Məhkəmə qərarları › İş №2(007)-354/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-354/2022

03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-354/2022 03.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədriyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "ABC TELECOM” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı-"xxxx" MMC . Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə: xx.xx.2020-ci il tarixli müqavilə. Müqavilənin predmet-nisyə alqı-satqı (New Simple-Genc-dolab,2 qapılı,Alyans-Paris masa, Venetsiya FS-5 mebel,Polo-Dehliz dolab, Loft-Genc çarpayı,2 əd.Dosnek Uretan, Marvin Genc-dolab, marvin bazalı çarpayı, Soft-Yumşaq-3 yerli) Tələb olunan məbləğ:3630 manat ödənilməmiş hissə,363 manat cərimə,cəmi 3993 manat borc və 59,93 manat dövlət rüsumu. Məhkəmə iclasında İddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da məhkəməyə gəlməmiş və məhkəmə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: Alq-satqı müqaviləsi,ödəniş cədvəli,əşyanın təhvil-təslim aktı,maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz,pretenziya qaydasına əməl olunmasına dəlalət edən xəbərdarlıq məktubu. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Mülkü Prosessual Məcəlləsi: 107.Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 467.Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbini ödənilməmiş hissə(əsas borc)və cərimə hissəsində əsaslı hesab edir. Cərimənin azaldılmasını və 36 manat müəyyən olunmasını məqsəduyğun hesab edir. Beləliklə, məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib sübutları qiymətləndirərək hesab edir ki,iddia qismən təmin olunmalı, Cavabdeh "ABC TELECOM” MMC-nin xeyrinə 3630 manat ödənilməmiş hissə,36 manat cərimə,cəmi 3666 manat borc və 59,93 manat dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "ABC TELECOM” MMC-nin xeyrinə 3630 manat ödənilməmiş hissə, 36 manat cərimə,cəmi 3666 manat borc və 59,93 manat dövlət rüsumu tutulsun Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar