Məhkəmə qərarları › İş №2(007)-3658/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3658/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3658/2021 04.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.08.2019-cu il və 25.12.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən ona İMEİ kodu **********60283 olan Samsung Galaxy S10+ markalı telefona görə 715 manat ödənilməmiş hissə, 71 manat cərimə pulu borcun, İMEİ kodu **********80430 olan Samsung Galaxy A50 markalı telefona görə yaranmış 420 manat ödənilməmiş hissə, 42 manat cərimə pulu borcun, ümumilikdə 1248 manat dəyərində borcun və 30 manat ödənilmiş dövlət rüsumun, cəmi manat məbləğindən vəsaitin Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25 avqust 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2347 manat (12 ay x 179 manat + 199 manat ilkin ödəniş) olan İMEİ kodu **********60283 olan Samsung Galaxy S10+ markalı telefon üçün 715 manat ödənilməmiş hissə, 71 manat cərimə pulu borcun, ümumilikdə 786 manat borcu qalmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25 dekabr 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 630 manat (12 ay x 52.5 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu markalı telefon üçün 420 manat ödənilməmiş hissə, 42 manat cərimə pulu borcun, ümumilikdə 462 manat borcu qalmışdır. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25.08.2019-cu il tarixli, 00868175 nömrəli və 25.12.2019-cu il tarixli, 01155876 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 786 manat İMEİ kodu **********60283 olan Samsung Galaxy S10+ markalı telefon, ümumi dəyəri 462 manat İMEİ kodu **********80430 olan Samsung Galaxy A50 markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 21 iyul 2021-ci il tarixli maliyyə arayışından görünür ki Cavabdeh 25 avqust 2019-cu il tarixli müqavilə üzrə 715 manat ödənilməmiş hissə, 71 manat cərimə pulu borcun, ümumilikdə 786 manat qalmışdır. 21 iyul 2021-ci il tarixli maliyyə arayışından görünür ki X1 25 dekabr 2019-cu il tarixli müqavilə üzrə 420 manat ödənilməmiş hissə, 42 manat cərimə pulu borcun, ümumilikdə 462 manat qalmışdır. İşə əlavə olunmuş 22 iyul 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 25 avqust 2019-cu il və 25 dekabr 2019-cu il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşya (mal) almış, lakin həmin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 25 avqust 2019-cu il və 25 dekabr 2019-cu il tarixli müqavilələr üzrə 1135 manat ödənilməmiş hissə, 113 manat cərimə borcu olmaqla, ümumilikdə 1248 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar