Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-300/2021 01.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə 08.04.2019-cu il, 03.10.2018-ci il, 24.06.2019-cu il, 20.08.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən, “Hoffmann” markalı soyuducu, İMEİ kod **********17706 “Samsung Galaxy A6” markalı telefon, “Samsung Led” markalı televizor, İMEİ kod **********5853 “Samsung Galaxy A50” markalı telefon almış və nəticədə 2440 (iki min dörd yüz qırx) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 08.04.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 396 (üç yüz doxsan altı) manat (11 ay x 36 manat + 0 manat ilkin ödəniş) olan “Hoffmann” markalı soyuducu üçün 234 (iki yüz otuz dörd) manat olmaqla ondan, 180 (yüz səksən) manat ödənilməmiş hissə, (0.36 manat x 150 gün) 54 (əlli dörd) manat dəbbə pulu. 03.10.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 768 (yeddi yüz altmış səkkiz) manat (12 ay x 64 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kod **********17706 “Samsung Galaxy A6” markalı telefon üçün 80 (səksən) manat olmaqla ondan, 61 (altmış bir) manat ödənilməmiş hissə, (0.64 manat x 30 gün) 19 (on doqquz) manat dəbbə pulu. 24.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1296 (min iki yüz doxsan altı) manat (18 ay x 72 manat + 0 manat ilkin ödəniş) olan olan “Samsung Led” markalı televizor 1346 (min üç yüz qırx altı) manat olmaqla ondan 1152 (min yüz əlli iki) manat ödənilməmiş hissə, (0.72 x 270 gün) 194 (yüz doxsan dörd) dəbbə pulu. 20.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 600 (altı yüz) manat (6 x 100 + 0 manat ilkin ödəniş) olan İMEİ kod **********58853 “Samsung Galaxy A50” markalı telefon 780 (yeddi yüz səksən) manat olmaqla ondan 600 (altı yüz) manat ödənilməmiş hissə, 180 manat (1 x 180) 180 (yüz səksən) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1067 manat təşkil edir. Qeyd olunanlara əsasən 08.04.2019-cu il tarixli müqaviləsinə əsasən, “Hoffmann” markalı soyuducu üçün 180 (yüz səksən) manat ödənilməmiş hissə, 54 (əlli dörd) manat dəbbə pulu, 03.10.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********17706 “Samsung Galaxy A6” markalı telefon üçün 61 (altmış bir) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat dəbbə pulu, 24.06.2019-cu il tarixli müqaviləsinə əsasən, “Samsung Led” markalı televizor 1152 (min yüz əlli iki) manat ödənilməmiş hissə, 194 (yüz doxsan dörd) dəbbə pulu, 20.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********58853 “Samsung Galaxy A50” markalı telefon 600 (altı yüz) manat ödənilməmiş hissə, 180 (yüz səksən) manat dəbbə pulu, ümumilikdə 2440 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2470 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 03.10.2018-ci il tarixli 00320565 nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kod **********17706 “Samsung Galaxy A6” markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 03.10.2018-ci il tarixli 00320565 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 08-dən gec olmayaraq 12 ay müddətinə 64 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş “xxxx” MMC-nin 01.06.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 03.10.2018-ci il tarixli 00320565 nömrəli kredit müqaviləsi üzrə 61 manat ödənilməmiş hissə, 19 manat cərimə, cəmi 80 manat borcu vardır. İş materiallarında olan 08.04.2019-cu il tarixli 00604568 nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə “Hoffmann” markalı soyuducu verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 08.04.2019-cu il tarixli 00604568 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 20-dən gec olmayaraq 11 ay müddətinə 36 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş “xxxx” MMC-nin 01.06.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 08.04.2019-cu il tarixli 00604568 nömrəli kredit müqaviləsi üzrə 180 manat ödənilməmiş hissə, 54 manat cərimə, cəmi 234 manat borcu vardır. İş materiallarında olan 24.06.2019-cu il tarixli 00740114 nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə “Samsung Led” markalı televizor, verilmişdir. Cavabdeh müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 24.06.2019-cu il tarixli 00740114 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 31-dən gec olmayaraq 18 ay müddətinə 72 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş “xxxx” MMC-nin 01.06.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 24.06.2019-cu il tarixli 00740114 nömrəli kredit müqaviləsi üzrə 1152 manat ödənilməmiş hissə, 194 manat cərimə, cəmi 1346 manat borcu vardır. İş materiallarında olan 20.08.2019-cu il tarixli 00859005 nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kod **********5853 “Samsung Galaxy A50” markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 20.08.2019-cu il tarixli 00859005 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 20-dən gec olmayaraq 06 ay müddətinə 100 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş “xxxx” MMC-nin 01.06.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 20.08.2019-cu il tarixli 00859005 nömrəli kredit müqaviləsi üzrə 600 manat ödənilməmiş hissə, 180 manat cərimə, cəmi 780 manat borcu vardır. İşə əlavə olunmuş “xxxx” MMC tərəfindən Cavabdeh göndərilmiş 09.01.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh bağlanmış müqavilənin vaxtından əvvəl ləğv edilməsi barədə 3 gün müddətində “xxxx” MMC ilə razılığa gəlməsi barədə xəbərdar olunmuşdur. Əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş 29.05.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, “xxxx” MMC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. İşin hallarından görünür ki, Cavabdeh ilə kreditor “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 08.04.2019-cu il, 03.10.2018-ci il, 24.06.2019-cu il, 20.08.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən, “Hoffmann” markalı soyuducu, İMEİ kodu **********17706 olan “Samsung Galaxy A6” markalı telefon, “Samsung Led” markalı televizor, İMEİ kodu **********5853olan “Samsung Galaxy A50” markalı telefon almış və nəticədə 2440 (iki min dörd yüz qırx) manat borc yaranmışdır. Lakin Cavabdeh müqavilələrə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, məhkəmədə mülki işin baxılması üçün cəmiyyət tərəfindən 30 manat dövlət rüsumu banka ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 08.04.2019-cu il tarixli müqavilə üzrə 180 manat əsas, 54 manat dəbbə borcu, 03.10.2018-cu il tarixli müqavilə üzrə 61 manat əsas, 19 manat dəbbə borcu, 24.06.2019-cu il tarixli müqavilə üzrə 1152 manat əsas, 194 manat cərimə borcu, 20.08.2019-cu il tarixli müqavilə üzrə 600 manat əsas, 180 və 30 manat dövlət rusumu, cəmi 2470 manat borc “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 08.04.2019-cu il tarixli müqavilə üzrə 180 manat əsas, 54 manat dəbbə pulu, 03.10.2018-cu il tarixli müqavilə üzrə 61 manat əsas, 19 manat dəbbə pulu, 24.06.2019-cu il tarixli müqavilə üzrə 1152 manat əsas, 194 manat dəbbə pulu , 20.08.2019-cu il tarixli müqavilə üzrə 600 manat əsas, 180 dəbbə pulu və 30 manat dövlət rusumu, cəmi 2470 manat borc “xxxx” MMC-nin xeyrinə tutlsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilərlər. Tərəflərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-300/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-300/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver