Məhkəmə qərarları › İş №2(007)-3086/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3086/2021

16.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3086/2021 16.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Bakı Şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının təsdiq edilməsi və şəxsin eyniləşdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 20.08.1943-cü ildə Xudat şəhərində anadan olmuş, 11.12.2020-ci ildə Bakı şəhərində vəfat etmiş X1 onun atası olması, İmişli rayonu Aranlı kəndi ərazisində 2.87 ha torpağın mülkiyyət hüququna dair JN-0179, Kod 90700118 saylı dövlət aktında da göstərilmiş "X6" ilə onun eyni şəxs olması və İmişli rayonu Aranlı kəndi ərazisində 2.87 ha torpağın mülkiyyət hüququna dair JN-0179, Kod 90700118 saylı dövlət aktının ona məxsus olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək iddia tələbinin həcmini azaldaraq 20.08.1943-cü ildə Xudat şəhərində anadan olmuş, 11.12.2020-ci ildə Bakı şəhərində vəfat etmiş X1 onun atası olması, “Ərizəçi Səyyar oğlu” ilə “Ərizəçi”nun eyni şəxs olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Bakı Şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X7 ifadəsində bildirdi ki, Ərizəçi onun oğludur. X5. Doğum haqqında şəhadətnaməsində oğlunun ata adı səhv yazımışdır. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində bildirdi ki, Ərizəçi onun qardaşıdır. Əsədov Səyyar atasıdır. Ərizəçi doğum haqqında şəhadətnaməsində qardaşının ata adı texniki olaraq səhv yazılmışdır. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Bakı Şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının təsdiq edilməsi” tələbinə dair hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Nəzərə alınmalıdır ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinin (X10) Ərizəçi ünvanlamış 24 iyun 2021-ci il tarixli 05Q-1781/15 saylı məktubundan görünür ki, Xaçmaz rayonu Xudat İcra Nümayəndəliyində 26.02.1966-cı il tarixli 03 saylı nikah akt qeydi X1 adına tərtib edilib, lakin müraciət edənin şəxsiyyət vəsiqəsində ata adı Səyyad kimi qeyd olunmuşdur. Qeyd olunanlarla əlaqədar Səyyar və Səyyad eyni şəxs olmağına görə məhkəməyə müraciət edilməsi tövsiyyə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna Dair JN-0179 seriyalı 90700118 nömrəli Dövlət Aktından görünür ki, İmişli rayonu Aranlı kəndi ərazisində 2.87 ha torpağın mülkiyyətçisi Ərizəçidur. İş materiallarında olan Azərbaycan Respublikasının DƏDRX-nin MH seriyalı ******* nömrəli 30.01.2008-ci il tarixli Çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində istifadədə olan 0.128 ha torpaq sahəsində yerləşən 24 nömrəli, 9 mərtəbəli binanın 110 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 637 nömrəli reyestr kitabının 58438 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Ərizəçi atasına məxsus hüquqmüəyyənedici sənədlərində- Xudat Rayon Qeydiyyat Şöbəsi tərəfindən 22.12.1956-cı ildə verilmiş doğum haqqında şəhadətnamə, AZE 02277064 seriyalı şəxsiyyət vəsiqəsi, Xaçmaz rayonu Xudat İcra Nümayəndəliyində 26.02.1966-cı il tarixli 03 saylı nikah akt qeydi, Azərbaycan Respublikasının DƏDRX-nin 30.01.2008-ci il tarixli Çıxarışı, Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna Dair JN-0179 seriyalı 90700118 nömrəli Dövlət Aktında, Bakı Şəhəri Maraqlı şəxs 23.12.2020-ci il tarixdə verdiyi ölüm haqqında şəhadətnamə X2 adına tərtib edilib, lakin Ərizəçi İmişli Rayon Aranlı kənd Nümayəndəliyi tərəfindən 10.08.1969-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnaməsində və AA ******* seriyalı şəxsiyyət vəsiqəsində ata adı “Səyyar” qeyd edilməli olduğu halda, “Səyyad” kimi qeyd olunduğundan ərizəçi ilk öncə yaşadığı yerin yəni Bakı Şəhəri Maraqlı şəxsnə müraciət etməlidir. Belə ki, qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum qərarından göründüyü kimi, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Belə olan halda, ərizəçi birbaşa Qeydiyyat Şöbəsinə doğum haqqında şəhadətnamədə yol verilmiş yalnışlığın aradan qaldırılması barədə ərizə ilə müraciət etməlidir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə 10 aprel 2015-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən vətəndaşliq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.3-cü maddəsinə əsasən, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Bakı Şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının təsdiq edilməsi və şəxsin eyniləşdirilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, qeyd olunan tələblə aidiyyəti üzrə Bakı Şəhəri Maraqlı şəxsnə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar