Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-30/2025 20.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: “kompensasiya, bu mümkün olmadıqda, mənzilin hərracda satılaraq payına uyğun pul vəsaitinin ödənilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya, bu mümkün olmadıqda, mənzilin hərracda satılaraq payına uyğun pul vəsaitinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı “mənzilin hərracda satılaraq payların bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu,R.Rüstəmov küçəsi, 10 saylı evin, 65 saylı mənzili harracda satılaraq, əldə olunmuş pul vasaitin paylara uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 10 saylı evin 65 saylı mənzilin 1/2 payına görə cavabdeh tərəfindən ona 80000 manat kompensasiya ödənilməsi, buna razı olmadıqda mənzilin hərracdan satılaraq 1/2 payına əsasən pul vəsaitinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
3. İddia üzrə iddiaçı tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri,Nizami rayonu, R.Rüstəmov küçəsi, 10 saylı eviın 65 saylı mənzili onun anası X6 mülkiyyətində olub. X10 xx.xx.2019-cu il tarixdə vəfat edib. X8 Alekseyeviç isə, daha əvvəl, yəni xx.xx.1987-ci il tarixdə vəfat edib. Anasının vəfatından sonra o, birinci növbə vərəsə kimi müvafiq sənədləri xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 15 saylı notariat ofisinə təqdim edib və 529 sayla qeydiyyata alınıb. Bildirir ki, X10nın mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 10 saylı evin 65 saylı mənzilinə qanun üzrə birinci növbə vərəsə kimi o, Bakı şəhəri 15 saylı notariat ofisinə müvafiq sənədləri təqdim etsə də, bacısı, yəni cavabdeh Atakişiyeva (Afonina) Eliada Vladimirovna müvafiq sənədləri notariat ofisinə bilərəkdən təqdim etməyib. Baxmayaraq ki, Bakı şəhəri 15 saylı notariat ofisinin notariusu ona dəfələrlə telefonla zəng edib qanun üzrə vərəsə kimi notariat ofisinə gəlməyini xahiş edib. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh Atakişiyeva (Afonina) Eliada Vladimirovna mübahisəli Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 10 saylı evin 65 saylı mənzilində qeydiyyatda olmaqla və yaşamaqla faktiki olaraq miras əmlakı qəbul edib. Mübahisəli mənzilin 1/2 hissəsi onun mülkiyyətində olmasına baxmayaraq həmin mənzildən onun mülkiyyətçi kimi istifadə hüquqlarını pozaraq maneə yaradır. Bununla yanaşı olaraq cavabdeh Eliada Atakişiyeva məqsədyönlü olaraq analarından qalmış miras əmlakı adına rəsmiləşdirmir. Bu səbəbdən də, o, qanun üzrə vərəsə kimi müəyyən edilmiş payların natura qaydasında bölgüsü tələbinə dair hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edib və Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-111/23 saylı qəttııarnəsi ilə vərəsə kimi müəyyən edilmiş payların natura qaydasında bölgüsünə dair iddia tələbi təmin edilməyib. Ona görə də, belə hesab edir ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 10 saylı evin 65 saylı mənzili hərracda satılaraq, əldə olunmuş pul vəsaiti paylara uyğun bölünməlidir.
İş materialları:
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-111/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X5 cavabdeh X1rşı “payların naturada bölgüsü” tələbinə dair iddiasının təmin olunması qət edilmişdir.
5. Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 10 saylı evin 65 saylı mənzili İddiaçı adına xx.xx.2020-ci il tarixdə ½ hissədə xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmış, həmin mənzilin ½ hissəsi isə X6 adına açıq saxlanılmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2724/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “əmlakın açıq hərracda satılması və payların bölünməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-96/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı və Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla, “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi, payların müəyyən edilməsi və qeydiyyata alınması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3745/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməyərək, hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-96/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
9. Məhkəmənin qərardadı əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/89xx-xx/8528 saylı rəyindən görünür ki, rəyin tətqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 1 ünvanında, ümumi sahəsi 47,4 kv.m olan, köhnə dörd mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən fərdi yaşayış sahəsinə yaxın ərazilərdə yerləşən təmirsiz anoloji mənzilllərin satışına və qiymətinə dair məlumat olmadığından tətqiqat aparılmadı. Bu səbəbdən, ekspert qarşısında qoyulmuş suala cavab vermək mümkün olmadı.
10. Məhkəmənin qərardadına əsasən “X7 Mərkəzi” MMC tərəfindən keçirilmiş qiymətləndirilməyə dair xx.xx.2025-ci il tarixli 007-129/2025 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektinin dəyərini müəyyən etmək üçün müqayisə yanaşmasından istifadə etməklə, yerinə yetirilən hesablamalar və təhlillər nəticəsində uyğun müqayisə vahidləri müəyyən edilmiş, vacib müqayisə elementləri seçilmiş, həmçinin müqayisə elementldəri üzrə vahidin dəyəri korrektə edilmiş və nəticədə qiymətləndirmə obyektinin yekun bazar dəyəri müəyyən edilmişdir. Beləliklə də aparılmış hesablamalar nəticəsində, ünvan 1 ünvanında yerləşən mənzilin bugünə olan bazar və likvid qiyməti yuvarlaqlaşdınlaraq cədvəldə göstərilmişdir: bazar dəyəri 94600 manat, likvid dəyəri 85000 manat təşkil edir.
Tərəflərin izahatları:
11. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin və iddia tələbinin həcminin artırılmasına dair ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etdi. Əlavə olaraq bildirdi ki, aralarında razılıq əldə olunmayıb.
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsinin və iddia tələbinin həcminin artırılmasına dair ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında razılıq əldə olunmayıb. Məhkəmə prosesi dəfələrlə uzaldılıb, ekspertizalar keçirilib, iddialar qaldırılıb.
13. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, o, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 10 saylı evin 65 saylı mənzilində yaşayır. Onun iddiaçıya kompensasiya ödəməyə imkanı yoxdur, aralarında razılıq yoxdur. Özü mənzili satmaq istəyər, lakin mənzilin alış dəyəri aşağıdır. Mənzilə dair çıxarış almamasının səbəbini bilmir, təxirə saldığı üçün ala bilməyib. O, cavabdehə 45000 manat kompensasiya ödəməyə razı deyil. Məhkəmə baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
İşin faktiki halı:
17. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 10 saylı evin 65 saylı mənzili hazırkı iş üzrə tərəflərin anası X6 mülkiyyətində olmuş və X9 13 noyabr 2019-cu il tarixdə vəfat etdikdən sonra, mərhumun qızı hazırkı İddiaçı Bakı şəhəri 15 saylı Notariat ofisinə müraciət etmiş və onun həmin miras əmlaka 1/2 hissədə payı müəyyən edilmiş, ona bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 47,4 kv.m sahəli mənzilə İddiaçı 1/2 hissədə payı müəyyən edilmiş və xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə reyestrdə qeydə alınmışdır, mənzilin 1/2 hissəsinə isə pay açıq qalmışdır. Həmin payın ehtimal olunan (mirası faktiki olaraq qəbul etmiş) mülkiyyətçisi X3 öz payını dövlət qeydiyyatından keçirməmişdir, lakin mənzildə yaşayır. Bundan sonra məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X5 cavabdeh X1rşı “payların naturada bölgüsü” tələbinə dair iddiasının təmin qət edilmişdir.
18. İddiaçı tərəfindən cavabdehə mənzilin ona məxsus payının satılması təklif edilsə də, tərəflər arasında razılıq əldə edilməmişdir. Cavabdeh iddiaçının bununla bağlı təklifinə cavab verməmişdir. Hazırda iddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh tərəfindən ona 80000 manat kompensasiya ödənilməsi, buna razı olmadıqda mənzilin hərracdan satılaraq 1/2 payına əsasən pul vəsaitinin ona ödənilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı tərəflər arasında paylarının kompensasiya edilməsi ilə bağlı razılıq olmayıb (onun tərəfindən iddiaçının payının dəyərinin ödənilməsinə).
Məhkəmənin mövqeyi:
19. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
20. Mülki qanunvericiliyin mənasına görə, ümumi mülkiyyətin iştirakçısının əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ vardır. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və ya pul kompensasiyasının (dəyərinin) ödənilməsi ilə həyata keçirilə bilər.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).
22. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsi Plenumunun 04 аprel 2014-cü il tаrixli Qərаrındа qeyd edilir ki: ..."Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir." ..."Nəzərə аlınmаlıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz." "Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür."
24. Belə ki, paylı mülkiyyətdə olan ünvan 1 saylı mənzilin 1/2 hissəsinin mülkiyyətçisi olan iddiaçı Olqa Yaqubova və 1/2 hissəsinin faktiki mülkiyyətçisi olan Cavabdeh ümumi mənzilin bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərindən paylı mülkiyyətin mülkiyyətçilərindən iddiaçı öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmiş, mübahisəli mənzilin mülkiyyətçiləri arasında hər kəsin öz payına uyğun natura şəklində bölünməsi texniki cəhətdən mümkün olmadığından Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Məhkəmə hesab edir ki, həmin əmlak açıq hərracdan satılmalı və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir.
25. Məhkəmə bununla bağlı qənaətə gələrkən müəyyən etmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara iddiaçı tərəfindən əməl edilmişdir. Hansı ki, həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir.
26. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarı ilə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
27. Bununla da, müəyyən edildi ki, iddiaçı mübahisəli məsələ ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl etmiş, lakin mübahisənin məhkəmədən kənar həlli imkanı itirildikdən sonra məhkəməyə müraciət etmişdir. Habelə, mənzilin naturada bölünməsinin texniki baxımdan mümkün olmaması ilə məhkəmə qətnaməsi mövcuddur. Ona görə də, məhkəmə hesab edir ki, ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi yolu ilə mübahisə həll edilməlidir.
28. İş materiallarına əlavə edilmiş məhkəmə tərəfindən təyin edilmiş əmlakın qiymətləndirilməsi zamanı “X7 Mərkəzi” MMC tərəfindən keçirilmiş qiymətləndirilməyə dair xx.xx.2025-ci il tarixli 007-129/2025 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən həmin mənzilin hazırkı bazar qiyməti 94600 manat, likvid qiyməti 85000 manat təşkil edir. Məhkəmə tərəfindən həmçinin məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/89xxxx/8528 saylı rəyinə əsasən rəyin tətqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 1 ünvanında, ümumi sahəsi 47,4 kv.m olan, köhnə dörd mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən fərdi yaşayış sahəsinə yaxın ərazilərdə yerləşən təmirsiz anoloji mənzilllərin satışına və qiymətinə dair məlumat olmadığından tətqiqat aparılmadığından ekspert qarşısında qoyulmuş suala cavab vermək mümkün olmamışdır.
29. Məhkəmə hesab edir ki, “X7 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli 007- 129/2025 saylı qiymətləndirmə hesabatının şübhə altında alınması üçün heç bir səbəb olmamasını nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən mənzili hərraca çıxarıldıqda, ilkin satış qiyməti 94600 (doxsan dörd min altı yüz) manat müəyyən edilməlidir.
30. Bununla yanaşı tərəflərə izah edilir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.
Nəticə:
31. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia əsaslı olduğundan təmin edilməli, ünvan 1 ünvanında yerləşən mənzili 94600 (doxsan dörd min altı yüz) manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, əldə olunan pul vəsaitinin 1/2 hissəsi İddiaçı və 1/2 hissəsi Cavabdeh verilməlidir.
32. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və iş üzrə ödənilmiş əmlakın qiymətləndirilməsinin aparılmasının dəyəri iddiaçıya aid edilməli, iddia təmin edidiyindən məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzili 94600 (doxsan dörd min altı yüz) manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, əldə olunan pul vəsaitinin 1/2 hissəsi İddiaçı və 1/2 hissəsi Cavabdeh verilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu və iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri İddiaçı aid edilsin. İş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X4, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva