Məhkəmə qərarları › İş №2(007)-3073/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3073/2025

22.12.2025 · Sair mülki iş - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3073/2025 22.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçılar İddiaçı1 Mı̇ sir oğlunun və Ağamalıyev Hakı̇ m Əkbər oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X4 və Cavabdeh2 qarşı “müqavilənin predmetinin əhəmiyyətsiz və müqavilənin bəzi müddəalarının qüvvədən düşmüş hesab edilməsi, müqavilənin ləğv edilərək əsassız varlanma kimi qiymətləndirilməsi və pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X4 və Cavabdeh2 qarşı “müqavilənin predmetinin əhəmiyyətsiz və müqavilənin bəzi müddəalarının qüvvədən düşmüş hesab edilməsi, müqavilənin ləğv edilərək əsassız varlanma kimi qiymətləndirilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 may 2025-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin predmetinin 1-ci, 2-ci, şərtlər hissəsidə 2-ci, 3-cü, bəndlərinin əhəmiyyətsiz hesab edilməsi, 09 may 2025-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin 6-cı və 8-ci bəndlərinin qüvvədən düşmüş hesab edilməsi, 09 may 2025-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin ləgv edilərək, əsasız varlanma münasibəti kimi qiymətləndirilməsi, 09 may 2025-ci il tarixli ilkin alqı-satqı müqaviləsində 4-cü bəndi ilə təsdiqlənmiş 8200 manat pulun cavabdeh X1 alınaraq, 09 dekabr 2025-ci il tarixə qədər İddiaçı1xan oğluna verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1xan oğlu əvvəlcədən tanıdığı X3 işlətdiyi dükana "Şanfi" firmasının mallarının verilməsi ilə bağlı 1930 manat borc yaranmışdır. 02 fevral 2025-ci ildə İddiaçı1xan oğlu cavabdeh X6 ilə şifahi sövdələşmə edərək, **-ZR-*** dövlət qeydiyyat nişanlı “Şevrolet Kruz” markalı ağ rəngli avtomobilin 11070 manata ilkin olaraq 3200 manat, 10 ay 787 manat ödəniş olmaqla sahiblik hüququ verilməklə üzərində sərəncam hüququna vədələşmişlər. Müqavilənin şərtlərində 1-ci bənddə göstərilib ki, İddiaçı1xan oğlu 3200 manatı nağd şəkildə, kart vasitəsilə ilə 4 ay 787 manatdan ödəniş edərək, 3148 manat ödəmiş, ümumilikdə 6348 manat təşkil etmişdir. 8-ci bənddə 1900 manat ödənişi də əlavə edilərək, 8248 manat təşkil edir ki, bu rəqəm yuvarlaşdırılaraq, 8200 kimi qəbul edilmişdir. Sonradan məlum olmuşdur ki, cavabdehə ödənilən 3200 manat və kart vasitəsilə ayda 787 manat olmaqla ödənilmiş puldan cəmisi 2 ayın pulu maşının qanuni sahibi X5 ödənilib. Uzun araşdırmadan sonra İddiaçı1xan oğlu maşının alqı-satqısını həyata keçirən digər şəxs Cavabdeh2 taparaq, cavabdehlə görüşüb, hüquqşünas Ağamalıyevin iştirakı ilə ilkin alqı-satqı müqaviləsi bağlayaraq, avtomobilin yekun alqı-satqısını təmin etməklə yanaşı mənimsədiyi və öhdəlik götürüb 8200 manatı ödəyəcəyini bildirib. Mülki Məcəllənin ilkin müqavilə və öhdəliklərlə bağlı fəslin müddəalarına əsasən ilkin müqavilə bağlandıqdan sonra müddət təyin edilə bilər. Lakin müqavilə şərtlərinin tam icra edilməsi cavabdehin iradəsindən asılı olmaması aşkar olmaqla müqavilənin bu hissədə yəni müqavilənin 1 və 2-ci bəndlərində göstərilən alqısatqı müqaviləsinin bağlanmasının və sürücülük barədə etibarnamə verilməsinin icrası mümkünsüz olmaqla müqavilə bu hissədə hüquqi əhəmiyyətini itirmişdir, lakin ödənilmiş pulların qaytarılması şərti mövcuddur ki, bu da artıq borc münasibətinin yaranmasını təsdiqləyir. Artıq digər şəxsə pulun verilməsi avtomobilin faktiki sahibi kimi qeyd edilən Cavabdeh2 verilməsi də əhəmiyyətini itirmişdir. Belə ki, avtomobilin əsas qanuni mülkiyyətçisi X7 adlı şəxsdir ki, avtomobil ondan nağd şəkildə ödəmə edilmədən götürülüb. Pul vəsaitləri də vasitəçilər vasitəsilə ona ödənilməli idi. Vasitəçilər Cavabdeh2, ondan sonra isə X6 olmaqla avtomobil əvvəlcə Mustafayevin, sonra isə Rəhimovun sahibliyində olaraq, sonuncunun vasitəsilə avtomobil İddiaçı1xan oğlunun sahibliyinə verilmiş, pul ödənişi də onunla razılaşdırılmışdır. Avtomobillə bağlı mübahisə artıq əsl mülkiyyətçi olmuş X7 adlı şəxsin hüququdur. Pulun sonuncu sahiblik etmiş X4 ödənilməsi pulun ondan geri tələb edilməsi üçün əsasdır. 3-cü şəxs Cavabdeh2 ona verilmiş hüquqdan Qasımovun xeyrinə imtina etmişdir. Yazılı təqdim ediləcəkdir. Cavabdeh 7 ay 15 gün qeydini, 6-cı və 7-ci bəndi qarşılıqlı surətdə bağlı olduğunu başa düşmədiyi üçün 7 ay keçəndən sonra pulu ödəyəcəyi qənaətinə gələrək 3 aya yaxındır ki, qeyd edilən 8200 manatdan heç bir ödəniş etməmişdir. 7-ci bənddə 600 manat ziyan nə üçün yazılıb- 7 ay keçdiyi gündən ləngidilən hər ay üçün əlavə 600 manat nəzərdə tutulur. Müqavilənin icra yeri Bakı şəhəri Nizami rayonudur. İddia ərizəsinin verilməsi müqavilənin icra yeri üzrə verilir. 09 may 2025-ci il tarixdə bağlanmış ilkin alqı satqı müqaviləsinin Müqavilə predmetinin icrasının qeyri mümkünlüyü və ödənilmiş pul vəsaitinin 6-cı bənddə qeyd edidiyi kimi cavabdehdən alınıb faktiki sahibə verilməsi əsası bu hissələrdə qüvvədən düşmüş hesab edilməsi, pulun 4-cü bənddə göstərilən qaydada Qasımova ödənilməsi şərti əsas götürü- lərək, öhdəlik həvalə edilməsi zəruridir. İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2025-ci il tarixdə ərizə verərək bildirmişdir ki, cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etməmişdir. Məhkəməyə sədrlik edən isə hansı aylarda ödəniş olub olmaması məsələsinə toxunarkən 09 may 2025-ci il tarixli müqavilədə yekun olaraq cavabdehin ödəməli olduğu yuvarlaqlaşdırılmış 8200 manat pulun ödənilməsi öhdəliyinin cavabdeh tərəfindən üzərinə götürülməsi məhkəmənin diqqətinə çatdırılmışdır. Belə ki, mübahisəsiz qaydada ilkin alqı-satqı müqaviləsində 3200 manat pulun nağd şəkildə, 4 ay 787 manatdan ödənilmiş 3148 manat pulun, “Şanti” firması ilə bağlı əvvəlcədən mövcud olan 1930 manat borcu ümumilikdə 8278 manat pulu yuvarlaşdıraraq 8200 manatla hər iki tərəf razılaşmışdır. Lakin, avtomabilin faktiki olaraq əsas mülkiyyətçisindən alqı-satqı ilə əldə olunması əsası ilə artıq iki müqavəlinin bu müddəalarının əhəmiyyətsiz hesab edilməsi tələbi irəli sürülmüşdür. Cavabdeh əldə etdiyi pul vəsaitlərinin qaytarılması öhdəliyini daşıyır. Cavabdeh tərəfindən mobil telefona göndərilən mesajlarda “Şanti firmasından” təmizlik kağızı alınmasını göstərməklə həmin 1930 manatı da mübahisələndirməyə çalışır. Əslində cavabdeh “Whatsapp” yazışmasında vəkil tutması ilə ödəməli olduğu bütün pul vəsaitini inkar etməyə çalışmışdır. Halbuki, müqaviləni imzalayarkən müqavilənin o müddəalarını qəbul etmiş, hətta həyat yoldaşının adına olan karta 4 ay 787 manatdan ödəniş olmasını da inkar edə bilməmişdir. Belə olan halda cavabdehin yoldaşının kart hesabından çıxarış cavabdehin özündən tələb edilməlidir. Hesab edirlər ki, xx.xx.2025-ci il tarixli müqavilədə gğstərilən pul ödənişlərinin təsdiqi hissəsi sübut növü kimi qəbul edilərək, müvafiq qətnamə qəbul edilməlidir. Cavabdeh X6 tərəfindən xx.xx.2025-ci il tarixdə ərizə verilərək bildirilmişdir ki, bank tərəfindən alınmış rəsmi çıxarışdan görünür ki, yanvar, fevral, mart, aprel və may ayı üzrə həyat yoldaşının kart hesabına 787 manat pul mədaxil olunmamış və iddia ərizəsində qeyd olunan “Şanti” firmasına da borcu yoxdur. Məhkəmə tərəfindən Cavabdeh2 iddiaçılar tərəfindən mübahisələndirilən xx.xx.2025ci il tarixli müqavilənin ona aid olan 6-cı və 8-ci bəndlərinin qüvvədən düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edildiyi və həmin müqavilə üzrə Cavabdeh2 tərəf olaraq müqaviləni imzaladığı üçün iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı1 Mı̇ sir oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, 2025-ci ilin yanvar ayında cavabdeh Rəhimov Tariyeldən maşın almış, onda həmin vaxt maşın kreditdə olmuş, ondan maşın sahibinin xaricdə olduğundan maşını kimin adına kredit edəcəklərini soruşmuşdur. Elnur Mahmudov maşının sahibi olmuş, o da avtomobili həyat yoldaşı sürəcəyi üçün onun adına olmasını bildirmiş, ona da həyat yoldaşının ora getməyinə ehtiyac olmadığı, müqaviləni verib imza çəkib vermələrini, o da Elnura təhvil verəcəyini bildirilmişdir. Onlar aralarında danışmışlar ki, 10 ay 787 manatdan kredit ödəyəcəklər və o, 3200 manat ilkin ödəniş olaraq nağd vermiş, 4 ayı ödəyəndən sonra maşını öz adına qeydiyyatdan keçirmək istədiyini bildirmişdir. Tariyel ona problem olmadığını, qeydiyyat apara bilmədiklərini bildirdiyindən o da məcbur olub texniki pasport ilə avtomobilin sahibini tapmışdır. Orada məlum olmuşdur ki, avtomobilin 18 ay krediti qalıb. Buna görə 8 ay 787 manatdan fərq yaranmışdır. Əvvəlcədən aralarında işlədiyi yerdən məhsullar aldığı üçün 1430 manat şəxsi borc münasibəti olmuş, bu borcu da müqavilədə əlavə etmiş, bununla da 8248 manat borc yaranmış, onlar da həmin borcu yuvarlaqlaşdıraraq 8200 manat qeyd etmişlər. Bununla da onun tərəfindən 8200 manat ödəniş edilmişdir. Bütün bunları cavabdeh müqavilədə imzası ilə təsdiq edir. Cavabdeh 09 may 2025-ci il tarixində 7 ay müddətinə öhdəlik götürmüşdür ki, hissə-hissə ödəniş edəcək, ancaq ödəniş etməyib, o telefon zənginə də cavab vermir. O, Elnur Mahmudova 9000 manat ödəniş edib maşını öz adına keçirmişdir. Onlar əslində 10 aylıq ödəniş edilməsini müəyyən etmiş, ancaq elə olmuşdur ki, 18 ay ödəniş olmuşdur. 4 ay üzrə hər ay ödənilən 787 manatın cəmi 1 ayı Elnura çatıb. May ayına qədər Elnura ödəniş çatmayıb, Elnurun yanına gedəndə Elnur maşını axtarışa verib alacağını 3 aydır ki, ödəniş edilmədiyini bildirmişdir. Onun da bundan xəbəri olmayıb. Onların Tariyel ilə aprel ayında olan yazışmaları var ki, Elnurun adından ona yazaraq ödənişin ödənilmə vaxtının olduğunu, ödənişi ödəməli olmalarını bildirmişdir. O, ümumilikdə11780 manat ödəniş eməli idi, bunun 9000 manatını Elnura vermiş, 4 ay üzrə 1 ay Elnura çatıb, 2 ay da 787 manatdan Elnura ödəmiş, 9000 manat da verib maşını adına keçirmişdir. O, tələb etdiyi 8200 manatın içərisində həm ilkin ödənişini, həm 4 ayın ödənişini, həm də aralarında olan 1900 manat borcu istəyir. Həmin aralıqda yenə Elnura pul ödəmişdir. May ayının 9-da Hakim bəyin iştirakı ilə bağladıqları müqavilədən sonra 2 ay yenə 787 manatdan Elnura pul ödəmiş, daha sonra 9000 manat verib maşını adına qeydiyyata keçirmişdir. Maşının ümumi kreditindən Tariyel heç bir ödəniş etməyib. Tariyelin Elnurdan götürdüyü başqa maşın da olmuş, Mahir adlı şəxs etibarnamə vermiş, onun əsasında maşını istifadə etmişdir. Krediti ödəyəndən sonra maşın Tariyelə qalmalı idi, Tariyel də onun adına həmin maşını satmışdır, Mahir bəy burada sadəcə vasitəçidir. Yanvar ayından aprel ayına kimi Tariyel ödəniş etməyib, özü kartın kodunu göndərmişdir ki, pulu bu karta göndər, Tariyel o pulu götürüb özü üçün xərcləyib. Məhkəmə iclasında iddiaçı Ağamalıyev Hakı̇ m Əkbər oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, Tariyel pulları götürüb, ancaq Elnura 1 ayın ödənişini verib, qalan pulları başqa yerə xərcləyib. Hazırda “Şanti” firmasının olmaması o demək deyildir ki, cavabdehin borcu yoxdur. Onlar müqavilədə də 1900 manatı yuvarlaqlaşdırıb qeyd etmiş və borcu da bağlamışlar. Cavabdehin müqavilədə imzası və öz xətti qeyd edilib. Cavabdeh əgər müqavilədən narazı idisə, müqaviləni mübahisələndirə bilərdi. Müqavilə tərəflərin iradə ifadəsinə əsasən tərəflərin iştirakı ilə bağlanılıb. Cavabdeh müqaviləni mübahisələndirsə belə, müqavilədə olan imza və xətt onun özünə məxsusdur. Müqaviləni o tərtib etmiş, ancaq cavabdeh öhdəliklərini icra etməmiş, ona görə də o da iddiaçı olaraq iddia qaldırmışdır. Həmçinin, tərəflərindən iş materiallarına əlavə edilmiş“Whatsapp” yazışmalarında İddiaçı1la Elnurun adından yazışdığı nömrə Elnur Mahmudovun deyildir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş cavabdehlər X6 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. Cavabdeh X6 tərəfindən xx.xx.2025-ci il tarixdə ərizə verilərək oğlu əməliyyat olduğu, xx.xx.2025-ci il tarixdə isə ərizə verilərək yas mərasimi olduğu üçün üzürlü səbəblərdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini qeyd etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Avtomobilin faktiki satışını icra edən X6, avtomobilin faktiki sahibi Cavabdeh2, faktiki alıcı İddiaçı1xan oğlu və faktiki alıcının mənafeyini qoruyan İddiaçı2 arasında bağlanılmış xx.xx.2025-ci il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, X7 adlı şəxsin adına kartla ödənişlərin edilməsinə dair qəbzlər mövcuddur. Ümumi 3148 manat kartla, 3200 manat nağd olaraq 6348 manat ödənilib. 4722 manat qalıq borc qalıb, lakin bu pulların verilməsindən, sonra yəni 4722 manat ödəyəndən sonra **-ZR-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı ağ rəngli avtomobilin sənədləşməsi satışı icra edən şəxsə aid olur. Pulun verilməsi faktiki sahibə aid edilir. Satışı təmin edən tərəfindən qalıq olaraq 8200 manatı faktiki alıcı Qasımova ödənilir və o, aldığı pulu heç kimə vermir. 6348 manatı X6 aldığını təsdiqləyib, həmin məbləği faktiki sahib Cavabdeh2 ödəməyi öhdəsinə götürür- 7 ay müddətində, ləngimə 15 gündən sonra maddi ziyan kimi əlavə məbləğin tələbinə əsasdır. Maddi ziyan ayda 600 manat müəyyənləşir. Avtomobilin faktiki sahibi Cavabdeh2 satışı icra edəndən, eyni zamanda 1900 manat almalıdır. Bu pul da alınır- verilir Mustafayevə. Həmin pul məbləği də 7 ay müddətində verilməlidir- maddi ziyan bu hissəyə də aid edilir. Yekun olaraq avtomobilin satışın təmin edən X6 8200 manat faktiki alıcı İddiaçı1 ödəmək vəzifəsi daşıyır. Mübahisə yaranarsa 7 ay 15 gün sonra məhkəməyə müraciət edilə bilər. - BA seriyalı 494477 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-ZR-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı minik avtomobili xx.xx.2025-ci il tarixdə mülkiyyətçi olaraq İddiaçı1 adına qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin 1-ci və 8-ci bəndlərinə əsasən X7 adlı şəxsin adına kartla ödənişlərin edilməsinə dair qəbzlər ilə 3148 manat kartla, 3200 manat nağd olaraq ümumi 6348 manat ödənilmişdir. Həmçinin avtomobilin faktiki sahibi Cavabdeh2 1900 manat satışı icra edən X6 tərəfindən verilməlidir. Müqavilənin 4-cü və 6-cı bəndlərində də qeyd edilmişdir ki, satışı təmin edən, yəni cavabdeh X6 tərəfindən qalıq olaraq 8200 manatı faktiki alıcı İddiaçı1 ödənilir. 6348 manatı X6 aldığını təsdiqləyib, həmin məbləği faktiki sahib Cavabdeh2 7 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçılar 8200 manat məbləğində vəsaitin X6 tərəfindən İddiaçı1 ödənilmədiyinə görə və İddiaçı1 tərəfindən avtomobilin dəyəri olan 11070 manat vəsaitə görə qalan fərqin avtomobilin qanuni sahibi Elnur Mahmudova birbaşa özü tərəfindən ödənildiyi və avtomobili aldığı üçün iddia tələbi ilə məhkəməyə müraciət edərək 09 may 2025-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin predmetinin 1-ci, 2-ci, şərtlər hissəsidə 2-ci, 3-cü, bəndlərinin əhəmiyyətsiz hesab edilməsi, həmin müqavilənin 6-cı və 8-ci bəndlərinin isə qüvvədən düşmüş hesab edilməsi, 09 may 2025-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin ləgv edilərək, əsasız varlanma münasibəti kimi qiymətləndirilməsi, müqavilənin 4-cü bəndi ilə təsdiqlənmiş 8200 manat pulun cavabdeh X1 alınaraq, 09 dekabr 2025-ci il tarixə qədər İddiaçı1xan oğluna verilməsini xahiş etmişlər. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iddiaçıların izahatını dinləyib iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə ilk öncə iddiaçı olaraq İddiaçı2 hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmaması ilə bağlı bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Bu mənada qeyd olunmalıdır ki, iş materiallarına əlavə olunmuş 09 may 2025-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin müddəalarından görünür ki, qeyd olunan müqavilə üzrə İddiaçı2 hər hansı öhdəlik götürməmiş, onun üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Belə ki, müqavilədə İddiaçı2 faktiki alıcı olan digər İddiaçı1 mənafeyini qoruyan şəxs kimi göstərilmiş, məbləği ödəməli olan şəxs kimi cavabdeh X6, məbləğ ödənilməli olan şəxs kimi isə digər İddiaçı1 qeyd olunmuşdur. Hansı ki, qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi İddiaçı2 belə bir iddia qaldırması üçün subyektiv hüquq üzrə 3 element mövcud deyildir. Buna görə də iddia tələbi İddiaçı2 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Maddə 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Maddə 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Maddə 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Maddə 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Maddə 402.6. Niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” qərarında formalaşdırdığı mövqeyə görə əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və İddiaçı1nın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqazidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Predmetini üç min manatdan çox məbləğin təşkil etdiyi borc müqaviləsi baxımından isə xüsusi etibarlılıq şərti olaraq onun yazılı formada bağlanmalı olduğu müəyyənləşdirilmişdir (Mülki Məcəllənin 739.2-ci maddəsi). Konstitusiya Məhkəməsi yuxarıda adı çəkilən qərarında qeyd etmişdir ki, “...Mülki Məcəllənin 337.5-ci maddəsi ... etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. ...Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir (“Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarı). Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bir neçə müqavilənin ünsürlərini özündə əks etdirən münasibətlər olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə, 15-ci maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir. İşin müəyyən edilmiş faktiki halı odur ki, tərəflər arasında razılaşmada birbaşa göstərilməsə də onun mahiyyətindən belə məlum olur ki, tərəflərin əsl niyyəti cavabdeh X3 iddiaçıya olan 1900 manat borc və avtomobilə görə ödənilmiş 6348 manat vəsait də daxil olmaqla ümumilikdə yuvarlaq olaraq müəyyən etdikləri 8200 manat vəsaiti Cavabdeh2 vasitəsi ilə avtomobilin qanuni sahibi Elnur Mahmudova ödənilməklə gələcəkdə avtomobilə müvafiq etibarnamə verilməklə onun İddiaçı1 mülkiyyətinə keçirilməsi olmuşdur. Razılaşmada həmçinin 8200 manat vəsaitin cavabdeh X6 tərəfindən faktiki alıcı iş üzrə İddiaçı1 ödənilməsi və həmin vəsaitin onun tərəfindən heç kimə verməməsi şərti də nəzərdə tutulmuşdur. Lakin qanunvericilik normalarından görünür ki, ilkin müqavilə bağlanarkən tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı və əsas müqavilənin hansı müddətə bağlanmağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Bununla da müəyyən olunur ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2025-ci il tarixli ilkin alğı-satqı müqaviləsində tərəflər gələcəkdə hər hansı müqavilə bağlamağı öhdələrinə götürməmişlər, yalnız aralarında bağlanılan müqaviləyə əsasən sürücülük barədə etibarnamə verildiyi andan ilkin müqaviləni bağlanmış hesab etmişlər. Həmçinin məhkəmə qeyd edir ki, “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında qeyd edilmişdir ki, nəqliyyat vasitələrinə sahiblik, nömrəli aqreqatların alınması və əldə edilməsinin qanuniliyi aşağıdakı sənədlərlə təsdiq edilir: nəqliyyat vasitəsinin mülkiyyətçisi və alıcı arasında yazılı şəkildə tərtib edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X8-imtahan məntəqələrində təsdiq olunmuş alqı-satqı (Əsasnaməyə 1 nömrəli əlavə), yaxud dəyişmə (Əsasnaməyə 2 nömrəli əlavə) müqaviləsi. Bağlanmış müqavilənin doğruluğunun təkzibedilməz şərti qeydiyyat məntəqəsində satıcı və alıcının (onların vəkil etdikləri şəxslərin) iştirakıdır. Bununla da müəyyən olunur ki, avtomobilin alqı-satqısı zamanı müqavilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X8-imtahan məntəqələrində təsdiq olunmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, mübahisəli ilkin müqavilə Mülki Məcəllənin 739.1-ci maddəsi ilə müəyyən olunmuş borc müqaviləsinin şərtlərinə də uyğun bağlanılmamışdır. Belə ki, razılaşmanın şərtlərindən görünür ki, 6348 manatı X6 aldığını təsdiqləyib, həmin məbləği faktiki sahib Cavabdeh2 7 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Avtomobilin faktiki sahibi Cavabdeh2 1900 manat avtomobilin faktiki satışını icra edən cavabdeh X6 tərəfindən ödənilməlidir. Cavabdeh X6 tərəfindən qalıq olaraq 8200 manat faktiki alıcı İddiaçı1 ödənilir. Halbuki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında bağlanılmış mübahisəli ilkin müqavilə borc müqaviləsinin və ya nəqliyyat vasitəsinin alqı-satqısına dair əqdin formasına dair şərtlərə əməl edilmədən bağlanılmış və tərəflər müqavilənin bağlanılmış hesab edilməsini sürücülük barədə etibarnamə verildiyi anla şərtləndirmişlər. Buna görə də məhkəmə hesab edir ki, ilkin müqavilə etibarsız əqddir və bağlandığı andan etibarsızdır, həmin əqd etibarsız əqd olaraq onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Buna görə də həmin müqavilənin qeyd olunan müddəları etibarsız olduğundan iddia tələbinin “09 may 2025-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin predmetinin 1-ci, 2-ci, şərtlər hissəsində 2-ci, 3-cü, bəndlərinin əhəmiyyətsiz hesab edilməsi, 09 may 2025-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin 6-cı və 8-ci bəndlərinin qüvvədən düşmüş hesab edilməsi” hissəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “09 may 2025-ci il tarixli ilkin alqı-satqı müqaviləsində 4-cü bəndi ilə təsdiqlənmiş 8200 manat pulun cavabdeh X1 alınaraq, 09 dekabr 2025-ci il tarixə qədər İddiaçı1xan oğluna verilməsi və 09 may 2025-ci il tarixli ilkin alqı-satqı müqaviləsi üzrə müəyyən olunmuş vəsaitin əsasız varlanma münasibəti kimi qiymətləndirilməsi” hissəsi ilə bağlı bildirir ki, xx.xx.2025-ci il tarixli müqavilə etibarsız əqd olmasına və hüquqi nəticələrə səbəb olmamasına baxmayaraq müqavilənin qanunla müəyən edilmiş forma məzmununa riayət edilməməsi həmin pulun qaytarılmaması və ya bu barədə verilmiş iddianın bütövlükdə rədd edilməsinə əsas ola bilməz. Belə ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Bununla da cavabdeh X6 tərəfindən 6348 manat vəsait Elnur Mahmudova ödənilməli olmasına baxmayaraq cavabdeh həmin məbləğləri heç bir əsas olmadan mənimsəyərək əsassız varlanmışdır. Həmçinin 1900 manat borc məbləği də daxil olmaqla 8200 manat vəsaitin cavabdeh Tariyel Rəhimov tərəfindən İddiaçı1 ödənilməli olması da xx.xx.2025-ci il tarixli müqavilədə müəyyən olunmuşdur və həmin razılaşma da cavabdeh X6 tərəfindən iddiaçıya borcunun olmasının etirafı kimi qəbul edilməlidir. Qeyd olunan razılaşmada cavabdeh X6 iddiaçıya 8200 manat pul ödəməli olmasını qəbul etmiş və həmin razılaşma onun imzası ilə təsdiq edilmişdir. Hansı ki, iddia tələbi üzrə cavabdeh X6 həmin müqavilədə olan imzanın onun olmamasını mübahisələndirməmişdir. Eyni zamanda, iş materiallarına əlavə edilmiş cavabdeh X4 məxsus ***-***-**-** saylı telefon nömrəsi ilə Elnur Mahmudovun adından İddiaçı1xan oğlu ilə xx.xx.2025-ci il tarixdən başlayaraq olan yazışmalar ilə tərəflər arasında müqavilədən öncə də müqavilədə qeyd olunan avtomobil, avtomobilin qalıq borcu olan 4722 manat, iddiaçı tərəfindən 787 manat ödəniş edilməsi ilə bağlı münasibətin mövcud olması müəyyən olunmuşdur. Hansı ki, Elnur Mahmudov tərəfindən yazılıb imzalanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, qeyd olunan yazışmada olan telefon nömrəsi ona məxsus deyil və kimə məxsus olduğunu bilmir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh X6 iddiaçı tərəf tərəfindən onun həyat yoldaşının kart hesabına 5 ay ərzində 787 manat pul mədaxil olmasını və “Şanti” firmasına borcunun olmasını mübahisələndirmişdir. Məhkəmə cavabdehin bu dəlilləri ilə bağlı qeyd edir ki, bu hallar iş üçün əhəmiyyət kəsb etmir. Belə ki, hazırda iddiaçı cavabdehdən ümumilikdə 8200 manat pulun tutulmasını tələb edir və həmin məbləğ də yuxarıda qeyd edildiyi kimi xx.xx.2025-ci il tarixli müqavilədə cavabdeh X6 tərəfindən qəbul edilmiş və o həmin məbləğdə daxil olmaqla 8200 manat məbləğində borcunun olmasını etiraf etmişdir. Həmçinin, cavabdehin həyat yoldaşı X2 adına olan kart hesabı üzrə xx.xx.2025-xx.xx.2025-ci il tarixləri əhatə edən hesabdan çıxarış ilə həmin kart hesabına müxtəlif dövrlərdə müxtəlif hesablarda məbləğlərin daxil olması müəyyən edilsə də həmin məbləğlərin sırf xx.xx.2025-ci il tarixli müqavilədə qeyd olunan və tərəflər arasında müqavilədən də öncə yaranan münasibətlər üzrə ödənilən vəsaitlərin olması müəyyən oluna bilməmişdir. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilərək 8200 manat pul cavabdehdən İddiaçı1xan oğlunun xeyrinə tutulmalı, həmin məbləğ məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan və icraya yönəldildikdən sonra cavabdehdən tutulmağa başlanılacağı üçün iddia tələbi 8200 manat pul vəsaitinin 09 dekabr 2025-ci il tarixə qədər cavabdehdən tutularaq İddiaçı1xan oğluna verilməsi hissəsində rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355- 17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Rəhı̇ mov Taryel İlyas oğlundan İddiaçı1 Mı̇ sir oğlunun xeyrinə 8200 manat vəsait tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən İddiaçı2 tərəfindən ödənilmiş 102 manat dövlət rüsumu cavabdeh X1 tutularaq ona ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Rəhı̇ mov Taryel İlyas oğlundan İddiaçı1 Mı̇ sir oğlunun xeyrinə 8200 manat vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ağamalİyev Hakı̇ m Əkbər oğlu tərəfindən ödənilmiş 102 manat vəsaitin əvəzi Rəhı̇ mov Taryel İlyas oğlundan tutularaq Ağamalıyev Hakı̇ m Əkbər oğluna ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar