Məhkəmə qərarları › İş №2(007)-3016/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3016/2025

03.12.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3016/2025 03.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 30 saylı Notariat ofisinə və "xxxx" MMC-ə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “icra qeydinin ləğv edilməsi və müqavilənin etibarsız hesab edilməsi” tələbi) X6 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı Nuraddı̇ n qızının, Cavabdeh "X7 Kredı̇ t Təşkı̇ latı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Nuraddı̇ n qızının cavabdehlər Bakı Şəhərı̇ 30 saylı Notarı̇ at ofisi və "X7 Kredı̇ t Təşkı̇ latı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı “icra qeydinin ləğvi və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı cavabdehlər Bakı Şəhərı̇ 30 saylı Notarı̇ at ofisi və "X7 Kredı̇ t Təşkı̇ latı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı “icra qeydinin ləğvi və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 30 saylı notariat ofisinin Xüsusi notariusu X4 tərəfindən xx.xx.2024 tarixdə aparılmış və reyestrdə "8İ-17757" nömrə ilə qeyd edilmiş icra qeydinin ləğv edilməsi; "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, 4307/2023 saylı kredit müqaviləsinin; "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq aralarında bağlanmış 25 07.2023-cü il tarixli 4307/2023-İP saylı ipoteka müqaviləsinin; “KƏPƏZ BOKT" MMC ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, 4333/2023 saylı kredit müqaviləsinin; KƏPƏZ BOKT" MMC ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli 4307/2023 saylı kredit müqaviləsinin və xx.xx.2023-cü il tarixli, 4333/2023 saylı kredit müqaviləsinin təminatı olaraq bağlanmış xx.xx.2023-cü il tarixli, 4333/2023-İP saylı sonrakı ipoteka müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 30 saylı notariat ofisinin Xüsusi notariusu X4 tərəfindən “Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan- AZ1065, BAKİ ŞƏHƏRİ YASAMAL RAYONU, MİRZƏ FƏTƏLİ AXUNDOV, ev 177 ünvanında yerləşən Cavabdeh1 /VÖEN: ********** /tələbi ilə ipoteka qoyan olaraq ona (AA*******, xx.xx.2021 - Asan 4; FİN: xxxxxxx; d/t: xx.xx.1978) məxsus ipoteka predmeti olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən əmlaka tutma yönəldilməsi barədə ("X7 KREDİT TƏŞKİLATİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ ilə İSMAYİLOVA YEGANƏ NURADDİN QİZİ arasında bağlanmış öhdəliyi müəyyən edən 4307/2023 və 4333/2023 nömrəli kredit müqavilələrə əsasən müddət üçün vaxtında ödənilməmiş 29243.57 manat əsas borc, 11988.74 manat faiz borcu, 9220.00 manat dəbbə pulu, 25,00 manat tələbkar tərəfindən ödənilmiş dövlət rüsumu (haqqı) olmaqla cəmi tutulmalı məbləğ olmaqla cəmi tutulmalı məbləğ 50477.31 manat təşkil edir. xx.xx.2024 tarixdə icra qeydi aparılmışdır. İcra qeydi icra şöbəsinə göndərilmiş və icra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş ona təqdim olunmuşdur. Həmin anda icra qeydinin verilməsindən xəbərdar olmuşdur. O anadək o, ümumiyyətlə “X7 Kredit Təşkilatı" MMC tərəfindən kredit borcu və girov predmetinə yönəltmə barədə icra qeydi aparılacağı, bu barədə notariat orqanına müraiət olunacağı barədə heç bir bildiriş almamışdır. "xxxx" MMC ilə aralarında xx.xx.2023-cü il tarixində imzalanmış 4307/2023 saylı kredit müqaviləsinə əsasən, ona 36 (otuz altı) ay müddətinə, illik 32% (otuz iki) faiz olmaqla 20000 (iyirmi min) manat və xx.xx.2023-cü il tarixində imzalanmış 4333/2023 saylı kredit müqaviləsinə əsasən, ona 36 (otuz altı) ay müddətinə, illik 32% otuz iki) faiz olmaqla 10000 (on min) manat məbləğlərində kreditlər verilmişdir. "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, 4307/2023-İP saylı ipoteka müqaviləsi ilə mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 69 ünvanında yerləşən 64.56 kv.m. ümumi sahədən ibarət 94 saylı mənzil "KƏPƏZ BOKT” MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. “KƏPƏZ BOKT" MMC ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli 4333/2023 saylı kredit müqaviləsinin təminatı olaraq xx.xx.2023-cü il tarixində 4333/2023- İP saylı sonrakı İpoteka müqaviləsi bağlanaraq, mülkiyyətində olan Bakı şəhəri, Nizarni rayonu, Qara Qarayev prospekti, 69 ünvanında yerləşən 64.56 kv.m. ümumi sahədən ibarət 94 saylı mənzil "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, Reyestr nömrəsi: **********72-05101 – 093132 Qeydiyyat nömrəsi: **********, Qeydiyyat tarixi: xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü tarixli İpoteka və Sonrakı İpoteka müqavilələrinə əsasən, ipoteka predmetinin dəyəri 124000 (bir yüz iyirmi dörd min) manat məbləğində müəyyən edilmişdir. Verilmiş icra qeydi ləğv edilməli, bağlanmış kredit müqavilələri və ipoteka müqaviləsi, o cümlədən sonrakı ipoteka müqaviləsi etibarsız sayılmalıdır. Tərəfindən bu zamana kimi xeyli miqdarda pulun "xxxx" MMC -ə ödənilməsinə baxmayaraq o, notariat orqanına müraciət etmiş, notarius tərəfindən pul vəsaitinin ondan tutulması, tələbin girov predmetinə yönəldilməsi üçün icra qeydi verilmişdir. O, Bakı şəhəri Nizami rayon İcra şöbəsində çağırılandan sonra barəsində icra qeydinin aparılmasından məlumatlı olmuşdur və dərhal sənədlərini hazırlayıb iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, hazırki mübahisə üzrə icra qeydinin ləğv edilməsi üçün qanuni əsaslar mövcuddur. İndiki halda notariat orqanı öz qanunsuz hərəkəti ilə icra qeydi tərtib etmişdir. Çünki, qanunun tələbindən göründüyü kimi icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdikdə verilə bilər. İndiki halda borc müqaviləsi və borc məbləğinin verilməsi ilə bağlı mübahisə vardır. Digər tərəfdən icra qeydi qanunun tələbindən göründüyü kimi notariat orqanı tərəfindən icra qeydinin aparılması üçün iki şərtin eyni anda olması vacibdir: İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq etməlidir; Tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməməlidir. İndiki halda notariat orqanına təqdim olunan kredit müqaviləsi borcun mübahisəsiz olduğunu sübut etmir. Belə ki, qeyd etdiyi kimi həmin müqavilə üzrə onun “’KƏPƏZ BOKT" MMC-ə qeyd olunan məbləğdə borcu qalmamışdır və ona xeyrli məbləğdə rəsmi qaydada ödənişlər etmişdir və qalan qəbzlərini də iddia ərizəsinə əlavə etmişdir. Digər tərəfdən, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Bundan əlavə, Notariat Ofisi borcun ödənilməsi barədə ona yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq borcun mübahisəsiz olubolmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək yalnız kredit sazişinə əsaslanmaqla həmin kredit sazişi üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmışdır. Tələbkar icra qeydinin aparılması üçün Notariat Ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə ona, tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməmiş, bildiriş, onun borclu olaraq ona çatdırıldığını təsdiq edən sənəd, borclu olaraq onun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə edilməmişdir. Həmçinin, Notariat Ofisinin xüsusi notariusu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimaf’ın (bundan sonra-Təlimat) 162-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq, əsassız icra qeydi açılmış və aidiyyəti üzrə göndərilmişdir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı"nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Məhkəmənin diqqətinə çatdırır ki, bildiriş ona nə poçt vasitəsi ilə, nə də təqdim etmə yolu ilə göndərilməmişdir. Poçt vasitəsi ilə göndərilmiş olarsa, bu barədə poçt qəbzi iş materiallarında olmalıdır. Məhkəmə qanunverciliyin yuxarıda göstərilən (bildirişin sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi) əhəmiyyətli halları sübut olmadan müəyyən etməyə cəhd etmişdir. İpoteka haqqında Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalı olduğu halda 5 gün sonra qeydə alınmışdır ki, qanunvericiliyin tələbləri pozulmuşdur. Həmçinin icra qeydi verilən zaman ipoteka qoyan olaraq o, lazımı qaydada məlumatlandırılmamış və bu barədə ona bildirişin çatmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş, bu hal ümumiyyətlə məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Bu xüsusatlar diqqətdən qaçmamalı, hərtərəfli araşdırılmalıdır. Qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Bundan əlavə, Notariat Ofisi borcun ödənilməsi barədə ona yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək yalnız kredit sazişinə əsaslanmaqla həmin kredit sazişi üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmışdır. Həmçinin, bağlanmış kredit müqavilələrinin hər biri müstəqil müqavilə olmaqla ayrı-ayrı əsas öhdəlikləri özlərində ehtiva edirlər. Hazırki iş üzrə bağlanmış sonrakı ipoteka müqaviləsi ilə bağlı qanunvericiliyin tələblərində yalnışlığa yol verilmişdir. Belə ki, birinci kredit müqaviləsi üçün bağlanmış kredit müqaviləsinə təminat olaraq birinci ipoteka müqaviləsi bağlanmışdır. Yenidən bağlanmış kredit müqaviləsinə təminat olaraq sonrakı ipoteka müqaviləsi bağlansa da, həmin sonrakı ipoteka müqaviləsinə əvvəlki kredit müqavilsəinin də şərtləri daxil edilmişdir. Bu o deməkdir ki, sonrakı ipoteka müqaviləsi ilə hər iki kredit müqavilənin təminat altına alınması qanunvericiliyin tələbinə zidd olmuşdur. Sonrakı ipoteka müqaviləsi yalnız müstəqil kredit müqaviləsini təminat ala bilərdi. Əvvəlki kredit müqaviləsi üzrə ipoteka müqaviləsinin məzmununda dəyişiklik isə yalnız ipoteka müqaviləsinə əlavə dəyişikliklər şəklində təsbit oluna bilərdi. İndiki halda əvvəlki kredit müqaviləsi əvvəlki ipoteka müqaviləsi ilə təminat altına aldındığı halda və müqavilələr qüvvədə olduğu halda əvvəlki kredit müqaviləsi yenidən - sonrakı ipoteka müqaviləsi ilə yenidən təminat altına alınmışdır. Həmçinin, buraya ikinci kredit müqaviləsi də daxil edilmişdir. Buradan da hər iki ipoteka müqaviləsinin şərtlərinin qanunvericiliyin tələblərinə zidd olaraq müəyyən edildiyi açıq görünür. Əslində ipoteka və sonrakı ipoteka müqavilələri görünüş xarakteri daşımaqla müqavilələrin həqiqi niyyətini ifadə etmir. Çünki, həqiqətdə sonrakı ipoteka müqaviləsi ayrıca predmet və öhdəliklər müəyyən edən müstəqil ipoteka müqaviləsi olmaqla əvvəl təminat altına almış öhdəliyi yenidən təminat altına ala bilməzdi. Təbii ki, qanunvericiliyə əsasən əmlak bir neçə dəfə yüklü edilə bilər. Bunun üçün isə hər bir halda bu aktlar gerçəkləşdirilərkən həmin mülkiyyət üzərində hüququ olan şəxslərin razılığı alınmalıdır. Bank və notariat orqanı isə onun mənzilin yenidən ipotekaya qoyulması və yüklü edilməsinə razı olmadığını bilib bağlanmış əlavə ipoteka müqavilələrinin adını sonrakı ipoteka kimi rəsmiləşdirmişlər ki, güya yenidən razılıq tələb olunmasın. Əslində isə bağlanmış bu əqdlər öhdəliklərin və müqavilələrin məzmununun həqiqi mahiyyətini əks etdirməyən yalan-əhəmiyyətsiz əqdlərdir. Yuxarıda istinad etdiyi hallardan görünür ki, bağlanmış ipoteka müqavilələrinin hər biri müstəqil bir mahiyyət kəsb etməklə hər biri özülüyündə müstəqil bir əsas öhdəliyi (kredit müqavilələri üzrə öhdəlikləri) təmin edirlər. Buradan da sözügedən ipoteka müqavilələlərinin bağlanmasında qanunsuzluğa yol verildiyi aşkar şəkildə görünür. Necə ki, ipoteka müqaviləsi yenidən bağlanmış, onun müddəti, şərtləri dəyişdirilmiş və yenidən bu yüklülük DƏDRX tərəfindən qeydə alınmışdırsa, eyni qaydada təlimata uyğun olaraq mənzilin yenidən ipotekaya qoyulması barədə müqavilələr bağlanarkən notarius tərəfindən mənzildə qeydiyyatda olan şəxs kimi razılıqlar alınmalı idi, alınmamışdır. Notariat orqanı və BOKT “ipoteka haqqında" Azərbaycan Respublikası qanununun 10.8-ci maddəsində nəzərdə tutulmuş bütün hallardan xəbərdar idilər. Ona görə də, sözügedən ipoteka müqavilələri etibarsız sayılmalıdır. Cavabdehin etirazı: Cavabdeh "xxxx" MMC iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı Nurəddin qızının iddia ərizəsini qəbul etmirlər. İddiaçı tərəfindən irəli sürülmüş tələblər hüquqi və faktiki əsaslardan məhrumdur. İddiaçı ilə cavabdeh "xxxx" BOKT MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 4307/2023 saylı və xx.xx.2023-cü il tarixdə bağlanmış 4333/2023 saylı kredit müqavilələrinə əsasən, iddiaçıya müvafiq olaraq, illik 32% olmaqla, 36 ay müddətinə 20000 manat və illik 32% olmaqla, 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilələrin təminatı kimi, iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 69, 94 saylı mənzili girov qoyulmuş və girov müqavilələri bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə öz öhdəliklərini davamlı olaraq və kobud şəkildə pozmuş, borcunu ödəməmişdir. Ona borcun ödənilməməsi ilə bağlı şifahi və yazılı formada dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin bu xəbərdarlıqlara baxmayaraq, iddiaçı öhdəliklərini yerinə yetirməmişdir. Bundan sonra "xxxx" BOKT MMC tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə uyğun olaraq, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlər həm iddiaçının qeydiyyatda olduğu ünvana, həm də girov predmetinin yerləşdiyi ünvana sifarişli poçtla göndərilmişdir. “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, belə bildirişlər: Sifarişli poçt vasitəsilə göndərildikdə, 5 təqvim günü keçdikdən sonra; Elektron üsulla göndərildikdə isə 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İddiaçının borcu ödəməməsi nəticəsində, xx.xx.2024-cü il tarixində notariat qaydasında ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi verilmişdir. İddiaçı öz ərizəsində bildirir ki, bu barədə icra şöbəsinə dəvət edilərkən məlumatlandırılmışdır. Bu halda belə qəbul olunsa belə, məhkəməyə müraciət tarixindən əvvəl bu məlumat ona təqdim edilmiş sayılır. Lakin bu halda belə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 may 2025-ci il tarixli qərarına əsasən, notariat icra qeydlərinin mübahisələndirilməsi müddətinin dəqiq tənzimlənməsi başa çatmadığı üçün bu məsələyə Mülki Prosessual Məcəllənin 282-ci maddəsinə uyğun olaraq 10 günlük müddət tətbiq olunur. Yəni, ipoteka qoyan şəxs icra qeydi barədə məlumat aldıqdan sonra 10 gün ərzində məhkəməyə müraciət etməlidir. Halbuki, iddiaçı bu müddəti aydın şəkildə keçmişdir və iddia müddəti pozulmuşdur. Əlavə olaraq qeyd etmək lazımdır ki, Mülki Məcəllənin 77.1-ci maddəsinə əsasən, “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.” Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə hər hansı sübut və ya əsaslandırılmış sənəd əlavə olunmamışdır. Bu da onu göstərir ki, iddiaçı tərəfindən irəli sürülən tələblər yalnız subyektiv və əsassız iddialardan ibarətdir və bu iddiaların hüquqi dəyəri yoxdur. Əslində isə iddiaçının yeganə məqsədi icra prosesinin qarşısını almaq və icraatı süni şəkildə ləngitməkdir. Yuxarıda göstərilənləri, o cümlədən: Kredit müqaviləsinin şərtlərinin iddiaçı tərəfindən pozulmasını, notariat icra qeydi və ona dair bildirişlərin qanuna uyğun təqdim olunmasını, məhkəməyə müraciət müddətinin konstitusion və prosessual qanunvericilik baxımından pozulmasını iddiaçının tələblərinin sübutsuz və formal xarakter daşımasını nəzərə alaraq, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsinin əsassız olması səbəbi ilə təmin edilməməsini və rədd edilməsini xahiş etmişdir. İş materialları: xx.xx.2023-cü il tarixli 4307/2023 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı illik 32 faiz, 36 ay müddətinə 20000 manat kredit verilmişdir. xx.xx.2023-cü il tarixli 4307/2023-İP saylı ipoteka müqaviləsindən görünür ki, 4307/2023 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədilə ünvan 4 ünvanında yerləşən əmlak ipoteka ilə yüklü edilmişdir. xx.xx.2023-cü il tarixli 4333/2023 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı illik 32 faiz, 36 ay müddətinə 10000 manat kredit verilmişdir. 15.082023-cü il tarixli 4333/2023-İP saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, 4333/2023 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədilə ünvan 4 ünvanında yerləşən əmlak ipoteka ilə yüklü edilmişdir. xx.xx.2024-cü il tarixli, 3907 saylı bildirişin surətindən görünür ki, "xxxx" MMC tərəfindən borcalan İddiaçı (ünvan 4 ünvanına) ipoteka predmetinə icra qeydi əsasında tutmanın yönəldilməsi barədə bildiriş göndərilmişdir. SX007169195AZ seriyalı, xx.xx.2024-cü il tarixli poçt qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı bildiriş poçt vasitəsilə göndərilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixə, 4307/2023 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 33854.28 manat, xx.xx.2023-cü il tarixli, 4333/2023 saylı kredit müqaviləsi üzrə cəmi 16598.03 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, tələbkar "xxxx" MMC icra qeydinin aparılması barədə ərizə ilə notariat orqanına müraciət etmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 25 manat rüsum ödənilmişdir. xx.xx.2024-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydindən görünür ki, Bakı şəhəri 30 saylı notariat ofisində, ipoteka saxlayan "xxxx" MMCnin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən əmlaka tutma yönəldilməsi, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış öhdəliyi müəyyən edən 4307/2023 və 4333/2023 nömrəli kredit müqavilələrə əsasən müddət üçün vaxtında ödənilməmiş cəmi tutulmalı məbləğin 50477.31 manat təşkil etməsi barədə xx.xx.2024-cü il tarixdə, 8İ-17757 nömrə ilə icra qeydi aparılmışdır. xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan və eyni tarixli bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixdə, 8İ-17757 nömrə ilə icra sənədi üzrə icraata başlanılmış, borclu İddiaçı (ünvan 4 ünvanına) tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edib ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hər ay 1350 manat ödəməli olmuşdur. Lakin müəyyən səbəblərə gör, xəstəlnmiş, işində problem yaranmış, buna görə ödəyə bilməmişdir. Problemləri olduğu üçün kredit götürmüşdür. Ona xəbərdarlıq məktubu gəlməmişdir, telefonla gecikmə olduğunu demişlər. Ayın 1-dən 15-nə qədər hesabına pul gələcək, aparıb borcu verib bir hissəni bağlayacaq. Faizə görə müqaviləni etibarsız sayır. Buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, müqavilənin etibarsızlığına etiraz edir. İddiaçı özü də borcu olduğunu qəbul etmişdir. İpoteka barədə bildiriş qanuni qaydada gedib, çatdırılması barədə sənəd də var. Vaxtı uzatmaq üçün verilən formal iddia tələbi olduğundan iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu Əliyev Əli xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: İpoteka haqqında Azərbaycan Respublikası Qanununun: 9.1. Qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). 9.2. İpoteka qoyan ipoteka predmetinə dair bu Qanunun 10.8-ci maddəsində nəzərdə tutulmuş bütün məlumatı hər bir sonrakı ipoteka saxlayana verməlidir. 10.8. İpoteka müqaviləsi bağlanarkən, ipoteka qoyan ipoteka predmeti üzərində üçüncü şəxslərin ona məlum olan bütün hüquqları, ipoteka predmetinin girovları və digər yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri, habelə əvvəlki ipoteka ilə təmin olunmuş öhdəliklərin xarakteri və məbləği barədə ipoteka saxlayanı yazılı formada xəbərdar etməlidir. Bu vəzifənin yerinə yetirilməməsi ipoteka saxlayana, o cümlədən sonrakı ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını və ya ipoteka müqaviləsi şərtlərinin dəyişdirilməsini, yaxud müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Notariat haqqında Azərbaycan Respublikası Qanununun: 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 78-ci maddəsinə əsasən icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. 79-cu maddəsinə əsasən tələbkar və ya borclu fiziki şəxsdirsə, Azərbaycan Respublikasının qanunvericiliyində başqa müddətlər müəyyən olunmamışsa, icra qeydi aparıldığı gündən üç il ərzində, bütün qalan tələblər üzrə isə bir il ərzində məcburi surətdə icra olunmaq üçün təqdim edilə bilər. İcra qeydinin təqdim olunması üçün buraxılmış müddətin bərpası Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın:

161. bəndinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.

162. bəndinə əsasən icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 307.1. İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 42-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1. maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin: 224-cü maddəsinə əsasən, notariusun icra qeydi əsasında ödənilmə daxil olmaqla, ödənilməsi mübahisəsiz (akseptsiz) qaydada həyata keçirilən icra və ya digər sənədlərin icra edilməməli hesab olunmasına dair mübahisələri həll edərkən qətnamənin nəticə hissəsində icra edilməli olmayan sənədin adı, sıra sayı və tarixi, habelə silinməli olmayan məbləğ göstərilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarına əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarında aldatma ilə bağlı qeyd etmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədi ilə bilə-bilə yalan məlumatlar verməklə, onda əqd barəsində yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır.

Məhkəmənin mövqeyi: Məhkəmə işdə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin “ipoteka və kredit müqavilələrinin etibarsız hesab edilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, sözügedən müqavilələrin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, işin hallarından aydın olmuşdur ki, kredit və ipoteka müqaviləsi bağlanarkən müqavilənin tərəflərinin iradə ifadəsi aydın olmuş, müqavilə üzrə müəyyən məbləğdə pul vəsaiti borcalan tərəfindən qəbul edilmiş və öhdəliyin təmini qismində ona məxsus əmlak ipoteka ilə yüklü edilmişdir. Hazırkı mübahisə üzrə bağlanmış kredit və ipoteka müqaviləsinin etibarlılığını şübhə altına alan hallar müəyyən edilməmiş və belə hallar məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan müqavilə bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, kredit və ipoteka müqaviləsi tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən müqavilələrin etibarsız hesab edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı kredit müqaviləsinin etibarsız hesab edilməsini tələb etsə də, bunu iddia ərizəsində və məhkəmə iclasında verdiyi ifadəsində hər hansı formada əsaslandırmamışdır. Lakin o, ipoteka müqaviləsinin etibarsızlığına dair tələbini əsaslandırarkən qeyd etmişdir ki, sonrakı ipoteka müqaviləsində iki kredit müqaviləsi, yəni əvvəldən təminat altına alınmış kredit müqaviləsi yenidən təminat altına alınmaqla ipoteka müqaviləsi bağlanmışdır. Lakin sonrakı ipoteka müqaviləsi tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin müqavilədə əsas öhdəlik haqqında məlumat hissəsində yalnız xx.xx.2023-cü il tarixli müqaviləyə istinad edilmiş, yalnız müqavilənin predmeti hissəsində həm xx.xx.2023-cü il, həm də xx.xx.2023-cü il tarixli müqavilələrin adı çəkilmişdir. Bu isə öz növbəsində qanunun tələbinə uyğun olmaqla, sonrakı ipoteka müqaviləsində əvvəlki yüklülüklər haqqında məlumatı ehtiva etmişdir. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (Mülki Məcəllənin 339.2. maddəsi). Məhkəmə qeyd edir ki, iddiaçının icra qeydinin ləğv edilməsi tələbinin əsası kimi göstərdiyi hal, icra qeydinin aparılacağı barədə bildirişin ona çatırılmamasından ibarətdir. Lakin iş materiallarında olan xx.xx.2024-cü il tarixli bildiriş və həmin bildirişin göndərildiyini təsdiq edən xx.xx.2024-cü il tarixli poçt qəbzi ilə müəyyən edilir ki, icra qeydinin aparıldığı xx.xx.2024-cü il tarixdən 04 ay 12 gün qabaq bildiriş tərtib edilərək iddiaçının olduğu ünvan 4 ünvanına göndərilmişdir. İddiaçı iddia tələbində qeyd etmişdir ki, icra qeydi icra şöbəsinə göndərilmiş və icra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş ona təqdim olunmuşdur, həmin anda icra qeydinin verilməsindən xəbərdar olmuşdur. Məhkəmə iddiaçının bu mövqeyinə münasibətdə qeyd edir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın tələblərinə uyğun olaraq tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir və Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Bundan başqa məhkəmə xüsusil vurğulayır ki, icra şöbəsi tərəfindən göndərilmiş tələbin könüllü icrası barədə bildiriş ilə icra qeydinin aparılması barədə bildiriş iddiaçının eyni adlı ünvanına göndərilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icra qeydinin aparılacağı barədə bildiriş qanunvericiliyin tələbinə uyğun olaraq tərtib edilərək, borcluya xx.xx.2024cü il tarixli icra qeydinin aparılmasın qabaq xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Odur ki, bildirişin çatdırılması, icra qeydinin aparılması zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, icra qeydi qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir, onun ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir.

Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Nuraddı̇ n qızının cavabdehlər Bakı Şəhərı̇ 30 saylı Notarı̇ at ofisi və "X7 Kredı̇ t Təşkı̇ latı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı “icra qeydinin ləğvi və müqavilənin etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməməlidir.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Nuraddı̇ n qızının cavabdehlər Bakı Şəhərı̇ 30 saylı Notarı̇ at ofisi və "X7 Kredı̇ t Təşkı̇ latı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı “icra qeydinin ləğvi və müqavilənin etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərci iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar