Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3496/2021 02.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçının nümayəndəsi X6, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" X7rşı "əmlak dəyərinin tələb edilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" X7rşı "əmlak dəyərinin tələb edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Babək 94" MKM arasında 17.02.2008-ci il tarixdə bağlanmış müqavilə öhdəliyini icra etmədiyi üçün 20.542 manat ödənilmiş əsas məbləğin və 80.000 manat real zərərin, 50.400 əldən çıxmış faydanın, 10.000 manat çəkdiyi xərclər, o cümlədən 50.000 manat mənəvi zərərin cavabdeh "xxxx" MKM-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17.02.2008-ci il tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" X17 ilə İddiaçı nümayəndəsi arasında müqavilə bağlanaraq Bakı şəhəri, Xətai rayonu, 2942 "A" məhəllə, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa olunmuş 5 bloklu 16 mərtəbəli binada yerləşən 206 saylı, ümumi sahəsi 82.5 kvadrat metr olan mənzilin tam dəyəri 20542 manat iddiaçı tərəfindən ödənmiş və müqavilə üzrə dəyər tam ödənildiyi üçün mənzil iddiaçıya təhvil vermək öhdəliyi cavabdeh "xxxx" X17 öz üzərinə götürmüşdür. Lakin sonradan "xxxx" X17 müqavilə üzrə öhdəliyi icra etməkdən yayınmışdır. Bu səbəbdən də İddiaçı 01.04.2011-ci il tarixdə Xətai Rayon Məhkəməsinə müraciət edərək müqavilə üzrə ona məxsus olan mənzilin iddiaçıya təhvil verilməsinə dair 2(011)-989/211 saylı qətnamənin çıxarılmasına nail olmuşdur. Bundan sonra bir çox instansiyalarda məhkəmə qərarları olsa da, mübahisəli mənzilə başqa şəxslər sahiblənmiş və illərlə davam edən məhkəmə çəkişmələri zamanı mənzilin əslində başqa şəxsə verilməli olduğu, iddiaçıya isə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5371/2017 saylı 04.08.2017ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, 2942 "a" məhəllə, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa olunmuş 5 bloklu 16 mərtəbəli binada yerləşən 206 saylı mənzilin əvəzi olaraq "xxxx" X17 tərəfindən inşa edilmiş və həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılmış yaşayış binasından mübahisəli mənzilin ölçülərinə və digər göstəricilərinə uyğun başqa bir mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi "xxxx" X13 üzərinə qoyulmuşdur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 9074/2017 saylı 13.01.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.06.2017-ci il tarixli 2(103)-5371/2017 nömrəli qətnaməsi-iddiaçı X11 münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. Lakin günü bu gün də nə ev təhvil verilib, nə də pul geri qaytarılıb. Bununla belə, "xxxx" X13 direktoru V.Novruzov icra şöbəsinə ünvanladığı 06.12.2019-cu il tarixli 40 nömrəli məktubunda bildirir ki, “206 saylı mənzil məhkəmə qərarına əsasən "xxxx" MKM-dən alınaraq, "Azərtikinti-ATF” MMC-yə verilmişdir. "Azərtikinti-ATF” MMC-də həmin mənzili X8 vermişdir. Məhkəmə qətnamələrində nəzərdə tutulmuş ərazidə "xxxx" MKM-ə məxsus torpaq sahəsi və həmin ərazidə bina tikilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin Sərəncamı var. Biz kömək məqsədilə həmin ərazidə bina tikərkən İddiaçı bir ədəd 2 otaqlı mənzil verməyə söz veririk.” Hazırda iddiaçı illərdir rayonda ata yurdunda qalmaq məcburiyyətində qalıb və uşaqları təhsil aldıqları müddətdə kirayələrdə qalıblar. İndi də kirayə qalırlar. İndi həmin ərazidə evin qiyməti də ən azı 100.000 (yüz min) manatdır. İndi iddiaçını evlə təmin edə bilməyən cavabdeh həmin evin real bazar qiymətini iddiaçıya ödəməlidir. Müqavilə öhdəliyi üzrə 20.542 manat ödənilmiş əsas məbləğin və 80.000 manat zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmalıdır. Cavabdehin təqsiri üzündən 7 il məhkəmələrə xərc çəkib və bu səbəbdən də mənəvi maddi zərərə məruz qalmışdır. Sözü gedən ərazidə 82.5 kvadrat metr 2 otaqlı mənzilin real alqı-satqısını edə bilməsi üçün 2008-ci ildə ödədiyi məbləğlə real bazar qiyməti arasındakı fərq iddiaçının cavabdehin hərəkətləri nəticəsində çəkdiyi zərərdir. Eyni zamanda illərdir məhkəmələrdə iştirak və hüquqlarının müdafiəsi üçün xərclər çəkmişdir. 7 il ərzində 10.000 manat bu yolda xərcləri çıxmışdır. Bu stress və əsəb səbəbindən hazırda yataq xəstəsinə çevrilən iddiaçının mənəvi ziyana görə tələbi 50.000 manatdır. Qeyd olunanlara əsasən onunla "xxxx" MKM arasında 17.02.2008-ci il tarixdə bağlanmış müqavilə öhdəliyini icra etmədiyi üçün 20.542 manat ödənilmiş əsas məbləğin və 80.000 manat real zərərin, 50.400 əldən çıxmış faydanın, 10. 000 manat çəkdiyi xərclər, o cümlədən 50.000 manat mənəvi zərərin cavabdeh "xxxx" MKM-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, 2942 "A" məhəllə, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa olunmuş 5 bloklu 16 mərtəbəli binada yerləşən 206 saylı, ümumi sahəsi 82.5 kvadrat metr olan mənzil bir neçə şəxsə satılıb. İddiaçı mənzilin dəyərini 20.542 manatı tam ödəyib. Onların arasında podrat müqaviləsi olub. X9 vicdanlı alıcı olduğu üçün məhkəmələr mənzilin onda saxlanmasına qərar vermişlər. Lakin iddiaçıya münasibətdə "xxxx" X21 tərəfindən inşa edilmiş və həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılmış yaşayış binasından mübahisəli mənzilin ölçülərinə və digər göstəricilərinə uyğun başqa bir mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi "xxxx" MKM-nin üzərinə vəsəfə qoyulmuşdur. Cavabehə dəfələrlə müraciət etsələr də inşa olunmuş hazır binalarda bütün mənzillərin satıldığını, yeni bina inşa etməyə isə maddi vəsaitin olmadığını bildirmişlər. Həmin ərazidən indi 100.000 manatdan aşağı həmin mənzilin ölçüsünə uyğun mənzil almaq olmaz. Ödədiyi 20.542 manat əsas məbləğ, real zərər 80.000 manatı, 50400 manat əldən çıxmış fayda, real zərərlə, əldən çıxmış faydanı ayırmışdır. 250-300 manat faktiki kirayə qiymətidir. 10.000 manat çəkdiyi xərclərdi. İddiaçıya 50.000 manat dəyərində mənəvi zərər dəymişdir. O, yataq xəstəsi olmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X15 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı bizə qarşı “əmlak dəyərinin tələbi barədə” iddia ərizəsi tamamilə əsassızdır. Belə ki, İddiaçı Cəmiyyətə qarşı “əmlak dəyərinin tələbi barədə” iddia ərizəsində aralarında bağlanılmış 17.02.2008-ci il tarixli “Kooperativ mənzil tikintisi haqqında” müqaviləyə əsasən "xxxx" MKM-nin öz öhdəliklərini icra etmədiyi göstərilmişdir. Halbuki həmin müqavilənin iddiaçı ilə Cəmiyyət arasında bağlanılmasına baxmayaraq 20.542 manat məbləğində pulu iddiaçı onlara deyil "xxxx" MMC-nin direktoru X19 ödəmişdir. Mübahisəli mənzil Yeganə Qəniyevaya da Azər Quliyev tərəfindən satılmışdır. Yəni mübahisəli mənzil hər iki şəxsə "xxxx" MKM tərəfindən deyil, "xxxx" MMC-nin direktoru Quliyev Azər tərəfindən satılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-9074/2017 saylı 14.12.2017-ci il tarixli qərarı ilə mübahisəli mənzilin Rəşad Məmmədrəsulova verilməsi, mübahisəli mənzilin ölçülərinə və digər göstəricilərinə uyğun başqa bir mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin "xxxx" MKM-nin üzərinə qoyulması qərara alınmışdır. Bina inşa etmək üçün sərəncam mövcud olsa da MKM-nin maddi vəziyyəti qənaətbəxş deyil və yaxın gələcəkdə yeni bina inşa etmək iqtidarında deyil. Lakin inşa olunan zaman iddiaçıya mənzil veriləcək. 17.02.2008-ci il tarixli “Kooperativ mənzil tikintisi haqqında” müqavilə hal-hazırda qüvvədədir, ləğv və ya etibarsız hesab edilməmişdir. Həmçinin məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən mübahisəli mənzilin ölçülərinə və digər göstəricilərinə uyğun başqa bir mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin "xxxx" MKM-nin üzərinə qoyulması qərarlaşdırılmışdır. Eyni tərəflər arasında eyni bir mübahisəyə məhkəmə tərəfindən hüquqi qiymət verildiyindən hazırki iddia tələbi əsassızdır və rədd edilməlidir. Göstərilən xüsusatlara əsasən İddiaçı "xxxx" MKM-yə qarşı “əmlak dəyərinin tələbi barədə” iddia ərizəsinin rədd olunması haqqında qətnamə qəbul edilməsi xahiş edilmişdir və məhkəməyə eyni məzmunlu Etiraz təqdim etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan "xxxx" MKM-nin 06.12.2019-cu il tarixli Bakı Şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ceyhun Həmidova ünvanlanmış məktubdan görünür ki, 24 oktyabr 2019-cu il tarixli 17/74 - 69858/14 saylı məktubunuza cavab olaraq bildirir ki, Müəssisənin inşa etdiyi Məhəmməd Hadi və İ.Zülfüqarov küçələrinin arasında yerləşən 5 bloklu 16 mərtəbəli yaşayış binasının yaxınlığında "xxxx" MKM-ə və eləcə də onun təsisçisi Fəxrəddin Novruzova məxsus olan yaşayış binası olmamışdır. 206 saylı mənzil məhkəmə qərarına əsasən "xxxx" MKM-dən alınaraq "Azərtikinti-ATF” MMC-yə verilmişdir. ”Azərtikinti-ATF” isə həmin mənzili X8 vermişdir. Həmin məhəllədə "xxxx" MKM-ə məxsus torpaq sahəsi və həmin ərazidə bina tikilməsi üçün Bakı Şəhəri İcra Hakimiyyətinin sərəncamı var. Onlar kömək məqsədilə həmin ərazidə bina tikilərkən İddiaçı bir ədəd 2 otaqlı mənzil verməyə söz vermişlər. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5371/2017 saylı 16.06.2017-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X3 apellyasiya şikayəti təmin edilməsi, hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 iyun 2014-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan və cavabdeh X4 aid hissədə ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativi, X16 və X4 qarşı “mənzilin təhvil verilməsi və sair tələbləri barədə” iddiasının qismən təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, 2942 “a" məhəllə, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa olunmuş 5 blokla 16 mərtəbəli binada yerləşən 206-№li mənzilin əvəzi olaraq "xxxx" X17 tərəfindən inşa edilmiş və həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılmış yaşayış binasından mübahisəli mənzilin ölçülərinə və digər göstəricilərinə uyğun başqa bir mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi "xxxx" X13 üzərinə qoyulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14.12.2017-ci il tarixli 2(102)-9074/2017 saylı qərarına əsasən İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.06.2017-ci il tarixli 2(103)-5371/2017 nömrəli qətnaməsi - İddiaçı münasibətdə dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, təqdim olunmuş sübutları tədqiq edərək, tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Məhkəmə tədqiqi zamanı müəyyən olundu ki, 17.02.2008-ci il tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" X17 ilə İddiaçı nümayəndəsi arasında müqavilə bağlanaraq Bakı şəhəri, Xətai rayonu, 2942 "A" məhəllə, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa olunmuş 5 bloklu 16 mərtəbəli binada yerləşən 206 saylı, ümumi sahəsi 82.5 kvadrat metr olan mənzilin tam dəyəri 20.542 manat iddiaçı tərəfindən ödənmiş və müqavilə üzrə dəyər tam ödənildiyi üçün, mənzili iddiaçıya təhvil vermək öhdəliyini cavabdeh "xxxx" X17 öz üzərinə götürmüşdür. Lakin sonradan mənzil X10 və X1 İddiaçı 01.04.2011-ci il tarixdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək X5 və X3 mənzildən çıxarılmasını, mənzilin boşaldılaraq onun istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi iddianı qismən təmin edərək Rəşad Məmmədrəsulovun mübahisəli mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi vəzifəsinin R.Məmmədrəsulovun üzərinə qoyulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan X2 şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5371/2017 saylı 16.06.2017-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20.06.2014-cü il tarixli qətnamə apellyasiya baxışınin predmeti olan və cavabdeh X4 aid hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edimişdir. İddiaçı cavabdehlər "BABƏK-94” MKM, X5 və X4 qarşı “mənzilin təhvil verilməsi və sair tələbləri barədə” iddiası qismən təmin edilmişdir. Bakı şəhəri, Xətai rayonu, 2942 "a" məhəllə, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa olunmuş 5 bloklu 16 mərtəbəli binada yerləşən 206 saylı mənzilin əvəzi olaraq "xxxx" X17 tərəfindən inşa edilmiş və həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılmış yaşayış binasından mübahisəli mənzilin ölçülərinə və digər göstəricilərinə uyğun başqa bir mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi "xxxx" X13 üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5371/2017 saylı 16.06.2017-ci il tarixli qətnaməsindən narazı qalan İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-9074/2017 saylı 14.12.2017-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.06.2017-ci il tarixli 2(103)-5371/2017 nömrəli Qətnaməsi İddiaçı münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi "xxxx" X13 üzərinə MKM tərəfindən inşa edilmiş və həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılmış yaşayış binasından mübahisəli mənzilin ölçülərinə və digər göstəricilərinə uyğun başqa bir mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi qoymuşdur. Azərbaycan Respublikasının Ali Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini İddiaçı münasibətdə dəyişiklik edilmədən saxlamışdır. Beləliklə hal-hazırda Azərbaycan Respublikasının Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş Qərarı var. Belə olan halda Məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin oluna bilməz. Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-5371/2017 nömrəli 16 iyun 2017-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı Şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şakir Bahadırov tərəfindən 28 mart 2018-ci il tarixdə icra icraatına başlanılmışdır. Göründüyü kimi həmin icra icraatına xitam verilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasinin Qanununun 20.1-ci maddəsinə əsasən, məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Göründüyü kimi “İcra haqqında” Azərbaycan Respublikasinin Qanununun 20.1-ci maddəsində gösrərilən hallar mövcüd deyil və icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən qərar qəbul edilməmişdir. Eyni zamanda 17.02.2008-ci il tarixli “Kooperativ mənzil tikintisi haqqında” müqavilə hal-hazırda qüvvədədir, ləğv və ya etibarsız hesab edilməmişdir. Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə belə qənaətə gəlir ki, hazırki tələb icra icraatı çərçivəsində həll olunmalıdır. Məhkəmə islasında izahat verən cavabdehin vəkili və nümayəndəsi izahatında təmsil etdiyi MKM-in maddi vəziyyətinin qənaətbəxş olmadığını və yaxın gələcəkdə yeni bina inşa etmək iqtidarında olmadıqlarını bildirdi. İcra sənədinin icrası mümkün olmadıqda icra məmuru bu haqda müvafiq akt tərtib edir və icra sənədini məhkəməyə qaytarır. Göründüyü kimi iş materiallarına belə bir akt və ya icra sənədinin məhkəməyə qaytarılması barədə Qərar əlavə olunmamışdır. Nəticə etibarı ilə müəyyən olundu ki, Azərbaycan Rеspublikasının Ali Məhkəmənin qanuni qüvvəyə minmiş Qərarının icrası barədə icra işinə xitam verilməsi barədə qərar qəbul olunmamışdır. Bundan başqa məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitə kimi qanunverilik işdə iştirak edən şəxslərə qətnamənin icra üsulunu və qaydasını dəyişdirməklə bağlı hüquq verir. Lakin iddiaçının bu hüququndan istifadə etməsinə dair heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Beləliklə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-9074/2017 saylı 14.12.2017-ci il tarixli Qərarının icrası üzrə icraata xitam verilməmiş və yaxud icra üsulu dəyişdirilməmişdir. Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 22.05.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qətnamənin icra qaydasının dəyişdirilməsi işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitə kimi qiymətləndirilir və belə yanaşma Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Prosessual qənaət prinsipi baxımından məhkəmə iddia tələbinin “real zərərin, əldən çıxmış faydanın, çəkilmiş xərclərin və vurulmuş mənəvi zərər” hissəsinə münasibətdə qeyd edir ki, tələbin bu hissəsi əsas yəni “əsas məbləğin ödənilməsi” hissəsindən törəmə tələb olduğundan və həmin tələb təmin edilmədiyindən məhkəmə həmin hissədə iddia tələbini təmin etməməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə mübahisələndirilən iddia tələbi üzrə “80.000 manat real zərərin, 50.400 əldən çıxmış faydanın, 10.000 manat çəkdiyi xərclər, o cümlədən 50.000 manat mənəvi zərərin” ödənilməsi hissəsinə dair əlavə araşdırmaya lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" X7rşı "əmlak dəyərinin tələb edilməsi" tələbinə dair iddiası təmin edilməməldir. Məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" X7rşı "əmlak dəyərinin tələb edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-3496/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3496/2021
02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver