Məhkəmə qərarları › İş №2(007)-3490/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3490/2024

22.11.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3490/2024 22.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-3490/2024 və 2(007)- 3329/2024 nömrəli mülki işlərin materiallarını nəzərdən keçirərək, məhkəmə Müəyyən Etdi: İddiaçı cavabdehlər Bakı şəhəri 15 saylı Xüsusi Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 12 saylı Notariat Ofisi və "xxxx" (Azərbaycan) ASC-yə qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən X2 ilə Cavabdeh2 arasında Bakı şəhəri 15 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixdə bağlanmış və AN-İ ******* saylı, daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh2-ın adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmasına dair xx.xx.2023-cü il tarixli çıxarışın ləğv edilməsi, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və "xxxx" (Azərbaycan) arasında 25 iyun 2023-cü il tarixdə Bakı şəhəri 15 saylı Notariat Ofisində bağlanmış 372175-NEDVİJ-3081 saylı alqı-satqı və ipoteka müqaviləsi etibarsız hes edilməli, ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh3 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmasına dair çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan mülki iş 17 oktyabr 2024-cü il tarixdə icraata daxil olmuş və 2(007)- 3490/2024 nömrə ilə qeydə alınmışdır. İddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı, X2 və X4 qarşı "şəxsi mülkiyyətdə olan mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər İddiaçı, X1 və X3 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-87-ci məhəllə, ev 154, mənzil 1-ə istifadə hüquqlarına xitam verilməsi və onların əmlakları ilə birlikdə həmin əmlaklardan çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş 30 sentyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş, 2(007)-3329/2024 nömrə ilə qeydə alınmış və iş üzrə hazırlıq iclası-xx.xx.2024-cü il, saat 11:20-ə təyin edilmişdir. Hər iki işin materiallarını nəzərdən keçirərək, məhkəmə qeyd edir ki, işlər bir-biri ilə əlaqəli olduğundan qeyd edilən mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə qeyd edir ki, məhkəmənin icraatında olan hər iki mülki iş biri-biri ilə əlaqəli olduğundan, işin hallarının tam, hərtərəfli, obyektiv araşdırılması, o cümlədən ədalət mühakiməsinin düzgün həyata keçirilməsi və prosessual qənaət prinsipi baxımından hər iki tələbə bir icraatda baxılması daha məqsədəmüvafiqdir. Odur ki, məhkəmə qeyd edir ki, icraatda olan İddiaçı cavabdehlər Bakı şəhəri 15 saylı Xüsusi Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 12 saylı Notariat Ofisi və "xxxx" (Azərbaycan) ASC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair 2(007)-3490/2024 nömrəli mülki iş, iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı, X2 və X4 qarşı "şəxsi mülkiyyətdə olan mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma" tələbinə dair 2(007)-3329/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilməli, mülki işlərin bir icraatda birləşdirilərək baxılmalı olduğu nəzərə alınaraq, birləşdirilmiş mülki işə 2(007)-3329/2024 nömrəsi saxlanılmaqla 2(007)- 3490/2024 nömrəli mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-45, 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara Aldı: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuş icraatda olan İddiaçı cavabdehlər Bakı şəhəri 15 saylı Xüsusi Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 12 saylı Notariat Ofisi və "xxxx" (Azərbaycan) ASC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair 2(007)-3490/2024 nömrəli mülki iş, iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı, X2 və X4 qarşı "şəxsi mülkiyyətdə olan mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma" tələbinə dair 2(007)-3329/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilsin. Bir icraatda birləşdirilmiş 2(007)-3329/2024 nömrəli mülki iş saxlanılmaqla 2(007)- 3490/2024 nömrəli mülki işin icraatına xitam verilsin. Sədrlik edən Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar