Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-333/2023 22.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı Xankı̇ şı̇ zadə Ülvi Səməndər oğlu, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdehlər Cavabdeh1 Vaqı̇ f qızının və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzil və onun təmirinə sərf edilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzil və onun təmirinə sərf edilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18600 manat əsas, 3000 manat mənəvi zərər və iddia ərizəsinə görə ödənilmiş 155 manat rüsum, cəmi 21755 manat pul məbləğinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 arasında tanışlıq münasibətləri 2016-cı ildən yaranmış, ailəvi tanışlıq isə 2019-cu ildən başlamışdır. Cavabdehlə olan şəxsi münasibətləri 2020-ci ilin yanvar ayının 12-də rəsmi elçiliklə davan etmiş, nişan mərasimi 2021-ci ilin mart ayının 8-də olmuşdur. Ailə üzvlərinin xeyir duası ilə 2021-ci ilin aprel ayının 1-də ünvan 1-da yerləşən yaşayış sahəsini almışdır. On gündən sonra mənzilə dair Cavabdeh1 adına çıxarış almışlar. Evi aldıqdan sonra təmir üçün ustalarla danışmış, 2021-ci ilin iyun ayında tikinti materialları alaraq işə başlamış və hər ay götürdüyü pulla bağlı 250 manat kredit ödənişi etmişdir. Həmin ilin avqust ayının 9-da toyları olmuş, bir ay sonra isə rəsmi nikah bağlanılmışdır. 2021-ci ilin dekabr ayında münasibətləri korlandığı üçün ayrılmışlar və 2022-ci ilin may ayında nikahları rəsmi şəkildə tərəflərin ərizəsi əsasında 3 saylı Bakı “ASAN xidmət” mərkəzində yerləşən Qeydiyyat şöbəsi tərəfindən pozulmuşdur. Bundan sonra cavabdehlərə müraciət edərək ünvan 1-da yerləşən yaşayış sahəsinin alışına və təmirinə çəkdiyi 18600 manat xərcin geri qaytarılmasını xahiş etmiş, əvvəl razı olsalar da sonradan müxtəlif bəhanələr gətirərək onun pulunu verməkdən yayınmışlar. Mübahisəli mənzilin alınmasından ötrü cavabdehlərin yaşadığı ünvanda Cavabdeh2 əlbəl 13200 manat məbləğində pul vermiş, evin təmir edilməsi üçün götürdükləri kreditlə bağlı 7 ay ərzində 250 manatdan pul ödəmiş (1750 azn), tikinti-təmirlə bağlı ustalara 1800, tikinti materiallarına 1850 manat məbləğində vəsait xərcləmişdir (digər xırda xərcləri hələ nəzərə almır). Məhkəməyə müraciət etməmişdən qabaq mübahisənin mediasiya vasitəsi ilə həll edilməsini qarşı tərəfə təklif etmiş, lakin cavabdeh müraciətinə heç bir reaksiya verməmişdir. Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən Cavabdeh1 mediasiya prosesinə gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Beləliklə, Cavabdeh1 ünvan 1-da yerləşən yaşayış sahəsinə və onun təmirinə çəkdiyi xərcləri geri qaytarmalıdır. Cavabdeh onu aldadaraq bu günə kimi müxtəlif bəhanələrlə pulunu qaytarmır. Tərəfindən iddia ərizəsinə görə məhkəmənin hesabına ödənilmiş 155 manat rüsum cavabdehin qeyri-qanuni əməli nəticəsində yarandığından bu pulu da Cavabdeh1 ödəməlidir. Bundan əlavə cavabdehin qanunazidd hərəkətləri əsəblərinə toxunmuş, sarsıntı və iztirab keçirmiş, dəfələrlə cavabdehlə əlaqə saxlamış, hər dəfə müxtəlif bəhanələr, bu gün-sabah pulu qaytarması barədə yalanlarını dinləmişdir. Bu səbəbdən də ona 3000 manat mənəvi zərər də dəymişdir və cavabdehlər bu zərəri qarşılamalıdır. Cavabdehlərin xeyli müddət əsəbləri ilə oynamağı, onda narahatlıq yaratması, pulu müxtəlif bəhanələrlə qaytarmaması, onu dövlət orqanlarının qapısını döyməyə təhrik etməsi kimi hallar nəzərə alınmalıdır. Cavabdeh1 Vaqı̇ f qızı iddia ərizəsinə etiraz verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o, İddiaçı ilə 2021-ci ildə rəsmi nikah bağlamaqla ailə qurmuşlar və 2022-ci ilin may ayında nikahları pozulmuşdur. İddia ərizəsində qeyd olunan iddia tələbi ilə bağlı iddiaçının mövqeyi və tələbi əsassızdır. İddiaçı evin təmirinə 18.600 manat (on səkkiz min altı yüz manat) məbləğində pul vəsaiti xərclədiyini iddia edir. O bildirir ki, həmin məbləğin bir qismini bankdan kredit götürmüş, bir qismini də, anası Cavabdeh2 Səyyad qızına vermişdir. İddiaçının qeyd etdiyi xüsusatlar yalandır və həqiqəti əks etdirmir. Belə ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 48, mənzil 129-da yerləşən yaşayış sahəsi rəsmi nikahdan öncə valideynlərinin vəsaiti hesabına alınmış və onun təmiri üçün çəkilən xərclər atası tərəfindən qarşılanmışdır. İddiaçının guya götürdüyü kredit müqaviləsi üzrə hər ay 250 manat ödəniş etməsi ilə bağlı qeyd etmişdir ki, 109804-178782/1 nömrəli, 01 iyun 2021-ci il tarixli kredit müqaviləsi əsasında atası X9 "xxxx" ASC-dən 7.000 (yeddi min) manat məbləğində kredit götürərək evin təmiri üçün xərcləmiş və hər ay kredit müqaviləsi üzrə ödənişlər tərəflərindən icra olunmuşdur. Məhkəmə iclasında iddiaçı Xankı̇ şı̇ zadə Ülvi Səməndər oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. O əlavə olaraq bildirdi ki, tərəflər arasında razılıq və barışıq yoxdur. Mübahisəli evi o, internet vasitəsi ilə tapmış, evə baxmaq üçün zəng edəndə ona evə sabah gəlib baxa biləcəklərini demişlər. O, işi ilə əlaqədar evə baxmağa gedə bilməmiş, cavabdehlər gedib evə baxmışdır. Onlar xx.xx.2021-ci ildə ünvan 1-da yerləşən yaşayış sahəsini 47500 manata Xəyalənin adına almışlar. O, heç bilməmişdir ki, ev onların adına alınacaq, ona işdə olduğundan tez-tez icazə almasın deyə Xəyalənin adına almalarını, sonra onun adına keçirdəcəklərini demişlər. O, həmin evi almaq üçün 12200 manat pul vermişdir. Onlar evi alanda Xəyalənin atası Vaqif müəllim borc vermiş, İlhamə xanım evi almaq üçün qonşu Dilarədən borc pul almışdır. O da o vaxtlar Xəyalənin atasına həmin pulu qaytaracağanı demişdir. Həmin qonşudan alınan pulu isə onlar Xəyalə ilə birlikdə ayda 500 manat olmaqla qaytarmışlar. O, işdən avans götürmüş, 1000 manat Dilarə qonşuya vermişdir. O, mənzilə alınması da daxil olmaqla ümumi 18600 manat, təmir üçün 5400 manat xərc çəkmiş, 1000 manatı da sonra bibisi Xankişizadə Firuzə xanımdan götürmüşdür. O, əlbəəl verdiyini iddia etdiyi 13200 manatı İlhamə xanımın evinə gətirmiş, pulu ona vermiş, həmin vaxt Xəyalə də evdə olmuşdur. O, həmin pulları çox kasıbçılıqla yığmış, balaca vaxtından çöllərdə başqa şəxslərin qoyununu otararaq həm oxumuş, həm də pul yığmışdır. Bunu İlhamə xanımgilin özləri də yaxşı bilir və Xəyalə xanım da, Xəyalə xanımın dayısı İlham müəllim dəfələrlə ona deyirdilər ki, onlar onun pulunu qaytaracaqlar. Sözügedən evdə qonşu da ona bildirmişdir ki, evlə bağlı əvvəl İlhamə xanımdan soruşanda İlhamə xanım onun da evə vəsait ayırdığını demiş, amma onunla Xəyalə ayrıldıqdan sonra evin kimə qalacağını soruşanda İlhamə xanım o, evə pul vermədiyindən ona pay verməyəcəklərini demişdir. Evi şərikli aldıqları, evin pulunu şərikli ödədikləri üçün təmiri də şərikli etmişlər. Mübahisəli ev alınanda çox pis vəziyyətdə olmuş, ev sıfırdan təmir olunmuş, o, evin təmirində çox əziyyət çəkmiş, çoxlu pul vermişdir. O, nə ödəmişdirsə onu saymış, qalan balaca xərcləri nəzərə almamışdır. O, ev almaq üçün qoyunlarını satmış onların pulunu vermişdir. Belə ki, onun təsərrüfatı İmişli rayonunda olmuş, qoyunları yeznəsinin atası Muradov İlham bəy saxlamış, qoyunları isə dekabrdan mart ayına kimi o özü satmışdır. O, qoyunları hissə-hissə satırdı. Xəyaləgil onu tələsdirdiklərindən o, qoyunları tez satmış və onların sayını artıra bilməmişdir. O, qoyunları satdıqca gətirib pulu İlhamə xanıma vermiş, o da onları yığmışdır. O, ev almaq üçün qoyunların pulunu götürəndə dostu yanında olmuş, amma pulu İlhamə xanıma verəndə yanında Xəyaləgilin ailəsi olmuşdur. 67 ədəd qoyun 2 ilə necə 2000 manatlıq qoyun ola bilər, o, hətta inəyini, 2021-ci ildə torpağını satmış, 4500 manat bir dəfə, 1000 manat da bir dəfə borc almışdır. O, 2021-ci ildə Xəyalənin verdiyi 2000 manat pul ilə 8 ədəd qoyun almışdır, bir qoyunun qiyməti 250 manatdır. O, Xəyalədən əlavə 2000 manat pul almamışdır. Xəyalənin 2000 manat qoyuna verdiyi pul çıxılsa 8500 manat qoyunların puludur. Onun ağlına heç vaxt gəlməzdi ki, bu hadisələr olar və o, kimisə İlhamə xanıma pul verməsi barədə şahid kimi cəlb edə. Xəyalənin anası onun anasının onlarla qalmasına imkan verməmiş və söz-söhbət də bunun üstündə düşmüşdür. Onun atası onun 2 yaşı olanda rəhmətə getmiş və anası İ qrup əlildir. Həmçinin bankdan 7000 manat kredit Vaqif müəllimin adına götürülmüş, o, həmin vaxt təzə işlədiyi, onun adına kredit vermədikləri üçün kredit Vaqif müəllimin adına götürülmüş, amma krediti o özü ödəmişdir. Onun əmək haqqısı kreditin ödənilmə vaxtı ilə üst-üstə düşmədiyi üçün kredit qəbzləri onda olmamışdır. O, ayda 250 manatı Xəyaləyə, İlhamə xanıma vermiş və onlar da qəbzləri yığmışlar. Kredit ev alınandan sonra götürülmüşdür. Kreditin pulunu o, əmək haqqısını alanda Xəyalə xanıma vermiş, onlar da banka ödəmişlər. Həmin kredit məbləğinin 5000 manatı Vaqif müəllimlə birgə qaydada təmirə, tikinti materiallarına xərclənmiş, 2000 manatı da özlərindədir. O, krediti dekabr ayında vermişdir, necə ola bilər ki, qarşı tərəf kreditdən çıxıldığını deyir. O, evin təmiri ilə bağlı dostunun qohumunun material mağazasından tikinti materialları götürmüş və sonra kartla həmin pulları ödəmişdir. O, toyundan qalan pulu Əhliman müəllimə vermişdir. Əhliman ustaya verilən 1000 manat məsələsi isə belə olmuşdur ki, İlhamə xanım ustanın pul istədiyini demiş, o da İlhamə xanıma demiş, İlhamə xanım da Əhlimana 1000 manat vermişdir. Cavabdeh tərəfindən Əhlimana 2000 manat, onun tərəfindən də1800 manat verilmişdir. Ona toyla bağlı 1200 manat kənddən yığılıb verilmiş və bu pulu da materiallara xərcləmişdir. O, onunla cavabdehlər arasında olan onun tərəfindən təqdim etdiyi səs yazısına münasbitdə qeyd etdi ki, səs yazısında pulun məbləği ilə bağlı danışıqlar olmuş, sonra İlhamə xanım gedib dəftərə baxıb dəqiqləşdirəcəyini, zəng edib deyəcəyini bildirmiş, sonra isə onlara zəng etməmişdir. Səs yazısında onun verdiyi pul barəsində İlhamə xanım 8500 manat deyir, amma orada o, Xəyalə xanıma 5000 manat da vermiş, bu 5000 manatı verməyini İlhamə xanım bilməmişdir. Səsdə də İlhamə xanım Ülvinin pulu hesablayacaqlarını, Ülvinin gəlib həmin pulu aparmasını demişdir. O, Xəyalənin dayısının evində qalmasına münasibət bildirdi ki, onlar Xəyalənin dayısının evində 8 ay yox 4 ay qalmışlar və dostu hər ay 150 manat kirayə pul ödəmişdir. O, həmin evə pul ödəməmişdir. Evin içi pis vəziyyətdə olmuş, ev qalınası ev olmamışdır, sadəcə dostunun iş yerinə yaxın olduğundan orada qamışlar, hətta dostu ona istəyirsə evdən çıxa biləcəyini demişdir. O, mənəvi zərər tələbi ilə bağlı bildirdi ki, o, çox stressə düşmüş, hətta söz-söhbət olanda əsəbləşmiş və əlini şüşə kəsmişdir. O, kirayə qalır, anasının gözü tutulur və əməliyyat olunmalıdır. Onun əmaliyyata vermək üçün pulu yoxdur, borc ödəyir, çatdıra bilmir. O, heç bir saxtakarlıq etməmiş, böyrəyindən əməliyyat olmuş, qəzaya düşmüşdür. Onun ayağında mil vardır. O, elçilikdə və nişanda Xəyaləyə üzük və 2 ədəd boyunbağı almışdır. Evin təmirinə 10000 manat pul xərclənib, 3650 manatını o ödəmiş, yerdə qalan hissəsini də qarşı tərəf ödəmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, tərəflər arasında razılıq yoxdur. İddiaçı və cavabdeh Xəyalə xanım rəsmi nikaha daxil olmaqla ailə qurmuş, nikaha daxil olmamışdan öncə tərəflər nişanlı olduğu vaxtda sözügedən mənzili 47500 manata almışlar. Hər iki şəxsin vəsaiti hesabına oranı təmir etdirmiş və nikahdan sonra orada yaşamışlar. İddiaçı mənzilə və təmirə xərclənən pulun 1/3 hissəsini vermişdir. Cavabdeh daha çox pul xərclədiyindən mənzil cavabdehin adına rəsmləşdirilmişdir. Tərəflər arasında ailə münasibətləri qısa zamanda dağılmışdır. Ödənişlər tərəflər tərəfindən əlbəəl olmuşdur. Götürülmüş kredit cavbadehin adına olmuş, amma kredit ödənişlərinin hamsını Ülvi ödəmişdir. Bununla bağlı sübutlar var iş materiallarına əlavə edilmişdir. O başa düşür ki, ailə münasibətlərinin dağılmasında Xəyalə də əziyət çəkmişdir. Onlar dəfələrlə nikah pozulduqdan sonra onlara müraciət etmişlər, əvvəl Xəyalə ödəyəcəyini demiş, lakin sonradan təzyiq nəticəsində ödəməkdən imtina etmişdir. Xəyalə məhkəmənin əvvəlki iclasında Ülvinin 5000 manat nə qədərsə pul qoyduğunu demiş, səs yazılarında da 8000 manat qoyulduğu bildirilmişdir, səs yazısında da sual cavab ilə İlhamə xanım göstərilən faktları təsdiq edir. Evin təmirini həyata keçirmiş ustanın da ifadəsi və qonşunun müraciəti eynilik təşkil etmiş, həmçinin usta ilə qarşı tərəfin qohumu olan X5 verdiyi izahatlar birbirləri ilə uyğunluq təşkil etmişdir. Onlar iddia tələbində istədikləri pul vasitləri üzrə adi balaca detalları qeyd etməmişlər, dəqiq hesablasa idilər iddiada artım ola bilərdi. Mənəvi ziyan ilə bağlı plenum qərarı var və iddia tələbi bu hissədə də əsaslıdır. Məhkəmə iclasında cavabdehlərin vəkili və nümayəndəsi Vəkil2 etirazın məzmununa uyğun izahat verərək, İlhamə xanımın 3500 manat qəbul etdiyini, qalan hisədə qəbul etmədiyini bildirdi və iddianın qalan hissədə əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. O, əlavə olaraq bildirdi ki, tərəflər arasında barışıq yoxdur. Səs yazısındakı səs İlhamə xanıma və Xəyalə xanıma məxsusdur. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh1 Vaqı̇ f qızı etirazın məzmununa uyğun izahat verərək, iddianı qəbul etmədiyini bildirmiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. O əlavə olaraq bildirmişdir ki, qarşı tərəflə iddia ərizəsindəki məbləğlə bağlı aralarında barışıq yoxdur. Səs daşıyıcısındakı səslə bağlı ekspertiza keçirməsinə də ehtiyac yoxdur, səs onlarındır, orada onun da səsi var. Ülvi onlara cəmi 5500 manat pul gətirib vermiş, həmin pulun 2000 manatı onun tələbə vaxtı yığdığı pul olmuş, ona qoyun alıb artırması üçün vermiş, bu səs yazısında da deyilmiş, yerdə qalan 3500 manatın 2000 manatını isə o, Ülviyə onun əsgərlik məsələsi üçün, Ülvi əsgərliyə getməmək üçün yalandan xəstə olması barədə sənəd yığmasına pul lazım olduğundan vermişdir. Toyun xərclərini o çəkmiş, toyda fotoqrafın, gəlinliyin puluna kimi o vermiş, toyda Ülvi ona heç bir qızıl almamış, sadəcə bibisi 150 manatlıq boyunbağı almış, həmin 150 manatın 50 manatını da o özü qoymuş, həmin boyunbağını da Ülvi götürüb aparmışdır. Hətta evdə turşu və meyvə şirəsinin banakalarını da Ülvi aparmışdır. Onun ailəsi dağılırdı, Ülvi bankaları daşıyırdı. Yerdə qalan 1500 manat da həmin xərclərə və 8 ay dayısının evində pulsuz olaraq qalmasına çıxılsın. Belə ki, Ülvinin qalmağa yeri olmamış, 8 ay Ülvi, onun dostu ilə onun dayısının şəhərdəki evində pulsuz yaşamışdır. Ülvi elə 8 ayın pulunun nə qədər etdiyini hesablasın, onlar nə yaxşı həmin pulu istəmirlər. O, Ülvinin əvəzindən 2000 manat da, 12000 manat da vermişdir. Onlar həmişə Ülviyə dəstək olmuşlar. O fikirləşmişdir ki, yetimdir, bu gün onun pulu var, sabah da ikisi də işləyib qazanarlar və hər şey qaydasına düşər. Onun anası Ülvinin başını aşağı etməmək üçün, atası nə qədər pul gətirməsini soruşanda həmin vaxt Ülvi ondan nə qədər deməsini soruşmuş, anası da onun işləyərək yığdığı pulu gətirib Ülviyə vermiş, o da öz adından həmin pulu atasına vermişdir ki, bu qədər gətirmişdir, o da ona 20-21 min manat pul gətirdiyini deməsini bildirmiş, hətta o, öz-özünə paltar alıb Ülvinin əlinə vermişdir ki, guya o almışdır. Sözügedən evi deyəsən 2021-ci ilin aprel ayında Ağıstafalı kişidən 47500 manata almış, alqı-satqı pulunu onun bacısı vermişdir. Evi alan vaxta anası demişdir ki, ev Ülvinin adına olsun. Evin 10000 manatını qonşusu Dilarə xamından almış, 7000 manatını "xxxx" ASC-dən götürmüşlər, qalan pulu atası və o qoymuşdur. O, 550 manat əmək haqqı almış, həmin pulun 500 manatını borca, yəni 250 manatını kreditə, 250 manatını da qonşunun borcunu ödəmiş, yerdə qalan 50 manatla da bir ay dolanmışdır. Ülvi "xxxx" ASC-yə anasının, bacısının borcunu ödəyirdi. Ülvi onunla məqsədli evlənmiş, onun saflığından istifadə etmiş və onun həyatı məhv olmuşdur. Evin təmirinə xərclənən məbləğ onun atasının öz adına götürdüyü və onun da zamin olduğu pullar olmuş və o, həmin bankdan götürülən krediti o və hətta anası da ödəmişdir və özü hələ də ödəyir. Ülvinin sonradan verdiyi məbləği onlar geri qaytarmışlar, hesablansa Ülvinin onlara borcu çıxacaqdır. Toydan Ülvi ziyanla çıxmış, toyun səhəri günü dava düşmüşdür. Əhliman usta dayanmadan pulunu istəyirdi. O da anasına zəng edib 800 manat pul istəmiş toyun səhəri günü anası da həmin pulu Ülviyə vermiş, o da ustaya pulunu vermişdir. O, həmin evin təmirinə də çox əziyyət çəkmiş, əlinə lom götürüb kafel sındırmışdır ki, fəhləyə pul verilməsin. Əhliman usta material çatmayanda zəng edirdi, anası gedib alıb gətirirdi. Elektrik atasının iş yoldaşı olmuş, pulsuz işləmiş və atası təkcə materialları almışdır. Evin təmirində Ülvi iştirak etməmiş, ustanı Ülvi tapıb qohumunu gətirmişdir. Ülvi arada gəlib evə baxırdı. Eyni zamanda, iddiaçı iddiada mənəvi ziyan istəyir, əsl mənəvi ziyan burada ona dəymişdir, o, hamilə olmuş və keçirdiyi stresdən sonra övladını itirmiş, hətta iddiaçının anası ona uşağı qucağına ala bilməyəcəyini demiş, Ülvinin anasına heç bir narazılıq etməmiş, əksinə Ülvinin anası evdə ona zülm vermiş, onun ailəsini dağıtmışdır. O, işdə huşunu itirmiş, övladını itirmiş, qarşı tərəf də ona yalan dediyini bildirmişdir. Ülvinin anası 13 noyabr 2021-ci ildə onlara gəlmiş, həmin ilin 23 noyabrında o, boşanma həddinə çatmışdır. Anası onun üzünə deyirdi ki, şəhər qızı istəmir, uşağını qucağına ala bilməyəcəyini demişdir. Ülvinin qohumları ona təzyiq edirdilər ki, Ülvi mübahisəli evdə qalacaq, ev satılıb bölünəcəkdir. O, psixoloji dəstək də almış, sadəcə ailəsinin olmasını istəmişdir. O həmçinin bildirmişdir ki, Ülvi anasının xəstə olduğunu demiş, o da anasından 300 manat alıb Ülviyə vermişdir. Hətta Ülvinin anası barışığa gələndə anasına həmin pulları qızı üçün verdiyini demişdir. O, atasından da 3000 ABŞ dolları pul götürmdür. Gözləyir ki qonşu Dilarə xanımın borcunu qaytarandan sonra da atasının pulunu qaytarsın. O, 1700 manat borcu bacısından götürmüşdür. Həmin evdə olan bütün xərci və əziyyəti o çəkmiş, nə üçün Ülviyə pul verməlidir. Hər şey dəftərdə qeyd edilmişdir. Dəftəri məhkəməyə verə bilməyəcəyini bildirmiş. O, Ülvini həmin evə gəlin gətirmişdir. Evin təmiri 2021-ci ilin avqustun səkkizi bitmiş, hımin ayın doqquzu da toy olmuşdur. Əgər o, oyun qursa idi, apreldə nişanlı olanda ev alınan vaxt nişanı qaytarardı. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında X8 şahid qismində ifadə verərək göstərmişdir ki, o, Xəyaləni tanımır, Ülvi ilə onun qayınatası qohumdur. O, Ülvinin evində təmir işlərini etmişdir. Evdə o və köməkçisi İsmayıl usta işləmişdir. Evdə elektrikdən başqa bütün işləri onlar etmişlər. Elektrik işini Ülvinin qayınatasının tanışının gətirdiyi usta etmişdir. Mübahisəli evin təmirini təqribən 1-2 il olar etmiş, çünki 2019-da Rusiyaya getmiş, 2 il orada qalıb qayıtmış, o, Bakıya karantinada gəlmişdir. Onlar 2021-ci ilin yay aylarında təmiri etmişlər və evi 25 günə təhvil vermişlər. Təmir edilən ev ya 3-cü, ya da 4-cü mərtəbədə pilləkəndən qalxanda sağda, yerləşmiş çöl qapı qırmızı rəngdə olmuş, elə onlar da həmin qapını gilənar rəngində rəngləmişlər. Evin qapısından girəndə sağda tualet, sonra mətbəx olmuş, mətbəxi də yataq otağı etmişlər. Evin 2 eyvanı olmuş, onu evə qatmış, zalda da açıq mətbəx etmişlər. Divarlara divar kağızı vurmuşlar. Materialı Ülvi almış, bir iki dəfə birlikdə gedən vaxtı da alçipanın, taxtanın pulunu da Ülvi ödəmişdir. O, Ülvinin qayınatasından pul almamışdır, o, sadəcə evə gəlib baxıb gedirdi. Birinci smetanı o çıxarmış, usta pulu 4000 manata yaxın olmuş, Ülvi usta pulu kimi 800 manat bir, 700 manat bir, 1000 manat da bir vermişdir. O, Ülvi ilə pulun verilməsi barədə danışmış, Ülvinin qayınanası 1000 manat pulu Neftçilər metrosunun yanında ona həmin pulu vermişdir. Ülvi ilə evin kim tərəfindən alması ilə bağlı söhbət etməmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında X12 şahid qismində ifadə verərək göstərmişdir ki, o, Ülviyə 2017-ci ilin sentyabr-dekabr aylarında universitetdə Metrologiya Standartlaşma və Sertifikatlaşdırma fənnindən dərs demişdir. O, Ülvini həmin vaxtdan tanıyır və dostluq edir. O, həmişə Ülvi ilə birlikdə olmuş, Ülvinin nişanlı olduğunu bilmiş, onu toyunda iştirak etməsə də evinin təmirində iştirak etmişdir. Hazırda sözügedən mənzil 8-ci kilometr bazarının yanında yerləşirdi. O, evə gedib baxanda orada Əhliman adında usta işləyirdi. Ülvi ondan da ustaya vermək üçün borc almış, sonra da həmin borcu qaytarmışdır. O, Ülvi ilə usta yazdığı tikinti materiallarını, alçıpan, sement, taxtanı onun dayısı oğlu X6 “Diqlas” ticarət mərkəzinin yanında olan mağazasından almış və onların pulunu Ülvi ödəmişdir. Ülvinin qoyunları olmuş, həmin işləri də onlar qoyunları satıb etmişdir. Deyəsən o, qoyunu 10000 manata yaxın məbləğə satmışdır. Hətta Ülvi bankdan da pul götürmüş və bankın pulunu da özü ödəmişdir. O, təmirdən sonra evdə olmamış, evə ancaq təmir vaxtı getmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında X10 şahid qismində ifadə verərək göstərmişdir ki, o, Ülvinin bacısının qayınatasıdır, təsərrüfatla məşğuldur. Ülvi 70 qoyun alıb vermişdir ki, o, həmin qoyunları saxlasın və artırsın. Ülvinin qoyunlarını 2 il saxlamışdır. Sonra Ülvi ev aldığını, buna görə də qoyunları satmasını demiş, o da qoyunları təqribən 2 il bundan öncə 10000 manata satıb pulu Ülviyə vermişdir. Ülvi həm də işləyirdi, qoyunu da satıb evi almışdır. Ülvinin kənddə də evi olmuşdur. Ülvinin qayınatası Vaqif bunları barışdırmalarını demiş, onlar da gedib barışdırmışlar, sonra yenə aralarında mübahisə olmuş, bu dəfə barışığa gedəndə demişlər ki, Ülvinin anası bu evə girməsin, burada qalmasın. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında X13 şahid qismində ifadə verərək göstərmişdir ki, o, Xəyalənin dayısı oğludur. O, təmir zamanı ustaya hər dəfə təxmini 1000 manat məbləğində pul vermiş, pulu verdiyi ustanın adı Əhliman olmuşdur. Əhliman orada təmir işləri aparmış, həmin ustanı da Ülvi tapmışdır. Pulu bibisi ona vermiş, o da aparıb ustaya vermişdir. Evin təmirini kimin etdirdiyini bilmir, evin kim tərəfindən alınması ilə bağlı heç bir şey bibisindən eşitməmişdir. Məhkəmə tərəflərin vəkil və nümayəndələrinin, iddiaçı və Cavabdeh1 Vaqı̇ f qızının izahatlarını, şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Tərəflər birgə nikaha daxil olmamışdan öncə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 48, 129 saylı mənzil alınmış və mənzil Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Tərəflər arasında nikah münasibətləri xx.xx.2022-ci il tarixdə pozulmuşdur. xx.xx.2021-ci il tarixli qaimə fakturasına əsasən Ülviyə 500 manat ödəniş edilməsi, xx.xx.2021-ci il tarixli qaimə fakturası isə Əhlimana 810 manat ödəniş edilməsi üçün verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizə ilə X8 mübahisəli mənzilin təmirini həyata keçirdiyini, bunun üçün müxtəlif tikinti materialları alındığını, 2021-ci ilin sentyabr ayınadək qeyd edilən mənzili təmirli şəkildə iddiaçıya verdiyini, işə görə Ülvidən zəhmət haqqı olaraq 1800 manat pul aldığını, X12 da xx.xx.2022-ci il tarixli ərizə ilə Ülvinin 2021-ci ilin iyul ayında ona zəng edərək mübahisəli mənzilin təmir-bərpa işlərində işlədilən tikinti materiallarının daşınması üçün kömək etməsini xahiş etdiyini, həmin ünvana getdiyini, onunla birlikdə bir neçə fəhlənin də işlədiyini, işin sonunda fəhlələrə müəyyən vəsaitin verildiyinin şahidi olduğunu, Ülvi ondan xahiş etdiyi üçün tanışı Anar Məmmədovun 8-ci kilometr bazarı adlanan ərazidə işlətdiyi tikinti materialları mağazasını məsləhət gördüyünü, ustanın qeyd etdiyi materialları oradan sifariş etdiklərini bildirmişlər. Həmçinin, mübahisəli mənzil ilə üzbəüz yerləşən mənzildə yaşayan Bayramova Mehriban xx.xx.2022-ci il tarixdə ərizə yazaraq qeyd etmişdir ki, ünvan 1 ünvanında vaxtı ilə yaşamış İddiaçı 2021-ci ilin aprel ayından etibarən ev sahibi kimi tanıyır, onun həmin ilin avqust ayından dekabr ayına kimi qeyd olunan mənzildə yaşamasına şahidlik edir. İddiaçı mənzilin təmir-bərpa işlərində mənzil sahibi kimi birbaşa iştirak etmiş, həmçinin Xankişizadə Xəyalənin anası Cavabdeh2 ilə söhbət əsasında ona mənzilin hər iki tərəfin vəsaiti hesabına alındığını demişdir. Eyni zamanda "xxxx" ASC ilə X11 arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanılmış, müqaviləyə əsasən, bank tərəfindən X7 36 ay müddətinə illik 7000 manat məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsinə əsasan yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh1 ilə Bank arasında bağlanılmış xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi ilə o, zamin qismində sözügedən kredit müqavilələrinin tərəfi olmuş, müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün X11 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdürlər. Ödəniş cədvəli və ödəniş qəbzləri ilə X3 adında müxtəli vaxtlarda ödəniş olunduğu öz təsdiqini tapmışdır. Hazırda məhkəmədə tərəflər arasında mübahisəli evin alınmasına, təmirinə çəkilən xərclər barədə mübahisə mövcuddur. İddiaçı məhkəməyə müraciət etməmişdən qabaq mediasiya prosesində iştirak etmiş və cavabdehlərdən müştərək qaydada 18600 manat əsas, 3000 manat mənəvi zərər və iddia ərizəsinə görə ödənilmiş 155 manat rüsum, cəmi 21755 manat pul məbləğinin tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə ilk öncə iddia tələbinin evin alınması üçün 13200 manat verilməsi hissəsinə münasibətdə bildirir ki, Cavabdeh2 iddianı 3500 manat hissəsində qəbul etmişdir. İş üzrə iddiaçı tərəfindən təqdim edilmiş və işə əlavə edilmiş səs yazıları ilə İddiaçı evin alınan günü 14180 manat gətirdiyini, 15000 manatın üstünü tamamlamaq üçün 820 manat çatmadığını, o vaxtı da Xəyalənin 2000 manat verdiyini, 2-3 gün bundan qabaq gətirib 1000 manat pul verdiyini Cavabdeh2 isə iddiaçının ona birinci dəfə 5500 manat gətirdiyini, sonra gəlib 100 manatı götürdüyünü, yerdə 5400 manat qaldığını, həmin pulun onun özünün verdiyi 2000 manat olduğunu, 10000 manata tamamladıqlarını, sonra Ülvinin 1150 ABŞ dolları, 100 ABŞ dolları, 400 və 250 manat gətirdiyini, onun 10.000 manat pulunu tamamlamaq üçün onun özünün 1780 manat verdiyini, Vaqif Ülvidən nə qədər pul gətirdiyini soruşanda da onun Xəyaləyə SMS yazıb nə qədər pul gətirdiyini soruşduğunu, onun da Xəyalənin topladığı 6500 manat pulu üstünə qoyub Vaqifə 12000 manat gətirdiyini dediyini, hazırda evin alınmasında olan borc məbləğindən danışdığını, indi qaytardığı puldan danışmadığını, Ülvinin borca qaytardığı 1000 manat pulun evdə olduğunu qeyd etmişlər. Məhkəmə Cavabdeh2 səs yazısında bildirdiyi 5400 manat, daha sonra da hissə-hissə gətirdikləri ilə (400+250+1150 ABŞ dolları* 1.70 manat+ 100 ABŞ dolları*1.70 manat) 2775 manat gətirməsi, hələ üstəlik iddiaçının gətirdiyi 1000 manat pulun evdə olması, eyni zamanda 10.000 manat pulunu tamamlamaq üçün onun özünün 1780 manat verdiyini nəzərə alaraq məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh vurduğu maddi ziyanı qismən etiraf etdiyindən, hazırda da iddiaçının evin alınması ilə bağlı tələb etdiyi məbləğ 13200 manat olduğundan cavabdehlər həmin borc məbləğini iddiaçıya ödəməlidir. Həmçinin cavabdeh tərəf məhkəmə tərəfindən müəyyən edilən bu halların əksini sübut edə bilməmiş, evin alınması ilə bağlı bildirdikləri dəlillər üzrə məhkəməyə mötəbər sübutlar təqdim etməmiş və məhkəmədə bununla bağlı qeyd etdikləri öz təsdiqini tapmamışdır. Məhkəmə iddia tələbinin evin təmirinə görə götürülmüş kredit məbləği ilə bağlı 7 ay ərzində 250 manatdan iddiaçı tərəfindən ödənilən 1750 manat vəsaitin verilməsinə münasibətdə bildirir ki, iddiaçı tərəfindən məhkəməyə sözügedən kredit ilə bağlı onun tərəfindən ödəniş edilməsinə dair hər hansı mötəbər sübut təqdim edilməmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi X11 ilə bağlanılmış, Cavabdeh1 ilə həmin müqavilə üzrə zaminlik müqaviləsi imzalamış və ödənişlər X3 adından edilmişdir. Buna görə də iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin tikinti-təmirlə bağlı ustalara 1800 manat, tikinti materiallarına 1850 manat vəsait xərclənməsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qaimə fakturası ilə ümumilikdə 1310 manat ödəniş edilməsi müəyyən edilmişdir. Həmçinin, X8 iş materiallarına əlavə edilmiş ərizəsində 2021-ci ilin sentyabr ayınadək qeyd edilən mənzili təmirli şəkildə iddiaçıya verdiyini, işə görə Ülvidən zəhmət haqqı olaraq 1800 manat pul aldığını bildirmişdir. X1 ifadəsi də işin halları ilə uyğunluq təşkil etdiyindən, tərəflərin izahatı ilə uyğun gəldiyindən iş üzrə mötəbər sbut kimi qəbul edilməlidir. Həmçinin qarşı tərəfin təqdim etdiyi şahid X5 ifadəsində sırf evin kim tərəfindən təmir edilməsi, təmir üçün pulun kimin ödəməsi halları müəyyən oluna bilməmiş, həmin ifadə digər X1 ifadəsi ilə ziddiyyət təşkil etməmişdir. Beləliklə, iş materiallarına əlavə edilmiş, məhkəmə iclasında müəyyən edilmiş sübutlar və şahid ifadələri əsasında məhkəmə hesab edir ki, cavabdehlərdən 3100 manat iddiaçının xeyrinə tutulmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə iddia tələbinin 3000 manat mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı bildirir ki, iddia tələbi bu hissədə əsasız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı mənəvi zərərə görə 3000 manat pul tələb etməsinə baxmayaraq məhz cavabdehlərin hərəkətləri nəticəsində onun mənəvi istirab və sarsıntı keçirməsini əsaslandıra bilməmiş, tələbinin əsası olaraq məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı xeyrinə Cavabdeh1 Vaqı̇ f qızından və Cavabdeh2 müştərək qayadada 16310 manat və dövlət rüsumuna görə ödənilmiş 105 manat olmaqla, cəmi 16415 manat vəsait tutulub ödənilməli, iddia tələbi qalan hissələrdə təmin edilməməli, iddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu ona aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı xeyrinə Cavabdeh1 Vaqı̇ f qızından və Cavabdeh2 müştərək qayadada 16310 manat və dövlət rüsumuna görə ödənilmiş 105 manat olmaqla, cəmi 16415 manat vəsait tutulub ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-333/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-333/2023
22.02.2023 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver