Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3580/2021 15.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim sədrliyi, Məhkəmə iclasının Həsənova Vəfa Oruc qızının katibliyi, Maraqlı şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin baş inspektoru polis polkovnik-leytenantı X3 iştirakları ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq Komissiyanın 03.02.1998-ci il tarixli 15 nömrəli protokolunda qeyd edilən X1 adının ona, yəni AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin sahibi Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə maraqlı tərəf Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin baş inspektoru polis polkovnik-leytenantı X4 ərizəçinin arxiv şəxsi işinin xidmətkeçmə siyahısında döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyatın aşkar olunmamasını, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mübahisənin olmasını hazırda hüquq haqqında mübahisə yarandığından onun ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Həmçinin o bildirdi ki, bakı İnzibati məhkəməsinin 20.10.2020-ci il tarixli 2-1(112)-1676 saylı qərarı ilə ərizəçinin müharibə veteranı vəsiqəsinin təkrar verilməsi tələbi təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Ərizəçi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin etirazını və iş matirallarını nəzərdən keçirərək hesab edir ki, etiraz təmin edilməli və mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması halı aşkar edilərsə, hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd edir ki, hazıki iş üzrə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən ərizə mübahisələndirilir və bu mülki işin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə hesab edir ki, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi dair ərizəsi üzrə hüquq haqqında mübahisə yarandığından, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 306, 260, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq Komissiyanın 03.02.1998-ci il tarixli 15 nömrəli protokolunda qeyd edilən X1 adının ona, yəni AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin sahibi Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3580/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3580/2021
15.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver