Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3621/2021 08.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı Qərı̇ b oğlunun vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qərı̇ b oğlunun Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliklərinin pozulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qərı̇ b oğlu Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliklərinin pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış müqavilələrin ləğv edilməsi və onun xeyrinə cavabdeh tərəfindən qanunsuz olaraq müsadirə olunmuş dövlət qeydiyyat nişanı AZ-90-F-022 olan Hitachi ZW-220 markalı Frontal Yükləyici, dövlət qeydiyyat nişanı AZ-90-F-020 olan Hitachi ZX-210W-3-markalı ekskavator, dövlət qeydiyyat nişanı AZ-90-F-021 olan Hitachi ZX-210LC-3-markalı ekskavator, dövlət qeydiyyat nişanı AZ-90-F-023 olan J CB 3CX-WS-SM markalı ekskavatorların alınaraq ona geri qaytarılıb təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "General-İnşaat” MMC-nin direktoru timsalında cavabdehlə onun arasında Gürcüstana texnika göndərmək üçün müvəqqəti ixrac/idxal haqqında 10.01.2018-ci il tarixli AZR 01 saylı müqavilə və 10.02.2018-ci il tarixli 08 saylı müqavilə imzalanmışdır. Həmin müqavilələrin şərtlərinə əsasən, mülkiyyət hüququ ilə ona məxsus dövlət qeydiyyat nişanı AZ-90-F-022 olan Hitachi ZW-220 markalı Frontal Yükləyici, dövlət qeydiyyat nişanı AZ-90-F-020 olan Hitachi ZX-210W-3-markalı ekskavator, dövlət qeydiyyat nişanı AZ-90-F-021 olan Hitachi ZX-210LC-3 markalı ekskavator, dövlət qeydiyyat nişanı AZ-90-F-023 olan JCB 3CX-WS- SM markalı ekskavator, texniki nəqliyyat vasitələri icarə əsasında müvəqqəti olaraq Gürcüstan Respublikasında göndərilməsi və bununla əlaqədar bütün zəruri prosedurların həyata keçirilməsi nəzərdə tutulmuşdur. İddiaçı bildirir ki, o, öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirmiş, lakin qeyd olunan texnikalar cavabdeh tərəfindən Gürcüstanda təyinatına uyğun olaraq istifadə edilməməklə yanaşı cavabdeh təşkilat tərəfindən bütün öhdəliklər birmənalı şəkildə yerinə yetirilməmişdir. Mülkiyyət hüququ ilə ona məxsus olan texnikalar Gürcüstanda cavabdeh tərəfindən saxlanılmış, müqavilələrin şərtləri tam pozulmuş, cavabdeh təşkilat ona heç bir ödəniş etmədən onun mülkiyyətində olan texnikaları qanunsuz olaraq mənimsəmiş və ondan qanunsuz olaraq əlavə gəlir və fayda götürməkdədir. İddiaçı Qərı̇ b oğlu qeyd olunan məsələnin məhkəməyədək mərhələdə həll edilməsi ilə bağlı cavabdeh təşkilata “pretenziya” məktubu göndərsə də, cavabdeh təşkilat tərəfindən ona heç bir məlumat verilməmiş, o isə öz növbəsində pozulmuş hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və bir tərəfli qaydada razılaşdırılmış şərti pozmuşdur. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O, nəqliyyat vasitələrinin hamısının İddiaçı Qərı̇ b oğluna məxsus olmasını, həmin nəqliyyat vasitələrinin artıq ölkə ərazisində olduğunu, nəqliyyat vasitələrindən dövlət qeydiyyat nişanı AZ-90-F-021 olan Hitachi ZX-210LC-3 markalı ekskavator ilə bağlı icrarə müqaviləsini tapa bilmədiklərini, lakin onun da cavabdeh təşkilatda olmasını, onun tərəfindən qaytarılmamasını bildirdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - TF 002798 nömrəli, 14.12.2017-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, dövlət qeydiyyat nişanı AZ-90-F-020 olan Hitachi ZX-210W-3-markalı ekskavatorun mülkiyyətçisi İddiaçı Qərı̇ b oğludur. - TF 002810 nömrəli, 20.12.2017-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, dövlət qeydiyyat nişanı AZ-90-F-023 olan J CB 3CX-WS-SM markalı ekskavatorun mülkiyyətçisi İddiaçı Qərı̇ b oğludur. - TF 002809 nömrəli, 20.12.2017-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, dövlət qeydiyyat nişanı AZ-90-F-022 olan Hitachi ZW-220 markalı ekskavatorun mülkiyyətçisi İddiaçı Qərı̇ b oğludur. - TF 02814 nömrəli, 21.12.2017-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, dövlət qeydiyyat nişanı AZ-90-F-021 olan HİTACHİ ZX-210LC-3-markalı ekskavatorun mülkiyyətçisi İddiaçı Qərı̇ b oğludur. - "General-İnşaat” MMC ilə İddiaçı Qərı̇ b oğlu arasında bağlanmış Gürcüstana texnika göndərmək üçün müvəqqəti ixrac/idxal haqqında 10.01.2018-ci il tarixli, AZR 01 saylı müqavilədən görünür ki, İddiaçı Qərı̇ b oğlunun mülkiyyətində olan dövlət qeydiyyat nişanı AZ-90-F-022 olan Hitachi ZW-220 markalı Frontal Yükləyici, dövlət qeydiyyat nişanı AZ-90-F-020 olan Hitachi ZX-210W-3-markalı ekskavator və dövlət qeydiyyat nişanı AZ- 90-F-023 olan JCB 3CX-WS-SM markalı ekskavator adlı texniki nəqliyyat vasitələri "General-İnşaat” MMC-yə icarəyə verilir və həmin texnikaları cəmiyyət Gürcüstan Respublikasına müvəqqəti ixrac/idxal əsasında “General-İnşaat Georgia” filialının adına 3 il müddətinə icarəyə göndərilir. -İddiaçı Qərı̇ b oğlu tərəfindən Cavabdeh MMC-nin direktoruna ünvanlanan 23.10.2019-cu il tarixli müraciətdən görünür ki, İddiaçı Qərı̇ b oğlu sadalanan texnikaların təyinatına uyğun istifadə edilməməsini cəmiyyət tərəfindən müqavilə üzrə öhdəliklərə əməl olunmamasına görə əmlaklarının 10 gün müddətində ona təhvil verilməsini təmin edilməsini, əgər tələbi yerinə yetirilmədiyi halda aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına və məhkəməyə müraciət edəcəyini bildirmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh MMC ilə İddiaçı Qərı̇ b oğlu arasında bağlanmış Gürcüstana texnika göndərmək üçün müvəqqəti ixrac/idxal haqqında 10.01.2018-ci il tarixli AZR 01 saylı müqavilə imzalanmış, müqavilələrin şərtlərinə əsasən, mülkiyyət hüququ ilə ona məxsus dövlət qeydiyyat nişanı AZ-90-F-022 olan Hitachi ZW- 220 markalı Frontal Yükləyici, dövlət qeydiyyat nişanı AZ-90-F-020 olan Hitachi ZX-210W- 3-markalı ekskavator, və dövlət qeydiyyat nişanı AZ-90-F-023 olan JCB 3CX-WS-SM markalı ekskavator, texniki nəqliyyat vasitələri icarə əsasında 3 il müddətinə müvəqqəti olaraq Gürcüstan Respublikasında göndərilməsi və bununla əlaqədar bütün zəruri prosedurların həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı İddiaçı Qərı̇ b oğlu tərəfindən cavabdehə ünvanlanmış 23.10.2019-cu il tarixli pretenziya məktubu göndərilmiş, iddiaçı texnikaların təyinatına uyğun istifadə edilməməsini cəmiyyət tərəfindən müqavilə üzrə öhdəliklərə əməl olunmamasına görə əmlaklarının 10 gün müddətində ona təhvil verilməsinin təmin edilməsini, əgər tələbi yerinə yetirilmədiyi halda aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına və məhkəməyə müraciət edəcəyi barədə cavabdehi xəbərdar etmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl edilməmiş və iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. İcarə müqaviləsinin müddəti 10.01.2021-ci il tarixdə bitmişdir. Buna baxmayaraq həmin texnikalar hələ də iddiaçıya qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 705-ci maddəsinə əsasən, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun: 7.5-ci maddəsinə əsasən, icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar; Göründüyü kimi, tərəflər arasında bağlanmış icarə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, Cavabdeh MMC icarə müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, icarəyə götürülmüş texnikanı təyinatına uyğun istifadə etməməsi və onların qaytarılması ilə bağlı iddiaçının tələblərinə məhəl qoymamış, tərəflər arasında bağlanılmış icarə müqaviləsinin müddətinin başa çatmasına baxmayaraq, hələ də icarə obyektlərini icarəyə verənə qaytarmamış, bununla da müqaviləsinin şərtlərini, icarə ilə bağlı qanunvericiliyin tələblərini pozmuş və həmin texnikaları qanunsuz olaraq özündə saxlamaqla mülkiyyətçiyə təhvil verməmişdir. Belə olan halda iddia tələbi bu hissədə təmin edilməli cavabdeh tərəfindən iddiaçıya məxsus dövlət qeydiyyat nişanı AZ-90F-022 olan "Hitachi ZW-220" markal frontal yükləyici, dövlət qeydiyyat nişanı AZ-90F-020 olan "Hitachi ZX210W-3" markalı ekskavator və dövlət qeydiyyat nişanı AZ-90F-023 olan "JCB3CX-4WS-SM" markalı ekskavator İddiaçı Qərı̇ b oğluna qaytarılaraq ona təhvil verilməlidir. Məhkəmə iddia tələbinin 10.01.2018-ci il tarixli AZR 01 saylı müqavilənin ləğv edilməsi hissəsi ilə bağlı bildirir ki, "xxxx" MMC ilə İddiaçı Qərı̇ b oğlu arasında bağlanmış Gürcüstana texnika göndərmək üçün müvəqqəti ixrac/idxal haqqında 10.01.2018-ci il tarixli AZR 01 saylı müqavilə 3 il müddətinə bağlanıldığından və həmin müddət 10.01.2021-ci il tarixdə bitdiyindən, həmin müqavilənin artıq hüquqi qüvvəsini itirməsi ilə bağlı onun məhkəmə tərəfindən ləğv edilməsinə gərək qalmamışdır. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbində qeyd olunan dövlət qeydiyyat nişanı AZ-90-F-023 olan JCB 3CX-WS-SM markalı ekskavatora münasibətdə bildirir ki, bu nəqliyyat vasitəsinin icarə müqaviləsi əsasında cavabdehə verilməsi ilə bağlı hazırda məhkəməyə sübutlar təqdim edilmədiyi üçün tələb həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, “General-İnşaat" MMC tərəfindən 10.01.2018-ci il tarixli “Gürcüstana texnika göndərmək üçün müvəqqəti ixrac/idxal” müqaviləsi üzrə dövlət qeydiyyat nişanı AZ-90F-022 olan "Hitachi ZW-220" markal frontal yükləyici, dövlət qeydiyyat nişanı AZ-90F-020 olan "Hitachi ZX210W-3" markalı ekskavator və dövlət qeydiyyat nişanı AZ-90F-023 olan "JCB3CX-4WS-SM" markalı ekskavator İddiaçı Qərı̇ b oğluna qaytarılaraq ona təhvil verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iddiaçıya izah olunsun ki, dövlət qeydiyyat nişanı AZ-90-F-023 olan JCB 3CX-WS-SM markalı ekskavatorun icarəyə verilməsi ilə bağlı təsdiqedici sənədlər əldə etdikdən sonra həmin texnika ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona aid edilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin olunsun. Cavabdeh MMC tərəfindən 10.01.2018-ci il tarixli “Gürcüstana texnika göndərmək üçün müvəqqəti ixrac/idxal” müqaviləsi üzrə dövlət qeydiyyat nişanı AZ-90F-022 olan "Hitachi ZW-220" markal frontal yükləyici, dövlət qeydiyyat nişanı AZ-90F-020 olan "Hitachi ZX210W-3" markalı ekskavator və dövlət qeydiyyat nişanı AZ-90F-023 olan "JCB3CX-4WS-SM" markalı ekskavator İddiaçı Qərı̇ b oğluna qaytarılaraq ona təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3621/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3621/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver