Məhkəmə qərarları › İş №2(007)-3104/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3104/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3104/2021 20.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış 29.01.2020-ci il və 03.02.2020-ci il tarixli müqavilələrə əsasən, cavabdeh “Playstation-4 SONY”, 2 ədəd oyun pultu, 2 ədəd oyun diski, “SONY” kinoteatr, “Philips” üzqırxan, 5 ədəd oyun diski, JBL səsucaldıcı, İMEİ kodu **********05867 olan “Hoffmann X Go” markalı telefon, İMEİ kodu **********88302 olan “Nokia 2720” markalı telefon, “Samsung” qulaqlıq almış və nəticədə 4789 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 29.01.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2492,2 manat (12 ay x 190,6 manat+205 manat ilkin ödəniş) olan “Playstation-4 SONY”, 2 ədəd oyun pultu, 2 ədəd oyun diski, “SONY” kinoteatr üçün ümumilikdə 2696 manat olmaqla ondan 2069 manat ödənilməmiş hissə, güzəşt olunaraq 627 manat dəbbə, 03.02.2020-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 1868,2 manat (12 ay x 146,6 manat+109 manat ilkin ödəniş) olan “Philips” üzqırxan, 5 ədəd oyun diski, JBL səsucaldıcı, İMEİ kodu **********05867 olan “Hoffmann X Go” markalı telefon, İMEİ kodu **********88302 olan “Nokia 2720” markalı telefon, “Samsung” qulaqlıq üçün ümumilikdə 2093 manat olmaqla ondan 1612 manat ödənilməmiş hissə, 481 manat dəbbə miqdarında borcu yaranmışdır. Cavabdeh 29.01.2020-ci il tarixli müqaviləsinə əsasən, Soundbar və ev kinoteatrı quraşdırma xidmətindən 03.02.2020-ci il tarixində imtina edərək 30 manat borcundan silinmişdir. Cavabdehin cəmi ödədiyi məbləğ 679,4 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq 29.01.2020-ci il tarixli müqaviləyə əsasən, “Playstation-4 SONY”, 2 ədəd oyun pultu, 2 ədəd oyun diski, “SONY” kinoteatr üçün 2069 manat ödənilməmiş hissə, 627 manat dəbbə, 03.02.2020-ci il tarixli müqaviləyə əsasən, “Philips” üzqırxan, 5 ədəd oyun diski, JBL səsucaldıcı, İMEİ kodu **********05867 olan “Hoffmann X Go” markalı telefon, İMEİ kodu **********88302 olan “Nokia 2720” markalı telefon, “Samsung” qulaqlıq üçün 1612 manat ödənilməmiş hissə, 481 manat dəbbə, ümumilikdə 4789 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29.01.2020-ci il tarixli 20067607 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh “Playstation-4 SONY”, 2 ədəd oyun pultu, 2 ədəd oyun diski, “SONY” kinoteatr, Soundbar və ev kinoteatrı quraşdırma xidməti verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 29.01.2020-ci il tarixli 20067607 nömrəli müqavilənin ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 10-dan gec olmayaraq 12 ay müddətinə hər ay 190,6 manat olmaqla kredit məbləğini ödəməyi öhdəsinə götürür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03.02.2020-ci il tarixli 20077988 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh “Philips” üzqırxan, 5 ədəd oyun diski, JBL səsucaldıcı, İMEİ kodu **********05867 olan “Hoffmann X Go” markalı telefon, İMEİ kodu **********88302 olan “Nokia 2720” markalı telefon, “Samsung” qulaqlıq verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 03.02.2020-ci il tarixli 20077988 nömrəli müqavilənin ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 12-dən gec olmayaraq 12 ay müddətinə hər ay 146,6 manat olmaqla kredit məbləğini ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 17.06.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 29.01.2020-ci il tarixli müqavilə üzrə “Playstation-4 SONY”, 2 ədəd oyun pultu, 2 ədəd oyun diski, “SONY” kinoteatr üçün 2069 manat ödənilməmiş hissə, 627 manat dəbbə pulu, cəmi 2696 manat, 03.02.2020-ci il tarixli müqavilə üzrə “Philips” üzqırxan, 5 ədəd oyun diski, JBL səsucaldıcı, İMEİ kodu **********05867 olan “Hoffmann X Go” markalı telefon, İMEİ kodu **********88302 olan “Nokia 2720” markalı telefon, “Samsung” qulaqlıq üçün 1612 manat ödənilməmiş hissə, 481 manat dəbbə pulu, cəmi 2093 manat, bütün müqavilələr üzrə ümumilikdə 4789 manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış 12.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borc barədə xəbərdar edilmiş, borcun ödənilməsi ondan tələb edilmiş və əks halda məhkəməyə müraciət ediləcəyi qeyd olunmuşdur. İş materiallarında olan 18.06.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. İşin hallarından görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında 29.01.2020-ci il və 03.02.2020-ci il tarixli nisyə alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən, Cavabdeh "xxxx" MMC-dən satış qiyməti 2492,2 manat olan “Playstation-4 SONY”, 2 ədəd oyun pultu, 2 ədəd oyun diski, “SONY” kinoteatr, satış qiyməti 1868,2 manat olan “Philips” üzqırxan, 5 ədəd oyun diski, JBL səsucaldıcı, İMEİ kodu **********05867 olan “Hoffmann X Go” markalı telefon, İMEİ kodu **********88302 olan “Nokia 2720” markalı telefon, “Samsung” qulaqlıq almış, lakin müqavilədə müəyyən olunmuş qaydada ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bütün müqavillərə üzrə əsas borc hissəsində təmin olunmalıdır. Məhkəmə qeyd olunan müqavilələr üzrə dəbbə pulunun tutulması tələbinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia qismən təmin olunmalı dəbbə pulu azaldılmalıdır. Belə ki, 29.01.2020-ci il tarixli müqavilə üzrə 627 manat dəbbə pulu azaldılaraq 50 manat, 03.02.2020-ci il tarixli müqavilə üzrə 481 manat dəbbə pulu azaldılaraq 40 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 29.01.2020-ci il tarixli müqaviləyə əsasən, “Playstation-4 SONY”, 2 ədəd oyun pultu, 2 ədəd oyun diski, “SONY” kinoteatr üçün 2069 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, 03.02.2020ci il tarixli müqaviləyə əsasən, “Philips” üzqırxan, 5 ədəd oyun diski, JBL səsucaldıcı, İMEİ kodu **********05867 olan “Hoffmann X Go” markalı telefon, İMEİ kodu **********88302 olan “Nokia 2720” markalı telefon, “Samsung” qulaqlıq üçün 1612 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 29.01.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 2069 manat əsas borc, 50 manat cərimə, 03.02.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 1612 manat əsas borc, 40 manat cərimə, cəmi 3771 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar