Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3031/2021 02.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 mart 2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********92989 olan «X2 4» markalı telefon üçün 64 manat əsas borcun, 6 manat cərimənin, 26 mart 2020-ci il tarixli müqaviləsinə əsasən, «X2 4» markalı telefon üçün 64 manat əsas borcun, 6 manat cərimənin, 26 dekabr 2019-cu il tarixli müqaviləsinə əsasən «X1 8» markalı telefon üçün 434 manat əsas borcun, 43 manat cərimənin, ümumilikdə isə 617 manat borc, 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq, "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 24 mart 2020-ci il, 26 mart 2020-ci il və 26 dekabr 2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********92989 olan «X2 4» markalı telefon, «X2 4» markalı telefon və «X1 8» markalı telefon almış və nəticədə 617 (altı yüz on yeddi) manat borc yaranmışdır. Cavabdeh 24 mart 2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 86,4 manat (yəni 12 ay x 7,2 manat + 0 manat ilkin ödəniş) olan, İMEİ kodu **********92989 olan «X2 4» markalı telefon üçün ümumilikdə 70 (yetmiş) manat olmaqla ondan 64 (altmış dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6 (altı) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 26 mart 2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 86,4 manat (yəni 12 ay x 7,2 manat + 0 manat ilkin ödəniş), «X2 4» markalı telefon üçün ümumilikdə 70 (yetmiş) manat olmaqla ondan 64 (altmış dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6 (altı) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 26 dekabr 2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 620 manat (yəni 20 ay x 31 manat + 0 manat ilkin ödəniş), «X1 8» markalı telefon üçün ümumilikdə 477 (dörd yüz yetmiş yeddi) manat olmaqla ondan 434 (dörd yüz otuz dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 43 (qırx üç) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 230,8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gıinünə hesablanmış 1%-i həcmində “Müştəri’' mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24 mart 2020-ci il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 86,4 manat olan, «X2 4» markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26 mart 2020-ci il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 86,4 manat olan «X2 4» markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26 dekabr 2019-cu il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 620 manat olan «X1 8» markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 12 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun 24 mart 2020-ci il tarixli müqavilə üzrə 64 (altmış dörd) manat əsas borc, 6 (altı) manat cərimə borcu olmaqla, ümumilikdə 70 (yetmiş) manat manat borcu vardır. Cavabdehnun 26 mart 2020-ci il tarixli müqavilə üzrə 64 (altmış dörd) manat əsas borc, 6 (altı) manat cərimə borcu olmaqla, ümumilikdə 70 (yetmiş) manat borcu vardır. Cavabdehnun 26 dekabr 2019-cu il tarixli müqavilə üzrə 434 (dörd yüz otuz dörd) manat əsas borc, 43 (qırx üç) manat cərimə borcu olmaqla, ümumilikdə 477 (dörd yüz yetmiş yeddi) manat borcu vardır. Hər üç müqavilə üzrə ümumilikdə 617 (altı yüz on yeddi) manat borcu vardır. İşə əlavə olunmuş 14 iyun 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 24 mart 2020-ci il, 26 mart 2020-ci il və 26 dekabr 2019-cu il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşyalar (mal) almış, lakin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 24 mart 2020-ci il tarixli müqavilə üzrə 64 (altmış dörd) manat əsas borc, 6 (altı) manat cərimə borcu, 26 mart 2020-ci il tarixli müqavilə üzrə 64 (altmış dörd) manat əsas borc, 6 (altı) manat cərimə borcu və 26 dekabr 2019-cu il tarixli müqavilə üzrə 434 (dörd yüz otuz dörd) manat əsas borc, 43 (qırx üç) manat cərimə borcu olmaqla, ümumilikdə 617 (altı yüz on yeddi) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-3031/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3031/2021
02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver