Məhkəmə qərarları › İş №2(007)-3110/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3110/2025

14.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3110/2025 14.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Tələb:

1. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehlakçı hüquqlarımın bərpa edilməsi, xx.xx.2025-ci il tarixli, 603235 nömrəli akt əsasında hesablanmış 4.120 manat məbləğində cərimənin 3.600 manat məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq:

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

Hakimin mövqeyi:

3. İddia ərizəsindən görünür ki, iddiaçı aidiyyət qaydalarını pozmaqla ümumi məhkəməyə müraciət etmişdir.

4. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 tərəfindən verilmiş **********13-06101-083001 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən yeməkxana İddiaçı2 xüsusi mülkiyyətindədir. İddiaçı2 ilə X2 arasında xx.xx.2023cü il tarixdə bağlanmış icarə müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən yeməkxana X1 icarəyə verilmişdir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X4 tərəfindən tərtib edilmiş 24 yanvar 2025-ci il tarixli, 603235 nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən yeməkxanaya baxış keçirilən zamanı məlum oldu ki, obyektin ərazisində su sayğacından keçməyən kənar xətt aşkar olundu. Göründüyü kimi yaranmış borc sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı yaranmışdır və ərizəçi Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 34 D, 4/2 saylı yeməkxanaya suyun verilməsinin dayandırılması və smart karta köçürülən puldan borca görə tutulmanın aparılmasının cavabdehə qadağan edilməsini xahiş edir.

5. Belə olan halda, məhkəmə hesab edir ki, irəli sürülən tələbə ümumi məhkəmədə baxılmalı olmadığına görə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə, yəni Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ iddiaçılara izah edilməlidir.

Nəticə:

6. Beləliklə, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edildiyindən, iddia ərizəsi əlavə edilmiş sənədlərlə geri qaytarılmalıdır.

7. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq,

Qərara aldım:

İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçılara göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə yəni Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah olunsun. Qərardaddan tərəflərə təqdim olunduqdan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar