Məhkəmə qərarları › İş №2(007)-3354/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3354/2021

21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3354/2021 21.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi ilə, Abasova Aygün Faiq qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, İddiaçı MMC ilə 01.11.2019-cu il, 28.05.2019-cu il və 21.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********63825 olan İphone 11 Pro markalı telefon və 2 ədəd aksesuar, HP notebook, Canon fotoaparat, notebook çantası, İMEİ kodu **********292158 olan X5 8 Pro markalı telefon, 2 ədəd Elari saat almış və nəticədə 5898 (beş min səkkiz yüz doxsan səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4842 manat (18 ay x 269 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********63825 olan İphone 11 Pro markalı telefon və 2 ədəd aksesuar üçün ümumilikdə, 2575 manat olmaqla ondan, 2011 manat ödənilməmiş hissə, 564 manat dəbbə pulu. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2592 manat (24 ay x 108 manat + 0 manat ilkin ödəniş) olan HP notebook, Canon fotoaparat, notebook çantası üçün ümumilikdə, 1930 manat olmaqla ondan, 1477 manat ödənilməmiş hissə, 453 manat dəbbə pulu. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.11.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1350 manat (18 ay x 75 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********292158 olan X5 8 Pro markalı telefon, 2 ədəd Elari saat üçün ümumilikdə, 1393 manat olmaqla ondan, 1078 manat ödənilməmiş hissə, 315 manat dəbbə pulu.Cavabdehin cəmi ödədiyi məbləğ 4218 manat təşkil edir. Qeyd olunanlara əsasən 01.11.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********63825 olan İphone 11 Pro markalı telefon və 2 ədəd aksesuar üçün 2011 manat ödənilməmiş hissə, 564 manat dəbbə pulu, 28.05.2019-cu il tarixli müqavilə üzrə HP notebook, Canon fotoaparat, notebook çantası üçün 1477 manat ödənilməmiş hissə, 453 manat dəbbə pulu, 21.11.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********292158 olan X5 8 Pro markalı telefon, 2 ədəd Elari saat üçün 1078 manat ödənilməmiş hissə, 315 manat dəbbə pulu, ümumilikdə 5898 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh 01.10.2021-ci il tarixli məhkəmə baxışı iclasında verdiyi izahatında bildirdi ki, iddianı qismən qəbul edir. Götürdüyü kreditləri vaxtı vaxtında ödəmişdir. Pandemiya dövründə ödənişlər edə bilməmişdir. Kredit borcu üzrə əsas məbləği qəbul edir, cərimə borcunu isə qəbul etmir. O, salonda işləyirdi. himayəsində azyaşlı uşağı var, kirayədə yaşayır. O, fotoaparat, kompyuter, notbuk götürmüş və sonuncu ödənişi may ayında etmişdir. İddianın qismən təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01.11.2019-cu il tarixli 01020678 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh İMEİ kodu **********63825 olan İphone 11 Pro markalı telefon və 2 ədəd aksesuar sahibliyinə və istifadəsinə verilmişdir. Cavabdeh müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 01.11.2019-cu il tarixli 01020678 saylı kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 14-dən gec olmayaraq 18 ay müddətində 269 manat ödəniş etməlidir. İşə əlavə olunmuş İddiaçı MMC-nin 03.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 01.11.2019-cu il tarixli müqavilə üzrə Cavabdeh 2011 manat ödənilməmiş hissə, 564 manat cərimə, cəmi 2575 manat borcu vardır. İşə əlavə olunmuş 01.11.2019-cu il tarixli bildiriş və həmin tarixli əşyaların təhviltəslim aktından görünür ki, 01.11.2019-cu il tarixində bağlanmış 01020678 saylı müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər əşya “ABC”-nin əmlakı hesab olunur və “Müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə, “Mal”-a tam sahiblik hüququ “Müştəri”-yə keçir. “Müştəri” bu müqavilənin şərtlərini pozduğu halda, ”ABC” “Mal”ın geri qaytarılmasını tələb edə bilər. Müştəri “Müqavilə”-nin şərtlərini pozduğu halda “ABC” “Mal”-ın istifadəsini mümkünsüz edə bilər, o cümlədən əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər. (İMEİ kodu deaktiv etmək). Müqavilənin 3.4-ci bəndinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. “Müştəri” müqavilənin bütün şərtlərini və 3.5-ci bənddə göstərilən ödənişləri yerinə yetirdiyi halda, “ABC”-yə müqavilənin 3.4-ci bəndində göstərilmiş tədbirlərin icrasının dayandırlıması barədə müraciət edə bilər. “ABC” tərəfindən “Mal” ünvana çatdırılarkən, həmin vaxt o ünvanda olan istənilən şəxsə “Mal”-ın qəbul etməsini və qəbul aktının imzalanmasını etibar edir, həmçinin Cavabdeh 01067087 nömrəli müqaviləyə əsasən yuxarıda qeyd olunan məhsulları tam qüsursuz halda təhvil almışdır. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 28.05.2019-cu il tarixli 00687936 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh HP notebook, Canon fotoaparat, notebook çantası sahibliyinə və istifadəsinə verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 28.05.2019-cu il tarixli 00687936 saylı kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 10-dan gec olmayaraq 24 ay müddətində 108 manat ödəniş etməlidir. İşə əlavə olunmuş İddiaçı MMC-nin 03.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 28.05.2019-cu il tarixli müqavilə üzrə Cavabdeh 1477 manat ödənilməmiş hissə, 453 manat cərimə, cəmi 1930 manat borcu vardır. İşə əlavə olunmuş 28.05.2019-cu il tarixli bildiriş və həmin tarixli əşyaların təhviltəslim aktından görünür ki, 28.05.2019-cu il tarixində bağlanmış 00687936 saylı müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər əşya “ABC”-nin əmlakı hesab olunur və “Müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə, “Mal”-a tam sahiblik hüququ “Müştəri”-yə keçir. “Müştəri” bu müqavilənin şərtlərini pozduğu halda, ”ABC” “Mal”ın geri qaytarılmasını tələb edə bilər. Müştəri “Müqavilə”-nin şərtlərini pozduğu halda “ABC” “Mal”-ın istifadəsini mümkünsüz edə bilər, o cümlədən əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər. (İMEİ kodu deaktiv etmək). Müqavilənin 3.4-ci bəndinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. “Müştəri” müqavilənin bütün şərtlərini və 3.5-ci bənddə göstərilən ödənişləri yerinə yetirdiyi halda , “ABC”-yə müqavilənin 3.4-ci bəndində göstərilmiş tədbirlərin icrasının dayandırlıması barədə müraciət edə bilər. “ABC” tərəfindən “Mal” ünvana çatdırılarkən, həmin vaxt o ünvanda olan istənilən şəxsə “Mal”-ın qəbul etməsini və qəbul aktının imzalanmasını etibar edir, həmçinin Cavabdeh 00687936 nömrəli müqaviləyə əsasən yuxarıda qeyd olunan məhsulları tam qüsursuz halda təhvil almışdır. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 21.11.2019-cu il tarixli 01067087 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh İMEİ kodu **********292158 olan X5 8 Pro markalı telefon, 2 ədəd Elari saat sahibliyinə və istifadəsinə verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 21.11.2019-cu il tarixli 01067087 saylı kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 04-dən gec olmayaraq 18 ay müddətində 75 manat ödəniş etməlidir. İşə əlavə olunmuş 21.11.2019-cu il tarixli bildirişdən görünür ki , bildiriş və həmin tarixli əşyaların təhvil-təslim aktından görünür ki, 21.11.2019-cu il tarixində bağlanmış 01067087 saylı müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər əşya “ABC”-nin əmlakı hesab olunur və “Müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə, “Mal”-a tam sahiblik hüququ “Müştəri”-yə keçir. “Müştəri” bu müqavilənin şərtlərini pozduğu halda, ”ABC” “Mal”-ın geri qaytarılmasını tələb edə bilər. Müştəri “Müqavilə”-nin şərtlərini pozduğu halda “ABC” “Mal”-ın istifadəsini mümkünsüz edə bilər, o cümlədən əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər. (İMEİ kodu deaktiv etmək). Müqavilənin 3.4-ci bəndinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. “Müştəri” müqavilənin bütün şərtlərini və 3.5-ci bənddə göstərilən ödənişləri yerinə yetirdiyi halda , “ABC”-yə müqavilənin 3.4-ci bəndində göstərilmiş tədbirlərin icrasının dayandırlıması barədə müraciət edə bilər. “ABC” tərəfindən “Mal” ünvana çatdırılarkən, həmin vaxt o ünvanda olan istənilən şəxsə “Mal”-ın qəbul etməsini və qəbul aktının imzalanmasını etibar edir, həmçinin Cavabdeh 01067087 nömrəli müqaviləyə əsasən yuxarıda qeyd olunan məhsulları tam qüsursuz halda təhvil almışdır. İşə əlavə olunmuş İddiaçı MMC-nin 03.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 25.11.2019-cu il tarixli müqavilə üzrə Cavabdeh 1078 manat ödənilməmiş hissə, 315 manat cərimə, cəmi 1393 manat borcu vardır. İşə əlavə olunmuş 05.07.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə olunmuş İddiaçı MMC-nin 20.01.2021-ci il tarixli son xəbərdarlığından görünür ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 01.11.2019-cu il, 21.11.2019-cu il və 28.05.2019-cu il tarixli müqavilələrə əsasən, “İphone” markalı telefon, “X4” markalı telefon, qulaqlıq, “Xiaomi” markalı telefon, “HP” markalı kompüter, “Canon” markalı fotoaparat, aksesuar, “Elari” markalı iki ədəd saat almışdır. Lakin müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni ödəniş cədvəlində nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir, iddiaçı cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyi, əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödəməyini xahiş etmişdir. Əks təqdirdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, aidiyyatı üzrə dövlət qurumuna müraciət edəcəkdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 01.11.2019-cu il, 21.11.2019-cu il və 28.05.2019-cu il tarixli müqavilələr bağlanmışdır. Cavabdeh İMEİ kodu **********63825 olan İphone 11 Pro markalı telefon və 2 ədəd aksesuar, HP notebook, Canon fotoaparat, notebook çantası, İMEİ kodu **********292158 olan X5 8 Pro markalı telefon, 2 ədəd Elari saat almış və nəticədə 5898 manat borc yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətlərdə, müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilənin bağlandığı tarixdə də müqavilənin predmeti olan əşyaları İddiaçı MMC-dən təhvil almışdır. Lakin, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə hesab edir ki, 01.11.2019-cu il tarixli 01020678 saylı müqaviləyə əsasən İMEİ kodu **********63825 olan İphone 11 Pro markalı telefon və 2 ədəd aksesuar üçün 564 manat cərimə pulu 2011 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılaraq 100 manat saxlanılmalıdır. 28.05.2019-cu il tarixli 00687936 nömrəli müqaviləyə əsasən HP notebook, Canon fotoaparat, notebook çantası üçün 453 manat cərimə pulu 1477 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılaraq 50 manat saxlanılmalıdır. 21.11.2019-cu il tarixli 01067087 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********292158 olan X5 8 Pro markalı telefon, 2 ədəd Elari saat üçün 315 manat cərimə pulu 1078 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılaraq 40 manat saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 5,80 manatı iddiaçıya, 24,20 manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 01.11.2019-cu il tarixli müqavilə üzrə, “İMEİ” kodu **********63825 olan İPhone 11 Pro markalı telefon və 2 ədəd aksesuar üçün 2011 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu, 28.05.2019-cu il tarixli müqavilə üzrə, HP notebook, Canon fotoaparat, notebook çantası üçün 1477 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, 21.11.2019-cu il tarixli müqavilə üzrə, İMEİ kodu **********92158 olan X5 8 Pro markalı telefon, 2 ədəd Elari saat üçün 1078 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu, 24.20 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 5.80 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 01.11.2019-cu il tarixli müqavilə üzrə, “İMEİ” kodu **********63825 olan İPhone 11 Pro markalı telefon və 2 ədəd aksesuar üçün 2011 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu, 28.05.2019-cu il tarixli müqavilə üzrə, HP notebook, Canon fotoaparat, notebook çantası üçün 1477 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, 21.11.2019cu il tarixli müqavilə üzrə, İMEİ kodu **********92158 olan X5 8 Pro markalı telefon, 2 ədəd Elari saat üçün 1078 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu, 24.20 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 5.80 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar