Məhkəmə qərarları › İş №2(007)-369/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-369/2025

09.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-369/2025 09.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, Cavandehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Həmin mənzilə abunə kodu **********40026 olmaqla elektrik enerjisi xətti çəkilib. Qeyd etmək istəyir ki, o, hər ay istifadə etdiyim elektrik enerjisinə görə ödənişləri vaxtında həyata keçirir və onun "xxxx" ASC-yə heç bir borcu yoxdur. Lakin "xxxx" ASC tərəfindən **********40026 abunə koduna əsassız olaraq 899,10 (səkkiz yüz doxsan doqquz manat, on qəpik) manat borc olaraq onun üzərinə yazılıb. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o, heç bir əsas olmadan hesablanmış borca görə öhdəlik daşımır. Hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh hesablanmış borcun həmin mənzildə istehlak olunmuş elektrik enerjisi sərfiyyatı nəticəsində yarandığını sübuta yetirməlidir. Qeyd edilənlərə əsasən, iddia tələbini təmin edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xüsusi mülkiyyətimdə olan ünvan 1 ünvanında yerləşən mənzilə məxsus **********40026 abunə koduna əsassız olaraq hesablanmış 899,10 (səkkiz yüz doxsan doqquz manat, on qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavandehin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, 899,10 manat borc donmuş borcdur. 661,72 manat "Barmek" borcudur, 237,38 manat isə qaçqın limitinin keçilməsinə görə hesablanmış borcdur və hər biri üzrə silinmə aparılıb. Hazırda həmin borclar tələb olunmur, köhnə borclardır. İddiaçının hazırda borcu yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. - Abunə haqqında məlumatdan görünür ki, abunə kodu **********40026 olan abunəçi X2 899,1 manat borc müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı mülkiyyətindədir. Həmin mənzilin işıq ödənişləri onun əri X1 adından həyata keçirilir. Hazırda iddiaçı işıqdan istifadəyə görə xx.xx.2011-ci ildə hesablanmış 661,72 manat (BARMEK borcu) və xx.xx.2016-cı ildə hesablanmış 237,38 manat (qaçqın limitin keçilməsinə görə), cəmi 899,11 manat borcun silinməsini xahiş edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektik enerjisindən istifadə Qaydaları”nın 8.4-cü bəndinə əsasən Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 8.26-cı bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Göstərilən Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X3 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Eyni Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Belə ki, məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir və işıqdan istifadəyə görə ödənişləri iddiaçı edir. İddiaçı xx.xx.2011-ci ildə hesablanmış 661,72 manat (BARMEK borcu) və xx.xx.2016-cı ildə hesablanmış 237,38 manat (qaçqın limitin keçilməsinə görə), cəmi 899,11 manat borcun silinməsini xahiş etmiş, cavabdehin nümayəndəsi isə borcun silinməsi məsələsinə etiraz etməmiş, həmin borcun debitor borcu olduğunu, həmin borcların köhnə borc olduğunu, ASC tərəfindən köhnə borcun tələb edilmədiyini qeyd etmişdir. Həmçinin müəyyən edilir ki, qeyd edilən borca görə cavabdeh tərəfindən borcun ödənilməsi tələb edilməmiş və ya borcla bağlı məhkəməyə müraciət olunmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc məbləği köhnə borc olduğundan Azərbaycan Respublikası Mülki Məcəllənin 373.3-cü maddəsinə göstərişlərinə əsasən, qeyd edilən borc məbləği silinməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, ünvan 1 ünvanında yerləşən mənzil üzrə hesablanmış 899,10 manat borc cavabdeh "xxxx" ASC tərəfindən (abonent kodu: **********40026) abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzil üzrə hesablanmış 899,10 manat borc cavabdeh "xxxx" ASC tərəfindən (abonent kodu: **********40026) abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinsin. Məhkəmə xərcləri üzrə 30 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASCdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar