Məhkəmə qərarları › İş №2(007)-3047/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3047/2025

21.08.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3047/2025 21.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X18 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin hissəvi təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin hissəvi təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mediator X12 tərəfindən keçirilmiş mediasiya sessiyasında Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 01 avqust 2025-ci il tarixli barışıq sazişinin aliment və digər xərclər hissəsində (4. 5 və 6-cı bəndlərində aid hissədə) təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan 2 övladı var. 12 aprel 2015-ci il təvəllüdlü X10 və 01 dekabr 2016-cı il təvəllüdlü X7. Aralarında şəxsi və ailə münasibətləri pozulduğuna görə nikahın pozulması və sair mübahisənin həlli məqsədi ilə Mediasiya Təşkilatına etdiyi müraciət əsasında Təşkilatın mediatoru X8 vasitəsi ilə Maraqlı şəxs ilə onun arasında xx.xx.2025-ci il tarixli Başışıq Sazişi bağlanmışdır. Mübahisənin həlli istiqamətində tərəflərin qəbul eldiyi şərtlər, həmin şənlərin yerinə yetirilməsinin üsul və müddəaları: Tərəflər - X11 və Maraqlı şəxs aşağıdakı şərtlər ilə razılaşırlar. X11 və Maraqlı şəxs nikahın davam etdirilməsinə razı olmadılar və 29 mart 2013-cü il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 450 №-ilə qeydiyyata alınmış nikahın qarşılıqlı razılıq əsasında pozulması barədə razılığa gəldilər. Tərəflərin razılığına əsasən, birgə nikahdan dünyaya gəlmiş övladları 12 aprel 2015-ci il təvəllüdlü X10 və 01 dekabr 2016-cı il təvəllüdlü l ərzəliyeva Fatimə Mobil qızı ana Ərizəçi himayəsində və yanında qalacaq. Tərəflərin razılaşırlar ki, ata sərbəst formada, istədiyi vaxt övladları- 12 aprel 2015-ci il təvəllüdlü X10 və 01 dekabr 2016-cı il təvəllüdlü X7 ilə görüşə bilər. Tərəflərin qarşılıqlı razılığına əsasən, ata- Maraqlı şəxs, birgə nikahdan dünyaya gəlmiş övladları 12 aprel 2015-ci il təvəllüdlü X10 və 01 dekabr 2016-cı il təvəllüdlü X1 üçün 01 avqust 2025-ci il tarixindən elibarən hər ayın 16-dan 20-dək. ümumilikdə 500 (beş yüz) manat, yəni hər bir uşaq üçün aylıq 250 (iki yüz. əlli) manat məbləğində alimenti ana- Ərizəçi qızma ödəməyi öhdəsinə götürür. Həmin məbləği Ərizəçi Kapital Bankda olan **********980403 nömrəli hesabına köçürməyi öhdəsinə götürür. Tərəflərin razılaşırlar ki, ata- Maraqlı şəxs, birgə nikahdan dünyaya gəlmiş övladları X10 (təvəllüdlü 12 aprel 2015-ci il) və X9 (təvəllüdlü 01 dekabr 2016-cı il) əlavə xərclərin qarşılanması məqsədilə 01 avqusi 2025-ci il tarixindən etibarən hər ayın 16-dan 20 dək 150 (bir yüz əlli) manat məbləğimlə vəsaiti ana- Ərizəçi **********980403 nömrəli Kapital Bank hesabına köçürməyi öhdəsinə gülürür. Ata- Maraqlı şəxs, hər il iş yerində aldığı 1200 (bir min iki yüz) manat məbləğində illik əlavə vəsaiti (illik məzuniyyət pulu, mükafat və digər oxşar ödənişlər daxıl olmaqla) birgə nikahdan olan övladları təminatına yönəltməyi və bu məqsədlə həmin məbləği ana-Ərizəçi Sakii qızının **********980403 nömrəli Kapital Bank hesabına köçürməyi öhdəsinə götürür. Maraqlı şəxs nikahın pozulması barədə iddia ərizəsini məhkəməyə təqdim etməməyini, lakin aliment və digər xərclər ilə bağlı məhkəmədə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməyini bildirmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs barışıq sazişinin aliment hissəsində təsdiq edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə mediasiya prosesində barışıq sazişi bağlanmışdır və barışıq sazişi əsasında müəyyən edilmişdir ki: 1) X11 və Maraqlı şəxs nikahın davam etdirilməsinə razı olmadılar və xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 450 №- ilə qeydiyyata alınmış nikahın qarşılıqlı razılıq əsasında pozulması barədə razılığa gəldilər; 2)Tərəflərin razılığına əsasən, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X9 ana- X5 himayəsində və yanında qalacaq; 3) Tərəflər razılaşırlar ki, ata sərbəst formada, istədiyi vaxt övladlarıxx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X9 ilə görüşə bilər; 3) Tərəflərin qarşılıqlı razılığına əsasən, ata — Maraqlı şəxs, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X2 üçün 01 avqust 2025- ci il tarixindən etibarən hər ayın 16-dan 20-dək, ümumilikdə 500 (beş yüz) manat, yəni hər bir uşaq üçün aylıq 250 (iki yüz əlli) manat məbləğində alimenti ana — X6 ödəməyi öhdəsinə götürür. Həmin məbləği X5 Kapital Bankda olan **********980403 nömrəli hesabına köçürməyi öhdəsinə götürür; 4) Tərəflər razılaşırlar ki, ata — Maraqlı şəxs, birgə nikahdan dünyaya gəlmiş övladları X10 (təvəllüdü xx.xx.2015-ci il) və X4 (təvəllüdü xx.xx.2016-cı il) əlavə xərclərinin qarşılanması məqsədilə 01 avqust 2025-ci il tarixindən etibarən hər ayın 16-dan 20-dək 150 (bir yüz əlli) manat məbləğində vəsaiti ana — X5 **********980403 nömrəli Kapital Bank hesabına köçürməyi öhdəsinə götürür; 5) Ata- Maraqlı şəxs, hər il iş yerindən aldığı 1200 (bir min iki yüz) manat məbləğində illik əlavə vəsaiti (illik məzuniyyət pulu, mükafat və digər oxşar ödənişlər daxil olmaqla) birgə nikahdan olan övladların təminatına yönəltməyi və bu məqsədlə həmin məbləği ana — X5 **********980403 nömrəli Kapital Bank hesabına ödəməyi öhdəsinə götürür. Hazırda ərizəçi xx.xx.2025-ci il tarixli, MŞB/2/2025-00746 saylı barışıq sazişinin alimentə dair hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixində, mediasiya prosesində bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Məhkəmə hesab edir ki, ərizəçi məhkəməyə müraciət edərkən 50 manat dövlət rüsumu ödəmişdir, lakin xüsusi icraat qaydasında baxılan işlər üzrə dövlət rüsumunun məbləği 100 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, dövlət rüsumunun ödənilməyən hissəsi ərizəçidən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi (Saziş üzrə Birinci Tərəf) ilə Maraqlı şəxs (Saziş üzrə İkinci Tərəf) arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/2/2025-00746 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: "4) Tərəflərin qarşılıqlı razılığına əsasən, ata — Maraqlı şəxs, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X2 üçün 01 avqust 2025- ci il tarixindən etibarən hər ayın 16-dan 20-dək, ümumilikdə 500 (beş yüz) manat, yəni hər bir uşaq üçün aylıq 250 (iki yüz əlli) manat məbləğində alimenti ana — X6 ödəməyi öhdəsinə götürür. Həmin məbləği X5 Kapital Bankda olan **********980403 nömrəli hesabına köçürməyi öhdəsinə götürür. 5) Tərəflər razılaşırlar ki, ata — Maraqlı şəxs, birgə nikahdan dünyaya gəlmiş övladları X10 (təvəllüdü xx.xx.2015-ci il) və X4 (təvəllüdü xx.xx.2016-cı il) əlavə xərclərinin qarşılanması məqsədilə 01 avqust 2025-ci il tarixindən etibarən hər ayın 16-dan 20-dək 150 (bir yüz əlli) manat məbləğində vəsaiti ana — X5 **********980403 nömrəli Kapital Bank hesabına köçürməyi öhdəsinə götürür. 6) Ata- Maraqlı şəxs, hər il iş yerindən aldığı 1200 (bir min iki yüz) manat məbləğində illik əlavə vəsaiti (illik məzuniyyət pulu, mükafat və digər oxşar ödənişlər daxil olmaqla) birgə nikahdan olan övladların təminatına yönəltməyi və bu məqsədlə həmin məbləği ana — X5 **********980403 nömrəli Kapital Bank hesabına ödəməyi öhdəsinə götürür." Qətnamə alimentin ödənilməsi hissəsində dərhal icra edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Dövlət rüsumunun 50 manat hissəsi Ərizəçi tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar