Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3651/2022 07.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil tələbini onunla əsaslandırmışdır ki, mediasiya prosesi nəticəsində tərəflərin birgə nikahları dövründə əldə olunan əmlakın bölgüsünə dair onlar arasında xx.xx.2022-ci il tarixində barışıq sazişi bağlanıb. Maraqlı şəxs barışıq sazişinə əsasən, birgə nikah dövründə əldə edilən, Tovuz rayonu, İbrahim Hacılı kəndində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestindən Ərizəçi adına qeydiyyatdan keçmiş 0,1106 ha torpaq sahəsi üzərindəki 1/2 hissədə olan paydan, ünvan 1 ünvanında yerləşən,Daşınmaz Əmlakın Dövlət reyestrində Maraqlı şəxs adına qeydiyyatdan keçən, mənzilin üzərindəki 1/2 hissədə olan payından iddiaçının xeyrinə imtina edib. Maraqlı şəxs barışıq sazişinin könüllü icrası üçün xx.xx.2022-ci il tarixli bildiriş verilsə də, barışıq sazişi icra olunmayıb. Bildirir ki, “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsində nəzərdə tutulan könüllü icrası müddətinin keçməsinə baxmayaraq barışıq sazişinin tələbləri hələ də icra edilməyib. Hesab edir ki, maraqlı şəxs tərəfindən barışıq sazişinin tələbləri yerinə yetirilməlidir.Odur ki, qeyd olunanla əsasən Bakı 16 saylı Mediasiya Təşkilatında onunla Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişinin “birgə nikah dövründə əldə edilən, Tovuz rayonu, İbrahim Hacılı kəndində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestindən Ərizəçi adına qeydiyyatdan keçmiş 0,1106 ha torpaq sahəsi üzərindəki ½ hissədə olan payından, ünvan 1 ünvanında yerləşən,Daşınmaz Əmlakın Dövlət reyestrində Maraqlı şəxs adına qeydiyyatdan keçən, mənzilin üzərindəki ½ hissədə olan payından Ərizəçi xeyrinə imtina edir” hissədə təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərini nəzərə alaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan: Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 16 saylı Mediasiya Təşkilatında xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişində qeyd olunmuşdur ki, tərəflərin “birgə nikah dövründə əldə edilən, Tovuz rayonu, İbrahim Hacılı kəndində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestindən Ərizəçi adına qeydiyyatdan keçmiş 0,1106 ha torpaq sahəsi üzərindəki ½ hissədə olan payından, ünvan 1 ünvanında yerləşən,Daşınmaz Əmlakın Dövlət reyestrində Maraqlı şəxs adına qeydiyyatdan keçən,mənzilin üzərindəki ½ hissədə olan payından Ərizəçi xeyrinə imtina edir” Həmin sazişin mətnindən görünür ki,sazişin icra olunma müddəti 10 gün müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmələr xüsusi icraat qaydasında baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24 Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. İşin hallarından görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 16 saylı Mediasiya Təşkilatında xx.xx.2022-ci il tarixdə birgə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı barışıq sazişi bağlanmış,lakin Maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəlikləri 10 gün müddətində könüllü icra etməmişdir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə ərizəni əsaslı hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 16 saylı Mediasiya Təşkilatında xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişi:tərəflərin “birgə nikah dövründə əldə edilən, Tovuz rayonu, İbrahim Hacılı kəndində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestindən Ərizəçi adına qeydiyyatdan keçmiş 0,1106 ha torpaq sahəsi üzərindəki ½ hissədə olan payından, ünvan 2 ünvanında yerləşən, Daşınmaz Əmlakın Dövlət reyestrində Maraqlı şəxs adına qeydiyyatdan keçən, mənzilin üzərindəki ½ hissədə olan payından Ərizəçi xeyrinə imtina edir” hissədə təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-3651/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3651/2022
07.12.2022 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver