Məhkəmə qərarları › İş №2(007)-3558/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3558/2021

19.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3558/2021 19.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X32 Mirzəyevin sədrliyi, Ramil Firudin oğlu Qurbanovun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Quba Cavabdeh2əzinin notariat kontoruna, Cavabdeh3, Bakı şəhər 13 saylı Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “vəsiyyətnamənin etibarsız sayılması, əmlakın özgəninkiləşdirilməsi barədə müqavilənin (alğı-satqı müqaviləsinin) etibarsız sayılması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması,mənzilə vərəsilik hüququ əsasında mülkiyyət hüququnun tanınması və mənzilin qeyri-qanuni sahiblikdən geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Quba Cavabdeh2əzinin notariat kontoruna, Cavabdeh3, Bakı şəhər 13 saylı Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “vəsiyyətnamənin etibarsız sayılması, əmlakın özgəninkiləşdirilməsi barədə müqavilənin (alğı-satqı müqaviləsinin) etibarsız sayılması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması,mənzilə vərəsilik hüququ əsasında mülkiyyət hüququnun tanınması və mənzilin qeyri-qanuni sahiblikdən geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, babası İddiaçı Nikolayeviç 1926-cı ildə anadan olub və 23.06.1981-ci ildə vəfat edib. Onun bacısı X20 12 mart 2019-cu ildə vəfat edib. Hal-hazırda X11 yeganə vərəsəsi kimi o,qalmışdır. Belə ki,onun atası X21 X33 zamanı, 1942-ci ilin avqust ayında itkin düşüb. X31 Fyodorovna 31.05.1983- cü ildə vəfat edib. X11 birinci dərəcəli vərəsələri olmadığına görə, onun hal-hazırda yeganə vərəsəsi o sayılır. Alla Çebotaryovanın bir qardaşı olub İddiaçı Nikolayeviç (mənim babam), o, 23.06.1981-ci ildə vəfat edib. Mülki Məcəllənin 1159.2-ci maddəsinə görə, miras qoyan X11 ikinci dərəcəli vərəsəsi onun yeganə qardaşı İddiaçı Nikolayeviç (mənim babam) ola bilərdi. O isə, yuxarıda qeyd etdiyi kimi, 23.06.1981-ci ildə vəfat edib. Lakin Məcəllənin elə bu maddəsində göstərilir ki, miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Mirasın açıldığı vaxt yəni X11 vəfat etdiyi 12 mart 2019-cu ildə onun qardaşı ( babası) İddiaçı Nikolayeviç, həmçinin İddiaçı Nikolayeviçin iki oğlu (miras qoyanın qardaşı uşaqları) X12 15.05.2006-cı ildə vəfat edib və X6 16.02.2013-cü ildə vəfat edib onun atası vəfat edib. Mülki Məcəllənin 1159.2-ci maddəsinə görə, miras qoyanın qardaşı uşaqlarının uşaqları kimi ondan başqa heç kim yoxdur və hal-hazırda o,X11 yeganə vərəsəsidir. Lakin X11 xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsi, ev 100-də yerləşən 54 saylı mənzil A.Çebotaryovanın ölümündən sonra, A.Çebotaryovanın sağlığında verdiyi etibarnamə əsasında, A.Çebotaryovanın “ölüm” faktı gizlədilməklə, qanunsuz olaraq, Cavabdeh3 tərəfindən 13 mart 2019-cu ildə alqı-satqı yolu ilə Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda qızının adına keçirilib. A.Çebotaryovanın 12 mart 2019-cu ildə ölməsini Quba Cavabdeh2əzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən 07 fevral 2020-ci il tarixində verilən AZ-İİ № 059410 saylı ölüm haqqında şəhadətnamə təsdiq edir. A.Çebotaryovanın 12 mart 2019-cu ildə ölməsinə baxmayaraq, onun ölümü haqqında şəhadətnamənin 07 fevral 2020-ci il tarixində alınmasına səbəb o olub ki, Quba rayon Mərkəsi Xəstəxanası tərəfindən A.Çebotaryovanın ölümü barədə tibbi arayış Cavabdeh3 verilib, o isə Alla Çebotaryovanın 12 mart 2019-cu ildə ölməsini bilə-bilə, onun ölüm faktını gizlədərək, əslində A.Çebotaryovanın ona verdiyi etibarnamənin onun ölümü ilə qüvvədən düşdüyünü bilməklə, qanunsuz olaraq onun mənzilini mənimsəyib, bu cinayətini ört-basdır etmək üçün A.Çebotaryovanın ölümü barədə tibbi arayışı gizlədib və A.Çebotaryovanın ölüm haqqında şəhadətnaməsinin rəsmiləşdirilməsinə mane olub. A.Çebotaryovanın ölümü barədə tibbi arayışın dublikatı əsasında 07 fevral 2020-ci il tarixində A.Çebotaryovanın ölümü haqqında şəhadətnamə verilib. Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda mənzilin mülkiyyətçisinin verdiyi etibarnamə əsasında aparılan alqısatqı əməliyyatı etibarnamə verənin ölümündən sonra aparılıb ki, alqı-satqı əməliyyatı aparılan zaman əsasında əməliyyat aparılan etibarnamə qüvvədə olmayıb. Əslində burada cinayət tərkibli əməl vardır. İddia ərizəsinə əlavə etdiyi sənədlərləonun X11 yeganə vərəsəsi olmağı təsdiq olunur. Cavabdeh3 qanunsuz olaraq X11 xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsi, ev 100-də yerləşən 54 saylı mənzili A.Çebotaryovanın ölümündən sonra, A.Çebotaryovanın sağlığında verdiyi etibarnamə əsasında A.Çebotaryovanın ölüm faktı gizlədilməklə, 13 mart 2019-cu ildə alqı-satqı yolu ilə Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda qızının adına keçirməsi səbəbindən, o, notariat kontorunda həmin mənzilə aid vərəsəlik işi açdıra bilmir. Cavabdeh3 qanunsuz olaraq Alla Çebotaryovanın mənzilini qızının adına keçirdiyinə görə, Elmira tərəfindən qanunsuz olaraq aparılan alqı-satqının etibrasız sayılması, mənzilə onun vərəsəlik hüquqlarının tanınması və mənzilin məcburi qaydada, qanunsuz yolla ələ keçirmiş şəxslərdən alınaraq, ona qaytarılması barədə məhkəmə orqanlarında iddia qaldırmaq məcburiyyətində qalmışdır. Həmçinin qanunsuz olaraq mənzili zəbt etmiş şəxslər barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri əsasında cinayət işi başlanılmaqla, bu barədə prokurorluq orqanlarına məlumat verilməlidir. Cavabdehlərin hərəkətlərində dələduzluq əlamətlərinin açıq-aydın olmasını qeyd edir və göstərilənlərin nəzərə alınaraq, MPM-nin 265.4-cü maddəsinə əsaslanmaqla, Cavabdeh3 və qanunsuz alqı-satqıda iştirak etmiş şəxslər barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad çıxarılaraq, prokurorluq orqanlarına göndərilməsini xahiş edir.Hal-hazırda o, X11 xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsi, ev 100-də yerləşən 54 saylı mənzilə vərəsəlik açdırmaq üçün notariat orqanlarına müraciət edə bilmir. Belə ki, Cavabdeh3 qanunsuz olaraq mənzili başqa şəxsin - qızının mülkiyyətinə keçirdib və hal-hazırda formal cəhətdən həmin mənzil miras əmlak kütləsinə daxil deyildir. Göstərilən səbəblərdən o, hal-hazırda mənzilin X11 ölüm anında mülkiyyətində olması barədə sənədləri notariat orqanına təqdim edə bilmir. Bakı şəhəri 13 saylı notariat kontorunda rəsmiləşdirilən alqı-satqı müqaviləsi satıcı tərəfindən verilən etibarnamə əsasında 13 mart 2019-cu ildə icra olunub ki, bu tarixdə artıq etibarnaməni verən şəxs vəfat edib və etibarnamə ilə əməliyyat aparan şəxs Cavabdeh3 bu barədə bilirdi. Bu səbəbdən göstərilən alqı-satqı müqaviləsi ləğv olunmalıdır. Alqı-satqı müqaviləsi ləğv olunduğunda, həmin alqı-satqı müqaviləsinin əsasında verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış da ləğv olunmalıdır. Yenə də Azərbaycan Respublikası MPM-nini 78.2-ci maddəsinə əsaslanmaqla, Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsi, ev 100-də yerləşən 54 saylı mənzilə aid X4 adına verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın da təsdiq olunan surətinin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən alınmasını xahiş edir. Yuxarıdakı səbəblərdən göstərilən alqı-satqı əməliyyatının ləğv olunması xahişi ilə Bakı şəhəri 13 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat İdarəsinin 29.04.2020-ci il tarixli, 05/G-02-13 saylı məktubu ilə bildirilib ki, guya X20 sağlığında - 24.02.2017-ci ildə Quba rayon notariat ofisində özünə məxsus əmlaklarına dair qanunvericiliklə müəyyən olunan qaydada 2 nəfər şahidin iştirakı ilə vətəndaş Cavabdeh1 adına vəsiyyətnamə qoyub. Ona bu barədə Ədliyyə Nazirliyinin məktubunu aldıqdan sonra məlum olub. 2017-ci ildə A.Çebaotaryova belə vəsiyyətnamə verə bilməzdi, belə ki, həmin dövrdə, o, yataq xəstəsi idi və onun notariat ofisinə getməsi fiziki cəhətdən qeyri-mümkün idi. Həmçinin onu da bildir ki, göstərilən vaxt A.Çebotaryovanın əqli və psixi durumu da aydın deyildi və, o, öz fikirlərini və iradə ifadəsini müstəqil şəkildə həyata keçirə bilmirdi. Bu səbəblərdən göstərilən vəsiyyətnamə Cavabdeh1 tərəfindən saxta yolla tərtib olunub, ya da A.Çebotaryovanın xəstəliklərindən sui-istifadə olunmaqla tərtib olunub.Qeyd olunanlara əsasən 24 fevral 2017-ci il tarixdə Quba rayon notariat ofisində Cavabdeh1 adına rəsmiləşdirilmiş vəsiyyətnamənin etibarsız sayılması, Bakı şəhəri,Nizami rayonu,M.Şərifli küçəsindəki 100 saylı evin 54 saylı mənzilin 13 mart 2019-cu il tarixdə özgəninkiləşdirilməsi barədə alqı-satqı müqaviləsinin etibarsız sayılması,göstərilən daşınmaz əmlaka Cavabdeh3 adına DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın və müvafiq texniki sənədlərin ləğv edilməsi,göstərilən mənzilə qanun üzrə vərəsəlik hüququ əsasında onun vərəsəlik hüququnun tanınması,göstərilən mənzilin Cavabdeh3 və onu qanunsuz yollarla əldə etmiş digər şəxslərdən məcburu qaydad alınaraq ona qaytarılmasıbarədə qətnamə,cavabdehlər Cavabdeh3 və qanunsuz alqı-satqıda iştirak etmiş şçəxslərin əməllərində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulancinayətlərin tərkibi olduğundan onların hərəkətlərində cimayətin əllamətləri olması barədə müvafiq prokurorluğa xəbər verilməsi barədə xüsusi qərardad çıxarılmasını xahiş edir. Cavabdeh1 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, Qanunvericiliyin tələbinə uyğun olaraq, məhkəmə qətnamələri qəbul olunub. Sözü gedən mənzim onun mülkiyytimə veriləb. Mərhum sağ vaxtında ümumiyyətlə iddiaçını heç qapısına da, buraxmırdı, indi durub qəlib deyir ki, mənəsi olduğu üçün ona pay düşür.Hesab edir ki, iddia tamamilə əsassızdır, xahiş edir iddia tələbinin rədd olunması ilə bağlı qətnamə çıxarılsın. Əvvəlki məhkəmə iclasında iştirak edərək izahat vermiş Cavabdeh3 nümayəndəsivəkili Vəkil iddianıqismən qəbul etmiş və izahat verərək göstərmişdir ki,iddiaçının vərəsə kimi tanınmasına etiraz etmir. Qaldı ki, mənzilə dair mübahisəyə, həmin mənzilə dair mərhum sağ olan vaxtı hüquqlarını müdafiə etdiyim şəxsə etirbanramə verib və həmin etibarnamənin əsasında mənzil rəsmiləşdirilib və özgəninkiləşdirilib.Hesab edir ki,hüquqlarını müdafiə etdiyi şəxsə qarşı iddia təmin olunmamalıdır, vərəsəliklə bağlı isə iddianın təmin olunmasına etiraz etmir. Cavabdehlər Quba Cavabdeh2əzinin notariat kontoru, Cavabdeh3, Bakı şəhər 13 saylı Dövlət Notariat Kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmalarına baxmayaraq Cavabdeh3 məhkəmə iclasına gəlməmiş,digər cavabdehlər isə nümayəndələrini göndərməmişlər. Nəhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmamalıdır. İş materiallarında olan: Doğum haqqında şəhadətnamədən görünür ki, X22 26.06.1938-ci il tarixdə Quba rayonunda anadan olmuşdur. Doğum haqqında şəhadətnamədən görünür ki, X5 28.03. 1957-ci il tarixdə Quba rayonunda anadan olmuşdur. Doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1982-ci il tarixdə Ermənistan Respublikasının Krasnoselsk rayonunda anadan olmuşdur. X27 Alaksandroviç, anası X9. Ölüm haqqında şəhadətnamədən görünür ki, X17 11 aprel 2004-cü il tarixdə Quba rayonunda vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X18 39.05.1983-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X13 23.04.2006-cı il tarixdə Quba rayonunda vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X14 23.06.1981-ci il tarixdə Quba rayonunda vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X22 12.03.2019-cu il tarixdə Quba rayonunda vəfat etmişdir. Quba rayonu Vladimirovka kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 07.03.2018ci il tarixli arayışdan görünür ki, X18 31.05.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X35 Minayeviç 1941-1945-ci illərdə itkin düşüb, oğlu X14 23.06.1981-ci ildə vəfat edib,qızı X22 26.06.1936-cı il tarixdə anadan olub. Quba rayonu Vladimirovka kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 04.02.2020ci il tarixli arayışdan görünür ki, X5 28.03.1957-ci il tarixdə Quba rayonunda anadan olmuşdur.X28 Yakovlevna (18.09.1957) və oğlu X2 (xx.xx.1982-ci il) Quba rayonu Vladimirovka kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 19.03.2019cu il tarixli arayışdan görünür ki, X14 Vladimirovka kəndində qeydiyyatdadır və mərhum X8 nəvəsidir. 13 mart 2019-cu il tarixli,AN-İ seriyalı,0577625 saylı alqı-satqı müqaviləsindən görünür ki,X22 nümayəndəsi Cavabdeh3 vasitəsi ilə Bakı şəhəri,Nizami rayonu,M.Şərifli küçəsindəki 100 saylı evin 54 saylı mənzilini 43000 manata X1. DƏDRX-dən verikmiş ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri,Nizami rayonu,M.Şərifli küçəsindəki 100 saylı evin 54 saylı mənzili 08.12.2016-cı il tarixdə X22 mülkiyyət hüququ qeydiyyatdan keçmişdir. 12 avqust 2017-ci il tarixli etibarnamədən görünnür ki, X22 12.08.2020-ci il tarixinədək Quba rayonu İvanovka kəndində yaşayan Cavabdeh3 özünə məxsus olan əmlaklara dair notarial qaydada təsdiq olunmuş etibarnamə vermişdir. 24 fevral 2017-ci il tarixdə Quba rayon notariusu X30 tərəfindən təsdiq olunmuş vəsiyyətnamədən görünür ki, Bakı şəhəri,Nizami rayonu,M.Şərifli küçəsindəki 100 saylı evin 54 saylı mənzilidə yaşayan X22 ötən günədək ona məxsus olan bütün əmlakını ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh1 vəsiyyət etmişdir. 11 fevral 2020-ci il tarixli mirasın qəbulu barədə notarias ofisinə verilən ərizıdən görünür ki, Cavabdeh1 X15 miras qalmış Bakı şəhəri,Nizami rayonu,M.Şərifli küçəsindəki 100 saylı evin 54 saylı mənzili vəsiyyətnamə əsasında qəbul etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1218/2020-ci il tarixli qətnaməsindən görünür ki,iddiaçı Cavabdeh1 cavabdeh Bakı şəhəri 30 saylı Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması barədə iddiası təmin olunmuş,12 mart 2019-cu il tarixdə vəfat etmiş X15 miras qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət Cavabdeh1 münasibətdə uzaldılmışdır. DƏDRX-dən ünvan 2 ünvanlanmış 18.08.2020-ci il tarixli məktubun məzmunundan görünür ki, Bakı şəhəri,Nizami rayonu,M.Şərifli küçəsindəki 100 saylı evin 54 saylı mənzili 08.12.2016-cı il tarixdə X22 mülkiyyət hüququ ilkin qeydiyyatdan keçmişdir.45 saylı DNKnın 4Ə/14 reyestr nömrəli 23.02.2016-cı il tarixli renta müqaviləsinə əsasən X24 adına qeydiyyatdan keçmişdir. 4Ə/14 reyestr nömrəli 23.02.2016-cı il tarixli renta müqaviləsinə əsasən X24 adına qeydiyyatdan keçmişdir. 45 saylı DNK-nın 30.11.2016-cı il tarixli 3M-79 reyestr nömrəli renta müqaviləsinin ləğvi barədə sazişə əsasən X16 adına qeydiyyatdan keçmişdir.13 saylı DNK-nın 4Ə/60 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X19 adına adına qeydiyyatdan keçmişdir.Qusar rayon notariat ofisinin təsdiq etdiyi 26.02.2020ci il tarixli 4Ə/437 nömrəli alqı-satqı müqaviləsinə əsasən X10 adına adına qeydiyyatdan keçmişdir Quba Rayon Məhkəməsinin 2(027)-1164/2020-ci il tarixli qətnaməsindən görünür ki,iddiaçı X3 Cavabdeh1,Quba Cavabdeh2əzinin notariat kontoruna,Cavabdeh3, Bakı şəhərindəki 13 saylı DNK-na və Azərbaycan Respublikasının ƏMDK-nin DƏDRX-nə qarşı, vəsiyyətnamənin etibarsız sayılması, əmlakın özgəninkiləşdirilməsi barədə müqavilənin (alğı-satqı müqaviləsinin) etibarsız sayılması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması,mənzilə vərəsilik hüququ əsasında mülkiyyət hüququnun tanınması və mənzilin qeyri-qanuni sahiblikdən geri qaytarılması” barədə iddiası təmin olunmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1352/2021 saylı iş üzrə qəbul etdiyi 13.07.2021-ci il tarixli qərardadından görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)- 1164/2020-ci il tarixli qətnaməsi ləğv olunmuş və işə mahiyyəti üzrə baxılması üçün iş materialları Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İşin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, RX seriyalı,0967753 saylı 08.12.2016-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri,Nizami rayonu,M.Şərifli küçəsindəki 100 saylı evin 54 saylı mənzili X16 mülkiyyətində olmuşdur. X22 sağlığında 12.082017-ci il tarixli etibarnamə əsasında onun adından sənədləşmə və digər hərəkətlər etməyi Cavabdeh3 etibar etmişdir. X22 12.03.2019-cu il tarixdə vəfat etmişdir.Onun etibarnamə üzrə nümayəndəsi Cavabdeh3 13.03.2019-cu il tarixdə mənzili X1. Bundan başqa, 24 fevral 2017-ci il tarixdə Quba rayon notariusu X30 tərəfindən təsdiq olunmuş vəsiyyətnamə əsasında X22 ötən günədək ona məxsus olan bütün əmlakını ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh1 vəsiyyət etmişdir. Hazırkı iş üzrə iddiaçı X7 X8 nəvəsidir. X22 isə X8 bacısıdır. İşin halları ilə müəyyən olunmuşdur ki, X22 sağlığında mülkiyyətində olmuş Bakı şəhəri,Nizami rayonu,M.Şərifli küçəsindəki 100 saylı evin 54 saylı mənzil dair Cavabdeh1 vəsiyyətnamə verərkən hər hansı qanun pozuntusuna və ya əqdin etibarsızlığına əsas olan hallara yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir İddiaçı X7 mirasqoyan X16 ailə üzvü olmadığından onun mirasdan məcburi pay almaq hüququ yoxdur. Belə olan halda mübahisələndirilən vəsiyyətnamənin mövcudluğu iddiaçının əmlaka dair hər hansı bir subyektiv hüququnun olmasını istisna edir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki,iddiaç bu iddia tələbləri üzrə subyektiv hüquqa malik olmadığından iddia təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Quba Cavabdeh2əzinin notariat kontoruna, Cavabdeh3, Bakı şəhər 13 saylı Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “vəsiyyətnamənin etibarsız sayılması, əmlakın özgəninkiləşdirilməsi barədə müqavilənin (alğı-satqı müqaviləsinin) etibarsız sayılması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması,mənzilə vərəsilik hüququ əsasında mülkiyyət hüququnun tanınması və mənzilin qeyri-qanuni sahiblikdən geri qaytarılması”barədə iddiası təmin olunmasın Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar