Məhkəmə qərarları › İş №2(007)-353/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-353/2021

02.12.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-353/2021 02.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X15 Mirzəyevin sədrliyi, X9 Qurbanovun katibliyi, Cavabdeh,onun nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi, özü də üçüncü şəxs olan X10 iştirakı ilə İddiaçı Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı torpaq sahəsində özbaşına inşa edilmiş tikilinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı torpaq sahəsində özbaşına inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,Cavabdeh müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan ünvan 1 ünvanındakı yerləşən torpaq sahəsində özbaşına tikinti işləri aparıb. Bununla əlaqədar olaraq həmin ünvanda yaşayan sakinlər müxtəlif dövlət orqanlarına şikayətlə müraciət edib və tikilinin sökülməsi barədə tədbir görülməsini xahiş ediblər. Həmin tikililərin sökülməsi ilə əlaqədar aidiyyəti qurumların əməkdaşları və polis işçiləri həmin ünvana baxış keçirib və cavabdeh tərəfindən inşa edilən tikilinin sökülməsini tələb ediblər. Lakin Cavabdeh xidməti vəzifəsini yerinə yetirən əməkdaşların qanuni tələblərinə əhəmiyyət verməyib və qanunsuz tikilinin sökməyəcəyini bildirib. Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1 maddəsi ilə inzibati protokol tərtib edilib və qərar qəbul edilməsi üçün Rayon İcra Hakimiyyətinə göndərilib. İnzibati protokola baxılaraq Cavabdeh 01 iyun 2020ci il tarixli qərarla 500 manat məbləğində cərimə edilib və qərar icra olunması üçün Nizami Rayon İcra və Probasiya Şöbəsinə göndərilib. İcra və probasiya Şöbəsi tərəfindən icraata başlamaq haqqında 19.06.2020-ci il tarixli qərar qəbul edilib. Nizami Rayon İcra Hakimiyyəti tərəfindən görülənn tədbirlərə baxmayaraq Cavabdeh qanunsuz inşa etdiyi tikilini sökməyib.Ona görə də, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişəm. Qeyd olunanlara əsasən Cavabdeh tərəfindən Bakı şəhəri Nizami rayon Elşən Süleymanov küçəsindəki 137/1 ünvanında özbaşına inşa edilmiş tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, torpaq sahəsinə dair Nizami Rayon İcra Hakimiyyətinin məhkəməyə ərizə ilə müraciət etmək səlalhiyyəti yoxdur.İddiaçı mübahisəli evin söküntüsünün aparılmasını tələb etmək hüququna malik deyil. Belə ki,iddiaçı bu cür hüququnun olması barədə məhkəməyə hər hansı bir sənəd təqdim etməyib. Mübahisəli evin söküntüsünün tələb edilə bilməsi üçün, yerli icra hakimiyyətinin belə söküntünü tələb edə bilmək səlahiyyəti və hüququnun olması lazımdır.Lakin iddiaçı tərəf qanunvericilkdə icra hakimiyyətinin, söküntü tələb etmək səlahiyyətinin olması barədə hansı normativ hüququ akta əsaslandığını qeyd etməyib. İddiaçı hazırkı iddia tələbinin X2 ilə həyata keçirdir.İş materiallarında Sitarə Zeynalovanın və Ramil Səfərovun şikayətləri vardır.X1r.Ramin Səfərov torpaqlarımızın düşmən işğalından azad olunması üçün keçirilən əks-hücum əməliyyatında iştirak etməkdən hansısa qaranlıq yollarla yayınıb. X11 onun sökülməsini mübahisələndirdiyi evinin qonşuluğunda özünə qanunsuz, sənədsiz lyuks villla tikib, lakin Nizami Rayon İcra Hakimiyyəti həmin lyuks villanı sökmək əvəzinə, X6 istəyinə uyğun olaraq onun evini söküb, evin üstündə yerləşdiyi torpaq sahəsini X6 ələ keçirib öz villasına qatmasına köməklik edir. Adı qeyd edilən Sitarə Zeynalova, onun doğma bacısıdır. O, uzun müddət Sitarəyə maddi yardım etmiş, hətta onun həyat yoldaşı ağır cinayət törətdiyinə görə həbs olunduğu zaman, “Gənclik” metrostansiyasının yaxınlığındakı milyonerlər məhəlləsi adlandırılan Məmməd Araz (Teymur Əliyev) küçəsində yerləşən evini satıb, Sitarəyə kömək edib ona ev almışdır. O, bir qardaş kimi öz borcundan çıxmışdır. Lakin hal-hazırda tamah məqsədi ilə Sitarə müəyyən şəsxlərlə cinayət əlaqəsinə girərək öz doğma qardaşının malına-mülkünə göz dikib. Əslində Nizami Rayon İcra Hakimiyyəti hazırkı mülki iddiada hər hansı konkret marağa sahib deyil. Çünki Nizami Rayon İcra Hakimiyyəti qanunsuz tikililəri sökməklə məşğuldursa və bunda maraqlıdırsa, onda ilk növbədə Sitarənin qanunsuz lyuks villasının və həmin ərazidə yerləşən, əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyinə əsaslı şübhələr olan obyektinin də sökülməsi barəsində müvafiq tədbirlər görərdi. Lakin Nizami Rayon İcra Hakimiyyəti Sitarənin qanunsuz inşa etdiyi lyuks villasına və qanunsuz fəaliyyət göstərən öbyektinə qarşı hər hansı tədbir görməyibdir. Belə çıxır ki, müxtəlif qaranlıq yollarla varlanan Sitarə üçün başqa qanunlar qüvvədədir, əksinə kasıb Cavabdeh üçün tam başqa qanunlar qüvvədədir. Onun öhdəsində iki azyaşlı nəvəsi var. Həmin azyaşlı uşqaların anası faciəvi şəkildə dünyasını dəyişib. Buna görə də, həmin uşaqlara baxır, onları böyüdür. Nizami Rayon İcra Hakimiyyəti bu pandemiya dövründə bir dəfə də maraqlanmayıb ki, bu yaşlı adam bu uşaqları necə böyüdür, onların yaşamağı isti evləri, evlərində şəraiti varmı? İcra Hakimiyyətinin bu laqeyidliyinin qarşısında o, balaca uşaqların xəstələnməməsi üçün evində kiçik təmir işləri aparmışdır. Bunu gözü götürməyən Sitarə isə Nizami Rayon İcra Hakmiyyətinin həmin evin sökülməsi üçün məhkəməyə müraciət etməsinə hansısa yollarla nail olub. O, yaşlı insandır və bu yaşdan sonra ev tikməyi, azyaşlı nəvələrini müvafiq şəraitdə böyütməyi çox çətindir. Niyə görə Nizami Rayon İcra Hakimiyyəti vətəndaşın həyatı üçün xidmət etmək əvəzinə, onun həyatını cəhənnəmə çevirir. Qeyd etdiyi kimi o, öz mərhum qızının tikdiyi evdə kiçik təmir işləri aparmışdır, mübahisəli ev də mərhum qızınındır. O, hər hansı qanunsuz tikinti aparmamışdır. İş materiallarına əlavə edilən fotoşəkillər də Sitarə tərəfindən çox köhnə tarixlərdə və qanunsuz olaraq çəkilib. Sitarənin oğlu Ramin uzun illər qanunsuz olaraq onu güdməklə məşğul olub. Odur ki, qeyd olunanları nəzərə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil da iddianı qəbul etmədi və eyni məzmunlu izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi, özü də üçüncü şəxs olan X12 izahat verərək göstərdi ki, cavabdehin qeyd etdikləri ağ yalandır.Onun cavabdehlə heç bir qərəzçiliyi yoxdur. İddiaçı haqlı olaraq ona qarşı iddia qaldırıb, hesab edir ki, iddia təmin olunmalıdır. İddiaçı Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə öz nümayəndəsini göndərməmişdir. Məhkəmə MPM-nin 185.4-cü-ci maddəsinin tələblərini rəhbər trutaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Nizami RPİ-nin 24-cü Polis Bölməsinin 21.01.2020-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan ünvan 1 ünvanındakı yerləşən torpaq sahəsində özbaşına tikinti işləri aparması ilə əlaqədar toplanmış materiallar baxılması üçün Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin inzibati xətaya dair 01 iyun 2020-ci il tarixli 01 saylı qərarından görünür ki, Cavabdeh müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan ünvan 1 ünvanındakı yerləşən torpaq sahəsində özbaşına tikinti işləri aparmasında təqsirli bilinərək 500 manat cərimə edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2-1161/2006 saylı iş üzrə qəbul etdiyi 11.08.2006-cı il tarixli qətnamədən görünür ki,ərizəçilər Cavabdeh,Babaşova Aybəniz İldırım qızının,X7,X4 və X8 Bakı şəhəri Nizami Rayon X5rşı vəzifəli şəxsin hərəkətlərini qanunsuz hesab olunmasına dair ərizəsi təmin olunmuş,Cavabdeh,Babaşova Aybəniz İldırım qızının,X7,X4 və X8 ünvan 1 ünvanındakı evə yaşayış hüquqları tanınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2021-ci il tarixli 10/3993 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında inşa olunmuş iki mərtəbəli,tikinti altı sahəsi 90 kv.m olan yaşayış evi Google Earth proqramının məlumatlarına əsasən 2006-cı illərdən sonra inşa olunmuş və həmin tikinti işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi bina və qurğularda yenidənplanlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişiklik edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1 və 4.2-ci bəndlərinin tələblərinə uyğun deyildir. 02 dekabr 2021-ci il tarixdə işdə tərəflərin iştirakı ilə mübahisəli yaşayış sahəsinə baxış keçirilmişdir.Baxış zamanı müəyyən olunmuşdur ki,kiçik giriş qapısından girərkən sol tərəfdə bir-neçə birmərtəbəli tikililər vardır.Cavabdeh bildirdiyinə görə həmin tikililər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 avqust 2006-cı il tarixli qətnaməsi ilə onun və ailə üzvləri:Babaşova Aybəniz İldırım qızının,X7,X4 və X8 yaşayş hüquqları tanındığı yaşayış sahəsidir və orada hal-hazırda başqa şəxslər yaşayır.Bu faktı baxış zamanı orada iştirak edən 3-cü şəxsin nümayəndəsi X12 da təsdiq etdi.Kiçik giriş qapısından girərkən sağ tərəfdə daşdan tikilmiş,taxtapuşu vurulmuş lakin tikintisi və təmiri tam başa çatdırılmamış 2 mərtəbəli yaşayış sahəsi vardır.Cavabdeh bildirdi ki,hal-hazırda həmin yarımçıq tikilidə o arvadı və nəvələri ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsasən: 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək -onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İşin hallarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2-1161/2006 saylı iş üzrə qəbul etdiyi 11.08.2006-cı il tarixli qətnamə ilə Cavabdeh və onun ailə üzvlərinin ünvan 1 ünvanındakı evə yaşayış hüquqları tanınmışdır.Lakin cavabdeh həmin ünvanda yaşayarkən müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan orada 2 mərtəbəli yaşayış evi inşa etmişdir.İşin bu halı tərəflərin məhkəmədə verdikləri izahatlarla,inzibati xəta haqqında protokolla,ekspert rəyi ilə,yerində müayinə protokolu və digər sənədlərlə tam olaraq öz təsdiqini tapır. Məhkəmə araşdırması zamanı Cavabdeh oğlu qeyd olunan yaşayış sahəsinin qanuni əsaslarla tikilməsinə dəlalət edən hər hansı bir hüquqi sənəd təqdim etməmişdir.Ona görə də məhkəmə hesab edir ki,həmin tikili sökülməlidir Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki,həmin ünvanda 2006-cı ilə qədər mövcud olmuş yaşayış sahəsinə(kiçik giriş qapısından girərkən sol tərəfdə birneçə birmərtəbəli tikililərə) məhkəmə qərarı ilə cavabdehin və onun ailə üzvlərinin yaşayış hüquqları tanındığından bu tikililərin sökülməsi tələbi əsassızdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin təmin edilməli, Bakı şəhəri Nizami rayonu,E.Süleymanov küçəsindəki 137/1 ünvanda,kiçik giriş qapısından sağ tərəfdə yerləşən 2 mərtəbəli qanunsuz tikili sökülməli,qalan hissədə iddia təmin olunmamalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nizami rayonu,E.Süleymanov küçəsindəki 137/1 ünvanda,kiçik giriş qapısından sağ tərəfdə yerləşən 2 mərtəbəli qanunsuz tikili sökülsün. Qalan hissədə iddia təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar