Məhkəmə qərarları › İş №2(007)-3356/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3356/2025

10.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3356/2025 10.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh 5 saylı Bakı Asan xidmət mərkəzində Notariat Kontoruna qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (vərəsəlik, mirasın qəbulu; müddətin bərpa edilməsi, vərəsəlik işinin açılması öhdəliyinin qoyulması və s.) X19 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3588691X5 və https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3588691X6, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3588691X13, https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3588691X10 və https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3588691X11 cəlb edilməklə cavabdeh 5 saylı Bakı Asan xidmət mərkəzində Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi və vərəsəlik işinin açılması öhdəliyinin qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı cavabdeh 5 saylı Bakı Asan xidmət mərkəzində Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi və vərəsəlik işinin açılması öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 noyabr 2012-ci il tarixdə vəfat etmiş X3 qalmış miras əmlakın qəbul edilməsi müddətinin bərpa olunması və miras əmlaka dair vərəsəlik işinin açılması öhdəliyinin cavabdeh 5 saylı Bakı "Asan Xidmət" Mərkəzində Notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Hacı Murad küçəsi, ev 29 (Yeni qaydalarla: AZ1075, ünvan 1 ünvanında yerləşən mənzil atası X4 mülkiyyətində olmuşdur. Lakin mərhum 19 noyabr 2012-ci il tarixdə ürək xəstəliyindən vəfat etmişdir. Mərhumun vəfat etməsi ilə bağlı Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən 27 noyabr 2012-ci il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. X2, qardaşı X13, bacıları X11, X10 və o, mərhumun qanun üzrə vərəsələridir. Atası vəfat etdikdən sonra bütün vərəsələr öz aralarında razılaşmışlar ki, miras əmlaka dair vərəsəlik işinin açılması ilə bağlı birlikdə notariat ofisinə müraciət edəcəklər. Lakin yas mərasiminə daha sonra isə öz ailə problemlərinə başları qarışdığından miras əmlaka dair vərəsəlik işinin açılması ilə bağlı müracətedə bilməmişlər. Tərəfindən miras əmlaka dair vərəsəlik işinin açılması ilə əlaqədar cavabdeh 5 saylı Bakı ''Asan Xidmət" Mərkəzində Notariat ofisinə müraciət edilmişdir. Lakin cavabdeh 5 saylı Bakı "Asan Xidmət" Mərkəzində Notariat ofisi xx.xx.2025-ci il tarixli 2425 saylı cavab məktubu ilə vərəsəlik işinin açılması və qanun üzrə vərəsə kimi vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə əsasən miras əmlakın qəbulu ilə bağlı müəyyən edilmiş müddət ötürüldüyündən qanun üzrə vərəsə kimi ona vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmadığından məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bu səbəbdən mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. İş materialları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 5 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat ofisinin xüsusi notariusu Xalid Hacıyevin 24 avqust 2025-ci il tarixli, 2425 saylı məktubundan görünür ki, atası X4 vərəsəlik işi ilə əlaqədar İddiaçı müraciətinə baxılmışdır, 19 noyabr 2012-ci il tarixdə vəfat etmiş atasının adına açılmış vərəsəliyin qəbulu müddətini ötürdüyü, vərəsəliyin qəbulu müddətinin bərpası üçün məhkəməyə müraciət edə bilməsi İddiaçı izah edilmişdir; - İ-ЖГ seriyalı, 315004 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1971-ci il tarixdə doğulmuşdur, atası X7r. - AZ-İ seriyalı, 589437 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 19 noyabr 2012-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 27 noyabr 2012-ci il tarixdə 878 nömrə ilə qeyd edilmişdir; - xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən İddiaçı tərəfindən məhkəməyə 100 manat dövlət rüsumu ödənilmişdir. İşdə iştirak edən şəxslər: Məhkəmənin hazırlıq iclasında X10, X11 və X13 mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən iddaçı İddiaçı iddia tələbini müdafiə etdi, ərizənin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, onlar vərəsəliyin 6 ay ərzində açılmasını bilməmişlər. Anasının vəfatına yaxın zamanda anası demişdir ki, bura dördünündür, elə olsun hamıya pay düşsün. May ayında bu söhbət olmuş və bundan qabaq mübahisə olmamışdır. Anasl sağ olanda zəng etmişdir ki, qardaşı bacısına hücum çəkmişdir. Anası demişdir ki, getsin məhkəməyə müraciət etsin. Anası 02 oktyabr tarixdə vəfat etmişdir. Atası 1971-ci ildən həmin ünvanda qeydiyyatdadır. Ona qardaşı birgün səs yazısı atmışdır ki, məhkəməyə getməsinlər, aralarında bölsünlər. Bacısının qızının ayağına maşın sürmüşdür. O birinci dərəcə vərəsədir, qanuna görə bütün vərəsələr bərabər pay hüququna malikdir. Bacıları ilə valideynlərinə onlar baxmışlar. Atası sağlığında qardaşını qovmuşdur və o, Rusiyaya getmişdir. Daha sonra Biləcəriyə gəlib orada yaşamışdır. Onun ölkəyə giriş-çıxışına baxıla bilər. Vərəsəlik hüququnun tanınmasını istəyir. Anası qaraciyər xəstəsi olmuşdur, sonra öz şəxsi problemlərinə başları qarışdığı üçün gec müraciət etmişlər. Göstərilənlərə əsasən, buraxılmış müddətin bərpa edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 izahatında göstərdi ki, o, anası ilə birlikdə orada yaşamışdır. Hazırda ev atasının adında qalmışdır. O, iddia tələbi ilə razıdır. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 izahatında göstərdi ki, atasının adına 1971-ci ilə aid texniki pasport var. Anası rəhmətə getməmişdən asan xidmətə müraciət etmişdir ki, vəfat etməmiş anasının adına keçirsinlər. Anasına demişdir ki, qardaşına desin, anasının adına keçməsinə razı olsun. Anası özü bölsün. Qardaşı etiraz etmişdir deyə başa çatdıra bilməmişlər. Heç onların ağlına gəlməmişdir ki, ata ölüb, ana da ödə bilər. Anası reanimasiyaya düşəndə ayılmışlar. Qardaşının Biləcəridə evi var, orada yaşayır. Təzəlikcə atasının torpağında oğlu üçün ev tikmişdir. Atasına və anasına illərlə İradə baxmışdır. Qardaşı illərlə Rusiyada qalmış. sonra Biləcəridə yaşamışdır. İddia tələbi ilə razıdır. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 iddia tələbi ilə razı olmadığnı bildirərək izahatında göstərdi ki, 10 baş ailə üzvü ilə orada qeydiyyatdadır. Tahirə başqa yerdə yaşayır. Lalə onların evində qeydiyyatdadır. İradə isə iki dənə ev almışdır, çıxarışı var. İradə evlənməmişdir deyə onlarla yaşamışdır. Bacısı Tahirənin oraya qeydiyyatı yoxdur. Müddətin bərpa olunmasına etiraz edir. Belə hadisə olmamışdır. O, bacılarına demişdir ki, ərazi söküntüyə gedərsə, hamıya pay bölgüsü edəcəkdir. O vaxt atası Tahirənin qaynatasına evi alanda 10000 manat vermişdir. X12 vermişdir. Lalə basına demişdir ki, ev söküntüyə gedəndə pul verəcək. Bacıları deyir ki, evin qiyməti ******* manat edir, adam başı 300000 manat düşür. Bu absurtdur. Ataları 2012-ci ildə rəhmətə getmişdir. Həmin vaxtdan heç olmasa 1-2 il keçdikdən sonra istəsə idi, müraciət edərdi. İddianın əsassız olduğunu düşünür. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin vəkili və nümayəndəsi Nümayəndə Məmmədəli oğlu izahatında göstərdi ki, 13 ildən çox müddət keçmişdir. Ola bilməz ki, vərəsəlikdən məlumatı olmasın. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Asan xidmətin imtinası qanunidir. Ev DƏDRX-də qeydiyyata alınmadığı üçün vərəsəlikdən də söhbət gedə bilməz. İddia əsassızdır və rədd edilməlidir. Şəxs faktiki orada yaşamış və mirası qəbul etmişdir. Uzun müddət keçdiyindən iddia rədd olunmalıdır. Cavabdeh 5 saylı Bakı Asan xidmət mərkəzində Notariat Kontorunun xüsusi notariusu Pərvin Xudiyev xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunvericiliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarı: Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə əsasən notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər aşağıdakı hallarda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər: 1) hərəkətin aparılması qanuna zidd olduqda; 2) hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda; 3) hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə; 4) hüquqi şəxsin adından bağlanan əqd onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda; 5) qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda; 6) notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda; 7) əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda. Həmin qanuna əsasən notariuslar və notariat hərəkətini aparan digər vəzifəli şəxslər hərəkətin aparılmasına rədd cavabı almış şəxsin xahişi ilə üç gün müddətində imtina barədə əsaslandırılmış qərar çıxarmalı və ondan şikayət verilməsi qaydasını izah etməlidirlər. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 107-ci bəndinə əsasən, miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədi tələb edir. Notarius hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış vərəsə və ya onun nümayəndəsi tərəfindən təqdim edilir. Kredit alınması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqlar məhdudlaşdırıldıqda və kreditor barədə məlumat, daşınmaz əmlakın təsviri bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışa əsasən məlum olduqda, notarius kreditora bildirir ki, borc alanın vərəsələrinə vərəsəlik şəhadətnaməsi verilmişdir. Əmlak üzərində məhkəmə və ya istintaq orqanları tərəfindən həbs qoyulmuşdursa, vərəsəlik şəhadətnaməsinin verilməsi həbs götürülənədək dayandırılır. Məhkəmənin mövqeyi: Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən xx.xx.2023-cü il tarixli qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, miras qoyan xx.xx.2012-ci ildə vəfat etmiş, lakin mirasın qəbul edilməsi üçün müddətin uzadılması barədə iddia tələbi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəllər qüvvədə olan 1246-cı maddəsinin müddəalarına uyğun olaraq müddətin ötürülməsi müəyyən edilsə də, Konstitusiya Məhkəməsinin Plenumunun yeni hüquqi mövqeyi nəzərə alınaraq mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətlər barədə norma qüvvədə olmadığından, iddiaçının "vərəsəlik hüququ üzrə ötürülmüş müddətin bərpası” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iddiaçı notariat ofisinə müraciət etsə də, onun müraciəti müsbət şəkildə öz həllini tapmamışdır. Məhkəmə iddiaçının ərizəsində istinad etdiyi halları nəzərə alaraq, iddiaçının mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikmə səbəbini üzrlü sayır və buna görə də hesab edir ki, bu müddət uzadılmalıdır. Məhkəmə iddia tələbinin notarius üzərinə vərəsəlik işinin açılması öhdəliyinin qoyulması hissəsinə münasibətdə qeyd edir ki, notariat orqanının məktubundan aydın olmuşdur ki, notarius məhz tərəf mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti ötürdüyü üçün vərəsəlik işinin açılmasından imtina etmişdir. Lakin məhkəmə tərəfindən həmin müddətin buraxılması üzürlü sayılaraq uzadıldığından müddətin ötürülməsi səbəbindən vərəsəlik işinin açılmaması üçün əsaslar mövcud deyil. Belə olan halda iddia tələbi həmin hissədə də təmin edilməlidir. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, İddiaçı xx.xx.2012-ci il tarixdə vəfat etmiş atası X3 miras qalmış əmlakı qəbul etməsi üçün buraxılmış müddət bərpa edilməli, X1 miras qalmış əmlaka dair vərəsəlik işinin açılması öhdəliyi 5 saylı Bakı Asan xidmət mərkəzində Notariat Ofisinin üzərinə qoyulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı isə tələb etmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2012-ci il tarixdə vəfat etmiş atası X3 miras qalmış əmlakı qəbul etməsi üçün buraxılmış müddət bərpa edilsin. X1 miras qalmış əmlaka dair vərəsəlik işinin açılması öhdəliyi 5 saylı Bakı Asan xidmət mərkəzində Notariat Ofisinin üzərinə qoyulsun. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar