Məhkəmə qərarları › İş №2(007)-3428/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3428/2021

13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3428/2021 13.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, İddiaçı MMC ilə 07.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********12352 və **********14169 olan 2 ədəd "SAMSUNG" Galaxy A10 markalı telefon və 2 ədəd aksesuar almış və nəticədə 891 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1050 manat (yəni 21 ay x 50 manat + 0 manat ilkin ödəniş), olan İMEİ kodu **********12352 və **********14169 olan 2 ədəd "SAMSUNG" Galaxy A10 markalı telefon və 2 ədəd aksesuar üçün ümumilikdə 891 manat olmaqla ondan 810 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 81 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 240 manat təşkil edir. Qeyd olunanlara əsasən 07.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********12352 və **********14169 olan 2 ədəd "SAMSUNG" Galaxy A10 markalı telefon və 2 ədəd aksesuar üçün 810 manat ödənilməmiş hissə, 81 manat cərimə, ümumilikdə 891 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 07.12.2019cu il tarixli 01107799 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh oğlunun sahibliyinə və istifadəsinə İMEİ kodu **********12352 və **********14169 olan 2 ədəd "SAMSUNG" Galaxy A10 markalı telefon və 2 ədəd aksesuar verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 07.12.2019-cu il tarixli 01107799 nömrəli ödəniş cədvəlindən görünür ki, hər ayın 20-dən gec olmayaraq 21 ay müddətinə 50 manat ödəniş etməlidir. İşə əlavə olunmuş İddiaçı MMC-nin Cavabdeh oğluna ünvanlanmış 28.04.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 07.12.2019-cu il tarixli 01107799 nömrəli müqaviləyə əsasən, İMEİ kodu **********12352 və **********14169 olan 2 ədəd "SAMSUNG" Galaxy A10 markalı telefon və 2 ədəd aksesuar almış, lakin, müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. İddiaçı MMC öhdəliyin yerinə yetirilməsini, əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödənilməsini xahiş edir. Əks təqdirdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş İddiaçı MMC-nin 13.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh oğlundan 810 manat ödənilməmiş hissə, 81 manat cərimə, cəmi 891 manat borcu vardır. İşə əlavə olunmuş 14.07.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, 07.12.2019-cu il tarixli 01107799 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********12352 və **********14169 olan 2 ədəd "SAMSUNG" Galaxy A10 markalı telefon və 2 ədəd aksesuar verilmiş, cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 07.12.2019-cu il tarixli 01107799 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 20-dən gec olmayaraq 21 ay müddətinə 50 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 07.12.2019-cu il tarixli 01107799 nömrəli müqavilə üzrə İMEİ kodu **********12352 və **********14169 olan 2 ədəd "SAMSUNG" Galaxy A10 markalı telefon və 2 ədəd aksesuar üçün 810 manat ödənilməmiş hissə, 81 manat cərimə, ümumilikdə 891 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar