Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-325/2024 31.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 Rahim oğluna qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “İnşaat Konstruksiyaları" MMC-dən kirayə borcuna görə 36000 manat (18000 manat kirayə borcuna görə, 18000 manat isə müqavilənin 2.2.3-cü maddəsinə əsasən gecikdirilən hər ay üçün ödənən mənzil kirayə haqqının 2 (iki) misli miqdarında pul 18000 x 2= 36000) və dövlət rüsumu kimi ödənilmiş 198 manat pulun alınaraq ona ödənilməsi və gələcək üçün aylıq kirayə haqqının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, 13 fevral 2018-ci il tarixli müqavilədə nəzərdə tutulan öhdəlikləri icra etməmələrinə görə 36000 manat (18000 manat kirayə borcuna görə, 18000 manat isə müqavilənin 2.2.3-cü maddəsinə əsasən gecikdirilən hər ay üçün ödənən mənzil kirayə haqqının 2 misli miqdarında pul 18000 x 2= 36000) və dövlət rüsumu kimi ödənilmiş 198 manat məbləğində pul vəsaitinin cavabdehlər “İnşaat Konstruksiyaları" MMC və Cavabdeh2 Rahim oğlundan müştərək qaydada alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 Rahim oğluna qarşı “kirayə haqqının ödənilməsi” dəfələrlə "xxxx" MMC-nin təsisçi Cavabdeh2 Rahim oğlu ilə görüşüb və ona məxsus mobil nömrə ilə (050 210-04-75) əlaqə saxlanılarkən o, müxtəlif bəhanələr gətirərək qısa zamanda borclu olduğu kirayə haqqını ödəyəcəyinə söz versə də bu günədək Cavabdeh2 borclu olduğu kirayə haqqını ödəməmişdir. Ona görə də yuxarıda qeyd olunan müqavilənin şərtləri cavabdeh tərəfindən kobudcasına pozulmuş, müqavilənin şərtləri lazımınca icra edilməmişdir. Nəticədə "xxxx" MMC-nin kirayə haqqını ödəmədiyinə görə 27 sentyabr 2022-ci il tarixə ona 18000 manat məbləğində borcu yaranmışdır. 26 sentyabr 2022-ci il tarixdə pretenziya ilə cavabdehə xəbərdar edilmişdir ki, 18000 min manat borc məbləğinin ödənişini 7 gün ərzində təmin etməsə, əks halda tərəfindən məhkəməyə müraciət ediləcək, borcdan əlavə məhkəməyə müraciətlə bağlı çəkdikləri xərclər, həmçinin öhdəliyin icrasını gecikdirməyə görə dəymiş ziyan iddia tələbinə əlavə edilərək tələb ediləcəkdir. Hazırki vaxtadək cavabdeh kirayə haqqının ödənilməsi ilə bağlı hər hansı bir hərəkət etməmiş, ümumiyyətlə pretenziya məktubuna münasibət də bildirməmişdir. Hesab edir ki, cavabdeh üzərinə düşən müqavilə öhdəliklərini yerinə yetirmədiyindən, cavabdehdən kirayə pulu üçün nəzərdə tutulmuş pulun və müqavilə şərtlərinə görə dəymiş ziyanın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və Cavabdeh2 Rahim oğlu məhkəmə iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC və təsisçi Cavabdeh2 Rahim oğlu ilə İddiaçı arasında bağlanmış 13 fevral 2018-ci il tarixli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, "xxxx" MMC Bakı Şəhəri Xətai Rayonu İcra Hakimiyyəti başçısının 16 noyabr 2017-ci il tarixli 328 saylı sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanında istismar müddətini bitirmiş qəzalı vəziyyətdə olan yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyətçi”nin söküntüsü nəzərdə tutulmuş 4 (dörd) otaqdan ibarət (141 kv.m. ümumi sahəsi olan) mənzillərinin əvəzində həmin yerdə, yəni ünvan 2 ünvanında tikiləcək yüksəkmərtəbəli (18 mərtəbə) yaşayış binasında ümumi sahələri 173.4 kv.metr təşkil edən tam təmirli 2 (iki) mənzili birinci giriş (A blokunun) 10-cu mərtəbəsində 86.7 kv.m 2 otaqlı, həmin blokun 11-ci mərtəbəsində isə 86.7 kv.m 2 otaqlı “Mülkiyətçi’nin mülkiyətinə verilməsini, “Mülkiyətçi”nin isə söküləcək mənzilin "xxxx" MMC-nin istifadə və sahibliyinə verməsini öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.2-ci bəndinə əsasən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün, mənzili təhvil verdiyi andan aylıq 500 (beş yüz) manat kirayə haqqını almaq mülkiyyətçinin hüququdur. Müqavilənin 2.2.3-cü bəndinə əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “Mülkiyətçi’yə qeyd olunan mənzilləri təhvil vermək "xxxx" MMC-nin vəzifəsidir. Bu müddətdə mənzil təhvil verilməzsə, mülkiyyətçi "İnşaat Konstruksiyaları” MMC-dən gecikdirilən hər ay üçün ödənən mənzil kirayə haqqının 2 (iki) misli miqdarında pul almalıdır. Əks halda bu pulu məhkəmə yolu ilə mülkiyyətçinin tələb etmək hüququ var. Müqavilənin 5.3-cü bəndinə əsasən müqavilə şərtlərinə və öhdəliklərə əməl edilmədikdə MMC ilə yanaşı təsisçilər də, öz əmlakları ilə müştərək qaydada məsuliyyət daşıyırlar. - Hacıqabul Rayon İcra Hakimiyyətinin Başçısının Qarasu Kənd İnzibati Ərazi Dairə üzrə Nümayəndəsinin 25 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Qədirov X1 rayonunun Qarasu kəndində yaşayır. - 26 sentyabr 2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, 13 fevral 2018-ci il tarixli müqaviləyə görə birinci tərəf "xxxx" MMC direktoru X2 Bakı şəhəri, Pirşağı qəsəbəsi, Sovxoz-2, Xəzri küçəsi, ev 1, mənzil 1 (AZE 17224130, 08/12/ 2017 ASAN-3) və təsisçi Cavabdeh2 Rahim oğlu Bakı şəhəri, S. Cəfərov küçəsi, 1, mənzil 32 (AZE 0******* )-ikinci tərəf mülkiyyətçi ünvan 2, mənzil 20 və mənzil 19-un sahibi İddiaçı (AZE No 0*******, Xətai RPİ, 08 yanvar 2005-ci il) "xxxx" MMC Bakı Şəhəri Xətai Rayonu İcra Hakimiyyəti başçısının 16 noyabr 2017-ci il tarixli 328 sayli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanında istismar müddətini bitirmiş qəzalı vəziyyətdə olan yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada "Mülkiyətçi" nin söküntüsü nəzərdə tutulmuş 4 (dörd) otaqdan ibarət (141 kv.m ümumi sahəsi olan) mənzillərinin əvəzində həmin yerdə, yəni ünvan 3 ünvanında tikiləcək yüksəkmərtəbəli (18 mərtəbə) yaşayış binasında ümumi sahələri 173.4 kv.metr təşkil edən tam təmirli 2 (iki) mənzili birinci giriş (A blokunun) 10-cu mərtəbəsində 86.7 kv.m 2 otaqlı, həmin blokun 11-ci mərtəbəsində isə 86 7 kv.m 2 otaqlı "Mülkiyətçi”nin mülkiyyətinə verilməsi, "Mülkiyyətçi" nin isə söküləcək mənzilin "xxxx" MMC-nin istifadə və sahibliyinə verməsidir. Dəfələrlə "xxxx" MMC-nin təsisçi Cavabdeh2 Rahim oğlu ilə görüşüb və ona məxsus mobil nömrə ilə (050 210-04-75) əlaqə saxlanılarkən o, müxtəlif bəhanələr gətirərək qısa zamanda borclu olduğu kirayə haqqını ödəyəcəyinə söz versə də bu günədək Cavabdeh2 borclu olduğu kirayə haqqını ödəməmişdir. Ona görə də yuxarıda qeyd olunan müqavilənin tələbləri pozulmuş, müqavilənin şərtləri lazımınca icra edilməmişdir. Nəzərə çatdırır ki, "xxxx" MMC-nin kirayə haqqını ödəmədiyinə görə 27 sentyabr 2022-ci il tarixə ona 18000 (on səkkiz min) manat məbləğində borcu yaranmışdır. Hazırki pretenziya ilə xəbərdar edilir ki, 18000 min manat borc məbləğinin ödənişini 7 (yeddi) gün ərzində təmin edələr. Əks təqdirdə qanuni mənafeyinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət olunacaqdır. - Bank hesabından çıxarışdan görünür ki, "xxxx" MMC tərəfindən 2018-ci ilin fevral ayında müqavilə bağlanıldığı vaxtdan 2023-cü ilin sentyabr ayına kimi hər ay üçün 500 manat kirayə haqqı olmaqla ümumilikdə 18000 manat kirayə haqqı ödənilməmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 198 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC və təsisçi Cavabdeh2 Rahim oğlu ilə İddiaçı arasında bağlanmış 13 fevral 2018-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Bakı Şəhəri Xətai Rayonu İcra Hakimiyyəti başçısının 16 noyabr 2017-ci il tarixli 328 saylı sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanında istismar müddətini bitirmiş qəzalı vəziyyətdə olan yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyətçi”nin söküntüsü nəzərdə tutulmuş 4 (dörd) otaqdan ibarət (141 kv.m. ümumi sahəsi olan) mənzillərinin əvəzində həmin yerdə, yəni ünvan 2 ünvanında tikiləcək yüksəkmərtəbəli (18 mərtəbə) yaşayış binasında ümumi sahələri 173.4 kv.metr təşkil edən tam təmirli 2 (iki) mənzili birinci giriş (A blokunun) 10-cu mərtəbəsində 86.7 kv.m 2 otaqlı, həmin blokun 11-ci mərtəbəsində isə 86.7 kv.m 2 otaqlı “Mülkiyətçi’nin mülkiyətinə verilməsini, “Mülkiyətçi”nin isə söküləcək mənzilin "xxxx" MMC-nin istifadə və sahibliyinə verməsini öhdəsinə götürmüşdür. Bununla yanaşı, İddiaçı 2020-ci ilin fevral ayında müqavilə bağlanıldığı vaxtdan 2023-cü ilin sentyabr ayına kimi hər ay üçün 500 manat kirayə haqqı olmaqla ümumilikdə 18000 manat kirayə haqqı ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin və müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə 13 fevral 2018-ci il tarixli müqavilədə göstərilən müddəaların "xxxx" MMC və təsisçi Cavabdeh2 Rahim oğlu tərəfindən pozulduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, "xxxx" MMC və təsisçi Cavabdeh2 Rahim oğlu ilə İddiaçı arasında bağlanmış 13 fevral 2018-ci il tarixli müqavilənin 2.1.2-ci bəndinə əsasən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün, mənzili təhvil verdiyi andan aylıq 500 (beş yüz) manat kirayə haqqını almaq mülkiyyətçinin hüququdur. Məhkəməyə təqdim olunan bank hesabından çıxardan görünür ki, cavabdehlər tərəfindən İddiaçı 2020-ci ildə 5 ay (iyun, avqust, oktyabr, noyabr, dekabr ayları üçün 5x500=2500), 2021-ci ildə 10 ay (10x500=5000), 2022-ci ildə tam (12x500=6000), 2023-cü ildə isə 9 ay (9x500=4500) kirayə haqqı ödənilməmişdir. Qeyd olunanlara əsasən kirayə haqqı üçün İddiaçı 18000 manat məbləğində pul ödənilməmişdir. Həmçinin müqavilənin 2.2.3-cü bəndinə əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “Mülkiyətçi’yə qeyd olunan mənzilləri təhvil vermək "xxxx" MMC-nin vəzifəsidir. Bu müddətdə mənzil təhvil verilməzsə, mülkiyyətçi "İnşaat Konstruksiyaları” MMC-dən gecikdirilən hər ay üçün ödənən mənzil kirayə haqqının 2 (iki) misli miqdarında pul almalıdır. Əks halda bu pulu məhkəmə yolu ilə mülkiyyətçinin tələb etmək hüququ var. Göründüyü kimi "xxxx" MMC tərəfindən müqavilədə göstərilən müddətdə mənzil təhvil verilmədiyindən ödənilməyən 18000 kirayə haqqının iki misli (1800x2=36000) İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin pulun cavabdeh “İnşaat Konstruksiyaları" MMC və Cavabdeh2 Rahim oğlundan müştərək qaydada tutulmasına münasibətdə qeyd edir ki, müqavilənin 5.3-cü bəndinə əsasən müqavilə şərtlərinə və öhdəliklərə əməl edilmədikdə MMC ilə yanaşı təsisçilər də, öz əmlakları ilə müştərək qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi müqavilə şərtləri “İnşaat Konstruksiyaları" MMC tərəfindən pozulduğu üçün onunla yanaşı onun təsisçisi Cavabdeh2 Rahim oğlu da məsuliyyət daşıyır. Odur ki, 36000 manat məbləğində pul cavabdehlər “İnşaat Konstruksiyaları" MMC və Cavabdeh2 Rahim oğlundan müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən 198 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 Rahim oğlundan müştərək qaydada (18000 manat kirayə borcuna görə, 18000 manat isə müqavilənin 2.2.3-cü maddəsinə əsasən gecikdirilən hər ay üçün ödənilməli olan mənzil kirayə haqqının 2 misli miqdarında pul 18000 x 2= 36000) 36000 manat məbləğində pul və ödənilmiş 198 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 Rahim oğlundan müştərək qaydada 36000 manat məbləğində pul və ödənilmiş 198 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-325/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-325/2024
31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver