Məhkəmə qərarları › İş №2(007)-3646/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3646/2021

23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3646/2021 23.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçıMMC (İlqar-MR MMC)-nin cavabdehlər Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə, Cavabdeh2 MMC-nə, Cavabdeh3ASC-nə, Cavabdeh2 MMC-nin faktiki rəhbəri Cavabdeh4, Cavabdeh2 MMC-nin faktiki rəhbəri Cavabdeh5,Cavabdeh6a,Lyuks Monolit- Mingəçevirə, "xxxx"MMC-nə Cavabdeh9MMC-nə, “MM İnşaat MMC-nə,"xxxx" MMMC-nə, "xxxx"MMC-nə,Cavabdeh13 müəssisəsinə, Sumqayıt Dəmir Beton müəssisəsinə, “Təməl- T-Mehdiabad müəssisəsinə “X1”müəssisəsinə,Cavabdeh17 müəssisəsinə,Xəzər Beton müəssisəsinə,Cavabdeh19-nə “7HİLLS MTK” müəssisəsinə, “Alians Beton”müəssisəsinə, "xxxx"MMC-nə, "xxxx" MMC-nə,Bakı Mexanikləşdirmə ASC-1 ASC-nə, “Azsaks”Beton müəssisəsinə, “Cavabdeh27”müəssisəsinə, Ceyranbatan Dəmir Beton-4 ASC-nə,fiziki şəxs Cavabdeh29, “Cavabdeh31”müəssisəsinə, Cavabdeh30MMC-Qaradağ, “Cavabdeh32”müəssisəsinə,Cavabdeh33 müəssisəsinə, "xxxx" MMC-nə, “Ballı Qaya Beton” müəssisəsinə, “Avand-R İnşaat MMC-nə “Azəri Bərpa”Beton Zavoduna qarşı İddiaçıMMC(İlqar-MR MMC) iləCavabdeh2 MMC arasında bağlanmış 07.01.2015-ci il tarixli tapşırıq müqaviləsinəə əsasən vəkalət alan,yəni Cavabdeh2 MMC, NORM”ASC arasında bağlanmış 07.01.2015-ci il tarixli 2015/ASM/94 saylı,sement məhsullarının alqısatqı müqaviləsinə əsasən İddiaçıMMC(İlqar-MR MMC) cəmiyyətinin adından NORM”ASC-də qəbul etdikləri sement məhsullarını çoxsaylı topdansatış,fiziki şəxslər və beton zavodlarına paylanması nəticəsində Cəmiyyətə və NORM”ASC-nə ödənilmiş məbləğin,sənədlərin və dövlət Büdcəsinə mənimsənilmiş küllü miqdarda vəsaitlərin geri qaytarılması”barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçıMMC(İlqar-MR MMC) cavabdehlər Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə, Cavabdeh2 MMC-nə, Cavabdeh3ASC-nə, Cavabdeh2 MMC-nin faktiki rəhbəri Cavabdeh4, Cavabdeh2 MMC-nin faktiki rəhbəri Cavabdeh5,Cavabdeh6a,Lyuks Monolit- Mingəçevirə, "xxxx"MMC-nə Cavabdeh9MMC-nə, “MM İnşaat MMC-nə, "xxxx" MMMC-nə "xxxx"MMC-nə,Cavabdeh13 müəssisəsinə, Sumqayıt Dəmir Beton müəssisəsinə, “Təməl- T-Mehdiabad müəssisəsinə, “X1”müəssisəsinə,Cavabdeh17 müəssisəsinə,Xəzər Beton müəssisəsinə,Cavabdeh19-nə “7HİLLS MTK” müəssisəsinə, “Alians Beton”müəssisəsinə, "xxxx"MMC-nə, "xxxx" MMC-nə,Bakı Mexanikləşdirmə ASC-1 ASC-nə, “Azsaks”Beton müəssisəsinə, “Cavabdeh27”müəssisəsinə, Ceyranbatan Dəmir Beton-4 ASC-nə,fiziki şəxs Cavabdeh29, “Cavabdeh31”müəssisəsinə, Cavabdeh30MMC-Qaradağ, “Cavabdeh32”müəssisəsinə,Cavabdeh33 müəssisəsinə, "xxxx" MMC-nə, “Ballı Qaya Beton” müəssisəsinə, “Avand-R İnşaat MMC-nə “Azəri Bərpa”Beton Zavoduna qarşı İddiaçıMMC(İlqar-MR MMC) iləCavabdeh2 MMC arasında bağlanmış 07.01.2015-ci il tarixli tapşırıq müqaviləsinə əsasən vəkalət alan,yəni Cavabdeh2 MMC, NORM”ASC arasında bağlanmış 07.01.2015-ci il tarixli 2015/ASM/94 saylı,sement məhsullarının alqısatqı müqaviləsinə əsasən İddiaçıMMC(İlqar-MR MMC) cəmiyyətinin adından NORM”ASC-də qəbul etdikləri sement məhsullarını çoxsaylı topdansatış,fiziki şəxslər və beton zavodlarına paylanması nəticəsində Cəmiyyətə və NORM”ASC-nə ödənilmiş məbləğin,sənədlərin və dövlət Büdcəsinə mənimsənilmiş küllü miqdarda vəsaitlərin geri qaytarılması”barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. İddiaçı həmin maddənin tələblərinə əməl etməmiş,cavabdehlərdən Cavabdeh3ASCnin, Cavabdeh9MMC-nin, "xxxx"MMC-nin ,Bakı Mexanikləşdirmə ASC-1 müəssisəsinin, Cavabdeh27”müəssisəsinin, Cavabdeh33 müəssisəsinin hüquqi ünvanlarını tam göstərməmişdir. Bundan başqa, iddiaçı məhkəmə aidiyyati qaydalarına əmnəl etməmiş, iddia tələbi kommersiya məhkəmələrində baxılan iddialara şamil olunduğu halda iddiaçı ümumi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin maddənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. İddiaçı özü və 2 cavabdeh istisna olunmaqla digər cavabdehlərin hamısı kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərdir.Cavabdeh kimi göstərilən fiziki şəxslər də kommersiya fəaliyyəti ilə məşğul olan müəssisələrin faktiki rəhbərləri kimi göstərilmişdir.İddianın predmetini də tərəflərin kommersiya fəaliyyəti ilə məşğul olması ilə əlaqədar yaranmış mübahisə təşkil edir.Belə olan halda bu işə ümumi məhkəmələrdə baxıla bilməz. Beləliklə hesab edirəm ki, iddia ərizəsi MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun tərtib olunmadığından və məhkəmə aidiyyəti pozulmaqla verildiyindən ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçıMMC(İlqar-MR MMC)-nin cavabdehlər Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə, Cavabdeh2 MMC-nə, Cavabdeh3ASC-nə, Cavabdeh2 MMC-nin faktiki rəhbəri Cavabdeh4, Cavabdeh2 MMC-nin faktiki rəhbəri Cavabdeh5,Cavabdeh6a,Lyuks Monolit- Mingəçevirə, "xxxx"MMC-nə Cavabdeh9MMC-nə, “MM İnşaat MMC-nə,"xxxx" MMMC-nə, "xxxx"MMC-nə,Cavabdeh13 müəssisəsinə, Sumqayıt Dəmir Beton müəssisəsinə, “Təməl- T-Mehdiabad müəssisəsinə “X1”müəssisəsinə,Cavabdeh17 müəssisəsinə,Xəzər Beton müəssisəsinə,Cavabdeh19-nə “7HİLLS MTK” müəssisəsinə, “Alians Beton”müəssisəsinə, "xxxx"MMC-nə, "xxxx" MMC-nə,Bakı Mexanikləşdirmə ASC-1 ASC-nə, “Azsaks”Beton müəssisəsinə, “Cavabdeh27”müəssisəsinə, Ceyranbatan Dəmir Beton-4 ASC-nə,fiziki şəxs Cavabdeh29, “Cavabdeh31”müəssisəsinə, Cavabdeh30MMC-Qaradağ, “Cavabdeh32”müəssisəsinə,Cavabdeh33 müəssisəsinə, "xxxx" MMC-nə, “Ballı Qaya Beton” müəssisəsinə, “Avand-R İnşaat MMC-nə “Azəri Bərpa”Beton Zavoduna qarşı İddiaçıMMC(İlqar-MR MMC) iləCavabdeh2 MMC arasında bağlanmış 07.01.2015-ci il tarixli tapşırıq müqaviləsinəə əsasən vəkalət alan,yəni Cavabdeh2 MMC, NORM”ASC arasında bağlanmış 07.01.2015-ci il tarixli 2015/ASM/94 saylı,sement məhsullarının alqısatqı müqaviləsinə əsasən İddiaçıMMC(İlqar-MR MMC) cəmiyyətinin adından NORM”ASC-də qəbul etdikləri sement məhsullarını çoxsaylı topdansatış,fiziki şəxslər və beton zavodlarına paylanması nəticəsində Cəmiyyətə və NORM”ASC-nə ödənilmiş məbləğin,sənədlərin və dövlət Büdcəsinə mənimsənilmiş küllü miqdarda vəsaitlərin geri qaytarılması”barədə iddia ərizəsi ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki,qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəmə aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar