Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-329/2022 17.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X1, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq ödənişlərinin və cərimənin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq ödənişlərinin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Tofı̇ q oğlunudan və Cavabdeh2 Tofı̇ q oğlundan müştərək qaydada "xxxx" Bank olmayan Kredı̇ t Təşkı̇ lati MMC-nı̇ n xeyrinə faiz borcu üzrə 669,33 manat, gecikdirlmiş günlər üçün ödənilməli olan cərimə üzrə 206,95 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, CALiz 140489/19 saylı daxili Lizinq müqaviləsi bağlanmışdır. Həmin lizinq müqaviləsinə əsasən Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli, CALiz 140489/19 saylı zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixli, CALiz 140489/19 saylı daxili Lizinq müqaviləsinə əsasən qara rəngli, Ban: 5XXGR4A64CG009446 olan, KİA OPTİMA minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili lizinqə verilmişdir. xx.xx.2020-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında CALiz 140489/19 nömrəli lizinq müqaviləsi üzrə 1 saylı Əlavə Razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən lizing müqaviləsi 25 aylıq, illik faiz dərəcəsi 25% olmaqla 13447.08 (on üç min dörd yüz qırx yeddi manat, sıfır səkkiz qəpik) manat məbləği üçün bağlanmışdır. Müqavilənin 1 saylı əlavəsinə əsasən kredit ödənişi üçün qrafik tərtib edilmişdir. xx.xx.2021-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında CALiz 140489/19 nömrəli lizinq müqaviləsi üzrə 1 saylı Əlavə Razılaşma bağlanmışdır. Həmin razılaşmaya sasən lizing müqaviləsi 18 aylıq, illik faiz dərəcəsi 25% olmaqla 11781.79 (on bir min yeddi yüz səksən bir manat, yetmiş doqquz qəpik) manat məbləği üçün bağlanmışdır. Müqavilənin 1 saylı əlavəsinə əsasən kredit ödənişi üçün qrafik tərtib edilmişdir. Lakin Cavabdeh1 İizıng müqaviləsinin əsasında tərtib olunmuş 1 saylı əlavə razılaşmanın şərtlərini yerinə yetirməmişdir və ödəniş cədvəlinə əsasən ardıcıl olaraq iki ay gecikməsi yaranmışdır. Bu barədə cavabdehlərin ünvanlarına 1086 nömrəli son xəbərdarlıq göndərilmişdir. Xəbərdarlıqlardan sonra cavabdeh tərəfindən heç bir tədbir görülməmiş və nəticədə "xxxx" MMC-nin X2 Komitəsinin iclası keçirilərək, xx.xx.2021 tarixli 146 nömrəli Protokolla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-ci maddəsinə əsasən 16 dekabr 2019-cu il tarixli, CALiz 140489/19 saylı daxili Lizinq müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan əlavə razılaşmalar birtərəfli qaydada ləğv edilmişdir. xx.xx.2021-ci il tarixli, GN1099/21 saylı maliyyə arayışından məlum olur ki, cavabdehlərin İddiaçı BOKT MMC-yə təşkil edən borcun əsas məbləği 10488.77 (on min dörd yüz səksən səkkiz manat, yetmiş yeddi qəpik) manat, faiz borcu 669.33 (altı yüz altmış doqquz manat, otuz üç qəpik) manat, cərimə borcu 206.95 (iki yüz altı manat, doxsan beş qəpik) manat, ümumi 11365.05 (on bir min üç yüz altmış beş manat, beş qəpik) manat borcu vardır. O bildirir ki, hal-hazırda Cavabdeh1 qeyd olunan minik avtomobilini təhvil vermir və təhvil verməkdən yaymır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, iddiaçı ilə Cavabdeh1 lizinq müqaviləsi bağlamışdir. Lizinq dövlət təşkilatının adına olur, müqaviləni bağlayan şəxs idarə edir, bu kredit müqaviləsi deyil, avtomobil iddiaçıya məxsusdur. Cavabdeh dəfələrlə ödənişi gecikdirmişdir, cavabdehə 2 dəfə güzəşt olunub və yenidən qrafik açılmışdır, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə güzəştdən sonra cavabdeh 2 ay 2021-ci ilin sentyabr və oktyabr ayları üzrə ödəniş etməmişdir. Cavabdeh cərimələri ödəmədiyindən avtonəqliyyatı cərimə meydançasına aparmışlar. Bundan başqa etibarnamənin vaxtı bitdiyi halda cavabdehlər maşını cərimə meydançasından çıxarmış və cərimə ödənməmiş maşını idarə etmişlər. Bununla bağlı iş baş polis idarəsində olmuşdur. Daha sonra onlar cəriməni ödəmiş və maşını cərimədən çıxartmışlar. Cavbadeh avtomobili bərbad vəziyyətə salmış, onun təmirinə əsaslı xərclər lazımdır. Cavabdehlər iddiaçıdan mərkəzi banka şikayət etmişlər. cavabdehlə bu yaxınlarda yenidən müqavilə bağlamış, ancaq borcu yenə də ödəməmişlər. Hal-hazırda avtomobilin 3000 manat xərci vardır. Cavabdeh tərəf də keçən proses bunu etiraf etmişdi. Cavabdeh avtomobili cərimələri ödəmədən cərimə meydançasından çıxaranda etibarnamənin müddəti bitmişdir. O, cavabdehin anasının onlara müraciət etdiyini, etibarnaməsi olmadığı halda şəhid ailəsi olduğu üçün anasını və ərizəni qəbul etdiyini, məhkəmə prosesinin 4 aydır davam etdiyini və həmin müddətin faizini tələb etmədiklərini bildirdi və faizin və cərimənin ödənməsini tələb etdi. Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil bildirdi ki, Cavabdeh1 atası birinci Qarabağ müharibəsində şəhid olmuşdur, cavabdehin 4 uşağı var, başqa dolanacaq yeri yoxdur. Cavabdeh1 səhhəti ilə əlaqədar olaraq işləyə bilməmiş, ona görə də ödənişlərdə gecikməsi olmuşdur. Cavabdeh1 həmin maşınla işləyərək ödənişlərini edir, ailəsini saxlayır. Cavabdeh ödəməyə cəhd edir. O, 2500 manat ödəmək istəmiş, ancaq fürsət olmamışdır. İddiaçı tərəf humanizm göstərmirlər. Faiz məbləği şişirdilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, CALiz 140489/19 saylı daxili lizinq müqaviləsi və ona əlavədən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin mülkiyyətində olan qara rəngli, Ban: 5XXGR4A64CG009446 olan, KİA OPTİMA minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı minik avtomobil Cavabdeh1 müvvəqəti sahiblik və istifadəsinə verilmişdir; - İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, CALiz 140489/19 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 zamin qismində sözü gedən lizinq müqaviləsinin tərəfi olmuşdur və həmin lizinq razılaşmasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. - İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, CALiz 140489/19 saylı lizinq obyektinin alqı-satqı müqaviləsindən görünür ki, qara rəngli, Ban: 5XXGR4A64CG009446 olan, KİA OPTİMA minik markalı, **- PL-*** dövlət qeydiyyat nişanlı minik avtomobil Cavabdeh1 satılmış, müqavilənin predmeti olan əmlakın qiyməti 22000 manat təşkil etmişdir. - xx.xx.2020-ci il tarixli CALiz 140489/19 nömrəli lizinq müqaviləsi üzrə 1 saylı Əlavə Razılaşmadan görünür ki, lizing müqaviləsi 25 aylıq, illik faiz dərəcəsi 25% olmaqla 13447.08 manat məbləği üçün bağlanmışdır. Müqavilənin 1 saylı əlavəsinə əsasən kredit ödənişi üçün qrafik tərtib edilmişdir. - xx.xx.2021-ci il tarixli CALiz 140489/19 nömrəli lizinq müqaviləsi üzrə 1 saylı Əlavə Razılaşmadan görünür ki, lizing müqaviləsi 18 aylıq, illik faiz dərəcəsi 25% olmaqla 11781.79 manat məbləği üçün bağlanmışdır. - xx.xx.2021-ci il tarixli CALiz 140489/19 nömrəli lizinq müqaviləsi üzrə 1 saylı Əlavə Razılaşmadan görünür ki, lizing müqaviləsi 22 aylıq, illik faiz dərəcəsi 25% olmaqla 10488,77 manat məbləği üçün bağlanmışdır. Ödənişlərin müqavilənin və əlavənin tərkib hissəsi sayılan ödəniş cədvəlinə əsasən aparılması müəyyən olunmuşdur. - İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 10488.77 manat, faiz borcu 669.33 manat, cərimə borcu üzrə 206.95 manat olmaqla, ümumilikdə 11365.05 manat borcu vardır. - İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2021-ci il tarixli xəbərdarlıq və xx.xx.2021-ci il tarixli son xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2019-cu il tarixli, CALiz 140489/19 saylı daxili Lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməyəcəyi təqdirdə qanunamüvafiq tədbirlər görüləcəyi bildirilmişdir. - xx.xx.2021-cı il tarixli qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün 125,0 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, CALiz 140489/19 saylı daxili Lizinq müqaviləsi və ona əlavəyə əsasən, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin mülkiyyətində olan KİA OPTİMA minik markalı, 99-L-857 dövlət qeydiyyat nişanlı, 5XXGR4A64CG009446 ban, qara rəngli avtomobil Cavabdeh1 müvvəqəti sahiblik və istifadəsinə verilmiş, xx.xx.2019-cu il tarixli, CALiz 140489/19 saylı lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən 22000 manat məbləğində ona satılmışdır. Cavabdeh1 isə həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafikinə əsasən ödənişləri etməyi öhdəsinə götürmüşdür. Bu lizinq müqaviləsinə əsasan yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli, CALiz 140489/19 saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 zamin qismində sözü gedən lizinq müqaviləsinin tərəfi olmuş və həmin lizinq razılaşmasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.12-ci maddəsinə əsasən lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh1 İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli müqavilə üzrə götürdüyü öhdəliklərə əməl edib, lizinq ödənişlərini ödəməmişdir. Hətta cavabdeh sonuncu xx.xx.2021-ci il tarixli CALiz 140489/19 nömrəli lizinq müqaviləsi üzrə 1 saylı Əlavə Razılaşma üzrə ödəniş cədvəlinə uyğun olaraq 2021-ci il üzrə sentyabr və oktyabr ayları üzrə ödəniş etməmişdir. Bundan başqa, Cavabdeh1 tərəflər arasında olan müqaviləni əhəmiyyətli dərəcədə pozmuş, bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin ləğv edilməsi əsasları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da müəyyən olundu ki, Cavabdeh2 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı üzərlərinə götürmüşdür. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə lizinq verən qarşısında öhdəlik götürdüyündən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyət daşıdığından, ödənilməmiş pul məbləğlərini iddiaçıya ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı tərəfindən tələb olunan cərimə (dəbbə pulu), əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 Tofı̇ q oğlunudan və Cavabdeh2 Tofı̇ q oğlundan müştərək qaydada "xxxx" Bank olmayan Kredı̇ t Təşkı̇ lati MMCnı̇ n xeyrinə 669,33 manat faiz borcu, 60 manat məbləğində cərimə borcu olmaqla 729,33 manat və dövlət rüsununa görə 100 manat vəsaitin əvəzi tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 124 manat dövlət rüsumunun yerdə qalan 24 manat hissəsi "xxxx" Bank olmayan Kredı̇ t Təşkı̇ lati MMC-yə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 Tofı̇ q oğlunudan və Cavabdeh2 Tofı̇ q oğlundan müştərək qaydada "xxxx" Bank olmayan Kredı̇ t Təşkı̇ lati MMC-nı̇ n xeyrinə 669,33 manat faiz borcu, 60 manat məbləğində cərimə borcu olmaqla 729,33 manat və dövlət rüsununa görə 100 manat vəsaitin əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. iddiaçı tərəfindən ödənilmiş 124 manat dövlət rüsumunun 24 manat hissəsi ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-329/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-329/2022
17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver