Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3466/2021 18.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-2551/2021 və 2(007)-3466/2021 nömrəli mülki işlərin materiallarını nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı onun xeyrinə 50000 manat borcun, vurulmuş mənəvi ziyana görə 1000 manat pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş 21 may 2021-ci il tarixdə məhkəməyə daxil olmuş, iş üzrə hazırlıq iclası keçirilmişdir, hazırda iş məhkəmə baxışı mərhələsindədir. İddiaçı cavabdeh Bakı şəhəri 53 saylı Notariat ofisinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ilə 13 yanvar 2018-ci ildə Bakı şəhəri 53 saylı Notariat ofisində 3M-51 nömrəli sənədlə reyestrə salınmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş 16 iyun 2021-ci tarixdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur və məhkəmənin 27 iyul 2021-ci il tarixli, 2(004)-4285/2021 saylı qərardadına əsasən, sözügedən mülki işin icraatının Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-2551/2021 saylı mülki işin icraatına birləşdirilməsi və birlikdə baxılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qeyd olunan mülki iş 03 avqust 2021-ci il tarixdə məhkəməyə daxil olmuş və 2(007)- 3466/2021 nömrə ilə qeydə alınmışdır. Hər iki işin materiallarını nəzərdən keçirərək, hesab edirəm ki, işlər bir-biri ilə əlaqəli olduğundan qeyd edilən mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalı olduğuna, bu məqsədlə işin bir-biri ilə əlaqəli işlərdən birinin ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməli olduğuna dair Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin tələbini, bununla bağlı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(004)-4285/2021 saylı qərardadı ilə gəlinmiş nəticəni nəzərə alaraq, hesab edirəm ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(004)-4285/2021 saylı qərardadına əsasən bir icraatda birləşdirilərək birlikdə baxılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmiş İddiaçı cavabdehlər Bakı şəhəri 53 saylı Notariat ofisinə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair 2(007)-3466/2021 nömrəli mülki iş, icraatımda olan iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı "pul" tələbinə dair 2(007)-2551/2021 nömrəli mülki işlə bir icraatda birləşdirilməli, mülki işlərin bir icraatda birləşdirilərək baxılmalı olduğu nəzərə alınaraq, birləşdirilmiş icraatda 2(007)-2551/2021 nömrəsi saxlanılmaqla 2(007)-3466/2021 nömrəli mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-45, 169, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(004)-4285/2021 saylı qərardadına əsasən bir icraatda birləşdirilərək birlikdə baxılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmiş İddiaçı cavabdehlər Bakı şəhəri 53 saylı Notariat ofisinə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair 2(007)- 3466/2021 nömrəli mülki iş, icraatımda olan iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı "pul" tələbinə dair 2(007)-2551/2021 nömrəli mülki işlə bir icraatda birləşdirilsin. Mülki işlərin bir icraatda birləşdirilərək baxılmalı olduğu nəzərə alınaraq, birləşdirilmiş icraatda 2(007)-2551/2021 nömrəsi saxlanılmaqla 2(007)-3466/2021 nömrəli mülki işin icraatına xitam verilsin. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-3466/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3466/2021
18.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver