Məhkəmə qərarları › İş №2(007)-3089/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3089/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3089/2021 20.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış 28.08.2020-ci il, 21.08.2020-ci il və 19.08.2020-ci il tarixli müqavilələrə əsasən, cavabdeh “Samsung” LED TV, “LG” soyuducu, “Samsung” LED TV, “Acer” notebook almış və nəticədə 6598 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.08.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1653 manat (18 ay x 71 manat+375 manat ilkin ödəniş) olan “Samsung” LED TV üçün ümumilikdə 1469 manat olmaqla ondan 1278 manat ödənilməmiş hissə, 191 manat dəbbə, 21.08.2020-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 2298,8 manat (18 ay x 106,6 manat+380 manat ilkin ödəniş) olan “LG” soyuducu üçün ümumilikdə 2205 manat olmaqla ondan 1918,8 manat ödənilməmiş hissə, 286,2 manat dəbbə, 19.08.2020-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 3243,4 manat (18 ay x 141,3 manat+700 manat ilkin ödəniş) olan “Samsung” LED TV, “Acer” notebook üçün ümumilikdə 2924 manat olmaqla ondan 2543,4 manat ödənilməmiş hissə, 380,6 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1455 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq 28.08.2020-ci il tarixli müqaviləyə əsasən, “Samsung” LED TV üçün 1278 manat ödənilməmiş hissə, 191 manat dəbbə, 21.08.2020-ci il tarixli müqaviləyə əsasən, “LG” soyuducu üçün 1918,8 manat ödənilməmiş hissə, 286,2 manat dəbbə, 19.08.2020-ci il tarixli müqaviləyə əsasən, “Samsung” LED TV, “Acer” notebook üçün 2543,4 manat ödənilməmiş hissə, 380,6 manat dəbbə, ümumilikdə 6598 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28.08.2020-ci il tarixli 21120261 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh “Samsung” LED TV verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 28.08.2020-ci il tarixli 21120261 nömrəli müqavilənin ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 10-dan gec olmayaraq 18 ay müddətinə hər ay 71 manat olmaqla kredit məbləğini ödəməyi öhdəsinə götürür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21.08.2020-ci il tarixli 21096305 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh “LG” soyuducu verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 21.08.2020-ci il tarixli 21096305 nömrəli müqavilənin ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 03-dən gec olmayaraq 18 ay müddətinə hər ay 106,6 manat olmaqla kredit məbləğini ödəməyi öhdəsinə götürür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19.08.2020-ci il tarixli 21089995 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh “Samsung” LED TV, “Acer” notebook verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 19.08.2020-ci il tarixli 21089995 nömrəli müqavilənin ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 21-dən gec olmayaraq 18 ay müddətinə hər ay 141,3 manat olmaqla kredit məbləğini ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 15.06.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehnın 28.08.2020-ci il tarixli müqavilə üzrə “Samsung” LED TV üçün 1278 manat ödənilməmiş hissə, 191 manat dəbbə pulu, cəmi 1469 manat, 21.08.2020-ci il tarixli müqavilə üzrə “LG” soyuducu üçün 1918,8 manat ödənilməmiş hissə, 286,2 manat dəbbə pulu, cəmi 2205 manat, 19.08.2020-ci il tarixli müqavilə üzrə “Samsung” LED TV, “Acer” notebook üçün 2543,4 manat ödənilməmiş hissə, 380,6 manat dəbbə pulu, cəmi 2924 manat, ümumilikdə 6598 manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış 26.02.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borc barədə xəbərdar edilmiş, borcun ödənilməsi ondan tələb edilmiş və əks halda məhkəməyə müraciət ediləcəyi qeyd olunmuşdur. İş materiallarında olan 16.06.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. İşin hallarından görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında 28.08.2020-ci il, 21.08.2020-ci il və 19.08.2020-ci il tarixli nisyə alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən, Cavabdeh "xxxx" MMC-dən satış qiyməti 1653 manat olan “Samsung” LED TV, satış qiyməti 2298,8 manat olan “LG” soyuducu və satış qiyməti 3243,4 manat olan “Samsung” LED TV, “Acer” notebook almış, lakin müqavilədə müəyyən olunmuş qaydada ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi hər 3 müqavilə üzrə əsas borc hissəsində təmin olunmalıdır. Məhkəmə qeyd olunan müqavilələr üzrə dəbbə puluna qiymət verərək hesab edir ki, həmin hissədə iddia qismən təmin olunmalı dəbbə pulu azaldılmalıdır. Belə ki, Cavabdeh 28.08.2020-ci il tarixli 21120261 nömrəli müqavilə üzrə “Samsung” LED TV üçün 191 manat dəbbə pulu azaldılaraq 10 manat, 21.08.2020-ci il tarixli 21096305 nömrəli müqavilə üzrə “LG” soyuducu üçün 286,2 manat dəbbə pulu azaldılaraq 20 manat, 19.08.2020-ci il tarixli 21089995 nömrəli müqavilə üzrə “Samsung” LED TV, “Acer” notebook üçün 380,6 manat dəbbə pulu azaldılaraq 30 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 28.08.2020-ci il tarixli müqaviləyə əsasən, “Samsung” LED TV üçün 1278 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, 21.08.2020-ci il tarixli müqavilə üzrə “LG” soyuducu üçün 1918,8 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, 19.08.2020-ci il tarixli müqavilə üzrə “Samsung” LED TV, “Acer” notebook üçün 2543,4 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 28.08.2020-ci il tarixli müqavilə üzrə 1278 manat əsas borc, 10 manat cərimə, 21.08.2020-ci il tarixli müqavilə üzrə 1918,8 manat əsas borc, 20 manat cərimə, 19.08.2020-ci il tarixli müqavilə üzrə 2543,4 manat əsas borc, 30 manat cərimə, cəmi 5800,2 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar