Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3649/2022 22.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin və maliyyə arayışının etibarsız sayılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin və maliyyə arayışının etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən müvafiq prosessual pozuntulara yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat miqdarında dövlət rüsumu ödənilir. Hazırkı halda müəyyən edildi ki, iddiaçı "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Belə ki, iddiaçı tərəfindən hazırda qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd təqdim edilməmiş, iş materiallarında dövlət rüsumunun göstərilən məbləğdə ödənilməsini təsdiq edən hər hansı bir sənəd aşkar edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3268/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “maliyyə arayışlarının etibarsız sayılması və müqavilə öhdəliyinin vaxtında icra edilməməsi ilə bağlı cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmışdır. Belə ki, “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışlarından görünür ki, cavabdehlər Cavabdeh2 və Əliyev X1 rayonu, Düzyurd Ərazi Dairəsi, Düzyurd kəndində qeydiyyatdadırlar. Bundan başqa, iddiaçı cavabdehlər siyahısında Cavabdeh1 qeyd etsə də, onun şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları məhkəməyə təqdim etməmiş, eyni zamanda, həmin şəxsin hazırkı iddia ilə bağlılığı müəyyən edilməmişdir. Göründüyü kimi, cavabdehlərin Bakı şəhəri Nizami rayonunun ərazisində qeydiyyatda olmalarına dair məlumatlar mövcud deyil, ona görə hazırkı iddia ərizəsinin həmin rayonun məhkəməsi tərəfindən icraata qəbul edilərək işə baxılması mümkün deyildir. Belə olan halda, məhkəmə hesab edir ki, qeyd olunan nöqsanlara görə iddia ərizəsi iddiaçıya qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 150, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin və maliyyə arayışının etibarsız sayılması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı "xxxx" MMC-yə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-3649/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3649/2022
22.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver