Məhkəmə qərarları › İş №2(007)-301/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-301/2021

19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-301/2021 19.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14841,29 (on dörd min səkkiz yüz qırx bir manat 29 qəpik) borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Bül-bül prospekti 29da yerləşən “Wine Garage” adlanan mağazada şərab və tütün məmulatlarının pərakəndə satışı ilə məşğul olmuşdur. 24 may 2019-cu il tarixdə həmin mağazanı bağlamaq qərarına gəlmişdir. Mağazada olan 24241,29 manat məbləğində malları şifahi nisyə alqı-satqı müqaviləsi bağlayaraq Cavabdeh təhvil vermiş və sonuncu ilə razılığa gəlmişlər ki, o həmin malları satıb ona malın pulunu üç ay ərzində ödəyəcək, əks halda malları geri qaytaracaq. Cavabdeh ödəniş etməli vaxtanda gec olsa da, ümumilikdə 9400 manat vəsaiti ona ödəmişdir. 05.02.2020-ci il tarixdə o, cavabdeh olan Cavabdeh ilə akt tərtib etmişdir və həmin akta əsasən sonunçu qalıq borcunu, yəni 14841,29 manatı ona 30 aprel 2020-ci il tarixədək ödəməsini öz öhdəliyinə götürmüşdür. Lakin cavabdeh həmin ödəniş etməli olan son tarix keçsə də, üzərinə götürmüş öhdəliyi icra etməmişdir. Dəfələrlə cavabdehə öz öhdəliyinin icra edilməsi barədə xəbərdarlıq etməyinə baxmayaraq sonuncu müraciətlərini cavabsız qoymuş və hal-hazıradak 05.02.2020-ci il tarixli akta əsasən ona ödəməli olan 14841,29 manatı ödəməmişdir. Cavabdeh aralarında tərtib olunmuş akta əsasən 14841,29 manat borcu müəyyənləşmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddia ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək göstərdi ki, o, tərəfləri tanıyır və hər iki tərəf ilə münasibəti normaldır. İddiaçı ilə 3-4 il olar ki, tanışdırlar. Cavabdehi isə mağazaya görə tanımışdır. İddiaçı mağazanı bağlamaq istəyirmiş və cavabdeh də həmin mağazada olan içkiləri ondan almaq istəyinin olduğunu iddiaçıya bildirmişdir. O, cavabdehə içkilər veriləndə şahidi olmuşdur. Mağazada malları təhvil alarkən Ayaza heç bir təzyiq olunmamışdır. O, mallar sayılıb qurtarana kimi mağazada olmuş və sonradan şahid olaraq imza atıb çıxıb getmişdir. Ödənişlə bağlı heç bir məlumatı yoxdur. Cavabdeh Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 05.02.2020-ci il tarixli akta əsasən 14841,29 manat öhdəliyini vardır. Həmin öhdəliyi 3 gün müddətində tam şəkildə icra edilməsi təklif edilmişdir. Əks halda tərtib olunmuş akt üzrə borcunun tutulmasına dair məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdar olunmuşdur. - 05.02.2020-ci il tarixli Aktdan görünür ki, 24.05.19 ci il tarixində, İddiaçı, Bakı şəhəri, Bül-bül prospekti, 29 ünvanında icarəyə götürdüyü "Wine Garage" adlı, şərab və tütün məmulatlarının pərakəndə satışı ilə məşğul olan dükanda fəaliyyətini dayandıran zaman, Cavabdeh həmin obyekti, eyni təyinat məqsədi ilə istifadəyə icarəyə götürərəkən, dükanda mal qalığı olmuşdur. Hər iki tərəfin şifahi razılaşması əsasında Cavabdeh öhdəliyinə götürmüşdür ki, 3 ay ərzində, satışdan asılı olmayaraq, həmin malların məbləğini nəğd şəkildə hissə-hissə İddiaçı ödəyəcək, əks təqdirdə isə mallar geri qaytarılacaq. 24.05.19cu il tarixində siyahı üzrə mallar Cavabdeh təhvil verilmişdir. Siyahı 4 (dörd) hissədən ibarət olmuşdur. Təhvil verilən malların ümumi məbləği 24241,29 manat təşkil etmişdir. Həmin vaxtdan etibarən Cavabdeh tərəfindən aşağıdakı ödənişlər həyata keçirilmişdir: 15.07.19-2200 azn, 29.08.19-1700 azn, 29.11.19-4000 azn, 29.11.19-1000 azn, 30.11.19- 500 azn, cəmi - 9400 azn. Qalan 14841,29 manat bu müddət ərzində alınmamışdır. Bu akta əsasən İddiaçı (ş/v AZE ********) və Cavabdeh (ş/v AA*******) qalan 14841,29 (on dörd min səkkiz yüz qırx bir, 29) manat vəsaitin ödənilməsi və ya bu məbləğin müqabilində malların geri qaytarılması müddətini 30 aprel 2020-ci il tarixinə təyin olunması razılığına gəlmişlər. - 18.06.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 30,00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında işin faktiki əsaslarına əsasən müəyyən olundu ki, iddiaçı Bakı şəhəri, Bül-bül prospekti 29-da yerləşən “Wine Garage” adlanan mağazada şərab və tütün məmulatlarının pərakəndə satışı ilə məşğul olmuşdur. 24 may 2019-cu il tarixdə həmin mağazanı bağlamaq qərarına gəlmişdir. Mağazada olan 24241,29 manat məbləğində malları şifahi nisyə alqı-satqı müqaviləsi bağlayaraq Cavabdeh təhvil vermiş və sonuncu ilə razılığa gəlmişlər ki, o həmin malları satıb ona malın pulunu üç ay ərzində ödəyəcək, əks halda malları geri qaytaracaqdır. Cavabdeh ümumilikdə 9400 manat vəsaiti iddiaçıya ödəmişdir. 05.02.2020-ci il tarixdə o, cavabdeh olan Cavabdeh ilə akt tərtib etmişdir və həmin akta əsasən sonuncu qalıq borcunu, yəni 14841,29 manatı ona 30 aprel 2020-ci il tarixədək ödəməsini öz öhdəliyinə götürmüşdür. Lakin cavabdeh həmin ödəniş etməli olan son tarix keçsə də, üzərinə götürmüş öhdəliyi icra etməmişdir. Dəfələrlə cavabdehə öz öhdəliyinin icra edilməsi barədə xəbərdarlıq etməyinə baxmayaraq sonuncu müraciətlərini cavabsız qoymuş və hal-hazıradak 05.02.2020-ci il tarixli akta əsasən ona ödəməli olan 14841,29 manatı ödəməmişdir. Cavabdeh aralarında tərtib olunmuş akta əsasən 14841,29 manat borcu müəyyənləşmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 24241,29 manat məbləğində mal cavabdehə verilmişdir, hazırkı vaxtadək cavabdeh tərəfindən 9400 manat ödəniş edilmişdir. Qeyd edilənlər iş materiallarına əlavə edilmiş 05 fevral 2020-ci il tarixli akt ilə təsdiq edilir. Hazırda iddiaçı 14841,29 manat borcun cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. 05 fevral 2020-ci il aktdan görünür ki, cavabdeh 14841,29 manat borcunun olduğunu qəbul etmiş və 30 aprel 2020-ci il tarixinə kimi pulun qaytarılmasını öhdəsinə götürmüşdür. Lakin hazırkı vaxtadək öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir. Qeyd edilən hal cavabdeh tərəfindən təkzib edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı 14841,29 manat məbləğində pulun iddiaçıya qaytarılmasına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən cavabdeh tərəfindən borcun ödənilməsinə dair mötəbər sübut təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlıdır və iddia tələbi təmin edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 14841,29 (on dörd min səkkiz yüz qırx bir manat 29 qəpik) borc və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 14841,29 (on dörd min səkkiz yüz qırx bir manat 29 qəpik) borc və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar