Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2366/2025 17.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Aygül Əfqan qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Cəfərzadə Ağakərı̇ m Tələt oğlunun, İlkin iddia üzrə cavabdeh Şı̇ rməmmədli Uğur Nüsrət oğlunun, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Şı̇ rməmmədov Nüsrət Rəhı̇ m oğlunun iştirakları ilə, İddiaçı Cəfərzadə Ağakərı̇ m Tələt oğlunun cavabdehlər Şı̇ rməmmədli Uğur Nüsrət oğlu, Şı̇ rməmmədov Nüsrət Rəhı̇ m oğlu və Nəbı̇ yev Sənan Neman oğluna qarşı “borcun etirafı haqqında müqavilənin qismən ləğv edilməsi və müqavilədə göstərilən borcun tərəflərə aid edilməsi” tələbinə dair ilkin və iddiaçı Şı̇ rməmmədov Nüsrət Rəhı̇ m oğlunun cavabdeh Cəfərzadə Ağakərı̇ m Tələt oğluna qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cəfərzadə Ağakərı̇ m Tələt oğlu cavabdehlər Şı̇ rməmmədli Uğur Nüsrət oğlu, Şı̇ rməmmədov Nüsrət Rəhı̇ m oğlu və Nəbı̇ yev Sənan Neman oğluna qarşı “borcun etirafı haqqında müqavilənin qismən ləğv edilməsi və müqavilədə göstərilən borcun tərəflərə aid edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə arasında bağlanmış 11 aprel 2025-ci il tarixli borcun etirafı haqqında müqavilənin qismən ləğv edilməsi, müqavilə üzrə ona aid olan 120000 AZN borcun ona aid edilməsi, mübahisələndirilən müqavilənin 120000 AZN vəsaitin Cavabdeh1 aid olması, müqavilədə nəzərdə tutulmuş məbləğin digər 120000 AZN vəsaitinin digər cavandeh Cavabdeh3 aid olması barədə qətnamə xahiş etmişdir. Cavabdeh Şı̇ rməmmədov Nüsrət Rəhı̇ m oğlu qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, xx.xx.2025-ci il tarixli borcun etirafı haqqında müqavilə üzrə ödənilməmiş 333608 manat pul və ödənilmiş dövlət rüsumunun Cəfərzadə Ağakərı̇ m Tələt oğlundan tutulmasını xahiş etmişdir. Məhkəmə mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair proses iştirakçılarının fikirini öyrənmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Cəfərzadə Ağakərı̇ m Tələt oğlu mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Əlavə olaraq bildirdi ki, o, su filterlərinin satışı və servis xidməti ilə məşğuldur. O, “Neo Line” şirkətinin təsisçisi və direktorudur. İlkin iddia üzrə cavabdeh Şı̇ rməmmədli Uğur Nüsrət oğlu mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Şı̇ rməmmədov Nüsrət Rəhı̇ m oğlu mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, ilkin üzrə cavabdeh Nəbı̇ yev Sənan Neman oğlu məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. 32.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Məhkəmə araşdırması zamanı aydın olmuşdur ki, mülki iş aiddiyyət qaydalarını pozmaqla icraata qəbul edilmişdir. Beləliklə, hazırkı mübahisə tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olduğundan məhkəmə hesab edir ki, mülki işə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Hazırki iddia ərizəsi ilə, ilkin iddia üzrə iddiaçı Cəfərzadə Ağakərı̇ m Tələt oğlu borcun etirafın müqaviləsinin qismən ləğv edilməsi və borcun onlara aid edilməsini, qarşılıqlı iddia üzrə iddiaçı Şı̇ rməmmədov Nüsrət Rəhı̇ m oğlu isə borcun etirafı müqaviləsi üzrə pulun ödənilməsini tələb edir. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasındaki mübahisə, onlar arasında həyata keçirilən sahibkarlıq fəaliyyətindən yaranmışdır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışlardan görünür ki, Cəfərzadə Ağakərı̇ m Tələt oğlu (VÖEN: **********), Şı̇ rməmmədli Uğur Nüsrət oğlu (VÖEN: **********), Şı̇ rməmmədov Nüsrət Rəhı̇ m oğlu (VÖEN: **********) və Nəbı̇ yev Sənan Neman oğlu (VÖEN: **********) fərdi sahibkardırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. MPM-in: 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Beləliklə, məhkəmə hesab edir ki, mülki işin aidiyyət qaydalarının pozulmaqla icraata qəbul edildiyindən hazırkı halda aidiyyət məsələsi həll edilməli, mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 24.2, 32.5, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cəfərzadə Ağakərı̇ m Tələt oğlunun cavabdehlər Şı̇ rməmmədli Uğur Nüsrət oğlu, Şı̇ rməmmədov Nüsrət Rəhı̇ m oğlu və Nəbı̇ yev Sənan Neman oğluna qarşı “borcun etirafı haqqında müqavilənin qismən ləğv edilməsi və müqavilədə göstərilən borcun tərəflərə aid edilməsi” tələbinə dair ilkin və iddiaçı Şı̇ rməmmədov Nüsrət Rəhı̇ m oğlunun cavabdeh Cəfərzadə Ağakərı̇ m Tələt oğluna qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə e-2(007)-2366/2025 saylı mülki iş aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-2366/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2366/2025
17.07.2025 · Sair mülki iş - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver