Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3137/2021 04.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 26.11.2019cu il tarixli LG DFB512 FP markalı qabyuyanın nisyə alqı-satqısına dair nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən müqavilədə qeyd olunan malı Cavabdeh nisyə satmağı, Fərmanov isə ona satılmış malı qəbul edib, razılaşdırılmış formada ödəniş cədvəlinə uyğun olaraq ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etmir, müqavilə şərtlərini qəsdən kobud şəkildə pozur. Müqavilənin şərtlərini əsas tutaraq, borcluya bildirilmişdir ki, 26.11.2019-cu il tarixli müqavilə üzrə 1037.60 manat əsas borc, 86.40 manat dəbbə pulu, cəmi 1124 manat borcun ödənilməsini təmin etsin. Lakin cavabdeh xəbərdar edilməsinə baxmayaraq öhdəsinə düşən borclarını ödəməkdən yayınmışdır. Qeyd olunanlara əsasən Cavabdeh 26.11.2019-cu il tarixli müqavilə üzrə 1037.60 manat əsas borc, 86.40 manat dəbbə pulu, cəmi 1124 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında 26.11.2019-cu il tarixli ********** nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə LG DFB512 FP markalı qabyuyan verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 26.11.2019-cu il tarixli ********** nömrəli ödəniş cədvəlindən görünür ki, hər ayın 26-dan gec olmayaraq 15 ay müddətinə 104,04 manat ödəniş etməlidir. İşə əlavə olunmuş 26.11.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı LG DFB512 FP markalı qabyuyanı Cavabdeh təhvil vermişdir. İşə əlavə olunmuş 29.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 1037.60 manat ödənilməmiş hissə, 86.4 manat cərimə, cəmi 1124 manat borcu vardır. İşə əlavə olunmuş 25.05.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, 26.11.2019-cu il tarixli müqavilə üzrə əsas borc 1037,60 manat, dəbbə pulu 86,4 manat cəmi 1124 manat borc ən geci 3 gün ərzində ödənilməsi təmin edilməlidir, əks təqdirdə Azərbaycan Respublikasının qanunvericliyini rəhbər tutaraq məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş 28.06.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında 26.11.2019-cu il tarixli ********** nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə İddiaçı tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə LG DFB512 FP markalı qabyuyan verilmiş, cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 26.11.2019-cu il tarixli ********** nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 26-dan gec olmayaraq 15 ay müddətinə 104.04 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilməli, Cavabdeh 26.11.2019-cu il tarixli müqavilə üzrə 1037.60 manat əsas borc, 86.40 manat dəbbə pulu, cəmi 1124 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 26.11.2019-cu il tarixli müqavilə üzrə 1037.60 manat əsas borc, 86.40 manat dəbbə pulu, cəmi 1124 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-3137/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3137/2021
04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver