkəmə qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu və bu iradənin doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir. Hazırkı iş üzrə isə X7 olmadığı vaxt, daha əvvəl tərəfindən verilmiş etibarnamə ilə onun adından mənzilin bağışlanılması müqaviləsi bağlanmışdır. Bu hal ilə qanunvericliyinin tələblərinin birbaşa pozulmasıdır. Belə ki, bağışlama müqaviləsi hədiyyə verənin sağ ikən bağladığı müqavilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Göründüyü kimi, X12 vəfat etdiyindən o, bağışlama müqaviləsində tərəf kimi çıxış edə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.7-ci maddəsinə əsasən etibarnamənin qüvvəsinə etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması nəticəsində xitam verilir. Belə ki, mübahisələndirilən 05 may 2021-ci il tarixli bağışlanma müqaviləsini X8 əvəzində X24 imzalamışdır. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli etibarnamə ilə X12 bütün əmlakları idarə etməyi, onun üzərində sərəncam verməyi və s. hərəkətlər etməyi X22 etibar etmişdir. Həmin etibarnamə xx.xx.2021-ci il tarixədək qüvvədə olmuşdur. X8 vəfat etməsi onun tərəfindən verilmiş etibarnamənin qüvvəsinə xitam verilməsinə səbəb olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Bununla bağlı məhkəmə hesab edir ki, bağışlama müqaviləsi ləğv edilməli olduğundan, onun əsasında mənzilin Cavabdeh1 adına mülkiyyət hüququ üzrə qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qüvvədə qalmasına əsaslar yoxdur, həmin çıxarış ləğv edilməli, beləliklə iddia “Cavabdeh1 adına olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməsi” hissədə də təmin olunmalıdır. Məhkəmə iddia tələbinin “Cəlilabad rayon notariat kontorunun xx.xx.2021-ci il tarixli 4Ə-344 qeydiyyat nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Cavabdeh2n adına olan xx.xx.2021 -ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Belə ki, X4 ilə alıcı Cavabdeh2 arasında 03 may 2021-ci il tarixdə Cəlilabad rayon 1 saylı notariat ofisində bağlanaraq reyestrdə 4Ə-344 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alğı-satqısına dair AN-İ ******* saylı müqaviləyə əsasən X12 (əvəzinə X25) ünvan 12nında yerləşən, ümumi sahəsi 0,015 ha olan torpaq sahəsini Cavabdeh2 sataraq, onun mülkiyyətinə vermişdir. Həmin torpaq sahəsi Cavabdeh2 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqi qeydiyyata alınmışdır. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2016-cı il tarixli etibarnamə ilə X12 bütün əmlakları idarə etməyi, onun üzərində sərəncam verməyi və s. hərəkətlər etməyi X19 etibar etmişdir. Həmin etibarnamə xx.xx.2021-ci il tarixədək qüvvədə olmuşdur. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqısı müqaviləsini X8 adından X25 imzalamışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.7ci maddəsinə əsasən X14 verilmiş səlahiyyətlərə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir ki, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqısı müqaviləsi bağlanılan zaman X12 vəfat etdiyindən, həmin alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə qeyd edir ki, X8 xüsusi mülkiyyəti kimi qeydə alınmış ünvan 12nında yerləşən, ümumi sahəsi 0,015 ha olan torpaq sahəsinin Cavabdeh2 satılmasına dair alğısatqı müqaviləsinin etibarsız hesab edilməli olması ilə bağlı hüquqi nəticəyə gəlindiyindən, həmin müqavilə əsasında Cavabdeh2 torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** saylı çıxarış ləğv edilməlidir. Cavabdeh tərəf mübahisələndirən ünvan 6 ünvanında yerləşən mənzilin daha əvvəl Cavabdeh2 məxsus olduğunu və tərəfindən mənzilin arvadının anası olan X9 bağışlandığını bildirsə də, məhkəmə belə nəticəyə gəlir ki, həmin dəlillərin əsası yoxdur, iddianın təmin edilməli olması ilə bağlı nəticəyə təsir göstərmir. Bundan başqa, cavabdeh tərəf həmçinin qeyd etmişdir ki, iddiaçının hazırkı tələblə bağlı iddia verməkdə subyektiv hüququ yoxdur, o əmlak üzərində vərəsəlik işinin açılması üçün isə mülki qanunvericilikdə müəyyən edilmiş müddətdə notariusa müaciət etməmiş və bu müddəti ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, mübahisə predmeti iddiaçının anasına məxsus əmlaklarla bağlı bağlanmış müqavilələrin etibarsızlığı ilə bağlıdır və hazırkı iddia birbaşa iddiaçının maraqlarına toxunur. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək subyektiv hüquq var. Bundan başqa, iddiaçının miras əmlakını qəbul etmək üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürməsi, notrariat ofisinə müraciət etəməməsi hazırkı iddianın predmeti deyil. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, 05 may 2021-ci il tarixli bağışlama müqaviləsi və 03 may 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqısı müqaviləsi X8 adından o, vəfat etdikdən sonra bağlanmışdır. Həmin müqavilələr Cəlilabad rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X17 tərəfindən təsdiq edilmişdir. Məhkəmə X8 ölümünün Rusiya Federasiyanın 94200020 Kemerov vilayəti Kuzbas Novokuznetsk şəhəri Mərkəzi rayon VVAQ orqanında qeydiyyata alındığını, X11 əməlindən şikayət edilməməsini, onun barəsində hər hansı araşdırma aparılmamasını nəzərə alaraq onun barəsində xüsusi qərardad çıxarılmasını zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X8 ünvan 6 ünvanında yerləşən mənzilini Cavabdeh1 bağışlamasına dair Cəlilabad rayon 1 saylı notariat ofisində 05 may 2021-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-352 nömrə ilə qeyd edilmiş “bağışlama müqaviləsi” etibarsız hesab edilməli, həmin mənzilin Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarış ləğv edilməli, ünvan 12nında yerləşən, ümumi sahəsi 0,015 ha olan torpaq sahəsinin satılmasına dair X12 ilə alıcı Cavabdeh2 arasında Cəlilabad rayon 1 saylı notariat ofisində bağlanılmış və reyestrdə 4Ə-344 nömrə ilə qeydə alınmış 03 may 2021-ci il tarixli AN-İ ******* saylı “daşınmaz əmlakın alğı-satqısı” müqaviləsi etibarsız hesab edilməli, həmin torpaq sahəsinin Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X8 ünvan 6 ünvanında yerləşən mənzilini Cavabdeh1 bağışlamasına dair Cəlilabad rayon 1 saylı notariat ofisində 05 may 2021-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-352 nömrə ilə qeyd edilmiş “bağışlama müqaviləsi” etibarsız hesab edilsin, həmin mənzilin Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarış ləğv edilsin. ünvan 12nında yerləşən, ümumi sahəsi 0,015 ha olan torpaq sahəsinin satılmasına dair X12 ilə alıcı Cavabdeh2 arasında Cəlilabad rayon 1 saylı notariat ofisində bağlanılmış və reyestrdə 4Ə-344 nömrə ilə qeydə alınmış 03 may 2021-ci il tarixli AN-İ ******* saylı “daşınmaz əmlakın alğı-satqısı” müqaviləsi etibarsız hesab edilsin, həmin torpaq sahəsinin Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarış ləğv edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2973/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2973/2022
16.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver