Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-315/2023 03.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X5 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, 13 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 27 saylı evin 6 saylı mənzilini Bakı şəhəri 52 saylı notariat ofisində alqı satqı müqaviləsi əsasında X2 amışdır.17 sentyabr 2022-ci ildə aldığı mənzili öz adına rəsmiləşdirərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almışdır.Mənzili aldıqdan və adına sənədləşdirdikdən sonra "xxxx" ASC-nə müraciət edərək işıq sayğacının onun adına sənədləşməsini xahiş etmişdir."xxxx" ASC isə ona **********70006 nömrəli abunə kodu üzrə 2012- ci ildən 431 manat borc qaldığını və borc ödənilməsə kommunal xidməti adına sənədləşdirmək mümkün olmadığını bildirmişdir. Baxmayaraq ki, mənzili aldığım şəxs Valeh Dəmirov daim istehlak etdiyi işığa görə borcunu ödəyib.Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq onun təqsiri olmadan baş verən hadisəyə görə də öhdəlik daşımır. Qeyd olunanları nəzərə alaraq, "xxxx" ASC tərəfindən qanunsuz hesablanmış 431 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar edilsə də məhkəməyə gəlməmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamlıdır. İş materiallarında olan: 13 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki,satıcı X6 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 27 saylı evin 6 saylı mənzili alıcı İddiaçı satmışdır. ƏMDX-nin DƏDK və RPHŞ-in çıxarışından görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 27 saylı evin 6 saylı mənzilinə mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdən qeydiyyata alınmışdır. Ünvan üzrə abonentin saldosundan görünür ki,alqı-satqı olan dövrdə mənzilin əvvəlki mülkiyyətçisi X3 elektrik enerjisinə görə borcu olmamışdır. Elektrik enerjisinə görə borc mənzil İddiaçı istifadəsinə keçdikdən sonra sərfiyyat üzrə yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Məhkəmə iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.Onun təqdim etdiyi sübutlar iddianın tam və ya qismən təmin olunması üçün kifayət etmir. Ona görə də iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-315/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-315/2023
03.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver