Məhkəmə qərarları › İş №2(007)-369/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-369/2021

17.03.2021 · Sair mülki iş - Digər - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-369/2021 17.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cаvаbdеh Cavabdeh qаrşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Cavabdeh qаrşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2700 manat pulun və ödədiyi 30 manat dövlət rüsumun tutularaq, cəmi 2730 manat olmaqla ona verilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə 2017-ci ildən tanışlıq əlaqələri olmuşdur. 2018-ci ilin mart ayında Cavabdeh ondan öz uşağının müalicəsinə 1400 manat borc pul istəmişdir. Mart ayın da o, cavabdehə köməklik etmək məqsədi ilə Simaya 1400 manat borc pul vermişdir. Sima ona söz vermişdir ki, onun 1400 manat pulunu tezliklə qaytaracaqdır. Lakin xeyli müddət keçdikdən sonra cavabdeh onun pulunu, yəni 1400 manatı qaytarmamışdır. Üstəlik 2017-ci ildə sentyabr ayında Sima ondan yenidən borc pul istəmişdir. Sima ona bildirmişdir ki, Elida ona 1300 manat borc pul versin arxayın olsun, onun Novxanı qəsəbəsində torpağı var, satıb onun 2700 manat pulunu qaytaracaqdır. Simaya inanaraq o, Beynəlxalq bankın Xətai filialından 1300 manat pul kredit götürmüşdür. 2017-ci ilin sentyabr ayın 8-də o, Cavabdeh bankdan götürdüyü 1300 manat pul kreditini Simaya vermişdir. O vaxtdan indiyə qədər ona yalan vədlər verərək Cavabdeh onun verdiyi 2700 manat borc pulu qaytarmaqdan boyun qaçırır. Bununla bağlı o, Binəqədi Polis idarəsinə müraciət etmişdir, lakin Binəqədi rayon 4-cü Polis bölməsində ona bildirmişlər ki, onun işi mülki xarakter daşıyır və o, məhkəməyə müraciət etməlidir. Özü 2-ci qrup əlildir. Simanın ona qarşı elədiyi bu haqsızlığa dözə bilmir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, pulun verilməsini təsdiq edən sübutu yoxdur, pul verərkən yanında heç kim olmamışdır və hər hansı sənədləri imzalamamışlar. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilə bilməz. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 04.02.2020-ci il tarixli 060-1324-1220 saylı məktubundan görünür ki, tanışı Cavabdeh ilkin olaraq borc müqabilində verdiyi 1400 manat pulun və bankdan götürdüyü 1000 manat kredit məbləğinin ona qaytarılmaması zəmnində aranızda yaranmış mübahisə mülki xarakterlidir. Odur ki, Cavabdeh ilə aralarında yaranmış mübahisəyə dair Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4-cü maddəsinin tələbinə əsasən mülki iddiaçi qismində məhkəməyə müraciət edilməsi tövsiyyə olunur. - “xxxx” ASC-nin 08.09.2017-ci il tarixli 772-08.09.2017-SM26 saylı kredit müqaviləsinə dair ödəniş cədvəlindən (Əlavə № 1) görünür ki, bank tərəfindən İddiaçı 24 ay müddətinə, illik 27 faiz ödəmək şərti ilə 1000 manat məbləğində kredit verilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2700 manat pulun və ödədiyi 30 manat dövlət rüsumun tutularaq, cəmi 2730 manat olmaqla ona verilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Belə ki, iddiaçı iddia tələbində qeyd etmişdir ki, o, Cavabdeh ayrı-ayrı vaxtlarda 1400 və 1300 manat pul olmaqla, cəmi 2700 manat pul vermiş, lakin hazırkı vaxta qədər onun pulu geri qaytarılmamışdır. O, həmçinin qeyd etmişdir ki, xxxx” ASC-dən 1300 manat pul götürərək cavabdehə vermişdir. İş materiallarına əlavə edilmiş xxxx” ASC-nin ödəniş cədvəlindən görünür ki, bank tərəfindən İddiaçı 24 ay müddətinə, illik 27 faiz ödəmək şərti ilə 1000 manat məbləğində kredit verilmişdir. Lakin iddiaçı bankdan aldığı krediti cavabdehə verməsini, ümumiyyətlə iddia tələbi üzrə 2700 manat məbləğində pulu cavabdehə borca verməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, İddiaçı Cavabdeh borca pul verməsinə, iddia tələbində istinad etdiyi hallara dair məhkəməyə hər-hansı bir sübut təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçıların hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçıların tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. MPM-in: 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbini sübut edə bilməmiş, iddia tələbini əsaslandıra biləcəyi hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iddia ərizəsində göstərilən faktlar öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişlər. Beləliklə, məhkəmə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cаvаbdеh Cavabdeh qаrşı “Cavabdeh 2700 manat pulun və ödədiyi 30 manat dövlət rüsumun tutularaq, cəmi 2730 manat olmaqla ona verilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli olmadığından, iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cаvаbdеh Cavabdeh qаrşı “Cavabdeh 2700 manat pulun və ödədiyi 30 manat dövlət rüsumun tutularaq, cəmi 2730 manat olmaqla ona verilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar