Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3459/2020 29.12.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə onun aralarında bağlanmış 08 noyabr 2019-ci il tarixli, MO676/19 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh ondan 545 manat dəyərində 1 ədəd “Samsung A 20S 3/32GB” markalı mobil telefonu əldə etmişdir bu şərtlə ki, 50 manat ilkin ödəniş edəcək, borcun qalan hissəsini isə, hər ay 55 manat olmaqla, 9 ay ərzində, cədvəl üzrə o, ödəyəcəkdir. Eləcə də, həmin müqavilənin 2.4.4-cü bəndinə əsasən “alıcı”, yəni cavabdeh qalan borcun ödənilməsini gecikdirdiyi halda hər gün üçün borc məbləğinin 1% həcmində cərimə (dəbbə) pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakın, cavabdeh Cavabdeh bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, müəyyən məbləğdə ödəniş etdikdən sonra, qalan 385 manat məbləğində ödəniş etməmişdir, ona borclu qalmışdır. Cavabdehin ona əsas borcun məbləği 385 manat, cərimə borcun məbləği 50 manat olmaqla, cəmi 435 manat məbləğində borcu təşkil etmişdir. Ona görə də, bu məbləği və 20.40 manat məbləğində ödənilmiş dövlət rüsümün əvəzini cavabdehdən alınması və onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş, İddiaçı və Cavabdeh arasında bağlanmış 08 noyabr 2019-ci il tarixli, MO676/19 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh iddiaçıdan 545 manat dəyərində 1 ədəd “Samsung A 20S 3/32GB” markalı mobil telefonu əldə etmişdir bu şərtlə ki, 50 manat ilkin ödəniş etməklə, borcuq qalan hissəsini o, hər ay 55 manat olmaqla, 9 ay ərzində cədvəl üzrə ödəyəcəkdir. İşdə olan İddiaçı və Cavabdeh arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli,MO676/19 saylı müqaviləyə əlavə edilmiş qəbzdən görünür ki, Cavabdeh tərəfindən iddiaçıdan 08 noyabr 2019-cu il tarixdə imza etməklə 545 manat dəyərində bir ədəd “Samsung MO676/19” markalı mobil telefon əldə edilmişdir. İşdə olan maliyyə arayışından və ödəniş cədvəllərindən görünür ki, iddiaçı İddiaçı və Cavabdeh arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli, MO676/19 saylı müqavilə üzrə cavabdehin iddiaçıya 385 manat əsas borcu və 50 manat cərimə borcu olmaqla, cəmi 435 manat məbləğində borcu qalmışdır. İşdə olan bildirişdən (pretenziyadan) görünür ki, İddiaçı tərəfindən Cavabdeh onun iddiaçıya borcu olduğunu və həmin borcun vaxtında ödənilmədiyi halda onun barəsində tərbir görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh iddiaçı ilə bağladığı 08 noyabr 2019cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməmiş, müəyyən edildiyi müddətdə qalan borcu ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 08 noyabr 2019-cu il tarixli, MO676/19 saylı nisyə alqı-satqı müqavilə üzrə 385 manat əsas borcun, 55 manat cərimə olmaqla, cəmi 435 (dörd yüz otuz beş ) manat, eləcə də, ödənilmiş 20.40 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3459/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3459/2020
29.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver