Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-356/2022 04.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədriyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "ABC TELEKOM” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı-"xxxx"MMC . Cavabdeh-Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə: xx.xx.2019-cu il tarixli müqavilə. Müqavilənin predmet-nisyə alqı-satqı Tələb olunan məbləğ:446 manat ödənilməmiş hissə,128 manat cərimə,cəmi 574 manat borc və 30 manat dövlət rüsumu. Məhkəmə iclasında İddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da məhkəməyə gəlməmiş və məhkəmə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar:Alq-satqı müqaviləsi,ödəniş cədvəli,əşyanın təhvil-təslim aktı,maliyyə arayışı,dövlət rüsumunun ödənilməsi barədə qəbz,pretenziya qaydasına əməl olunmasına dəlalət edən xəbərdarlıq məktubu. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Mülkü Prosessual Məcəlləsi:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 467.Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbini ödənilməmiş hissə(əsas borc)və cərimə hissəsində əsaslı hesab edir. Cərimənin azaldılmasını və 10 manat müəyyən olunmasını məqsəduyğun hesab edir. Beləliklə, məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh "ABC TELEKOM” MMC-nin xeyrinə 446 manat ödənilməmiş hissə, 10 manat cərimə, cəmi 556 manat borc və 30 manat dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİM:
İddia qismən təmin edilsin. Cavabdeh "ABC TELEKOM” MMC-nin xeyrinə 446 manat ödənilməmiş hissə,10 manat cərimə, cəmi 456 manat borc və 30 manat dövlət rüsumu tutulsun Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Fikrət Mirzəyev