Məhkəmə qərarları › İş №2(007)-3391/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3391/2024

05.12.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3391/2024 05.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X9 Tağı oğlunun sədrliyi, Abdulova Lalə Adil qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb olunmaqla, “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb olunmaqla, “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişini mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X3 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı bugünədək hər hansı bir əmək fəaliyyətində olmamışdır. Evdar qadındır. Ona 2023-cü ilin noyabr ayında bankdan zəng olundu və bankın əməkdaşı kredit təklif etdi. Zəng edən bankın əməkdaşı kredit məbləğinin aylıq əmək haqqıma müvafiq müəyyən edəcəklərini bildirdi. Cavab olaraq, o, evdar qadın olduğunu və heç bir zaman əmək fəaliyyəti ilə məşğul olmadığını bildirmişdir. Əvəzində ona iş yeri olaraq Cavabdeh MMC də işlədiyini bildirdilər.Bundan sonra azacıq araşdırma aparmış və “my.gov.az’' vasitəsi ilə xx.xx.2021-ci il tarixindən guya yuxarıda qeyd olunan şirkətin İdarəetmə şöbəsində İnsan Resursları üzrə mütəxəssis vəzifəsində çalışdığı və aylıq əmək haqqı 350 manat olmağı haqqında məlumat almışdır. Bundan sonra israrla Cavabdeh MMC şirkətini axtarmağa çalışsa da belə bir şirkət haqqında heç bir məlumat əldə edə bilmədiyindən, ayrı-ayrı vaxtlarda - xx.xx.2023-cü il tarixində və xx.xx.2024-cü il tarixlərində məktublarla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi X7 və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri cənab Samir Nuriyevə müraciət etmişdir. Müraciətlərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-5/1-B- 12649/2024 saylı məktubla cavab verilmişdir. Məktubda işçinin əmək müqaviləsi bildirişinin "Əmək və məşğulluq" altsistemindən silinməsinin işəgötürənin müraciəti əsasında və ya əsaslandırılmış məhkəmə qərarı əsasında mümkün olması qeyd edilmiş, bunun üçün isə aidiyyatı üzrə məhkəməyə müraciət etməli olduğu qeyd edilmişdir. Tərəfindən yaranmış mübahisənin məhkəməyə qədər həlli üçün cavabdehin hüquqi ünvanına mediasiyaya təkliflə bağlı bildiriş göndərdikdən sonra, ünvan 1 Təşkilatına müraciət edilmişdir. ünvan 1 Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixinə ilkin mediasiya sessiyası təyin edilmiş, cavabdeh həm hüquqi ünvanına məktub göndərilməklə, həm də onlayın kargüzarlıqla bu barədə məlumatlandırılsa da mediasiya sessiyasında iştirak etməmişdir. Hesab edir ki, cavabdehin bu qanunsuz hərəkətlərinə son qoyulmalı, onun xəbəri olmadan rəsmiləşdirilən iş yerindən azad olunmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 iddiaçının dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Həmin işə həmin şəxslərin səlahiyyətli nümayənlərinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, İddiaçı Cavabdeh MMC-də (VÖEN: **********) idarə qulluqçusu işləyir. - Kommersiya qurumlarının dövlət reyestri məlumatından görünür ki, Cavabdeh MMC- nin (VÖEN: **********) hüquqi ünvanı ünvan 2i X1r. - MŞB/8/2024-01761 nömrəli, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat ilkin mediasiya xərcini ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh MMC Bakı şəhər Vergilər Departamentinin Kommersiya X6 Qeydiyyatı İdarəsində xx.xx.2020-ci il tarixdə, ********** saylı VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxsdir. İddiaçı həmin MMCdə idarə qulluqçusu vəzifəsində işçi ilə qeydə alınmışdır. İddiaçı qeyd olunan MMC-nin fəaliyyət göstərmədiyini, həmin MMC-də işləmədiyini və aidiyyatı qurumlara müraciət etməsinə baxmayaraq, sistemdə əmək müqaviləsinin aktiv qalmasını, buna görə də heç yerə işə qəbul oluna bilmədiyini qeyd etmək, həmin aktiv əmək müqaviləsinə xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 68-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 49-cu maddəsinin 1 və 4-cü hissələrinə əsasən, Bu Məcəllənin 7-ci maddəsinin 2-1ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı işin faktiki halları ilə müəyyən olundu ki, iddiaçı əmək müqaviləsi bildirişində Cavabdeh MMC-nin işçisi kimi qalsa da, faktiki olaraq həmin MMCdə işləmir, nəticədə digər müəssisələrdə işlə təmin oluna bilməyəcəkdir. İddiaçı bu barədə müvafiq qurumlara aidiyyəti üzrə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və qanunvericiliyin yuxarıdakı tələbləri nəzərə alınmaqla, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilsin və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar