Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3037/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 21.12.2019cu il, 02.08.2019-cu il və 23.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********71461 olan “İPhone 11” markalı telefon, İMEİ kodu **********60651 olan “İPhone Xs” markalı telefon, İMEİ kodu **********20443 olan “İPhone 11 Pro” markalı telefon almış və nəticədə 7683 (yeddi min altı yüz səksən üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2581,2 (iki min beş yüz səksən bir manat iyirmi qəpik) manat (18 ay x 143,4 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********71461 olan “İPhone 11” markalı telefon üçün ümumilikdə, 2745 (iki min yeddi yüz qırx beş) manat olmaqla ondan, 2144,2 (iki min yüz qırx dörx manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 600,8 (altı yüz manat səksən qəpik) manat dəbbə hesablanmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2777 (iki min yeddi yüz yetmiş yeddi) manat (18 ay x 132 manat + 401 manat ilkin ödəniş) olan İMEİ kodu **********60651 olan “İPhone Xs” markalı telefon üçün ümumilikdə, 1666 (min altı yüz altmış altı) manat olmaqla ondan, 1270 (min iki yüz yetmiş manat) manat ödənilməmiş hissə, 396 (üç yüz doxsan altı) manat dəbbə hesablanmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 23.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3834 (üç min səkkiz yüz otuz dörd) manat (18 ay x 213 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********20443 olan “İPhone 11 Pro” markalı telefon üçün ümumilikdə, 3272 (üç min iki yüz yetmiş iki) manat olmaqla ondan, 2506 (iki min beş yüz altı) manat ödənilməmiş hissə, 766 (yeddi yüz altmış altı) manat dəbbə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3272 manat təşkil edir. Buna görə də, 21.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********71461 olan “İPhone 11” markalı telefon üçün 2144,2 (iki min yüz qırx dörx manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 600,8 (altı yüz manat səksən qəpik) manat dəbbə, 02.08.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********60651 olan “İPhone Xs” markalı telefon üçün 1270 (min iki yüz yetmiş manat) manat ödənilməmiş hissə, 396 (üç yüz doxsan altı) manat dəbbə, 23.10.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********20443 olan “İPhone 11 Pro” markalı telefon üçün 2506 (iki min beş yüz altı) manat ödənilməmiş hissə, 766 (yeddi yüz altmış altı) manat dəbbə, ümumilikdə 7683 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib, eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 21 dekabr 2019-cu il, 02 avqust 2019-cu il və 23 oktyabr 2019-cu il tarixli müqavilələrdən və həmin müqavilələrə əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən müvafiq şərtlərlə və dəyərdə əşyalar (mallar) almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - 21 dekabr 2019-cu il, 02 avqust 2019-cu il və 23 oktyabr 2019-cu il tarixli təhviltəslim aktlarından görünür ki, Cavabdeh həmin tarixli müqavilələr üzrə əşyaları (malları) "xxxx" MMC-dən təhvil almışdır; - "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış 16 yanvar 2021-ci il tarixli bildirişdən görünür ki, o, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur; - 14 iyun 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir; -"xxxx" MMC-nin 11 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 21 dekabr 2019-cu il, 02 avqust 2019-cu il və 23 oktyabr 2019-cu il tarixli müqavilələr üzrə müvafiq olaraq 2144,2 manat əsas borcu, 600,8 manat dəbbə borcu, 1270 manat əsas borcu, 396 manat dəbbə borcu, 2506 manat əsas borcu, 766 manat dəbbə borcu olmaqla, cəmi 3272 manat borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 dekabr 2019-cu il, 02 avqust 2019-cu il və 23 oktyabr 2019-cu il tarixli müqavilələrə əsasən cavabdeh iddiaçıdan müvafiq şərtlərlə və dəyərdə əşyalar (mallar) almışdır. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş müddətdə, müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilələrin bağlandığı tarixdə də onların predmeti olan əşyaları (malları) "xxxx" MMC-dən təhvil almışdır. Lakin cavabdeh aldığı malların dəyərini ödəməklə bağlı müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 21 dekabr 2019-cu il, 02 avqust 2019-cu il və 23 oktyabr 2019-cu il tarixli müqavilələr əsasında iddiaçı "xxxx" MMC-dən müvafiq əşyalar (mallar) almış, lakin o, müqavilələr üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimələr (dəbbə pulları) əsas borclara münasibətdə tənasübsüz surətdə yüksəkdir, həmin məbləğlər azaldılmaqla, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 21 dekabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 2144,2 manat əsas borc, 214,42 manat dəbbə pulu (cərimə), 02 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 1270 manat əsas borc, 127 manat dəbbə pulu (cərimə) və 23 oktyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 2506 manat əsas borc, 250 manat dəbbə pulu (cərimə) olmaqla, cəmi 6511,62 manat borc Cavabdeh alınaraq, "xxxx" MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 21 dekabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 2144,2 manat əsas borc, 214,42 manat dəbbə pulu (cərimə), 02 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 1270 manat əsas borc, 127 manat dəbbə pulu (cərimə) və 23 oktyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 2506 manat əsas borc, 250 manat dəbbə pulu (cərimə) olmaqla, cəmi 6511,62 manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-3037/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3037/2021
30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver