Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3273/2025 01.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, Ərizəçi maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik üzrə Komissiyası cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, Tələb:
1. Ərizəçi maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyası cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1940-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizənin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizə verilərkən aidiyyət qaydaları pozulmuşdur.
Tətbiq edilən hüquq:
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.
5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:
5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.
Hakimin mövqeyi:
6. Ərizədə Ərizəçi ünvanı Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 7/10, mənzil 44 qeyd edilmişdir. X1 ünvanı isə ünvan 2ən ərizəçi Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə hazırki tələb ilə müraciət etmişdir.
7. Lakin “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, ərizəçinin rəsmi qeydə alındığı ünvan Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 7/10, mənzil 44 ünvanıdır.
8. Beləliklə, hazırki tələbə ərazi aidiyyətinə görə Bakı Şəhəri Nizami Rayon Məhkəməsində deyil, Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır.
9. Hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, ərizəçiyə olduğu yer üzrə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir.
10. Yuxarıda qeyd olunan nöqsana əsasən ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah edilməlidir.
11. İş materiallarına əlavə edilmiş 3019 nömrəli mədaxil qəbzdən görünür ki, ("xxxx" ASC, VÖEN: **********, qəbz nömrəsi: 3019, əməliyyat İD: **********, terminal nömrəsi: ADM123281, büdcə səviyyə kodu: 142213; GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2025, saat: 13:47) görünür ki, hazırki iş üzrə ərizə ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Nəticə:
12. Beləliklə belə qənaətə gəlirəm ki, Ərizəçi maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik üzrə Komissiyası cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi geri qaytarılmalıdır.
13. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Ərizəçi maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik üzrə Komissiyası cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmək hüququ ərizəçiyə izah olunsun. Ərizənin verilməsinə görə Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********, qəbz nömrəsi: 3019, əməliyyat İD: **********, terminal nömrəsi: ADM123281, büdcə səviyyə kodu: 142213; GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2025, saat: 13:47) dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə təqdim olunduqdan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Ülkər Yusifova