Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2987/2020 13.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 dekabr 2018-ci iltarixli müqaviləsinə əsasən ona satdığı “Philips” markalı tozsorana görə yaranmış 105manat ödənilməmiş hissə, 10 manat cərimə pulu borcun., eləcə də, 28 dekabr 2018-ci il tarixli müqaviləsinə əsasən ona satdığı “Samsung markalı soyuducuya görə yaranmış 550 manat ödənilməmiş hissə, 55 manat cərimə pulu borcun, ümumilikdəhər iki müqavilələr üzrə 720manat dəyərində borcun və 30 manat ödənilmiş dövlət rüsumun, cəmi 750 manatməbləğindən vəsaitin Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 31 dekabr 2018-ci iltarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 378 manat (18 ay x 21 manat+ 0 manat ilkin ödəniş) olan Philips markalı tozsoran üçünümumilikdə 115manat olmaqla, ondan, 105manat ödənilməmiş hissə, 31 manat (021 manat x 150 gün)cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş 10 manat cərimə pulu, bundan əlavə, 28 dekabr 2018-ci iltarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1991 manat (18 ay x 110 manat+ 11 manat ilkin ödəniş) olan “Philips markalı tozsoran və Sansiung” markalı soyuducu almış və ümumilikdə 605manat olmaqla, ondan, 550manat ödənilməmiş hissə, 165 manat (1,10 manat x 150 gün)cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş 55manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1714 manattəşkil edir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 31 dekabr 2018-cu il tarixli, 00449661 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 378 manat olan “Philips” markalı tozsoran satılmışdır. Cavabdeh həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2018-cu il tarixli, 00441590 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 1991 manat olan “Philips markalı tozsoran və Samsung markalı soyuducu satılmışdır. Cavabdeh həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 16 sentyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 31 dekabr 2018-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 105 manat, cərimə borcu üzrə 10 manat olmaqla, ümumilikdə 115 manat borcu qalmışdır. 28 dekabr 2018-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 550 manat, cərimə borcu üzrə 55 manat olmaqla, ümumilikdə 605 manat borcu qalmışdır, Hər iki müqavilə üzrə isə Cavabdeh ümumillikdə 720 manat dəyərində borcu qalmışdır. İşə əlavə olunmuş 21 sentyabr 2020-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 31 dekabr 2018-ci il və 28 dekabr 2018-ci iltarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşyalar (mal) almış, lakin həmin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 31 dekabr 2018-cu iltarixli müqavilə üzrə əsas borc 105 manat, cərimə borcu üzrə 10 manat və 28 dekabr 2018-ci il tarixli müqavilə üzrə əsas borc 550 manat, cərimə borcu üzrə 55 manat olmaqla, ümumillikdə hər iki müqavilələr üzrə 720 (yeddi yüz iyirmi) manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2987/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2987/2020
13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver