Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3350/2021 20.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Vəliyev Elşad Vəliyəddin oğluna qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Vəliyev Elşad Vəliyəddin oğluna qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 16.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********70685 olan HOFFMANN X Ultra markalı telefon, Seksiya Mirado almış və nəticədə 379 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 600 manat (yəni 12 ay x 50 manat + 0 manat ilkin ödəniş), , İMEİ kodu **********70685 olan HOFFMANN X Ultra markalı telefon, Seksiya Mirado üçün ümumilikdə 379 manat olmaqla ondan 345 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 255 manat təşkil edir. Qeyd olunanlara əsasən 16.12.2019-cu il tarixli müqavilə üzrə , İMEİ kodu **********70685 olan HOFFMANN X Ultra markalı telefon, Seksiya Mirado üçün 345 manat ödənilməmiş hissə, 34 manat cərimə, ümumilikdə 379 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu cavabdeh Vəliyev Elşad Vəliyəddin oğlundan alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Vəliyev Elşad Vəliyəddin oğlu arasında bağlanmış 16.12.2019-ci il tarixli 01130250 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********70685 olan HOFFMANN X Ultra markalı telefon, Seksiya Mirado verilmişdir. Cavabdeh Vəliyev Elşad Vəliyəddin oğlu müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 16.12.2019-ci il tarixli 01130250 nömrəli ödəniş cədvəlindən görünür ki, hər ayın 14-dən gec olmayaraq 12 ay müddətinə 50 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin Cavabdeh ünvanlanmış 06.02.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC ilə Vəliyev Elşad Vəliyəddin oğlu arasında bağlanmış 16.12.2019-cu il tarixli 01130250 nömrəli müqaviləyə əsasən, istifadəsinə İMEİ kodu **********70685 olan HOFFMANN X Ultra markalı telefon, Seksiya Mirado almış, lakin, müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. "xxxx" MMC öhdəliyin yerinə yetirilməsini, əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödənilməsini xahiş edir. Əks təqdirdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 02.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Vəliyev Elşad Vəliyəddin oğlundan 345 manat ödənilməmiş hissə, 34 manat cərimə, cəmi 379 manat borcu vardır. İşə əlavə olunmuş 05.07.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, 16.12.2019-cu il tarixli 01130250 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********70685 olan HOFFMANN X Ultra markalı telefon, Seksiya Mirado verilmiş, cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 16.12.2019-cu il tarixli 01130250 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 14-dən gec olmayaraq 12 ay müddətinə 50 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək, 16.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********70685 olan HOFFMANN X Ultra markalı telefon, Seksiya Mirado üçün 345 manat ödənilməmiş hissə, 34 manat cərimə, ümumilikdə 379 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 16.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********70685 olan HOFFMANN X Ultra markalı telefon, Seksiya Mirado üçün 345 manat ödənilməmiş hissə, 34 manat cərimə, ümumilikdə 379 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu cavabdeh Vəliyev Elşad Vəliyəddin oğlundan alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-3350/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3350/2021
20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver