Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3314/2024 01.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı “AZ Estetik Group MMC”-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :
1. İddiaçı ”AZ Estetik Group MMC” Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı MMC-nin xeyrinə əsas məbləğ üzrə 13620 manat məbləğində borcun, 50 manat cərimənin və 131.01 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “AZ Estetik Group MMC” ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi, qiymətlərin razılaşma protokolu və təhvil-təslim aktı imzalanmışdır. Müqaviləyə və X2 əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 23000 manat olmaqla mal almışdır. Həmin məbləğin 4000 manatını ilkin olaraq ödəmişdir. Qalıq məbləğini yəni, 19000 manatını xx.xx.2023-cü il tarixli, X2 əsasən qrafikə əsasən 24 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Bu günə əsas məbləğ üzrə qalıq borc 13620 manat, cərimə borcu isə 50 manat təşkil edir. Bununla bağlı cavabdehə pretenziya məktubu da göndərilmişdir.
İş materialları :
3. xx.xx.2023-cü il tarixli, 021978 nömrəli “malların alqı-satqı müqaviləsi”ndən görünür ki, “AZ Estetik Group MMC” ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan X1 əks olunan texniki avadınlıqları Cavabdeh satmağı, Cavabdeh isə malı qəbul edib qiymətini bu müqaviləyə uyğun olaraq, nağd və ya hissə-hissə, “Əlavə 1” də əks olunmuş formada İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür.
4. xx.xx.2023-cü il tarixli, Əlavə №1, “Qiymətlərin razılaşma Protokolu”ndan görünür ki, Cavabdeh ilkin ödəniş 4000 manat olmaqla, ümumi dəyəri 23000 manat olan malı 24 ay müddətinə, hər ay 783 manat (birinci ay 1000 manat, sonuncu ay 774 manat) ödəmək şərti ilə almışdır.
5. xx.xx.2023-cü il tarixli, təhvil-təslim aktından görünür ki, Cavabdeh “A8 Lazer Epilyasiya cihazı”nı İddiaçı MMC-dən tam və qüsursuz halda təhvil almışdır.
6. xx.xx.2024-cü il tarixli, Cavabdeh İddiaçı MMC tərəfindən ünvanlanmış bildirişdən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli, Müqavilə üzrə ümumi borcu 16120 manat, qrafik üzrə vaxtı çatmış lakin ödənilməmiş borcunun əsas məbləği üzrə 1232 manat, cırimə borcu üzrə 20 manat olmaqla, cəmi 1252 manat təşkil etmişdir.
7. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı MMc tərəfindən Cavabdeh şirkətdən aldığı mala görə yaranmış əsas və cəriməni pretenziya məktubunu aldıqdan sonra 3 gün ərzində ödəməsini, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdar etmişdir.
8. xx.xx.2024-cü il tarixli, maliyyə arayışıından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən qalıq 19000 manatdan 5380 manatını ödəsə də, bugünə olan əsas məbləğ üzrə qalıq borcu 13620 manat, cərimə borcu 50 manat təşkil edir.
9. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 131 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
10. İddiaçı MMC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
Tərəflərin izahatları :
11. İddiaçı MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir.
13. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq :
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.
15. “Dövlət rüsumu haqqında” Qanun :
5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.
16. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı 2-ci bənd :
Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
Məhkəmənin mövqeyi :
17. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
18. Belə ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə hazırlıq iclası təyin edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
19. Mülki prosessual qanunvericiliyə əsasən hazırlıq icraatında iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər.
20. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarına əsasən hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
Nəticə :
21. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi tərəfindən hazırlıq icraatı mərhələsində iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
19. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 131 (yüz otuz bir) manat məbləğində dövlət rüsumu (ödəyici: "xxxx" ASC, VÖEN:**********; qəbzin nömrəsi:**********; büdcə səviyyə kodu: 1; tarix: xx.xx.2024, saat: 11:38) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini və “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarını rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 131 (yüz otuz bir) manat məbləğində dövlət rüsumu (ödəyici: "xxxx" ASC, VÖEN:**********; qəbzin nömrəsi:**********; büdcə səviyyə kodu: 1; tarix: xx.xx.2024, saat: 11:38) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva