Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3346/2021 30.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən, Azra yumşaq divan, Duygu masa, Dnepr kampaniya stulları üçün 705 manat əsas borcun, 70 manat cərimənin, 08 mart 2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********47774 olan «Samsung Galaxy A51» markalı telefon üçün 750,6 manat əsas borcun, 75,4 manat cərimənin, 08 mart 2020-ci il tarixli müqaviləsinə əsasən X1 üçün 90 manat əsas borcun, 9 manat cərimənin, ümumilikdə isə 1700 manat borc, 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq, "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 01 sentyabr 2019cu il, 08 mart 2020-ci il və 08 mart 2020-ci il tarixli müqaviləsinə əsasən, Azra yumşaq divan, Duygu masa, Dnepr kampaniya stulları, İMEİ kodu **********47774 olan «Samsung Galaxy A51» markalı telefon, X1 almış və nəticədə 1700 (min yeddi yüz) manat borc yaranmışdır. Cavabdeh 01 sentyabr 2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2400 manat (yəni 24 ay x 100 manat + 0 manat ilkin ödəniş) olan, Azra yumşaq divan, Duygu masa, Dnepr kampaniya stulları üçün ümumilikdə 775 (yeddi yüz yetmiş beş) manat olmaqla ondan 705 (yeddi yüz beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 70 (yetmiş) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 08 mart 2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 789,6 manat (yəni 18 ay x 41,7 manat + 39 manat ilkin ödəniş), İMEİ kodu **********47774 olan «Samsung Galaxy A51» markalı telefon üçün ümumilikdə 826 (səkkiz yüz iyirmi altı) manat olmaqla ondan 750,6 (yeddi yüz əlli manat, altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 75,4 (yetmiş beş manat, qırx qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 08 mart 2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 90 manat (yəni 6 ay x 15 manat + 0 manat ilkin ödəniş), X1 üçün ümumilikdə 99 (doxsan doqquz) manat olmaqla ondan 90 (doxsan) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9 (doqquz) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1734 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gıinünə hesablanmış 1%-i həcmində “Müştəri’' mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 sentyabr 2019cu il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 2400 manat olan, Azra yumşaq divan, Duygu masa, Dnepr kampaniya stulları satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08 mart 2020-ci il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 789,6 manat olan İMEİ kodu **********47774 olan «Samsung Galaxy A51» markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08 mart 2020-ci il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 90 manat olan X1 satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 02 iyul 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 01 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 705 (yeddi yüz beş) manat əsas borc, 70 (yetmiş) manat cərimə borcu olmaqla, ümumilikdə 775 (yeddi yüz yetmiş beş) manat manat borcu vardır. Cavabdeh 08 mart 2020-ci il tarixli müqavilə üzrə 750,6 (yeddi yüz əlli manat, altmış qəpik) manat əsas borc, 75,4 (yetmiş beş manat, qırx qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 826 (səkkiz yüz iyirmi altı) manat borcu vardır. Cavabdeh 08 mart 2020-ci il tarixli müqavilə üzrə 90 (doxsan) manat əsas borc, 9 (doqquz) manat cərimə borcu olmaqla, ümumilikdə 99 (doxsan doqquz) manat borcu vardır. Hər üç müqavilə üzrə ümumilikdə 1700 (min yeddi yüz) manat borcu vardır. İşə əlavə olunmuş 05 iyul 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 01 sentyabr 2019-cu il, 08 mart 2020-ci il və 08 mart 2020-ci il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşyalar (mal) almış, lakin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 01 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 705 (yeddi yüz beş) manat əsas borc, 70 (yetmiş) manat cərimə borcu, 08 mart 2020-ci il tarixli müqavilə üzrə 750,6 (yeddi yüz əlli manat, altmış qəpik) manat əsas borc, 75,4 (yetmiş beş manat, qırx qəpik) manat cərimə borcu və 08 mart 2020ci il tarixli müqavilə üzrə 90 (doxsan) manat əsas borc, 9 (doqquz) manat cərimə borcu olmaqla, ümumilikdə 1700 (min yeddi yüz) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-3346/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3346/2021
30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver