Məhkəmə qərarları › İş №2(007)-2978/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2978/2020

13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2978/2020 13.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və cavabdehlə aralarında bağlanmış 19 fevral 2018-ci iltarixli müqaviləsinə əsasən ona satdığı “Xiaomi Redmi A6” markalı telefon görə yaranmış 125 manat borcun, bundan əlavə, aralarında bağlanmış 18 noyabr 2018-ci il tarixli müqaviləsinə əsasən ona satdığı “Gorenje” markalı fen, “Philips markalı ütü və “Hoffman” markalı paltaryuyana görə yaranmış 209 manat borcun, eləcə də, aralarında bağlanmış 18 iyul 2018-ci il tarixli müqaviləsinə əsasən ona satdığı “Samsung J2” markalı mobil telefona görə 154 manat borcun, ümumillikdə hər üç müqavilələr üzrə yaranmış 488 manat məbləğində borcun və 20manat dəyərində ödənilmiş dövlət rüsumun, cəmi 508 manatməbləğindən vəsaitin Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 19 fevral 2018-ci iltarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 342 manat (18 ay x 19 manat+ 0 manat ilkin ödəniş) olan “Xiaomi Redmi A6” markalı mobil telefonu üçünümumilikdə 125manat olmaqla, ondan, 114manat ödənilməmiş hissə, 34 manat (0.19 manat x 180 gün)cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş 11 manat cərimə pulu, bundan əlavə, 18 noyabr 2018-ci iltarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 650 manat (18 ay x 36 manat+ 2 manat ilkin ödəniş) olan “Gorenje” markalı fen, “Philips markalı ütü və “Hoffman” markalı paltaryuyan almış və ümumilikdə 209manat olmaqla, ondan, 190manat ödənilməmiş hissə, 64 manat (0,36 manat x 180 gün)cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş 19manat cərimə pulu borcu yaranmışdır. Bundan əlavə, cavabdehlə aralarında bağlanmış 18 iyul 2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 380 manat (19 ay x 20 manat+ 0 manat ilkin ödəniş) olan “Samsung J2” markalı mobil telefonu üçün154manat olmaqla, ondan, 140manat ödənilməmiş hissə, 42 manat (0.20 manat x 210 gün)cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş 14 manat cərimə pulu, ümümilikdə hər üç müqavilələr üzrə 488 manat məbləğində borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 928 manattəşkil etmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19 fevral 2019-cu il tarixli, 00523840 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 342 manat olan “Xiaomi Redmi A” markalı mobil telefon satılmışdır. Cavabdeh həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18 noyabr 2018-cu il tarixli, 00379582 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 650 manat olan ““Gorenje” markalı fen, “Philips markalı ütü və “Hoffman” markalı paltaryuyan satılmışdır. Cavabdeh həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18 iyul 2018-ci il tarixli, K00219160 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 380 manat olan “Samsung J2” markalı mobil telefon satılmışdır. Cavabdeh həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 14 sentyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 19 fevral 2019-cu il tarixli müqavilə üzrə əsas borcu 114 manat, cərimə borcu üzrə 11 manat olmaqla, cəmi 125 manat borcu qalmışdır. 18 noyabr 2018-ci il tarixli müqaviləyə görə əsas borcu 190 manat, cərimə borcu üzrə 19 manat olmaqla, cəmi 209 manat borcu qalmışdır. 18 iyul 2018-cu il tarixli müqavilə üzrə əsas borcu 140 manat, cərimə borcu üzrə 14 manat olmaqla, cəmi 125 manat borcu qalmışdır. Hər üç müqavilələr üzrə isə Cavabdeh ümumillikdə 488 manat dəyərində borcu qalmışdır. İşə əlavə olunmuş 15 sentyabr 2020-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 19 fevral 2019-cu il, 18 noyabr 2018ci il və 18 iyul 2018-ci iltarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşyalar (mal) almış, lakin həmin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 19 fevral 2019-cu iltarixli müqavilə üzrə 125 manat, 18 noyabr 2018-ci il tarixli müqavilə üzrə 209 manat, 18 iyul 2018-ci il tarixli müqavilə üzrə 154 manat olmaqla, ümumillikdə hər üç müqavilələr üzrə 488 (dörd yüz səksən səkkiz) manat borc və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar