Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-368/2023 17.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədlərin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən sahəsi 0.20 hektar olan 360 nömrəli bağ sahəsinə dair Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı İdarəsi ilə X11 arasında bağlanmış xx.xx.1973-cü il tarixli, 15338 nömrəli müqavilənin X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1973-cü il tarixli, 15338 nömrəli müqavilə əsasında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən sahəsi 0.20 ha olan 360 nömrəli bağ sahəsi mərhum X2na ayrılmışdır. X2 26 fevral 2010-cu il tarixdə rəhmətə getmiş, Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən 06 mart 2010-cu il tarixdə ölüm haqqında şəhadətnamə verilmiş və ölüm haqqında şəhadətnamədə isə atasının ata adı Movmin kimi qeyd edilmişdir. Qeyd olunan bağ sahəsinin onun adına vərəsəlik qaydasında keçməsi üçün Bakı şəhəri 33 saylı dövlət notariat ofisinə müraciət etmiş, Bakı şəhəri 33 saylı dövlət notariat ofisi, həmin bağ sahəsinə dair sənədlərin təqdim edilməsi məqsədi ilə xx.xx.2021-ci il tarixli, 70 nömrəli məktubla DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət elmişdir. Həmin bağ sahəsinin mərhum atasının adına ayrılmasına dair 15338 nömrəli, xx.xx.1973-cü il tarixli müqavilə təqdim edildikdən sonra Bakı şəhəri 33 saylı dövlət notariat ofisi tərəfindən mərhum atası X4 vərəsəsi kimi tanınmağı və Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 360 nömrəli bağ sahəsinə dair X4 adına çıxarış verilməsi üçün ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. ƏMDK yanırda DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli. **********76 nömrəli imtina məktubu ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 360 nömrəli bağ sahəsinə dair X4 adına qeydiyyata almaqdan imtina etmişdir. Həmin imtina məkubunun əsaslarında biri kimi qeyd olunmuşdur ki, Bağlar Təsərrüfatı İdarəsi tərəfindən bağlanmış 15338 nömrəli. xx.xx.1973-cü il tarixli müqavilədə hüquq sahibinin ata adında uyğunsuzluq mövcuddur. Halbuki, mərhum atasının adı Xəlil, soyadı Hüseynov, ata adı isə Movmindir. Atasına bağ sahəsi ayrılması barədə müqavilədə isə atasının adı, soyadı və ata adı X3 qeyd edilmişdir. Mərhum atasının ata adı evlənmə haqqında şəhadətnamədə və ölüm haqqında şəhadətnamədə isə X1 qeyd edilmişdir, Bağ sahəsinin ayrılmasına dair müqavilədə və atasının ölüm haqqında şəhadətnaməsində atasının ata adında uyğunsuzluq olduğuna görə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 360 nömrəli bağ sahəsinə dair X4 adına çıxarış verilməsindən imtina edilmişdir. Həmin müqavilədə qeyd olunan atasının ata adında düzəlişin aparılması mümkün olmadığı üçün o da məcburiyyət qarşısında qalaraq hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciə elməli olmuşdur. Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2023-cü il tarixdə keçiriləcək məhkəmə iclasında iştirak edə bilmədiyi üçün iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi isə məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən sahəsi 0,20 hektar olan 360 nömrəli bağ sahəsini onun atasına vermişlər, indi isə oranı o öz adına keçirtmək istəyir. Məhkəmə mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ İ seriyalı 400096 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 beyinə qansızma nəticəsində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 180 nömrə ilə qeyd edilmişdir. Bağ sahələsinin və tikintiləri üçün müddətli icarə verilməsi üçün xx.xx.1973-cü il tarixli, 15338 nömrəli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən sahəsi 0.20 hektar olan 360 nömrəli bağ sahəsi icarədar olaraq X7 təhvil verilmişdir. İ-ИЕ evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X8 xx.xx.1960-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı İdarəsi tərəfindən bağlanılmış xx.xx.1973-cü il tarixli, 15338 nömrəli müqavilədə hüquq sahibinin ata adında uyğunsuzluq mövcuddur. Hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.1973-cü il tarixli, 15338 nömrəli müqavilə əsasında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən sahəsi 0.20 ha olan 360 nömrəli bağ sahəsi X9 verilmişdir. Nikah haqqında və ölüm haqqında şəhadətnamələrdən görünür ki, Hüseynov Xəlilin ata adı “Movmin” kimi qeyd edilmişdir. Bununla əlaqədar ərizəçi atasının adına olan bağ sahəsini vərəsə olaraq adına qeydiyyata aldıra bilməmişdir. Ərizəçi müvafiq sənədi digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ərarvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenimunun xx.xx.2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə də ərizə təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən sahəsi 0.20 hektar olan 360 nömrəli bağ sahəsinə dair Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə X12 arasında bağlanmış xx.xx.1973-cü il tarixli, 15338 nömrəli müqavilənin X5 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən sahəsi 0.20 hektar olan 360 nömrəli bağ sahəsinə dair Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə X12 arasında bağlanmış xx.xx.1973-cü il tarixli, 15338 nömrəli müqavilənin X5 məxsus olması faktı müəyyən olunsun. Məhkəmə xərcləri qismində ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-368/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-368/2023
17.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver