Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-345/2023 17.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X10 Mirzəyevin sədrliyi, Ramil Firdun oğlu Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhərindəki 50 saylı Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehlərin barəsində xüusi qərardad çıxarılması barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhərindəki 50 saylı Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehlərin barəsində xüusi qərardad çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini onunla onunla əsaslandırdı ki, hüquqlarını müdafiə etdiyi şəxs olan iddiaçı onun atasıdır. 18 fevral 2017ci il tarixdə Cavabdeh1 bağlanmış alqı-satqı müqaviləsinə əsasən, guya atası ona verdiyi baş etibarnamə əsasında o,atasına məxsus, Bakı şəhəri,Hüseyn Cavid prospekti, 577-ci məhəllə, ev 87A, mənzil 756 yerləşən yaşayış sahəsini Cavabdeh2 satmışdır.Həmin alqısatqı müqaviləsinin saxta etibarnamə əsasında həyata keçirildiyini atası bir neçə məhkəmə instansiyalarında mübahisə etdikdən sonra bilmişdir. Belə ki, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə etibarnamə etibarsız heab edildiyindən və Ali Məhkəmənin Mülki Kollegiyasının 14 iyul 2022-ci il tarixli qərarı ilə, Bakı şəhəri 14 saylı Notariat Ofisinin notariusu X1 şikayəti təmin edilmədiyindən, habelə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsinin “Müəyyən etdi” hissəsinin 83-cü bəndində göstərilən tövsiyyəsinə və izahına əsasən, yəni, iddiaçının niyyəti müqavilənin etibarsızlığına nail olmaqdan ibarətdirsə, onda o, müvafiq tələbilə məhkəməyə müraciət etməlidir.Belə ki, atası hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə hesab edir ki, haqlıdır. Qəbul edilər qətnamənin “Müəyyən etdi” hissəsinin 42, 43 və 44-cü bəndlərində qeyd edlib ki, apellyasiya instansiyası məhkəməsi Nizami rayon Məhkəməsinin alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 vicdanlı sahib olduğu və hüquqlarının qorunmalı olduğu barədə mövqeyi ilə razılaşmayaraq müəyyən edib ki, iddiaçının mənzilini satmaq kimi bir niyyəti olmayıb, cavabdeh özüdə həmin mənzili almaq niyyətinin olmadığını bildirib, eyni zamandada müqavilədə mənzilin qiyməti onun real bazar qiymətindən bir neçə dəfə ucuz göstərilib, habelə mənzil heç vaxt alıcının sahibliyi və istifadəsinə verilməyib. Mülki iş materiallarında olan video diskdəki danışıqlardan məlum olur ki, Cavabdeh2 bildirir ki, “əgər bu evin altından bir şey çıxsa ona 30.000 qaytarmalıdır, notariusa da 600 manat verib” Sizin cibinizdən nə qədər pul çıxıb sualına münasibətdə isə qeyd edir ki, “cibindən 17.000 manat pul çıxıb”.Məhkəmə Kollegiyası qeyd edib ki,atasının mənzilin satılması kimi niyyəti və məqsədi olmayıb, o, işə düzəldilməyim barədə Zemfira Paşayevanın vədlərinə inanmış, daha sonra Z.Paşayevanın işə düzəltmək üçün pul lazımı olduğunu bildirməsi nəticəsində, ona təcili pul lazım olub, pulu Cavabdeh2 verməsi müqabilində həmin pulun təminatı kimi atasına məxsus evin ipotekaya qoyulması barədə razılaşmışlar. Onların evin satılması barədə iradəmizin olmamasını evin satılması barədə bir bəyanət verməmələri, evin alıcıya təhvil verilməməsi, aralarında olan müqaviləyə qədərki və sonrakı danışıqlar və sair təsdiq edir.Məhkəmənin nəzərinə çatdırmaq istərdi ki, alqı-satqı müqaviləsi ilə bağlı notariusda verilməli olan rüsuma əsasən belə bir rüsum 260-280 manatdan yuxarı ola bilməz.Göründüyü kimi Cavabdeh2 apellyasiya instansiyası məhkəməsində verdiyi ifadəsində notariusa 600 manat verməsini bildirməklə notariusun depozit hesabına 30.000 manat pulun qoyulmasının saxta yolla olmasını yəni, Nümayəndə guya bankdan 30.000 manat almasını təsdiq edən qəbzə aldatma yolu ilə imza etdirilməsini təsdiq edir. Digər tərəfdən Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin Sizin cibinizdən nə qədər pul çıxıb sualına, cavabında “mənim cibimdən 17.000 manat pul çıxmışdır” deməsi, 30.000 manat pulun banka daxil edilməməsinin açıq şəkildə təzahürüdür. Belə olan halda sual olunur, necə olur ki, əgər Cavabdeh2 həmin məbləğin 17.000 manat olmasını apellyasiya instansiyası məhkəməsində verdiyi ifadəsində qeyd edirsə notariusun depozit hesabına 30.000 manat pul keçirib və aldatma yolu ilə notariusun iş otağında Nümayəndə banka getmədən 30.000 manat pulun alınmasına imza edib. Cavabdeh2 başçılıq etdiyi cinayətkar dəstə qrupunun üzvü X5 barəsində Bakı şəhəri Nizami RPİ-nin İŞ-də cinayət işi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar qəbul edilib və həmin cinayət işinin istintaqı bu günədək davam etdirilir.Ona görədə hesab edir ki, Bakı şəhəri 50 saylı notariat ofisinin notariusu və Cavabdeh2 Abdalla oğlu barəsində məhkəmə baxışının nəticələri üzrə MPM-nin 265.4-cti maddəsində nəzərdə tutulan qaydada xüsusi qərardad çıxarılması və prokurora xəbər verilməsi qanuna müvafiq olardı.Qeyd olunanlara əsasən 50 saylı Notariat Ofoisində bağlanamış 18 fevral 2017-ci il tarixli AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə, Cavabdeh2 və Bakı şəhərindəki 50 saylı Notariat Ofisinin notariusu barədə xüsusi qərardad çıxarılması barədə qərardad qəbul olunmasını xahiş edir. Cavabdeh2 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, o,mübahisəyə iddia müddətinin tətbiq olunması ilə bağlı ərizə təqdim etmişdir, həmin ərizəyə əlavə olaraq qeyd edir ki, 18 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə onun tərəfindən ödənilməli olan 30.000 manat məbləğində pul vəsaiti İddiaçı adından etibarnamə əsasında çıxış edən oğlu X3 bankda olan depozit hesabına köçürülüb."xxxx" ASC tərəfindən verilən 18 fevral 2017-ci il tarixli qəbzə əsasən, Nümayəndə 30.000 manat məbləğində pulu bankdan qəbul edib və bunu həmin qəbzə imza edərək təsdiq edib.Mənzil qanunu sənədləşdirilib və alqısatqı baş tutub. Lakin əvvəlcədən hesablanan fırıldaqçı və məkirli plana əsasən hərəkət edən hazırkı iddiaçı, onun vəkalətli nümayəndəsi olan gəlini və məqsədli olaraq saxta etibarnamə əsasında hərəkət edən oğlu müxtəlif məzmunlu iddialar verərək əmlakı ona təhvil verməkdən yayınmaqla onu geri almağa çalışır və vicdansız davranırlar.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 may 2019-cu tarixli, 2(004)- 3249/2019 saylı qətnamədən görünür ki, cavabdeh İddiaçı Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 87A, məhəllə 577, 756 saylı mənzilə olan istifadə hüququna xitam verilməklə cavabdehin həmin mənzildən çıxarılması, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 87A. məhəllə 577, 756 saylı mənzili boşaldılaraq, ona təhvil verilməsi, cavabdeh İddiaçı əldən çıxmış fayda olaraq, 720 manat məbləğində pul və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması qət edilib. Məhkəmənin diqqətinə çatdırır ki, bundan əvvəl iş üzrə iddiçı İddiaçı cavabdehlər Cavabdeh1 və ona qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 bağlanan 18 fevral 2017-ci il tarixli AN-İN0595736 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi tərəfindən onun adına verilən, mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi, Cavabdeh1 notariusu K.Rəhmanovun, cavabdeh kimi onun və "xxxx" ASC-nin Qarayev filialının vəzifəli şəxsinin barədə xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinə xəbər verilməsi,məhkəmə xərclərinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-883/2020 saylı, 18 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia əsassız hesab olunaraq təmin edilməyib. Məhkəmə birinci dəfə iddianı rədd edərkən qeyd edib ki, "Cavabdeh2 vicdanlı əldə edən olduğundan, onunla bağlanan mübahisələndirilən alqı-satqı müqaviləsi, 16 fevral 2017-ci il tarixli etibarnamənin saxta olması əsası ilə ləğv edilə bilməz. Daşınmaz əmlakın alqı-satqısına dair müqavilə ləğv edilə bilməz, həmin əqdin ləğv edilməsi üçün əsaslar mövcud deyil, alıcı əmlakı vicdanlı əldə edəndir." Bundan sonra isə İddiaçı cavabdehlər Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusu X6 və ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 14 saylı Notariat ofisində təsdiq edilən xx.xx.2017-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi, Bakı şəhər Nizmai RPİ-nin İŞ-nin X2 ərizəsi əsasında aparılan araşdırma materialından ekspert rəyinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-482/2020 saylı, 18 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri 14 saylı Notariat ofisində təsdiq edilmiş xx.xx.2017-ci il tarixli etibarnamə etibarsız hesab edilib, iddia tələbi qalan hissədə təmin edilməyib. Qeyd olunan hər iki iş üzrə İddiaçı onun iş üzrə müqavilə tərəfi olan oğlu Nümayəndə həyat yoldaşı X7 təmsil edib. Həmin şəxslər hamılıqla mənzilin satılmasında iştirak etsələr də sonradan bu oyunları başladaraq vicdansız davranıblar.Heç bir məhkəmə prosesində o, mənzilin alıcısı qismində müqavilə tərəfi olmağından və niyyətindən imtina etməmişdir.Tərəflər bir neçə dəfə bu alqı-satqı ilə bağlı notariat orqanında olublar və özgəninkiləşmənin əsası olan etibarnamə satıcının oğlu tərəfindən tərtib olunaraq notariata təqdim edilib. Alıcı yalnız pulu və öz şəxsiyyət vəsiqəsini rəsmiləşmə üçün təqdim etməklə səlahiyyət və imkanlarının bitmiş hesab olunmasını bildirib. İş üzrə satıcı tərəfi notariatda təmsil edən onun oğlu Nümayəndə olub. Təqdim olunan müqavilənin imza hissəsində onun foto şəkli də qeyd olunub, müqaviləni imzalayıb. Bundan əlavə, hazırkı iddia üzrə iddia müddəti də ötürülüb. Qeyd olunanlara əsasən mübahisəyə iddia müddəti tətbiq olunmaqla iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar edilmiş cavabdeh 50 saylı Notariat ofisi öz nümayəndələrini məhkəməyə göndərməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmamalıdır. İş materiallarında olan: İddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhərindəki 50 saylı Notariat Ofisində bağlanmış 18 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki,satıcı-İddiaçı alıcı- Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 87A, məhəllə 577, 756 saylı mənzilini 30000 manata satmışdır. İddiaçı əqdin etibarsızılığı barədə iddiasını əsasən onunla əsaslandırmışdır ki,alqısatqı saxta etibarnamə ilə həyata keçirilmişdir, alqı-atqı ilə əlaqədar razılaşdırılmış 30000 manat catıcıya tam olaraq ödənilməmişdir,mənzil onun real dəyərindən aşağı satılmışdır və alqı-satqıdan sonra alıcı satıcının mənzildən çıxarılmasını tələb etməmişdir və halhazırda mənzil yenə də iddiaçının istifadəsindədir. Alqı-satqı zamanı satıcının adından onun oğlu, etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirak etmişdir. İş materiallarında olan sənədlərdən və qəbul olunmuş məhkəmə qərarları ilə gəlinən nəticədən görünür ki,alqı-satqı müqaviləsinin dəyəri olan 30000 manat alıcı tərəfindən "xxxx" ASC-nin Qara Qarayev filialındakı AZ49AİİB********************4 saylı depozit hesabına köşürülmüş, 18 fevral 2017-ci il tarixdə Nümayəndə qəbzə imza etməklə pulu qəbul etmişdir. Ona görə də iddiaçının guya alıcıdan cəmi 17000 manat pul alması barədə gətirdiyi dəlillər öz təsdiqini tapmır. Tərəflər müqavilə azadlığı əsas tutaraq alqı-satqı müqaviləsini özləri müəyyənləşdirmişlər və iş materiallarında bunun əksini təsdiq edən sübutlar mövcud deyil. Bundan başqa iş materiallarında olan məhkəmə qərarlarından görünür ki,alqı-satqının saxta etibarnamə ilə həyata keçirilməsi iddiaçının özünə əqd bağlanan andan məlum olmuş,lakin iddiaçı əqdin etibarsız hesab olunması barədə iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda istinad edilən maddələrinə əsasən: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Alqı-satqı müqaviləsi 18 fevral 2017-ci il tarixdə rəsmiləşdirilmişdir. Lakin iddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixdə əqdin etibarsızılığına dair iddia ilə müracət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən bu cür iddalar üçün qanunla müəyyən olunmuş 1 illik iddia müddəti açıq-aşkar ötürülmüşdür. Cavabdeh isə mübahisəyə iddia müddətinin tətbiq olunmaı barədə məhkəməyə ərizə vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsaslandırdığı halları sübuta yetirməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan, eləcə də iddia ərizəsi iddia müddəti açıqaşkar ötürülməklə verildiyindən iddia təmin olunmamalıdır. Məhkəmə cavabdehlərin barəsində xüusi qərardad çıxarılması barədə iddia tələbini də əsaslı hesab etmir. İddiaçı bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddia təmin olunmadığından məhkəmə xərcləri (ödənilmiş dövlət rüsumu) iddiaçının özünə aid olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhərindəki 50 saylı Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehlərin barəsində xüusi qərardad çıxarılması təmin olunmasın. İddia təmin olunmadığından məhkəmə xərcləri (ödənilmiş dövlət rüsumu) iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir)ay müddətinə Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-345/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-345/2023
17.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver