Məhkəmə qərarları › İş №2(007)-3694/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3694/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3694/2021 02.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırdı ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanan müqavilələrə əsasən, o, telefon və notebooku kreditlə alıb və kredit şərtlərinə uyğun olaraqa hər ay ödənişi ödəməyi öhdəsinə götürüb. Lakin o, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş nəticədə iddiaçıya cəmi 2958 manat borcu qalmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 240 manat təşkil edir. Qeyd olunanlara əsasən tərəflər arasında bağlanmış 13.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********45576 olan HOFFMANN X Prime markalı telefon üçün 64 manat ödənilməmiş hissə,19 manat dəbbə pulu,09.12.2020-ci il tarixli müqaviləyə əsasən HP notebook üçün 2604.2 manat ödənilməmiş hissə,270.8 manat dəbbə olmaqla ümumilikdə 2958 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13.11.2019-cu il tarixli müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh İMEİ kodu **********45576 olan HOFFMANN X Prime markalı telefon verilmişdir.Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 13.11.2019-cu il tarixli müqavilənin ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 26-dan gec olmayaraq 12 ay müddətinə hər ay 16 manat olmaqla kredit məbləğini ödəməyi öhdəsinə götürür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.12.2020-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh HP notebook verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 09.12.2020-ci il tarixli rəli müqavilənin ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 24-dən gec olmayaraq 18 ay müddətinə hər ay 150.90 manat olmaqla kredit məbləğini ödəməyi öhdəsinə götürür. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, "xxxx" tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə,öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. İşin hallarından görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında 13.11.2019-cu il tarixli müqaviləyə əsasən cavabdehə İMEİ kodu **********45576 olan HOFFMANN X Prime markalı telefon, 09.12.2020-ci il tarixli müqaviləyə əsasən HP notebook nisyə satılmışdır. Lakin müqavilədə müəyyən olunmuş qaydada ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi hər 2 müqavilə üzrə əsas borc hissəsində təmin olunmalıdır. Məhkəmə qeyd olunan müqavilələr üzrə dəbbə puluna qiymət verərək hesab edir ki, həmin hissədə iddia qismən təmin olunmalı dəbbə pulu azaldılmalıdır. Belə ki, 13.11.2019-cu il tarixli müqaviləyə əsasən 19 manat dəbbə pulu azaldılaraq 05 manat, 09.12.2020-ci il tarixli müqaviləyə əsasən, 270.8 manat dəbbə pulu azaldılaraq 25 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 13.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********45576 olan HOFFMANN X Prime markalı telefon üçün 64 manat ödənilməmiş hissə,05 manat dəbbə pulu,09.12.2020-ci il tarixli müqaviləyə əsasən HP notebook üçün 2604.2 manat ödənilməmiş hissə,25 manat dəbbə pulu olmaqla ümumilikdə 2698.20 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. 13.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********45576 olan HOFFMANN X Prime markalı telefon üçün 64 manat ödənilməmiş hissə, 05 manat dəbbə pulu, 09.12.2020-ci il tarixli müqaviləyə əsasən HP notebook üçün 2604.2 manat ödənilməmiş hissə, 25 manat dəbbə pulu olmaqla ümumilikdə 2698.20 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar