Məhkəmə qərarları › İş №2(007)-339/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-339/2021

17.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-339/2021 17.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Bakı şəhəri 17 Saylı Notariat Ofisinin notarisu Nümayəndə2,onun nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 17 Saylı Notariat Ofisinə qarşı etibarnamənin,müəssisədəki payın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 17 Saylı Notariat Ofisinə qarşı etibarnamənin,müəssisədəki payın alqı-satqısına dair etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adından Cavabdeh2 12.09.2017-ci il tarixdə 17 saylı Notariat Ofisində verilmiş 7E-3030 nömrə ilə qeyd olunmuş etibarnamənin və həmin notariat aofisində 3M-42 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş “müəssisədəki payın alqı-satqısına dair” 14.07.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə,hazırkı məsələdə cinayət tərkibi olduğu halda xüsusi qərardad çıxarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki,o, 19 noyabr 2007-ci il tarixdə 100% təsisçi payı ona məxsus olmaqla “xxxx“ MMC-ni təsis etmişdir.03 noyabr 2011-ci il tarixdə cəmiyyətin nizamnamə kapitalı 10.000 (on miıı) manat miqdarına qaldırıldı. "xxxx" MMC 5475 (beş min dörd yüz yelmiş beş) manat ödəməklə Cəmiyyəiin nizamanmə kapitalında hər biri 500 manat nominal dəyərə malik -20 paydan 11-ni(55 faizi) əldə etdi,onda isə 4500 nominal dəyərə malik 9 pay (45%) qaldı. 04 noyabr 2014 cü il tarixdə"xxxx" MMC "xxxx" MMC ilə əvəz olundu.Daha sonra isə "xxxx" MMC cəmiyyətdə olan paylarının tamamını hazırkı iş üzrə Cavabdeh1 ötürdü və nəticə etibarı ilə 9 pay (yəni 45%)ona,11 pay(55%) isə Cavabdeh1 aid oldu.O,həmin cəmiyyətin direktoru qaldı. Bundan sonra şirkətin dayanıqlı inkişafı üçün bir sıra layihələri həyata keçirməli oldu.Açılan yeni mağazaların təmir işləri ilə bağlı əlavə vəsait qoyulması tələb olunurdu.Bu ehtiyacı ödəməkdən ötrü digər təsisçi Cavabdeh1 əsas səhmdar olduğu “Silk Way” bankdan götürdüyü bank kreditinin əvəzi olaraq şirkətdəki payının 20%-ni də həmtəsisçiyə dövr etməyə məcbur edildi.Qeydiyyat şirkətin nizamnamə kapitalının 3.200000 manata qaldırılması yolu ilə həyata keçirildi.Beləliklə 2016-cı ilin noyabr ayında onun şirkətdəki payı 25% təşkil edirdi. 7 iyun 2017-ci il tarixdə onun yaratdığı və təsisçisi olduğu,sonradan isə zorla əlinidən alınan "xxxx" MMC-nin digər həmtəisçisi Cahangir Əsgərovım həyat yoldaşı Cavabdeh1 və bu şirkətə Cahangir Əsgərov tərəfindən təyin edilən direktorun əsassız şikayət ərizəsi əsasında o, həbs olundu. Həbsdə olduğu müddətdə düşdüyü ağır vəziyyətdən istifadə edən digər həmtəsisçi və Cavabdeh1 15.09 2017-ci il tarixdə onun saxlandığı cəzaçəkmə müəssisəsində yerdə qalan təsisçilik payının da tam olaraq Cavabdeh1 verilməsinə dair bir sıra sənədləri imzalamağa onu məcbur etdi. Yalnız bu sənədləri imzaladıqdan sonra onun həbsdən azad ediləcəyi ilə bağlı qarşısında şərt qoyulmuşdu. Məcbıır olub ona təqdim edilən sənədləri imzaladı və həmin gün də həbsdən azad edildi.Hazırda məlum olub ki,ona imzalatdırlan sənədlər əsasında onun “xxxx" MMC-də olan 25% təsisçilik payı alqı-satqı qaydasında Cavabdeh1 qızının adına rəsmiləşdirilmişdir. Bu əməliyyat isə Bakı şəhəri 17 saylı notariat ofisində həyata keçirilmişdir. Notariat ofisinə verdiyi sorğuya cavab olaraq ona müəssisədək payın alqı-satqı müqaviləsinə dair notariat işi 02 may 2020-ci il tarixli məktubla təqdim edildi. Ona məlum oldu ki, həmin alqı-satqı əməliyyatı adı çəkilən notariat kontorunda 14.09.2017-ci il tarixdə rəsmiləşdirilmişdir. Bu müqaviləni onun adından Cavabdeh2 oğlu imzalamışdır. Sənədlərdən görünür ki, o,12 sentyabr 2017-ci il tarixdə həbsdə olarkən saxlandığı Pentennsiar Xidmətin Cəzaçəkmə müəssisəsində məhz 17 saylı Notariat ofisinin notariusu Nümayəndə2 iştirakı ilə daima Cavabdeh1 qızına və onun sahibi olduğu şirkətlərə hüquqi yardım göstərən Cavabdeh2 oğluna etibarnamə vermişdir. Bu etibarnamə əsasında da sonuncu onun təsisçilik payını daima mənafeyini müdafiə etdiyi Cavabdeh1 qızının adına alqısatqı qaydasında rəsmiləşdirmişdir.Məhkəmənin nəzərinə çaldırmaq istəyir ki,Cavabdeh1 qızına daimi hüquqi yardım göstərən və bir çox prosessləıdə onun nümayindəsi kimi çıxış edən Cavabdeh2 12.09.2017-ci il tarixdə etibarnamə verilməyə məcbur olmuşdur. Belə ki, yuxarıda da qeyd eldiyi kimi o, "xxxx" QSC-nin rəhbəri Cahangir Əsgərov tərəfindən hədələrə məruz qalmışdır. Onun yaratdığı və təsisçisi olduğu,sonradan isə zorla əlindən alınan "xxxx" MMC-nin digər həmtəsisçisi Cahangir Əsgərovun həyal yoldaşı Cavabdeh1 qızı və bu şirkətə Cahangir Əsgərov tərəfindən ləyin edilən direktorlar onu mənimsəmədə ittiham edərək şirkətdəki 25% payından Cahangir Əsgərovun xeyrinə imtina etdirdilər. O, 2017-ci ilin iyun ayında bu barədə bir sıra hüquq mühafizə orqanlarına nüiraciət ünvanlamışdır və bildirmişdir ki, onu şirkətdəki payından imtina etməyə məcbur edirlər. Buna baxmayaraq 07.06.2017-ci il tarixdə o, bəhs olunmuşdur. Həbsdən azad olunması üçün qarşısına qoyulan şərt ondan ibarət olmuşdur ki, şirkətdəki payından tam olaraq Cavabdeh1 qızının xeyrinə imtina elməlidir. Həbsdə olduğu müddətdə də ona qarşı törədilən bu hədələr barədə və payından imtina edilməyə məcbur edilməsi ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verdi. Lakin, məcburetmə davam edirdi. 12.09.2017-ci il tarixdə 17 saylı notariat ofisinin notariusu Süleyman adlı şəxs Cavabdeh1 qızının nümayindəsi Cavabdeh2 və s. şəxslərlə saxlandığı cəzaçəkmə müəssisəsində yanına gəldilər. Bu şəxslərlə notariusun gəlməsi onui çox təəcübləndirdi. Çünki o, dəfələrlə istintaq orqanı qarşısında vəsatət qaldırmışdı ki, 39 saylı dövlət notariat ofisinin notariusunun təcridxanaya gəlməsinə icazə verilsin ki,o, mütəxəssis yoxlamasında iştirak etməkdən ötrü nümayindəsinə etibarnamə verə bilsin. Lakin hər dəfə vəsatəti rədd edilmiş və ona bildirilmişdir ki, kiməsə etibarnamə vermək istəyirsənsə bu etibarnamə saxlandığı cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəlindən təsdiq oluna bilər. Notariusun cəzaçəkmə müəssisəsinə daxil olmasına lüzum yoxdur, lakin, indi naməliim əsasla notarius,yəni tamamilə başqa notariat ofisinin notariusu onunla notariat hərəkətinin aparılması üçün gəlmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.3.3-cü maddəsinə əsasanazadlıqdan məhrumetmə yerlərində olan şəxslərin müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiqlənmiş etibarnamələri notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulur. O, həbsdə olarkən ağır məhrumiyyətlərə düçar olmuşdur. Ailə üzvləri də iztirablar içində idilər. Onun qarşısında belə bir şərt qoyulmuşdu ki, Cavabdeh2 verilən etibarnaməni imzalamaldır.Bundan əlavə hətta məzmununu bilmədiyii bir sıra sənədləri də ona imza etdirdilər. Həmin gündən 3 gün sonra o, həbsdən azad oldu. Lakin, hədələr hələ də davam edirdi. "Səni yenə həbsə qaytararıq" və sairə kimi. 23.01.2018-ci il tarixdə barəsində olan cinayət işinə xitam verildi. Lakin yenə o,səsini çıxarda bilmirdi.Çünki cinayət işinin yenidən təzələnəcəyi ilə onu qorxudurdular. Onu şirkətdən tam olaraq kənarda qoymuşdular.Ondan alınan etibarnamə əsasında hansı əməliyyatların keçirilməsi barədə dəqiq məlumatlı deyildi. 2020-ci ilin əvvələrində bu məsələ ilə bağlı hüquqşünaslar ilə məsləhətləşdi. Ondan alınan etibarnamə əsasında hansı əməliyyatların həyala keçirilməsinin aydlnlaşdırılmasından ölürü sorğu verdi və məlum oldu ki, bu etibarnamə əsasında Cavabdeh2 onun "xxxx” MMC-də olan 25% payını 800.000 (səkkiz yüz min) manata Cavabdeh1 qızına salıb. Məlum edir ki, 800.000 manat onun şirkətdə olan payının real bazar dəyərindən qat-qat aşağıdır. Onu da qeyd edir ki, bu alqı-satqı müqabilində ona bir qəpik də pul ödənilməmişdir.Bir daha məlum etmək istəyir ki,onun Cavabdeh2 etibarnamə verməyə məcbur edilməsinə təsir etmiş hədəyə bu gün də son qoyulmamışdır. Lakin artıq o,bu hədələrdən bezmişdir, nəticəsi nə olursa-olsun öz hüquqlarını qanun çərçivəsində bərpa etmək istəyir.Göstərilənlərə əsasən onun adından Cavabdeh2 12.09.2017-ci il tarixdə 17 saylı Notariat Ofisində verilmiş 7E- 3030 nömrə ilə qeyd olunmuş etibarnamənin və həmin notariat ofisində 3M-42 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş “müəssisədəki payın alqı-satqısına dair” 14.07.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə,hazırkı məsələdə cinayət tərkibi olduğu halda xüsusi qərardad çıxarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar edilmiş iddiaçı onun vəkilləri və nümayəndələri məhkəməyə gəlməmişlər. 22 fevral 2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə etmiş,iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini müdafiə etdiş,əlavə olaraq bildirmişdir ki, İddiaçı hədə-qorxu və təzyiqlərə görə iradəsinə zidd olaraq sənədlərə qol çəkib. Belə ki, İlqara təzyiqlər edilərək onun yalnız özünə məxsus payları digər təsisçiyə verdikdən sonra həbsdən azad olunacağı deyilirdi. Pentensiar Xidmətin cavab məktublarından da görünür ki, notarius yalnız bir tarixdə və cəmi 11 dəqiqə ərzində cəzaçəkmə müəssisəsində olub. Notarius tərəfindən 11 dəqiqə ərzində 4-5 notariat hərəkətlərinin aparılması mümkünsüzdür. “Notariat Haqqında” Qanuna görə şəxs əgər həbsdədirsə, o notariat hərəkətlərinin aparılması ilə bağlı saxlanıldığı yerin rəhbərliyinə və istintaq orqanına müraciət etməli, həmçinin, notariat hərəkətlərini Müalicə Müəssisəsinin olduğu yer üzrə notarius orqanı həyata keçirməlidir. Sənədlərdən görünür ki, notarius Sabunçu rayonu ərazisində işləyir. Bu nə dərəcədə qanunidir? İlqar Məharətə heç vaxt etibarnamə vermək istəməzdi, çünki Məharət Zərifənin vəkilidir.İlqar məhkəmədə iddia qaldırdıqdan sonra Zərifə İlqardan şikayətlər etməyə başladı. Bundan sonra İlqarı Korrupsiya İdarəsinə çağıraraq onu həbsə atacaqlarını dedilər.Bundan əlavə Məharət 3 adamla birlikdə onların maşınına hücum çəkib az qaldılar ki, onları döysünlər.Təzyiq başqa cür necə olur? Bütün bu səbəblərdən İlqar hətta öz övladlarına vəsiyyətnamə yazıb qoymuşdur. Hədə qorxu və təzyiqlərlə bağlı lazımi orqanlara müraciət etmişlər.Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etmədi və izahat verərək bildirdi ki,iddia tamamilə əsassızdır.Qanunvericilyin tələbinə uyğun olaraq notariat hərəkətləri aparılıb, zəruri vəsat iddiaçının ailə üzvlərinə çatdırılıb. Ona görə də iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etmədi izahat verərək bildirdi ki,iddiaçya hər hansı bir hədə-qorxu edilməyib, bu olunmuşdursa bu günə qədər nəyə görə hüquq mühafizə orqanlarına şikayət olunmayıb. Qanunvericiliyin tələbinə uyğun notariat hərəkətləri aparılıb, iddiaçının payına düşən vəsait onun ailə üzvrəlinə çatdırılıb. Odur ki, qeyd olunanları nəzərə alıb, iddianın təmin olunmamasını xahiş edir. Cavabdeh Bakı şəhəri 17 Saylı Notariat Ofisinin notarisu Nümayəndə2 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki,Cavabdeh2 Notariat ofisinə müraciət edərək natoriat hərəkətlərinin aparılması ilə bağlı ona etibarnamə veriləcəyini bildirdi. İlqarın ailə üzvlərinə 800.000 pul verilib. İlqarın həyat yoldaşının da razılığı alınıb. Penitensiar Xidmətin Müalicə Müəssisəsində notariat hərəkətləri aparmaq zərurəti yarandıqda sənədləri əvvəlcədən hazırlayıb Penitensiar Xidmətin Müalicə Müəssisəsinə getmişlər. Əgər tərəflər notariat hərəkətlərinin aparılması ilə bağlı sənədlərə imza edərlərsə, bundan sonra həmin sənədlər qeydiyyata alınır.Penitensiar Xidmətin Müalicə Müəssisəsinə getdikdən sonra İlqara hüquq və vəzifələrini izah edib sənədlərə qol çəkib-çəkməyəcəyini soruşduqda o, etiraz etməyərək sənədlərə qol çəkəcəyini bildirdi. İlqardan sənədlərə qol çəkməsi üçün təzyiqlərin olub-olmamasını soruşduqda o, heç bir təzyiqin olmamasını bildirdi. Onunla cəmi 3 dəqiqə söhbətləri olmuşdur. Odur ki, qeyd olunanları nəzərə alıb, iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmamalıdır. İş materiallarında olan: İsmayılov İlqar İsmayıl oğlu tərəfindən Cavabdeh2 verilmiş və 17 Saylı Notariat Ofisinin notarisu Nümayəndə2 tərəfindən 12.09.2017-ci il tarixdə təsdiqlənmiş etibarnamənin məzmunundan görünür ki,İddiaçı təsisçisi olduğu "xxxx” MMC-də olan 25% payının alqı-satqısına sərəncam verməyi,satmağı,bağışlamağı və bu işlə əlaqədar ona çatası pulu almağı və bütün bank əməliyyatlarını həyata keçirməyi,buna dair notariat kontorunda müqavilə imzalamağı,Vergilər Nazirliyinin idarə və departamentlərində nümayəndəsi olmağı, adından ərizə verməyi,arayışlar və dublikatlar almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və bu işlə əlaqədar bütün hərəkətləri etməyi Cavabdeh2 həvalə etmişdir. Etibarnamə 3(üç)il müddətinə verilmişdir və 12.09.2020-ci il tarixədək qüvvədə olmuşdur.Etibarnamə üzrə səlahiyyətlər başqa şəxslərə verilə bilər. “Müəssisədəki payın alqı-satqısı” barədə İsmayılov İlqar İsmayıl oğlu ilə Cavabdeh1 arasında bağlanmış 14 sentyabr 2017-ci il tarixli müqaviləyə əsasən: Satıcı(birinci tərəf) aşağıda göstərilən paylarını satır.Alıcı(ikinci tərəf)həmin payları nizamnamə kapitalındakı dəyərinə 800000(səkkiz yüz min)manata alır. Payın məxsus olduğu müəssisə 19.11.2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən ********** dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış(VÖEN-**********)Bakı şəhəri Nəsimi rayonu H.Əliyev küçəsindəki 2-ci mk.ev 21 ünvanında yerləşən "xxxx” MMC-dir. Alqı satqı zamanı yuxarıda qeyd olunan etibarnaməyə əsasən İsmayılov İlqar İsmayıl oğlunun adından Cavabdeh2 iştirak etmişdir. Həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 sentyabr 2017-ci il tarixli qərarının,iş üzrə icraata xitam verilməsi barədə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühim işlər üzrə müstəntiqi C.Aundovun qəbul etdiyi 23 yanvar 2018-ci il tarixli qərarın məzmunundan görünür ki, İsmayılov İlqar İsmayıl oğlu"xxxx” MMC-də direktor vəzifəsində işləyərkən bir sıra şirkət əməkdaşlarının köməyi ilə 2016-cı il ərzində şirkətin mərkəzi kassasından ümumilikdə 4.475.641 manat götürməklə mənimsəməsi faktı üzrə Azərbaycan Respublikası CMnin 308.1,179.3.2-ci maddələri ilə 01.06.2017-ci il tarixdə cinayət işi başlanmış,sonradan onun əməli CM-nin 178.2.1,178.2.3,178.2.4.,308.1 və 313-cü maddələrinə tövsiv edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.06.207-ci il tarixli qərarı ilə barəsində 3 ay 23 gün müddətinə “həbs qətimkan” tədbiri seçilmiş,həmin məhkəmənin 15 sentyabr 2017-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş,23 yanvar 2018-ci il tarixdə isə cinayət işinə xitam verilmişdir. Müstəntiq C.Axundov tərəfindən İddiaçı,onun müdafiəçisi X1 və Bakı istintaq təcridxanasına ünvanlanmış 31 iyul 2017-ci il tarixli məktubdan və həmin məktuba əlavə olunmuş eyni tarixli qərardadn görünür ki,172026103 saylı cinayət işi üzrə notariat hərəkətlərinin aparılması,xüsusilə mütəxəssis yoxlamasında iştirak etmək üçün səlahiyyətli şəxsə etibarnamə verilməsi məqsədi ilə Bakı İstintaq Təcridxanasına notariusun dəvət edilməsinə dair İddiaçı vəsatəti təmin olunmamışdır.Qeyd olunan məktubda bununla əlaqədar saxlandığı yerin rəisinə müraciət etmək tövsiyyə edilmişdir. "xxxx” MMC-nin 2016-ci ildə qeydiyyatdan keçmiş nizamnaməsindən görünür ki,cəmiyyət İddiaçı tərifindən təsis edilmiş,nizamnamə kapitalı 50 manat həcmində hər biri 1 manat olan 50 paydan ibarət olmuş,sonradan nizamnamədə dəyişiklik olmuş,cəmiyyətin nizamnamə kapitalı 3.200.000 manat müəyyən edilmiş hər biri 160000 manat olmaqla 20 paydan ibarət olmuş,payların 15-i,75%-i Cavabdeh1,5i,25%-i isə İddiaçı məxsus olmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin kommersiya qurumunun dövlət reyestrindən 03.08.2017-ci il tarixli çıxarışdan görünür ki, "xxxx” MMC 19.11.2017-ci il tarixdə qeydiyyata alınmışdır.Həmin müəssisədə İddiaçı payı 25%,Cavabdeh1 payı 75% təşkil edir. X2 notarial qaydada təsdiq olunmuş 14.09.2017-ci il tarixli ərizəsinin surətindən görünür ki,o, “xxxx” MMC-də əri İddiaçı məxsus 100% paydan 25%-nin satılmasına etiraz etmir.Həmin ərizə 46 saylı notariat kontorunun notariusu T.Kərimova tərəfindən təsdiq edilmişdir. İddiaçı tərəfindən “səlahiyyətli orqanlara” ünvanlanmış 14.09.2017-ci il tarixli məktubda qeyd olunur ki, “bildirirəm ki, "xxxx” MMC-dəki 25% payımın alqısatqısından mənə verilməli olan vəsait etibarnamə üzrə nümayəndəm tərəfindən ailə üzvlərimə verilmişdir.Gələcəkdə bu barədə heç bir iddiam və ya tələbim olmayacaqdır.Ərizə mənim sözlərim əsasında yazılıb və yazılanları öz imzamla təsdiq edirm” Ərizə 17 saylı Notariat Ofisinin notariusu Nümayəndə2 tərəfindən təsdiq olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən məhkəməyə daxil olmuş16.11.2020-ci il tarixli,15.12.2020-ci il tarixli və 13.03.2021-ci il tarixli məktubların məzmunundan görünür ki, 17 saylı Notariat Ofisinin notariusu Nümayəndə2 12.09.2017-ci il tarixdə saat 17:30-dan 17:41-dək,15.09.2017-ci il tarixdə isə saat 10:10-dan 10:33-dək Penitensiar Xidmətin Müalicə Müəssisəsində olmuşdur. İddiaçı tərəfindən “səlahiyyətli orqanlara” ünvanlanmış “xxxx” MMC-n in təsisçisi Cavabdeh1 ünvanlanmış 28.12.2017-ci il tarixli ərizənin məzmunundan görünür ki,İddiaçı maddi sıxıntılarına və borclarına görə etdiyi xahişi nəzərə alaraq ******* (iki milyon) maliyyə yardımı etdiyinə görə ailəsi və öz adından Cavabdeh1 minnətdarlığını bildirmiş,bu günə qədər ona və şirkətə qarşı heç bir tələbinin və iddiasının olmadığını və bundan sonra da olmayacağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 351.3-cü maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. İddia ərizəsinin məzmunundan, iddiaçının və onun nümayəndəsinin (vəkilinin) məhkəmədə verdiyi izahatlardan görünür ki,onlar mübahisələndirilən əqdlərin (etibarnamə və payın alqı-satqı müqaviləsinin) etibarsızlığını onunla əlaqələndirirlar ki, həmin əqdlər iş üzrə Cavabdeh1nın və onun əri C.Əsgərovun müəssisəni tam olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə İddiaçı qarşı davamlı olaraq etdikləri təzyiq,hədəqorxu nəticəsində müalicə müəsisəsində İddiaçı tərəfindən Cavabdeh1 maraqlarını müdafiə edən Cavabdeh2 verilmiş etibarnamə əsasında baş tutmuşdur. Lakin məhkəməyə bu xüsusatları təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsaslandırdığı halları sübuta yetirməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Məhkəmə iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki,həmin sübutlar əsaslı şübhədən kənar sübutlar deyil və iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməsi üçün kifayət etmir. Bundan başqa, iddiaçı məhkəməyə əqdlərin etibarsızlığına şamil olunan 1 illik iddia müddətini ötürməklə müraciət etmişdir.Belə ki,həm etibarnamə,həm də müəssisədəki payın alqı-satqı müqaviləsi 2017-ci ilin sentyabr ayında imzalansa da,məhkəməyə 22.07.2020-ci il tarixdə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin hallarından görünür ki,cavabdeh Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən mübahisəyə iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair qərarında qeyd olunur ki,iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardır.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki,iddia tələbi əsassız olduğundan və iddia müddəti ötürülməklə verildiyindən təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 17 Saylı Notariat Ofisinə qarşı etibarnamənin,müəssisədəki payın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir)ay müddətinə Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar